Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Putin Gürcüstana qarşı sanksiyanın əleyhinədir, amma
RF prezidenti Vladimir Putin ilk dəfə olaraq Gürcüstana qarşı sankisya əleyhinə çıxış edib. Onun Gürcüstana sanksiya tətbiq edilməsini istəmədiyi barədə RİA Novosti yazıb.

Rusiya lideri qeyd edib ki, o, sanksiya tətbiq etmək istəməzdi.
Yavər Həsən - QARABAĞ
Ey mənim viran olan cahü cəlalım, Qarabağ!
Ey mənim ağrım-acım, dərdü məlalım, Qarabağ!

Ey mənim rəngi kömür rənginə dönmüş Günəşim,
Ey mənim bəxti sönük qarə hilalım, Qarabağ!

Ey mənim gülşəninə güllə yağan Şah yurdum,
Ey mənim zəhrə dönən şəhdi-zülalım, Qarabağ!

Ey mənim gözlərimin Ərşə çəkilmiş yuxusu,
Ey mənim şamü səhər fikrü xəyalım, Qarabağ!

Ey mənim surəti Həq surətini rəsm edənim,
Ey mənim hər qarışı Tanrı sayalım, Qarabağ!

Ey mənim qəfləti şər gülləsinə rast olanım,
Ey mənim qanı süzən vəhşi maralım, Qarabağ!

Ey mənim Xaliqimin nəqşi, təbiət gözəli,
Ey mənim Ruh yerim, əcdadi mahalım, Qarabağ!

Sənsizəm, can pətəyim boş yuvadır, Səndə imiş,
Həm arım, həm çiçəyim, həm də ki, balım, Qarabağ.

Xarıbülbül qoxusundan nəfəs almır ciyərim,
Bihalam, ölməyə də yoxdu, ta halım, Qarabağ.

Şuşasız şişə kimi sındı çilikləndi könül,
Oldu dünya evi bağrımdakı xalım, Qarabağ.

Qarabağ atları kişnəşmədədir ahim ilə,
Oyadırlar ki məni, dərdimə dalım, Qarabağ.

Əlimi Səndən üzərsəm, fəqirin mağmınıyam,
Olsa da cümlə cahan sərvətü malım, Qarabağ.

Sən əsirsən, Səni azad eləmək istəməsəm,
Olmasın bircə nəfəs alma macalım, Qarabağ.

Sözü Həq Yavər Həsəntək girirəm meydana ki,
Tanrıdan güc, qarı düşməndən öc alım, Qarabağ!
Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən iki rusiyalı qadın saxlanılıb
Türkiyədə "İslam dövləti" terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki rusiyalı qadın saxlanılıb. Bu haqda RİA Novosti xəbər verib.

Rusiya vətəndaşlarının Suriya ilə həmsərhədd olan Şanlıurfada saxlanıldıqları qeyd edilir. O da bildirilir ki, qadınların ad və familiyalarının baş hərfləri B.İ. Və F.B-dır. Onlar qeyri-leqal şəkildə Suriyadan Türkiyəyə keçməyə cəhd ediblər.

Bundan başqa qadınların yanında doqquz uşaq da olub. Rusiyalılar özləri bəyan ediblər ki, ərləri Suriyada ölüb və onlar öz vətənlərinə -Rusiyaya qayıtmaq istəyirlər.

Sorğudan sonra qadınları polis şöbəsinə aparıblar.

Bir müddət əvvəl FSB-nın Zabaykalyedə "İslam Dövləti " tərəfdarını saxladığı haqda məlumat verilmişdi.

Yenises.ru
İnternetdə Gürcüstanda  rus ailəsinə hücum olunduğunu əks etdirən video yayınlanıb
İnternetdə Gürcüstana gəzməyə gələn rus ailəsinin avtomobilinə hücum edildiyini əks etdirən videoyazı yayınlanıb. Bu haqda gazeta.ru portalı yazıb.

Videodan göründüyü kimi hücuma səbəb maşının salonundan asılan Georgiev lenti olub. Gənclər avtomobilin yolunu kəsərək lentin çıxarılmasını və onlara verilməsini tələb ediblər. Sürücü bundan imtina etdiyi üçün olay böyüyüb.
Şoyqu: Dənizçilər yanan gəmini xilası üçün sonuna kimi mübarizə aparıblar
Müfadiə nazirliyin başçısı Sergey Şoyqu Severomorskyə gəlib. Dərin sualtı elmi -təqiqat gəmisində baş verən yanğının səbəbləri ilə bağlı komissiya üzvləri ilə yığncaq keşirən Sergey Şoyqu yanan sualtı gəmidə həlak olan 14 dənizçinin qəhrəmanlıqlarından danışıb. Onun sözlərinə görə bu dənzçilər öz həyatları bahasına gəmini və yoldaşlarını xilas ediblər.
Türkiyədə Məmməd Əmin Rəsulzadəni daha çox  Menderesə bənzətdilər-VİDEO
Bu bayraq haranın, bu şəkil kimindir?

Anlara küçələrində aparılan sorğuda bir çoxları bayrağımızı tanısa da, Azərbaycan Demokratik Cümhiriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni tanımayıb.


Ankaranın Əsri məzarlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni Türkiyədə tanıyırlarmı?

Youtube üzərindən yayımlanan Harun Yazıcı ilə ortaq layihəmiz olan və bu günə qədər 70 mindən artıq izləyici toplayan “Dunyaya sorduk” proqramı çərçivsində bu dəfə Ankara sakinlərinə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəninin kim olduğu sorulub.

Ankaranın Əsri məzarlığında uyuyan böüyk lider haqqında oranın işçisi Halil Gümüşçivi Azərbaycan Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadəyə xidmət etməkdən qürur duyduğunu söyləyib.

Harun Yazıcı Ankara küçələrində apardığı sorğuda üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan bayrağı göstərərək bu bayrağın hansı dövlətə aid və şəkildəki şəxsin kim olduğunu soruşub. Bir çoxları “bayraq türk çümhuriyyətlərundən birinindir”- deyib. Məmməd Əmin Rəsulzadəni isə Türkiyənin baş naziri olmuş Adnan Menderesə bənzədiblər.

Soğuda iştirak edənlər arasında Məmməd Əmin və Azərbaycan sevdalısı olanlar da var.

Maraqlı məqamlardan biri isə əcnəbi-qaradərili tələbələrin həm bayrağımızı, həm də liderimiz haqqında tam məlumatlı olmaları diqqət çəkib. Onlara bu məlumatı universitetdə birgə təhsil alıdqları azərbaycanlı tələbə yoldaşlarından öyrəndiklərini bildiriblər.

Tünzalə Vəliqızı
Yenises.ru
27.06.2019


Hüzn - AĞLA, GÖZÜM, AĞLA
Şirməmməd Müəllim...Adı ilə, varlığı ilə, məntiqi və yaddaşı ilə, ədəbi-ərkanı ilə, natiqliyi və kübar sadəliyi ilə, cümhuriyyət və istiqlal sevgisi ilə, Məmməd Əmin vurğunluğu və Azərbaycan sevdası ilə, yorulmadan, usanmadan öyrənmək, öyrətmək qabiliyyəti ilə, dünyanın siyasi portretini qırx beş dəqiqədə rəngarəng şəkildə canlandırmaq məharəti ilə, dostluğa sədaqəti, ailəyə məhəbbəti ilə, cümhuriyyət tariximizin hər səhifəsini ən dəyərli inci kimi əzizləyib günümüzə gətirməsi ilə, bizi biz olmağımızla qürurlandırması ilə, daha min bir fəziləti və məziyyəti ilə hafizələrdə, gözlərdə, qəlblərdə taxt qurmuş insan əbədiyyətə qovuşdu.
BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .
(ŞAİRƏ AFAQ ŞIXLININ 50 İLLİK YUBİLEYİNƏ)

Ramthanın belə bir sözü var: “İnsanlar yaşayıb öldüyü halda, günəşin daima var olmasının tək səbəbi – günəşin əsla ölümü düşünməməsidir”.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
Türkiyəli iş adamı, eyni zamanda “MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana “Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. “Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.
Moskvanın mərkəzində tarixi bina yandıMoskvanın Periçistenko küçəsində bərpa edilməkdə olan tarixi bina bu gün yanıb. Bu hqada RİA Novosti-yə təcili təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Donetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandıDonetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandı
Qondarma Donetsk Xalq Respublikasının 34 sakini ilk dəfə olaraq vətəndaşlıq almaq üçün Rusiya sərhəddini keçikdikləri barədə DNR-in miqrasiya xidmətinin rəhbəri Vladimir Krasnoşenko məlumat verib.

Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci... Dərdini basdır, pərdələ... Hissini ələ al, cilovla...
SABİRANƏ
Ay həzərat, gəlin sizə söyləyim:
Məmləkətin pərsəngini pozublar.
Millət gözlərini bunlara dikib,
Bunlar andlarını tərsə yozublar.

Sözdə erməniyə nifrət edirlər,
Ona qız verəni töhmət edirlər,
Düz otuz mininə biət edirlər,
Hayların adını mömin yazıblar.

Bir vəkilimiz var adı Arazdı,
Ta oralardan bir namə yazdı,
Elçi bu naməyə qızdı nə qızdı
Sanki dərisinə bir dağ basıblar.

Əsəbdən elçinin nitqi dolaşdı,
Hərcayi kəlmələr ağzından qaçdı.
İki məsul adam sözlə tutaşdı.
Görənlər də dedi: bunlar azıblar.

Bilinmir kim öndə, kimisi dalda,
Fuad yalan oldu bu qalmaqalda,
Deport olunurkən o yarı yolda
Ayağın altını yaman qazıblar.

Yeni üslubdadı “Arşın mal alan”
Biri “Oxu” deyir, biri: “Sus, olan!”
Hərənin ağzında bir çuval yalan.
Düz deyəni bunlar çoxdan asıblar.

SİDQİ
Erdoğan heç zaman Krımın ilhaqını tanımayacağını  deyibTürkiyə prezidenti Rəcəb Tayyib Erdoğan ukraynalı həmkarı Petr Poroşenkoya Ukraynanın ərazi bütövlüyü dəstəkləyəcəyini vəd edib.
Putin Səudiyyə Ərəbistanı kralının Moskvaya səfərini mühüm hadisə adlandırdı
Valdimir Putin Səudiyyə Ərəbistanı karlı Salman ben Abdel Aziz al-Saudun Ruisyaya səfərfini mühüm hadisə adlandırıb.

"Bu bizim münsibətlər tarixində Səudiyyə kralı Salman ben Abdel Aziz al-Saudun ilk səfəridir. Və bu öz-özlüyündə mühüm hadisədir. Bizim münasibətlərimizin gözəl tarixi var "-deyə monarxla görüşündə prezident qeyd edib.
Səudiyyə Ərəbistanı kralı ilk dəfə Moskvada səfərdə
Səudiyyə Ərəbistanı kralı Salman ben-Abel Al Saud tarixdə ilk dəfə olaraq Rusiyaya işgüzar səfərə gəlib. Monarxın təyyarəsi Moskvanın Vnukovo-2 aeroportunda yerə enib.
Putinin doğum gününə -Navalnı ümumrusiya etiraz aksiyası elan etdi
Siyasətçi Aleksey Navalnı oktyabrın 7-də ümumrusiya etiraz aksiyası elan edib. Adminsitartiv qaydanı pozduğu üçün tutulan müxalifətçi qərargahı olan Rusiyanın 80 şəhərində piket keçiriləcəyi haqqında saytında məlumat verib.
Putin Ramazan Abdulatipovun istefasını qəbul etdi

Dağıstan başçısının yerinə namizəd olacaq isimlə bağlı proqnozlar isə özünü doğrultmayıb.

Navalnını evinin önündə saxladılar
Müxalifətçi Aleksey Navalnı yaşadığı evin qarşısında polislər tərəfindən saxlanılıb. Bu xəbəri müxalifətçi şəxsi Twitter hesabından paylaşıb.
Putin Türkiyəyə getdi
Rusiya prezideti Vladimir Putin Ankaraya gəldi. İnterfaks bu haqda xəbər verib.

Putin əvvəlcə Türkiyə prezidentinin sarayına gedəcək, orada birlikdə şəkilçəkdirmə olacaq və daha sonra öklə başçıları danışıqlar aparacaqlar.
RF XİN-i  hərbçilərinin  Suriyada əsir götürülməsi xəbərini şərh etdi
Ruisya xarici işlər nazirliyi İŞİD-in 2 rus hərbçisini Deyr-əz-Zorda əsir götürməsi xəbərini nə təsdiq, nə təkzib edib. RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatın yoxlanması lazımdır-dey bilidirb.
Payız budaması-Şantsev getdi, Ramazan Abdulatipov  istefanın qaçılmaz olduğunu anladı və...
Dağıstanın başçısı Ramazan Abdulatipov istefa vermək qərarına gəlib. O, elmivə ictimai fəaliyyətlə məşğul olacağını bəyan edib.

"Mən istefa haqqında əzizə verəcəm. Ola bilsin ki, bu gün. Bəs sonra? Əgər sağ və sağlam olsam hara isə qayıda bilərəm. Mənim bu planda maraqlarımın palitrası genişdir"-deyə "Qovorit Moskva"ya müshibəsində deyib.
Türkiyə İraq Kürdüstanından neftin tranzitini dayandira bilər
Türkiyənin baş naziri Binalı Yıldırım müstəqillik referendumunun keçirilməsi ilə əlaqədar İraq Kürdüstanından neftin tranzitinin dayandırılacağını istisna etmir. Bu haqda NTV-nin məlumatında deylilir.
ABŞ Dövlət departamenti Krıma görə Rusiyaya qarşı sanksiyanı qaldırmayacaq
Rusiyaya qarşı beynəlxalq sanksiyanın qaldırılmasına Krımın Rusiyanın tərkibinə keçməsi mane olur.

"Rusiya hətta Minsk anlaşmasını yerinə yetirsə belə, biz Ukraynanın Donbass üzərində süverenliyinin bərpasını görsək də, Krıma görə sanksiya qalacaq"-deyə ABŞ Dövlət departamentinin xüsusi nümayəndəsi Kurt Volkner bildirib. Bu haqda "112 Ukrayna" kanalı məlumat verib.
Moskvadakı Amerika səfirliyinin  maşın dayanacağı  əlindən alındı

Moskvanın mərkəzində avtimobil dayanacağı qitlığından ABŞ səfriliyinin yerləşdiyi Böyük Devyatinsk dalanındakı yerlərdə artıq hamı maşınını saxlaya bilər. Bu haqda TASS agentliyinə "Moskva park əraziləri" dövlət rəsmi dairəsi administratoru məlumat veirib.

"Böyük Devyatinsk dalanı ünvanında avtomobil parkı çatışmadığından bu yer bütün maşınlar üçün açıq olacaq"-deyə məlumatda bildirilir.
Şoyqu Suriyada vətəndaş müharibəsinin qurtardığını elan etdi

RF Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriayda vətəndaş müharibəsinin qurtardığını və zəif müxalifəti terrorçulardan ayırlmaqla gərginlik bölgəsinin daraldığını deyib.
Putin düşərgəsinin reytinqi -  2018-də özü ilə götürəcəyi və qalanlar
"Peterburqskaya politika" fondu RF prezidenti Vladimir Putinin varisi ola biləcək nüfuzlu ictimai şəxslərin reytinqini çıxarıb. 2018-2024-cü il arasında iqtitadar hansı kadrlarla gedəcək. Ehtiyat skmayasında kimlər var və kimlər "gözdən çıxarılıb? "Peterburqskaya politika" fondu tərtib etdiyi reytinqlə bu ehtimimalları ortaya qoyub. Fondun araşdırmasına görə Putinin ən yaxın varisləri Dmitri Medvedev və Sergey Sobyanindir. Bu siyahıdan çıxış etsək- Putinin sevimlisi Ramzan Kadırov 13-cü yerlə "dostundan" uzaq düşüb. Reytinqdə maraqlı olan məqamlardan biri də bu gün iqtidarda olan- güc strukturu başındakıların bu dairədən çıxarılmasıdır.
Merkel Şrederin "Rosneft"in  direktorlar şurasına seçilməsini normal saymır

Almaniya kansleri Angela Merkel nazirlər kabinetinin sabiq başçısı Gerhard Şrederin "Rosneft" direktorlar şurasının tərkibinə seçilməsini kəskin tənqid edıb. "Şreder nə edirsə, normal deyil"-deyə Merkel Bild qəzetinin proqramında dilə gətirib. Angela Merkel ou da əlavə edib ki, siyasi karyerasının sonunda bizneslə məşğul olmağı düşünmür.


Türkiyədə terrora cəhddə şübhəli bilinən  rusiyalı  saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanı əməkdaşları ABŞ hərbi hava qüvvələri təyarəsinə silahlı hücum hazırlamaqda şübhəli bilinən ruisyalı Rinat Bakiyevi saxlayıblar. Bu hada Trükiyənin "Sabah" qəzetinə istinadən RİA Novosti məlumat verib. Bundan başqa Türkiyə Bakiyevin guya ki, "İslam dövləti" terror qrupu ilə əlaqədə olduğunu təsdiq edir. Hazırda Rusiyanın Türkiyədəki səfirliyində onun saxlanılması və günahkar olması haqqında məlumat dəqiqləşdirilir.


Rusiya amerika valyutasından istifadəni məhdudlaşdırır

Rusiya ABŞ-ın yeni sanksiyasına cavab olaraq ödədmə sistemində amerika valyutasından asılılığı azaldacaq. Bu haqda xarici işlər nazirinin müavini Sergey Ryabkov "Mejdunarodnaya jizn" jurnalına müsahibəsində deyib.
Baş Prokurorluq miqrasiya və dövlət satınalmanı korrupsiyalaşmış  sahələr adlandırdı

Rusiya Baş Prokurorluğu anti-korrupsiya qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəis müavini vəzifəsini icra edən Sergey Ploxov məmurları korrupsiyalaşmış sektorların adını çəkib.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru