SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Avropada Lavrovun çıxışı istehzalı gülüşlə qarşılanıb
Münhendə keçirilən Beynəlxalq təhlükəsizlik konfransında RF xarici işlər naziri Sergey Lavrovun çıxışı qalmaqalla qarşılanıb. Bir sıra Qərb ölkələrinin nümayəndələri onun nitqinə istehza və ironiya ilə reaksiya veriblər.

Kommersant.ru-nun Mühhendəki xüsusi müxbirinin verdiyi məlumata görə Sergey Lavrova qədər Almaniyanın kansleri Angela Merkel çıxış edib. Onun çıxışı 6 dəfə sürəkli alqışlarla kəsilib. Merkel birinci cərgədə oturan Ukrayna prezidenti Petr Poroşenkonu salamlayıb və konfrans işrirakçıları bunu yüksəkdən alqışlayıblar.
Erməni Abel Ağanbekyan  azərbaycanlı jurnalistin sualları qarşısında özünü itirib
Lider televiziyasının Rusiya nümayəndəsi Anar Həsənov bu dəfə də Qarabağın Ermənistana birləşdirilməsi fikrinin müəlliflərindən olan Abel Ağanbekyanı fakt qarşısında qoydu. "Ağdam Azərbaycan şəhəridir və biz onu məhv etmişik" -deyən Abel Ağanbekyan jurnalistin gözlənilməz sualları qarşısında tarixi vətəni Ermənistanın siyasi kursuna əsk olan fikirlər səsləndirib.
Lavrov Poroşenkonun Ukrayna üçün yaxşı şans olduğunu deyib
Ukrayna prezidenti Petr Poroşenko –bu ölkə üçün gözəl şansdır. Rusiya xarici işlər naziri Sergey Lavrov belə hesab edir. Bu haqda o Fransanın Frans 24 telekanlında bəyan edib.

“Petr Poroşenko- Ukrayna üçün hazırkı vaxtda ən gözəl şansdır”. Lavrov rusiyalı həmkarları üçün Ukrayna prezidenti etibarlı həmkardırmı sualının cavabında belə söyləyib.
Kadırov prezidentliyi  Donbasda döyüşməyə  dəyişəcək, əgər...
Çeçenistan prezidenti Donbasda döyüşmək xatirinə hakimiyyətdən əl çəkməyə hazir olduğunu bildirib.

NTV-yə müsahibəsində prezident postunu buraxıb Donbassda könüllülərə kömək etməyə hazır olduğunu bəyan edən Ramzan Kadırov Putindən izn almaq gərəkdiyini də dilə gətirib.
Российское представительство Ассоциации Азербайджанско-Славянской молодежи распространила ЗАЯВЛЕНИЕ
Российское представительство Ассоциации Азербайджанско-Славянской молодежи распространила ЗАЯВЛЕНИЕ, в связи с выступлением на пленарном заседании Европейского Парламента президента Европейского Парламента Мартина Шульца от 26 ноября 2014 года.

Мы как Российское представительство Ассоциации Азербайджанско- Славянской Молодежи выражаем недовольство в связи с выступлением на пленарном заседании Европейского Парламента президента Европейского Парламента Мартина Шульца от 26 ноября сего года, которое сознательно и предвзято направлено на подрыв имиджа нашей страны. Помимо того, что мы разочарованы этим событием, также считаем недопустимым попытки вмешаться во внутренние дела независимого и демократического государства, президента такой международной организации как Европейский Парламент.
Peterburqda  Xodorkovski ilə telekörpü “minalandı”, elektrik kəslidi
Görüşə mane olan sirenanın sədaları altında elektriki kəsilmiş otelin iclas zalında Xodorkovski ilə telemost keçirilib.

Peterburqda “Otkrıtaya Rossiya” Xodorkovskinin iştirakı ilə telekörpu təşkil edib. Görüş iştirkakçılarının toplaşdığı otelə polislər səhər erkəndən gəliblər. Telemost başlamazdan əvvəl otelə bomba qoyulduğu elan edilib, sonra isə işıqlar söndürülüb. Bu haqda görüşün təşkilatçıları Twitter-dən məlumat veriblər.
Putin: Rusiya heç kimi təhdid etmir, öz müdafiəsini möhkəmləndirir
RF geopolitik çəkişmələrə getməyəcək. Kremlin mətbuat xidmətindən verilən məlumata görə prezident Vladimir Putin bəyan edib.

"Biz heç kimi təhdid etmirik, bizi kimsə, hansı yollasa geopolitik oyunlara və həmçinin konfliktlərə çəkmək istəsə də, bizim ona qarışmaq fikrimiz yoxdur"-deyə putin RF Silahlı qüvvələrinin inkişafına həsr olunmuş yığıncağında bildirib.

Almaniyanın  Moskvadakı səfirliyinin əməkdaşı  ölkədən çıxarıldı
Der Spiegel alman qəzeti yazır ki, Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı RF hökümətinin xahişinə əsasən Rusiyanı tərk edib. Məlumatda bildirlir ki, rəsmi Moskva Bonndakı rus konsulluğunun əməkdaşının AFR-dən geri göndərilməsinə cavab olaraq bu addımı atıb.

“Biz bu ədalətsiz addıma görə təəssüf edir və Rusiya hökümətini qınayırıq” –deyə Almaniya hökümətinə yaxın olan mənbə məlumat verib. Der Spiegel qeyd edir ki, söhbət alman diplomatik korpusu siyasi şöbəsinin əməkdaşından gedir.
Erməni  hərbi vertоlyotunu vuran  hərbçimiz  mükafata layiq görülüb
Azərbaycan hava sərhədlərini pozan Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 vertоlyotu hərbçilərimiz tərəfindən vurulub. Vurulan vertolyotda 3 hərbi pilotun məhv edildiyi bildirilir.

Azərbaycan müdafiə nazirliyinin rəsmi internet saytında verilən məlumata görə müdafiə naziri Zakir Həsənov erməni hərbi vertоlyotunui vuran əsgəri mükafata layiq görüb.
Dövlət Duması Avrasiya İqtisadi İttifaqının yaranması müqaviləsini qəbul etdi
Bu bomba xəbərdir ki...Rusiya yazdığı Yeni tarixin eyforiyasındadır.

Rusiyalı siyasətçilər bunu yeni tarixi etapın başlanması adlandırırlar.

Hələ ki, Avrasiya İttifaqı hərflərdə yaranıb. Onun haqqında bu gün pafosla danışmaq olar. Bu sevinci 2015-ci ilin yanvarının 1-nə kimi yaşamağın yeri var...

Yevtuşenkovun həbsi  Rusiya iqtisadiyyatı üçün təhlükə doğuracaq
Qərb mətbuatı dollar milyarderi Yevtuşenkovun həbsini digər biznesmenləri təşvişə salacağı və Qərbin sanksiyalarını hiss edən Moskvanın yeni iqtisadi "qayda"ya keçməsi ilə bağlayıb.

The Guardian "Sistem" maaliyyə səhmdar korporasiyasının başçısı Vladimir Yevtuşenkovun həbsinin Rusiya iqtisadiyyatının gələcəyini təhlükə altına alacağını yazıb.
Moskva meri şəhər dumasına seçkilərdə passivliyi normal sayır
Dünən Moskva şəhər dumasına seçkilər ötən 25 ildə ilk dəfə səsverməyə gələn seçicilərin passivliyi ilə ilk yadda qalıb. Şəhər dumasına seçkilərdə səsverənlərin bu passivliyini Sobyanın seçkilərin şəffaf keçirilməsiylə bağlayıb və bunu normal sayıb. Seçkilərlə bağlı Vesti.FM radiostansiyasına açıqlamasında seçki məntəqələrinə 21% seçici gəlməsini inzibati vəsaitlərdən istifadə edilməməsi ilə əlaqələndirib.
Rusiyada vətəndaşların qeydiyyata düşmə qaydalarına dəyişiklik
Rusiya höküməti saxta qeydiyyata qarşı mübarizə çərçivəsində “rezin mənzillər” qanununa uyğun olaraq qeydiyyata düşmə qaydalarına dəyişiklik edib. Aidiyyatı sənəd nazirlər kabinetinin saytında dərc olunub.

Xatırladaq ki, hökümət “rezin mənzillərə” qarşı mübarizəyə keçən ilin sonunda başlamışdı. 2013-cü ilin dekabrında qəbul olunan qanuna əsasən RF və ya xarici vətəndaşı saxta qeydiyyata görə cərimə ya 3 ilə kimi məcburi iş və ya həmin müddətdə adazlıqdan məhrumetmə cəzası gözləyir.

İsveçrə Narışkinin səfərini ləğv etdi
Narışkinə rəsməən İsveçrəyə "gəlmə" dedilər.
İsveçrə höküməti Dövlət Dumasının sədri Sergey Narışkinin rəsmi səfərini ləğv edib. Bu qərar hazırkı siyasi şəraitlə izah olunur. Qeyd edək ki, Narışkin İsveçrəyə iki dövlət arasında diplomatik əlaqə qurulmasının 200 illik yubileyi ilə bağlı keçiriləcək bayrama dəvət olunmuşdu.

Rusiya rusdilli xaricilərə vətəndaşlıq vizası verəcək
Artıq RF vətəndaşlığı qəbul etmək məqsədiylə Rusiyaya viza alan xarici vətəndaşlara yeni müxtəlifnövlü vizanın tətbiqinə başalnıb. Bu viza xarici vətəndaşa bir illik müddətinə, onun rus dili daşıyıcısı olduğunu təsdiqləndikdən sonra verilir.

Mustafa Cəmilyev Krima muxtariyyəti Ukraynanın tərkibində  istəyir
Krım tatarlarının lideri hesab edir ki, krım tatarlarına yalnız Ukraynanın tərkibində müxtariyyət verilməlidir.

Qeniçeskdə keçirilən tatar Məclisinin yığıncağında Mustafa Cemilyev 29 mart qurultayında bir böyük yanlışlığa yol verildiyini və onun tezliklə düzəldilməsni təklif edib.

"Mənim fikrimcə, 29 mart Qurultayında bir böyük səhv edilib. Xalqın ötən illərdə olduğu kimi özünün milli-ərazi muxtariyyətini bərpa etməyə çalışacağından danışsaq, bu harada, hansı ölkədə olması dəqiq şəkildə göstərilməyib və ona görə də müxtəlif tipli anlaşılmazlıqlara səbəb ola bilər. Göstərilməlidir ki, biz hər zaman olduğu kimi özümümzün miuxtariyyətimizi yalnız Ukraynanın tərkibində bərpa etmək istəyirik".
Avstraliya  50 rus və ukraynalıya sanksiya tətbiq etdi
Rusiyaya qarşı bir sanksiya da Avstraliyadan gəldi. 50 məsul şəxs və 11 şirkət "qara siyahı"da

Avstraliya höküməti Ukraynanın cənub-şərqində baş verən hadisələrə görə 50 nəfərə sanksiya tətbiq edib. Bu haqda Avstraliya XİN-nin mətbuat-xidməti məlumat yayıb. Xarici işlər nazirliyi idarəsi bəyan edib ki, söhbət maliyyə və Avstraliyaya girişə qadağadan gedir.
Milonov  Ukrayna bayrağını zibil qutusuna atdı
Sankt-Peterburq qanunverici məclisinin deputatı Bitaliy Milonov Ukrayna bayrağını zibil qutusuna atıb. Deputat bu addımı şənbə günü Kievdə aktivistlərin Rusiya səfirliyinin binasını yumurta atəşinə tutub, dövlət bayrağını çırması hadisəsinə cavab olaraq atdığı bildirilir.

Yenises.ru-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə Sankt-Peterburqdakı Ukrayna baş konsullugunun binası qarşısında keçirilən piketdə 40-dan çox etirazçı iştirak edib. İştirak edənlərin əksəriyyəti "Molodaya qvardiya"nın nümayəndələri həmçinin, pravoslav və vətənpərvər aktivistlər olub.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru