RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
AzərRos  “Rusiyanın tarixində azərbaycanlıların rolu” mövzusunda elmi-praktik konfrans keçirdi
Konfransda Rusiya tarixində azərbaycanlıların rolundan, onların elmi-exniki, nəzəri bilikləri ilə yaşadıqları ölkənin inkişafına verdiyi töhvələrdən söz açlıdı. Ayrı-ayrı azərbaycanlıların Rusya tarixi və mədəniyyəti qarşısında əvəzsiz xidmətləri sadalandı.
Rusiyada ikinci  vətəndaşlığı olduğunu gizlədənləri  cərimə və cəza gözləyir
Dövlət Duması bu gün “ikinci vətəndaşlığı gizlətməyə görə cəza tələb edən” qanun layihəsini birinci oxunuşda qəbul edib. “RF vətəndaşlığı haqqında” qanuna əlavə etməyi nəzərdə tutan yeni layihəni LDP-dən olan deputat Andrey Luqovoy hazırladığı və bu ilin mart ayının 31-də Dumada baxılmaq üçün təsdiqləndiyi bildirilir.
RF-nın ərazi bütövlüyünün parçalanmasına qarşı qanun qəbul edildi
Bu gün- 9 mayda Rusiyanı parçalama çağırışlarına görə cinayət məsuliyyəti daşımaq haqqında qanun qüvvəyə minir. Qanunda maksimum cəza müddəti 5 ilə qədərdir.

Cinayət məcələsinin əlavə olunacaq yeni sənəddə “ Rusiyanın ərazi bütövlüyünü parçalamağa kütləvi çağırış və hərəkətlərə görə cavabdehlik ” nəzərdə tutulub. Bu halda 300 min rubl cərimədən 300 saatlıq məcburi əmək və ya 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası tətbiq ediləck.

Əgər bu çağırış KİV vasitəsiylə həyata keçirilərsə, qanunu pozanı 480 saat islahedici əmək və ya 5 ilə qədər həbs cəzası gözləyir.

/Yenises.ru/
Kremldə  MDB sammiti   yerinə,  Kollektiv Təhlukəszilik Müqaviləsi Təşkilatının  qeyri-rəsmi görüşü
Rusiyanın aparıcı qəzeti “Vedomosti”nin yazdığına görə bu gün prezident Vladimir Putin Moskvada Ermənistan, Belorusiya, Qırğızıstan, Tacikistan prezidentləri ilə qeyri-rəsmi görüş kecirəcək. Putinin həmçinin bir-neçə ikitərəfli görüşü və beş ölkə prezidentinin Rusiya silahlı qüvvələrinin idarəetmə təlimlərində iştirakı gözlənilir.

Anar Axundzadə: “Heydər Əliyevi tam olaraq xarakterizə etmək qeyri-mümkündür”
2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edən, Heydər Əliyevin etimad göstərdiyi gənclərdən olan Anar Axundzadənin müsahibəsini təqdim edirik:

Qısa arayış: Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.
Rusiya vətəndaşlığı almaq sadələşdirildi
RF prezidenti Putin xaricilər üçün vətəndaşlıq almaq qaydalarını sadələşdirən federal qanunu imzalayıb. Bundan əvvəl yeni qanun layihəsi parlamentin hər iki palatasında qəbul olunmuşdu.
RF  vətəndaşalığı almağı sadələşdirən qanun Federasiya Şurasında təsdiqləndi
Rusiya bütün rusdillilərə qapısını açır. Federasiya Şurası RF vətəndaşlığı almağı sadələşdirən qanun layihəsini təsdiq edib. Qanun layihəsinə görə rus dilində sərbəst danışan və öz ölkəsinin vətəndaşlığından imtina edən şəxslər Rusiya pasportu ala biləcəklər.
AŞPA Rusiyanın ağzını bağladı
Avropa Şurası parlament assambleyası bu ilin sonuna kimi RF nümayəndələrini səsvermə hüququndan məhrum etdi və ölkəni bütün rəhbər orqanlardan çıxardı.

Avropa Şurası parlament assambleyası rusiyalı deputatlarını səsdən məhrum etməklə kifayətlənməyib onları Prezident bürosu, daimi komitədən də uzaqlaşdıraraq, hətta Assambleyada müşahidəçi missiyasında iştirakına da qadağa qoydu.
AŞPA-da Rusiya əleyhnə qətnamə qəbul edildi
Strasburq Krımın Moskva tərəfindən ilhaq olunması lehinə səs verdi. Referendumun nəticələrini tanımadığını bildirdi.

Rusiya nümayəndə heyəti isə AŞPA-nı qərəzli qətnamə qəbul etməkdə suçlayır. Bir yandan da Avropanın Rusiya üzərində yetkisini ləğv etməkdən ötrü AŞPA-dan çıxmaqla əvvəlcədən tədbir almaq istədiyini bəyan edir.
Putin FTX-ni qanuni müxalifətlə ekstremizmi  ayırmağa çağırdı
RF prezidenti Vladimir Putin Federal Təhlükəsizlik xidmətinin kollegiya iclasında qanuni müxalifət fəaliyyəti və ekstremizmi ayırmağa çağırıb-deyə RİA Novostinin məlumatında deyilir.


“Hakimiyyətə qarşı sivil müxalifətdə olan ilə ölkəsi ziddinə özgə milli maraqlara xidmət edlənlər arasında fərqi görmək lazimdir”,-deyə prezident qeyd edib.
Putin Krımın müstəqilliyini tanıdı
Sabah isə Krımı RF-nin tərkibinə qatacaq
RF prezidenti Vladimir Putin “Krım respublikasının tanınması” haqqında fərman imzalayıb. Bu haqda prezidentin mətbuat xidmətindən məlumat verilib.

Fərmanın mətnində deyirlir: “16 mart 2014 -cü ildə baş tutan ümumxalq referendumunda Krım xalqının istəyini nəzərə alaraq xüsusi status alan Sevastopol şəhəri də daxil olmaqla Krım respublikasının süverenliyi və müstəqilliyi tanınsın”. Bu fərman imzanlandığı gündən qüvvəyə minir.

Putin sabah- 18 martda saat 15:00-da Kremldə Dövlət Duması deputatları, Federasiya Şurası üzvləri, RF regionlarının rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndəlıri qarşısında Krım Respublikasının və Sevastopol şəhərinin Rusiyanın tərkibinə keçməsi ilə bağlı çıxış edəcək.

/Yenises.ru/


Şoyqu RF hərbi texnikasının Krımdakı fotosunu təxribat sayır
Müdafiə naziri Sergey Şoyqu Krımda Rusiya hərbi texnikasının fotolarının KİV-də yayımlanmasnı təxribat sayır.

Jurnalistlərin sualnı cavablandırarkən o belə deyib: “Əlbəttə ki, təxribatdır”.
Putin: Əgər güc tətbiq etmək qərarı alaramsa, bunu tam legitim və qanunauyğun əsaslarla Rusiyanın maraqlarına  uyğun olaraq  edəcəm.
Rusiya preidenti Putin Novo-Oqaryevoda jurnalistlərlə mətbuat konfransına başladı. O, təklif etdi ki, bu görüş müsahibə deyil, adi söhbət şəklində olsun.
Rusiya və xarici agentliklrərin jurnalsitləri Ukarynada baş verən hadisələr, prezidentin legitimliyi, Krımın taleyi və digər sullarla ölkə başçısına sual veriblər.
Putin biz Krımın Rusiyaya brləşdirilməsi məsələsinə baxmırıq-deyib. Əgər Şərqi Ukraynada milliyətçi və diniayrımçıların “gəzintisi” başlayarsa, Rusiyanın buna çox kəsin cavab verəcəyini də bəyan edib.

Müxalifət “Anti-hərbi marş” üçün Moskva meriyasna müraciət etdi
Müxalifətçilər Rusiyanın Ukraynaya qoşun göndərməsi əleyhinə yürüş etmək üçün Moskva meriyasına müraciət göndərib.

Bu haqda İTAR-TASS müxalifətçi aktivist Petr Sarkovun məlumatına əsaslanaraq xəbər verib.

Yürüşün martın 15-də olacağı haqqında Sarkov bundan əvvəl twitterdə yazıb. Müxalifətçilər Tver küçəsindən Puşkin meydanına, oaran da Pevolyutsiya (İnqilab) meydanına keçərək mitiqə başlamaq istəyirlər. Aksiya saat 13:00-da başlanacağı qərara alınıb. Mütaciətdə yazılandan çıxış etsək mitinqdə 50 min adamın iştirak edəcəyi gözlənilir.
Yanukoviç  hakimiyyətə qayıtmayacaq, amma Rusiya üçün o hələ də  prezidentdir
Rusiyanin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlkik Şurasının iclasında Ukrayna daimi nümayəndəsi Yuri Sergeyevin sözlərini şərh edib.

“Biz başa düşürük ki, Yanukoviç hakimiyyətə qayıtmayacaq”-deyib o.

Çurkin ardınca onu da qeyd edib ki, Rusiya hələ də Yanukoviçi Ukraynanın legitim prezidenti sayır.

RUSIYAYA BIR HƏDƏ DƏ OBAMADAN GƏLDI
OBAMA RUSIYANI “TƏDRIC EDƏCƏK” PLANDAN DANIŞIB

AŞB “Rusiyanı tədric edəcək” bir sıra iqtisadi və siyasi addımlar üzərində düşünür. Bu addımlar Rusiyanın iqtisadiyyatına və dünyadakı imicinə neqativ təsir göstərəcək.

Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən,  heç nəylə sındırıla bilməz!”
Moskvada Rusiyadakı Azərbycan səfirliyi, H.Əliyev fondunun Moskva filialı, Ümumrusiya Azərbaycanlıları Konqresi və “Xocalıya ədalət” kompaniyasının dəstəyi ilə Xocalı faciəsinin 22-ci ildönümü qeyd edildi. Anma mərasimi Moskvanın paytaxında –yüksəklidə yerləşən “Azimut Moscow Olympic Hotel”nin Volqa zalında keçirildi.
Məhkəmə  Navalnını polisə itaətsizliyə görə həbs etdi
Dünən Aleksey Navalnı Manej meydanında “Bolotnıy məhbusları”na dəstək mitiniqi keçirilən zamanı saxlanılıb. Moskva Tver məhkəməsi Boris nemsovu 10 günlüyünə, Aleksey Navalnını isə 7 günlüyünə həbs edib. Bundan başqa “Narodnıy alyans” (“Xalq alyansı”) partiyasının liderləri Nikolay Lyaskin və Nadejda Mityuşkina da 10 gün həbs cəzası alıblar.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru