QIZILI PAYIZ, SƏRVƏTİ SAZ

Yaşlanmağın bircə qazancı xatirə çuvalının dolu olmasıdır. Hələ bir də o xatirələr tələbəlikdən gələ, gözəl şərab kimi illərlə yaddaşın sərin zirzəmisində qalmış ola. Hər gələnə danışmayasan, fastfud, makdonalds yeməyi kimi atüstü aşırmayasan.

İslamla tələbə yataqxanasında bir otaqda qalırdıq. Sonra biz məşhur altmışıncı otağımıza keçənə qədər. Otağımızın əsas qonaqlarından biri mərhum şair Zəlimxan Yaqub idi. İslamın sazı, Zəlimxanın sözü mənim hələ kənd qoxulu yaddaşımda bircə-bircə həkk olurdu. Düzdü, Marsdan gəlməmişdim, saz da görmüşdüm, şeir də eşıtmişdim, amma Şəkidə saz Qazaxda, Gürcüstanda olduğu kimi populyar deyildi, bir də radio, televiziyada dinləmək başqa, yeni şeirlərin müəlliflərin ifasında ilk dinləyicisi olmaq tamam başqa.

O vaxt sosial şəbəkələr yoxdu, mobil telefon yoxdu, istədiyin zaman şeiri istədiyin platformada yerləşdirmək imkanı yoxdu, ruslar demiş, “za to” senzura vardı, şeirdən başı çıxmayan taxtabaşların hər yazıya mız qoyma ixtiyarı, “imtiyazı” vardı. Ona görə də gənc şairlərin şeirləri qovluqlarda yığılır, insaflı redaktor, zövqlu naşir, obyektiv havadar gözləyirdi.

İslamın da belə bir əzizdən əziz, məhrəmdən məhrəm bir qovluğu vardı. Və bir gün növbəti qəzetə şeir göndərmək üçün qovluğa baş vurmaq istəyən dostum qovluğu tapmır. Hər yeri ələk-vələk edir, təbiətən təmkinli olan çöhrəsinə bir az da qüssə-kədər əlavə olur, qovluğu harada axtaracağına qərar verə bilmir. Nə olacaq, qovluq itib, ilham pərisinə ki bir qəza üz verməyib. Yeni qovluq açılır və yavaş-yavaş dolmağa başlayır. Köhnə qovluq nə qədər əziz olsa da yavaş-yavaş unudulmağa başlayır.

Bu arada yataqxananın qonşu otağlarından birində başqa dram yaşanır: otaq sakinlərinin ərzaq almaq üçün yığdıqları ortaq pulda çatışmazlıq olur. Bir neçə gün məşvərətdən, müşahidədən sonra tələbə yoldaşlarımızdan birinin şeytan tələsinə düşdüyündən şübhələnirik. Bildiyimizi bilməsin deyə bir heçə nəfərdən ibarət komissiya yaradırıq. Yeri gəlmişkən deyim ki, bizim komissiya indiki seçki komissiyalarına ədalət dərsi verəcək qədər təmiz və qərəzsiz idi. Elan edirik ki, hər birimiz şübhə altındayıq və hamının əşyaları axtarılacaq. Bir neçə yoxlamadan sonra növbə şübhəli yoldaşımıza çatır. Əsəbiləşdiyi açıq-aşkar görünür və çemodanına baxılmasına etiraz edir. Bir az təkiddən sonra razılaşır, amma bir plastik zənbili qətiyyətlə götürüb, “bundan başqa hər şeyə baxın,-- deyir,--burda da pul yoxdur.” Komissiya üzvlərindən biri zənbili zorla almaq istəyəndə onu üçüncü mərtəbədə pəncərədən yerə atır. Komissiya üzvlərindən ikisi zənbildən ən az oğurlanmış pulun tapılacağı ümidilə tez aşağı yüyürürlər, onlardan biri İslamdır. Zənbili açan kimi gördüyü səhnədən çaşıb qalan İslam bircə bunu dedi: “Şeirlərim!” Nə axtarırdıq, nə tapdıq?! O axtarışın da şübhəlisi olan tələbə İslamın şeirlərinin sonundakı imzaları kəsib öz imzası ilə rayon mətbuatına göndərirmiş.

Dediyim odur ki, hələ oxucu kütləsi İslamın poeziyası ilə tanış olmamış “sərraf gözlü” tələbə yoldaşı o uğurdan özünə pay biçmişdi.

İslamın şeirləri sonra əsil söz sərraflarının mühakiməsinə verildi və ürəyəyatarlığı, təbiiliyi ilə çoxlu pərəstişkarlar qazandı.

Bu günlərdə şair dostum Nəsib Nəbioğlu ilə söhbətimiz də elə İslamın şeirlərinin gözəlliyindən düşdü. Bir-birimizdən xəbərsiz eyni mətləbi düşünürükmüş sən demə. Niyə bizim oxuculara İslam Turkay şeirinin ləzzətini, sevincini daddırmayaq, dedik. Həm də şeirlərin təhlilinə varmadan. Qoy oxucularımız bu nümunələrə bizim şərhimiz olmadan qərar versin. Çünki yaxşı oxucuya şeiri izah etmək, alimi öyrətməyə qalxmaq kimi bir şeydir. Yəni bir yenilik öyrədəcəyin naməlumdu, amma zövqü korlamaq ehtimalı var. Pis oxucuya isə... Bizim pis, zövqsüz oxucumuz yoxdur ki...

İslam Turkay çox zəngin şairdir, onun qızılı payız, sərvəti də sazdır.


C'əfər SADIQ
22 fevral 2020-ci il



İSLAM TÜRKAYIN ŞEİRLƏRİ


BU GÜN...SABAH

Sən qış buludusan, mən yaz buludu,
Səndən qar ələnir, məndən yağışlar.
Sən sakit, ağıllı, mən dəli-dolu,
Sevənlər, sevənlər məni bağışlar.

Sənin yolun uzaq, mənimki qısa,
İstilər ruhunu əridəcəkdi.
Sən səssiz - səmirsiz yaza catınca
Vaxt məni körpətək kiridəcəkdi.

Sən o vaxt dönəcən yaz buluduna,
Yanıb hönkür-hönkür ağlayacaqsan.
Qalacan dünyada söz umuduna,
Bir bənövşə kitab bağlayacaqsan.

Sən qış buludusan, mən yaz buludu,
Səndən qar ələnir, məndən yağışlar.
Sən sakit, ağıllı, mən dəli-dolu,
Sevənlər, sevənlər məni bağışlar.

BİR MÜDİRƏ MƏKTUB

Susuz, cadar-cadar torpaq kimiydin,
Elə yan keçirdi yaz yağışları.
Həsrətdən titrəyən yarpaq kimiydin,
Yağırdı taleyin qış alqışları.

Bir şair qayğısı yetdi hayına,
Güldü torpağın da, güldü daşın da.
O getdi, yeri sə düşdü payına,
Bu cavan yaşında, stol başında.

...Ömrünə selləmə yağışlar yağır,
Pöhrələyib minbir budaq olmusan.
Harda sa yollara səhralar baxır,
Bəs niyə onlardan uzaq olmusan?

Özündən böyüyə hey diş ağartdın,
Sən mənim üzümə gülmədin, qardaş.
Neçə yad-yalanın dilini tapdın
Sən mənim dilimi bilmədin ,qardaş.

Çoxunun könlünə yaman dəyirsən,
Demə bu hikməti çətin ki duyam.
Elə dillənəndə---"VƏTƏN "deyirsən,
Mən ki bu vətənin bir parçasıyam.



DUMANDA RÖYA TƏK İTƏN BƏNÖVŞƏM...

Uzaqdan - uzağa qoy sevim səni,
Uzaqdan –uzağa əlim çatmasın.
Uzaqdan-uzağa qoy sevim səni,
Sənə söz deməyə dilim çatmasın.

Uzaqdan –uzağa buluda dönüm,
Dolub başın üstdə sıxım gözümü.
Uzaqdan –uzağa qoy sınım- enim,
Eşqimin önündə əyim özümü.

Uzaqdan –uzağa çəkim şəklini,
Qarqar sahilində bitən bənövşə.
Xəyaldan yıxılıb, boylanıb baxsam
Dumanda röya tək itən bənövşə.

...Dinmə, boynubükük bənövşə kimi,
Bircə “yox”-sözünlə durdun qəsdimə.
Qəlbimdə doğulan körpə eşqimi
Hicrana bələyib atdin üstümə.

Uzaqdan –uzağa qoy sevim səni,
Başımın üstündə Ay kimi dolan.
Soyuq şəfəqlərin elə bəsimdi,
Təki sən göyümdə belə alış,yan...

Mən sənə yaraşmam, gözəlsən , gülüm,
Yazdığım şeirlər yaraşa , bəlkə .
Varsan sa ölmərəm, yoxsan sa ölləm,
Cismim torpağına qarışa , bəlkə.


HAYANDA SƏN VARSAN...

Daha məni gəzmə,məni arama,
Qar gəlir, Lələsiz Kərəməm burda.
Məlhəm olammazsan könül yarama,
Hayanda sən varsan mən yoxam orda!
Canımı almısan quru kölgəyəm,
Ruhum keşik çəkir qaralan yurda.
Gör necə talesiz ,bədbəxt ölkəyəm-
Göylərdən daş yağır- sən yoxsan orda!..
Acıma ömrümə yağan qarıma,
Deyinmə qaramca: “Hardasan, hada...”
Gəlmə oğrun-oğrun yuxularıma,
Hayanda sən varsan, mən yoxam orda!..


HƏR ŞEYI TƏZƏDƏN BAŞLAYAM GƏRƏK


Ömür-gün əriyir yağan qar kimi,
Yollarda nəfəsim təngiyir daha.
Ömür-gün dönərmi ilk bahar kimi,
Ömür-gün dönərmi durnalar kimi?
Ümidim qalıbdı gələn sabaha,
Hər şeyi təzədən başlayam gərək.

Ayın sinəsini alıbdı bulud,
Səhərə nə qədər qalıb bilmirəm.
İtən günlərimi ürəyim,unut,
Onu kim əlimdən alıb bilmirəm.
Saçıma qar yağdı ömrün qışından,
Ayrılıb əlimin işsiz işindən,
Ayrılıb gözümün axan yaşından,
Hər şeyi təzədən başlayam gərək.

Gözüm su içməyir bu gələn qışdan,
Bu ayın, bu günün sonu görünmür.
Göylərə baxıram durub obaşdan,-
Günəş hayandadır, hanı, görünmür.
Yatır qar altında yallar-yamaclar,
Yatır mışıl-mışıl bir uşaq kimi.
Yazda gül açacaq otlar, ağaclar,
Yaza çıxmaq ücün bu torpaq kimi,
Hər şeyi təzədən başlayam gərək.

Mənə gözdağıdır qoca Savalan,
Elə, hey göstərir yağan qarını-
Araz aralıqda dönüb günaha,
Sanki lilli-lilli axıb sabaha,
Yuyub təmizləyir günahlarını.
Araztək yumaqçün günahlarımı,
Hələ çox axmalı ,durulmalıyam.
Hələ görəmmirəm özüm özümü,
Diklənən yollarda yorulmalıyam,
Hər şeyi təzədən başlayam gərək.

Dağlara dirənir yolumun ağzı,
Bilirəm dizimi daş aparacaq.
Gərək ağlamayam, sızıldamayam,
Ağlasam gözümü yaş aparacaq.
Min ildir yatıram fil qulağında,
Bu yollar hələ çox baş aparacaq.
Bu xəzan altında uyuyur ruhum,
Nə vaxtsa göyərib çıxmalıyam mən.
Bir vaxt od oğrusu olubdu adım,
Dünyaya Günəştək baxmalıyam mən,
Hər şeyi təzədən başlayam gərək.

Dəyişib ünvanım, dəyişib adım,
Dəyişib deyəsən yaxınım,yadım.
Qəlbim yad ürəkdə donur, deyəsən,
Adım bir dodaqda yanır deyəsən.
Qırıb ruhumdakı buz laylarını,
Könlümə-gözümə bahar gələcək.
Dolanıb taleyin dolaylarını,
Alnıma yazılan o yar gələcək.
Yetər, yağan qardan,qışdan gileyim,
Yollarıma yağan daşdan gileyim,
Hər şeyi təzədən başlayam gərək.
Hər şeyi təzədən başlayam gərək.



MEYDAN TÜLKÜ MEYDANIDI...

Zəmanə bəd gəldi ,lələ,
Meydan tülkü meydanıdı.
Ömrüm yanıb döndü külə,
Meydan tülkü meydanıdı...
Pələnglər quyruq bulayır,
Qurdlar xəlvəti ulayır,
Tülkülər meydan sulayır,
Meydan tülkü meydanıdı...
Tutuquşu, Alabaxta
Çıxıb taxta –hər şey saxta.
At ölüb, şir , pələng – axta ,
Meydan tülkü meydanıdı...
Tozanaqda yortur yabı,
Daş daşıyır , yoxdur tabı .
Ayı əti, neft şərabı--
Meydan tülkü meydanıdı...
Haqq söyləyən --əsir-yesir,
Bu meydanda nə qurd ,nə şir.
Mələk dönüb tülküləşir,
Meydan tülkü meydanıdı...
Zina –azad, yalan – azad ,
Fırıldaqla dilən – azad,
Əyil, alçal ,dolan – azad,
Meydan tülkü meydanıdı...
Alışır boş sac ocaqda,
Kündə qıcqırır tabaqda.
Köç dönür, axsaq qabaqda,--
Meydan tülkü meydanıdı...
Düz söz dedim , pis ad oldu,
Biclik elm-savad oldu.
Yandı könlüm, bərbad oldu,-
Meydan tülkü meydanıdır...

BU GECƏ YUXUMA GƏLMİŞDİN

Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Sən məlhəm olmuşdun dərdi-sərimə.
Başımı qoymuşdum köksünə elə...
Ətrini çəkirdim ciyərlərimə...

Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Heç belə deyildim ilk baharımda.
Əllərim , qollarım bənövşə idi,
Qızılgül açmışdı ağ saçlarımda...

Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Çökmüşdün ruhuma ağ duman kimi...
Necə bəxtəvərdim ... necə gözəldin ...
Şirin xəyal kimi,xoş güman kimi.

Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Bu xəyal dumanda itmək ... nə gözəl...
Batıb ağuşunda bəxtəvərliyin,
Getmək...uzaqlara...getmək ,nə gözəl…


MƏN SÜLH İSTƏMİRƏM.

Məni qınamasın ellər, obalar,
Ağbirçək nənələr, düşgün babalar,
Qoy mənim boynuma bütün baballar-
Biçarə vətənim bölüm-bölümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Kimə yön çevirim, kimə əl açım,
Hələ didərgindir, qardaşım, bacım.
Ölüb-dirilməkdir daha əlacım
Döyüşüm dünyaya təzə gəlimdi,
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Zəhərdi tökülüb aşımın altda
Uyuyan ilandı daşımın alıtda
Tük yastıq kimidir başımın altda
Qəfəsdə oxuyan söz bülbülümdü,
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Qırmızı kədərdi, o, şadlıq deyil
Bir qarın çörəkdi azadlıq deyil
Xaraba könlümdü abadlıq deyil
Bu sülh sönən ocaq, qalan külümdü
Közümüz kül altda, bu sülh ölümdür!

Manqurd papağıdı bu sülh başımda
Gül açan ağacdı qarlı qışımda
Mənim torpağımda, mənim daşımda
Qırılan meşəmdi, solan gülümdü
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Açın tarixləri, kimik, nəçiyik,
Bu Qərbin gözündə hələ kiçiyik.
Sanki yurdumuzda kirayəçiyik
Qalxın, bu fağırlıq, ellər, zülümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!

Çörəyə qul olduq- Göyçəmiz getdi,
İblisə vurulduq - Zəngəzur itdi!..
Ağbaba qaralıb, kömürə döndü..
Vedinin alışan ocağı söndü..
Qarabağ- gözdağı, qara bağrımız,
Aşağı başımız, bitməz ağrımız..
Yetər, bu çörəyə qul olmağımız !
Yetər, iblislərə vurulmağımız !
Çörəyin qulları, atın çulları!
Qalxın, yurdumuzun mərd oğulları!
Yetər, bu gələn il mənim ilimdi,
Bu necə dözümdü, bu ki, zülümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Mən sülh istəmirəm, bu sülh ölümdür

GÖZLƏYƏNİN OLA

Gözləyəni ola adamın, Allah,
Biləsən yoluna kim isə baxır.
Biləsən geciksən, bir az ləngisən
Kimi sə xiffətin yandırıb- yaxır.

Biləsən vurnuxur kimsə səninçün,
Biləsən kim isə intizardadır.
Yoxluğun qəlbində ola dağ-düyün,
Vurnuxa...darıxa : “Görən hardadır? “

Sən də ki uçasan yol gözləyənə,
Çatıb sarilasan yanmış, ac kimi.
Öpüb oxşayasan, könlün alasan,
Sən tamarzı kimi , sən möhtac kimi.

O da gülümsəyə güllər açıla,
Batıb barınasan gül dənizində.
Hər yana nur yağa, ətir saçıla ,
Bir hüzur tapasan ceyran izində.

Ovcunda döyünə ilahi narlar,
Pəmbə yanaqlardan alma dərəsən.
Ürəyində - bahar, başında -qarlar,
Bəxtəvər olasan...bir gün görəsən.

Uyuyub yatasan qara gözlərdə,
Baxışı üstündə yorğanın ola.
Orda yer qalmaya kədərə, dərdə,
Sən sə onun ruhu , o canın ola.

Ömrünü -gününü sovurma yelə,
Nə çıxar dərdlərə hey sinə gər, sən.
Səadət deyirlər, budur, bax belə,
Gözləyənin varsa , sən bəxtəvərsən.

Gözləyəni ola adamın, Allah,
Biləsən yoluna kim isə baxır.
Biləsən geciksən ,bir az ləngisən,
Kimi sə xiffətin yandırıb- yaxır.


SƏN DƏ Mİ, NİZAMİ?
Beləmi danışmışdıq Səninlə? Bu nə yır-yığış, bu nə əcələ? Səni gördükcə yaşamaq eşqimizin artdığını bilirdin deyə, bizə sitəm eləməyəmi hökm verdin? Sən bizim üzündən günəş şövqü çəkilməyən “Qaraca oğlan”ımız idin. Bilirsən, türk qardaşlarımız Bülənt Ecevitə belə ad qoymuşdular. Sənin o əsmər çöhrən heç vaxt bədbinlik yağdırmırdı.

"Həyatla savaşını " tatami üzərinə daşıyan güləşçi- Xanım- EKSKLÜZİV
Ən böyük azarkeşi anası, dəstəksizi isə dayısıdır!

Oğlanlara güləşən azərbaycanlı Xanım güləşçi bu gün çempiondur. Rusiyanı təmsilən adını Avropa çempionu siyahısına yazdırıb.

Dəfələrlə Dünya ikincisi, Avropa ikincisi, iki dəfə Rusiya birincisi, Rusiya kubokunun sahibi olub. Tatamidə onunla döyüşə çıxan qadın yarışmaçılar arasında qarşıdurma başlamadan oyunu tərk edənlər də olub.
Qəlbimizdə yaşayan Rasim Kərimli
[i]Sürət əsrində yaşayırıq. Və bu sürət bizi qovduğundandırmı, yoxsa bizmi təsəldiyimizdən, hər şeyin üçtündən qaçaraq keçirik. Bu mətbuata aiddir. Bir yazını, bir postu oxumadan ilk gözümüzlə həcmini müəyyənləşdirir və... Amma bütün bu qaçaqaç qovhaqovda heç bitməsini istəmədiyin, səni ozündə ovsunlayıb buraxmayan yazılar da var, yazarlar da.
Şair Yaşar Süleymanlı  Moskvada  “Anna Axmatova- 130 il” medalına layiq görülüb
Rusiyada yaşayan həmyerlimiz şair Yasar Sülyemanlı ədəbiyyat sahəsində göstərdiyi fəaliyyətinə görə Rusya Yazıçılar Birliyi tərəfindən “Anna Axmatova” medalına layiq görülüb. O, bu xəbəri özünün Facebook səhifəsindən paylaşıb.

Onu da qeyd edək ki, Anna Axmatovanın 130 illiyi şərəfinə 2019-cu il Rusiyada “Anna Axmatova ili” elan edilmişdi. "Anna Axmatova -130 il" medalı Rusiya Federasiyasının "İctimai birliklər haqqında" Federal Qanununun 24-cü maddəsinə uyğun olaraq təsis edilmiş və rus ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə verilən ictimai mükafat statusuna malikdir.

Medal Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin 31 yanvar 2020 –ci il tarixli qərarına əsasən "İlin yazıçısı" milli ədəbi mükafatı namizədlərinə verilir.
Mükafat 22 Mart Ümudünya Poeziya gününə həsr olunmuş Moskva Hökümətinin konsert salonunda keçiriləcək təntənəli mərasimdə təqdim ediləcək.

YENİSES.RU
AD GÜNÜN MÜBARƏK!
Bu gün 32 yaşın olur. On ildir Sənin rəşadətin dilimizin əzbəri, Mübariz adın qürur yerimizdi. Amma əfsuslar olsun ki, uğrunda Şəhid olduğun o dilbər güşələrə gedib çatmamışıq, qəddimizi dikəldə, şərəfsizlik ləkəsini silə bilməmişik. Sənin yüksəltdiyin ada, qalxdığın mərtəbəyə ucalmaq bu gün hər birimizin əlçatmaz arzusu olsa da artıq göz yaşı tökməyin, ağı deyib, nalə eləməyin vaxtı deyil. Səni özünə örnək seçən yüzlərlə, minlərlə gəncimiz, ahılımız var və Vətən onlar üçün sadəcə quru səs, söz deyil, Şərəf, Ləyaqət, Qəhrəmanlıq meydanıdır. Addımına, qarışına göz dikənə savaş meydanıdır. Əsirini xilas etmək, torpağını azad etmək üçün ölümə yox, şanlı qələbə döyüşünə getməyə hazır olan Mübarizlərin meydanıdır. O böyük ürəyinlə bizi anlamağa çalış. Yanına üzüağ gəlmək istəyirik. Ona qədər ölmək yoxdur! Sən Şəhid oldun ki, torpaqlar azad olsun! Qalanlar o arzunu çin eləməlidir. Ümidini itirmə! O gün uzaq deyil! Ruhun şad olsun!

Mübariz

19 avqust 2010-cu il Mübarək ramazan ayında Sənin xatirənə müraciət etmək, Ruhun qarşısında səcdə etmək, gücsüzlüyümüzü etiraf etmək, sağkən vətən uğrunda qurban verdiyin o əzəmətli və məsum bədənini belə mənfur düşmənin əlindən ala bilməməyimizin acısını yaşaya-yaşaya gündə min dəfə ölmək də bizim payımıza düşən qismətdir. Sən doğulanda Qarabağ yanırdı, hələ yanır. Sən doğulanda İbrahimovların sevincinə nankor düşmənlər zəhər qatmışdılar artıq. Sənin dünyaya gəlişin o ailə üçün qaranlıq quyuya düşən gün işığı oldu. Varlığınla, hər gün atdığın addımlarla, arşın kürəyinlə, dəmir biləyinlə ətrafını, həndəvərini, elini-obanı dirçəltdin. Kimin ağlına gəldi Sənə “Mübariz” adı vermək? Yoxsa kiməsə Sənin təyinatın vəhylə gəlmişdi? İyirmi iki yaşında adını milyon qat doğrultdun, Mübariz! Gündə ölə-ölə yüz il yaşamaqdansa, Mübariz kimi, kişi kimi, ər kimi, nər kimi ölməyi seçdin. Keşkə o vaxt bizim kimi qorxaqlardan bir-ikisi olaydı qarşında, dayandıraydı Səni, “a bala, tələsmə, hər şey düzələcək, səbr elə”, deyəydi. O yerdə o qorxaqlığın bir təsəllisi olardı: Sən sağ qalardın. Düzdür, onda Sən də Sən olmazdın, bizlərdən biri olardın. “Lazım gəlsə” düşüncəsini daşıyanın biri də artardı. Bilmirsən ki, hansı yaxşıdır. Üzünü belə görməmişdik, adını belə bilmirdik çoxumuz. Bağışla ki, öz qorxaq xislətimizlə Sənə və yaşıdlarına “cavansınız, Qarabağ dərdini başa düşməzsiniz” deyə ümidsiz baxdığımız dəqiqələr az olmamışdı. Sanki özümüz çox başa düşüb bir şey eləmişik! Səni başqa bir şəxsə bənzətməyə, oxşadığın başqa qəhrəmanı axtarmağa adamın vicdanı yol vermir. Sən heç kimə oxşamağa çalışmadın, çünki Sən bənzərsiz, taysız-bərabərsiz Mübariz idin. Qəhrəmanlıq salnaməsinə də öz şərəfli səhifəni yazdın. İndi sevib-sevilən vıxtındı. Neçə dilbər gözəlin gizli baxışları sığallamışdı enli kürəyini. Göndərilmiş və göndərilməmiş neçə məktublar ünvanlanmışdı Sənə. Neçə qız anası ananın bir təbəssümünə göz dikmişdi qohum olacaq deyə. Sən başqa dilbəri seçdin. Əzilən, inləyən, yad tapdağı altda qalan, təravətini itirməsə də ləyaqəti ayaqlara düşmüş dilbəri. Dağlarında atları vəhşiləşmiş, bulaqlarının gözü tutulmuş, İstisuyu “soyumuş”, zəngin yataqları oyulmuş, tikililəri sökülmüş, yollarına yeni uydurma “tarixi abidələr” qoyulmuş, bədəninə minalar, mərmilər xərçəng şişləri kimi döşənmiş obanı seçdin sevgin üçün. Görüşünə getdin, canını verdin. “Sən bu halda olduğun müddətdə mənə yaşamaq düşməz” dedin. Nə desəm hüzurunda aciz, zəif, solğun, bayağı, sönük, dadsız-duzsuz görünür. Sadəcə bu sözlərin arxasına gizlənirəm ki, cılızlığım, qərarsızlığım, cəsarətsizliyim görünməsin. Kimdən gizlənirəm ki? Baba Pünhan vardı, ruhu şad olsun, dözmədi Qarabağsızlığa, əbədiyyətə qovuşdu. Hikkəsindən əsir qıza müraciətlə yazmışdı ki, sən əsir düşdüyün gündən köçdüm Bakıya, bilmədim sən bilmisən. Başımızı dəvə quşu timsalı soxmuşuq quma, deyirik gizlənmişik. Çoxumuz heç gizlənməyi də fikirləşmir. Sənin ruhunu belə söhbətlərlə narahat etmək də kişilikdən deyil. Sən ki, şikayət eləmədin. Nəyi necə eləməyi hamımıza nümunə göstərdin. Sənin qovuşduğun dünyaya haqq dünyası deyirlər. Ateizm zəhəri ilə yaralanmış ağlımla bunun doğruluğuna şübhə eləmək keçir içimdən. İnamımız da iradəmiz kimi alayarımçıqdır. Sən vətəni bizə miras qoyub köçmüş əcdadlarımızın yanına üzüağ getdin. Nəmərd düşmən tənini, gül bədənini vermək istəməsə də. Bizsə oraya aparılası ağ üzümüz olmadığına görə ağ kəfən pulunu dünyanın minbir ölkəsində qazanırıq. İndi şəhid olanlardan üzr istəmək, onların ruhu qarşısında “günahkarlığı” etiraf etmək də bir cür dəb düşüb. Vətəni azad etmək vəzifəsini çox “optimallaşdırmışıq”, – ya məclislərdə oturub şərabın növbəti qədəhini azad olmuş Qarabağda içmək şərəfinə tostlar deyirik, ya da günü-gündən üzərinə təzə xal düşən genofondumuzun sağlam toxumlarını itirib ah-vay edirik. Amma bizim yerimizə bu Qarabağı kim azad edəcək sualını dilimizə belə gətirməyə cürət etmirik. Deyirəm, yazıram və əlim-ayağım titrəyir, bilirəm ki, Qarabağdakı erməninin kölgəsinə söz deməyə cəsarəti olmayanlar məni parçalamağa hazırdırlar... Olsun! Tofiqlərin, İsmətlərin, Ramillərin, Alıların, Kazımağaların, Mübarizlərin, torpağımızı Vətən etmiş yüzlərlə qeyrətli oğulların qanı ilə mayalanmış qədim Azərbaycan işğaldan qurtulacaq, təbii haqqı olan ləyaqətinə qovuşacaq! Müvəqqəti də olsa məğlub olmuş elin-obanın əyilmiş qəddi, Mübariz, Sizlərin sayənizdə düzələcək. Sənin xatirəni əbədiləşdirmək üçün Prezidentin fərmanından tutmuş, mübarək adını daşıyan gəmiyə, idmançılarımızın uğurlarına qədər atılan hər addım Sənin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş hər bir azərbaycanlının ruhu qarşısında paklaşmağa doğru gedən yolu qısaldır.

Cəfər SADİQ, Moskva
Rusiya vətəndaşlıq  almaq prosedurunu asanlaşdırır
Çoxpaspotrlu sistemə keçilməsi astanadadır

Rusiya vətəndaşlığı almaq üçün artıq xarici ölkə vətəndaşlığından imtina etmək gərəkməyəcək. Rusiya vətəndaşlığına qəbul olunmaq proseduru çox sadələşdiriləcək.
Milyonların səsi olan Mirzə  Xəzər  vəfat etdi
Tanınmış jurnalist, publisist Mirzə Xəzər Münhendə dünyasını dəyişib. Bu haqda ilk xəbər "Azadlıq qəzeti" nin Facebook səhifəsində məlumat verilib.

1947-ci ildə Azərbaycanın Göyçay şəhərində doğulan Mirzə Kərim oğlu Mikayılov 1973-cü ildə Baki Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Roskomnadzor "Facebook" və "Twitter" ə qarşı inzibati məhkəmə işi açıb
i, "Facebook" və "Twitter" şirkətlərini altı milyon rubla qədər cərimə gözləyir .

Roskomnadzor qeyd edir ki, "Facebook" və "Twitter" rusların şəxsi məlumatlarının Rusiya serverlərinə vaxtında ötürülməməsi barədə xəbər vermədiklərinə görə cərimə oluna bilərlər . Bu, "Şəxsi məlumatlar haqqında" qanunda nəzərdə tutulmuşdur. İdarə üç iş günü ərzində inzibati protokolu məhkəməyə göndərir. Sənəd Twitter nümayəndəsinin iştirakı ilə hazırlanmışdı, amma Facebook nümayəndəsi gəlmədi və sənədi imzalamadı. Protokolun bir nüsxəsi onlara göndəriləcək. Cəza olaraq, inzibati maddə birdən altı milyon rubla qədər cərimə nəzərdə tutur.

Daha əvvəl Roskomnadzorun rəhbəri Alexander Jarov şirkətlərə Rusiya istifadəçilərinin məlumatların lokallaşdırılması tələbinə cavab vermək üçün yanvarın 31-dək vaxt
verildiyi xəbərdarlığını etmişdi. Qurumdan onu da bildiriblər ki, digər bütün operatorlar bu tələbi yerinə yetiriblər. Hələ yazda Roskomnadzor Facebook və Twitter şirkətlərinin onların tələbini yerinə yetirməkdən imtina etdiyinə görə inzibati protokollar hazırlamışdı. Məhkəmə qərarı ilə şirkətlərin hər biri 3000 rubl cərimə olunmuşdu.

Rusiyada lokalizasiya tələblərini pozduğuna görə, LinkedIn sosial şəbəkəsi də bloklanıb.


YENİSES.RU
Kreml Surkovun istefası ilə bağlı xəbəri şaiyə hesab edir
Politoloq Aleksey Çesnakovun Vladislav Surkovun dövlət qulluğundan istefa etdiyi barədə verdiyi xəbəri RF prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib etdi.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezident köməkçisi Vladislav Surkovun istefası barədə xəbərlərə cavab verib. Peskov TASS-a bildirib ki, Surkovun istefası barədə hər hansı bir qərar yoxdur. O, prezident köməkçisinin istefası haqda məlumatının olmadığını da vurğulayıb.
Putinin köməkçisi Surkov dövlət qulluğundan istefa verdi
Rusiya prezidentinin köməkçisi Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa edib. İnterfaks xəbər verir ki, bu barədə Siyasi şərait Mərkəzinin direktoru Aleksey Çesnakov açıqlama verib.

Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində siyasi kursun dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir aydan sonra məlumat verəcəyini deyib.


"Növbəti ay ərzində o, meditasiya ilə məşğul olacaqdır", - Chesnakov öz Telegram kanalında bunları yazıb.

Yanvar ayında Vladislav Surkov Abxaziyadakı siyasi böhranı həll etmək üçün Suxumiyə gəlmişdi.

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət onun səlahiyyətində idi. Bundan əvvəl, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub.

YENİSES.RU
Türkiyənin Elazığ bölgəsində güclü  zəlzələ baş verib
Elazığda zəlzələ nəticəsində ölənlərin sayı artır.

Türkiyə, dünən axşam saat 20.55 radələrində Elazığdan gələn zəlzələ xəbəriylə sarsıldı. Kandillidən veriən məlumatlarına görə Elazığda baş verən zələzələ 6.8 bal gücündə olub. Kilisdən Samsuna İraqdan Suriyaya qədər çox böyük bir bölgədə hiss edilən zəlzələ Elazığ və Malatyada dağıntılar yaradıb. İlkin xəbəbrlərdə zəlzələdə i 18 nəfər ölmüş, 555 nəfər yaralanmışdır. Zəlzələ sonrası yeraltı təkanlar 97 dəfə təkrar olunub. Təbii fəlakət bölgəsinə yollanan daxili işlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ətraf və şəhərsalma üzrə naziri Murat Kurum, Elazığdakı zəlzələdən sonra açıqlama veriblər.

Nazir Soylu, "İndiyə qədər Malatyada 5 və Elazığda 10 adam öldüyünü bildirib. O, Elazığda 30 vətəndaşın axtarış və xilasetmə işləri davam etdiyini də qeyd edib. Səhiyyə naziri Fahrettin Koca, "Ağır yaralılardan üçünün Malatyadan, ikisinin Elazığdan olduğunu deyib. . Ölü sayının artacağı da verilən xəbərlər sırasındadır.

Son məlumatlara görə Elazığda 2 nəfər infarktan , 13 nəfər isə zəlzələnin dağıntıları nəticəsində həyatını itirib. Malatyada isə ölü sayı 5 nəfərdir.

Yenises.ru

Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Tarix : 14-07-2018, 15:58
DNR Putinin Trampla görüşü ərəfəsində Ukraynanın təxribat törədəcəyindən ehtiyat lanır
DNR rəsmiləri Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampun görüşü ərəfəsində Ukrayna ordusunun yeni təxribatlar törədəcəyindən qorxur. Bu barədə şənbə günü DNR-in əməliyyat komandanlığının rəsmi nümayəndəsi Daniel Bessonov bildirib.

"Bizdə olan məlumatlara görə, iyulun 16-da Rusiya və ABŞ prezidentləri arasındakı görüş ərəfəsində vəziyyəti gərginləşmək məqsədiylə işğalçı qüvvələrin komandanlığına respublika ərazisində təxribat hücumlarını gücləndirmək əmri verilib", - deyə o bildirib.

Bessonov Ukrayna jurnalistlərinin DNR və LNR tərəfindən baş verəcək "təcavüz" səhnələrini çəkmək üçün Donbassa səfər etmələrinə diqqət çəkib

Xatırladaq ki, iyulun 16-da Helsinkidə Putin və Trumpin təkbətək görüşəcəklər. ABŞ prezidentinin sözlərinə görə, o, bu görüşün keçirilməsini çoxdan gözləyir. Tərəflər ikitərəfli əlaqələri, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Bundan əlavə, onlar Amerika seçkilərində sübut olunmamış "Rusiya müdaxiləsi" və Trampın qarşı çıxdığı "Şimal axını-2" layihəsinin həyata keçirilməsi mövzusuna toxunacaqlar.

Ridus-un verdiyi məlumata görə, ilk növbədə, yalnız tərcüməçilərin iştirakı ilə qapalı görüş keçiriləcək və 13.00-də sammitin rəsmi hissəsi olacaq.

Yenises.ru




Baxış: 437 | Bölmə: Siyasət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru