Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Moskva Londondan  rus  təyyarələrinə "hərbi hücum razılığı"məsələsinə  aydınlıq gətirməsini istəyir
Rusiya Böyük Britaniyadan onun təyyarələrini vurma fərziyyəsinə cavab istəyib. Bir halda ki, Rusiya hələlik İraq ərazisində İŞİD-ə qarşı əməliyyatda çıxış etmirsə, bu yayılan xəbərin kökündə nə dayanır? Əvvəldən qarşı alma tədbiri, yoxsa...
Rus general polkovniki İŞİD muzdlularının təşvişdə olduğunu deyir
"Yaraqlılaır təşvişə düşüb və yüzlərlə muzdlu fərarilik edir, texniki baza və təhlükəsizlikləri zəiflədilib ". Rusiya Müdafiə nazirliyi Suriyadakı əməliyyatların yekunu haqqında hesabatında belə deyilir.

RF Silahlı qüvvələri Baş qərargahının baş əməliyyat idarəsinin rəisi Andrey Kartapolov Rusiya hərbi hava qüvvələrinin Suriyadakı keçirdiyi əməliiyyatların birinci günü haqqında hesabat verib. Onun sözlərinə görə Rusiya hərbçiləri yaraqlılar arasında çaşqınıq yaradıb.

Rusiyada "fiziki şəxslərin  iflası " haqqında qanun  qüvvəyə mindi
Rusiyada 500 min rubldan çox banklara borcu olan və bunu ödəyə bilməyən fiziki şəxsin özünü iflas elan edə biləcəyi qanun qüvvəyə mindi...Boclunu borc yükündən xilas edəcəkmi bu qanun...

Bu gün-oktyabarın 1-dən Ruisyada fiziki şəxslərin iflas olması haqqında qanun qüvvəyə minir. Qanuna görə banklara kredit ödəməyə imkanı olmayanlar özünü iflas olmuş elan edərək borc yükünü üzərindən götürə bilər. Əvvəllər "imkanı olmamaq (iflas olmaq)" haqqında qanun yalnız hüquqi şəxslərə özünü iflas olmuş kimi göstərməyə imkan verirdi.

Artıq fiziki şəxsdən bu barədə ilk ərizə Tambov Arbitraj məhkəməsinə gəlib. Şikayətçi sifətində "Altay məhsulları" ASM göstərilir. Şikayətin təfərrüatı açıqlanmır.
Federasiya Şurası Putinə  hərbi qüvvələri Suriyaya göndərməyə icazə verdi
Rusiya hərbi hava qüvvələri ilə Suriyaya yardıma gedir. Federasiya Şurası bu təklifə "hə" dedi.

RF Federasiya Şurası prezident Putinin hərbi qüvvələrdən ölkə xaricində istifadə etməyə icazə verilməsi təklifini yekdilliklə qəbul edib. 162 federasiya üzvü bu təklifin lehinə səs verib.
BMT-də Qazağıstan prezidentinin nitqini tərcümə edən tapılmadı
BMT Baş Assambleyasının 70--ci yığıncağlnda Qazağıstan prezidenti Nursultan Nazarbayevin çıxışını tərcümədə problem olduğu üçün yarımçıq kəsiblər.

Tribunaya çıxan Qazağıstan prezidenti Nazarbayev qazax dilində danışmağa başlayıb. BMT-nin rəsmi kanalında və zalda oturanların qulaqlıqlarında onun çıxışının sinxron tərcüməsi səsləndirilməyib. Nətiəcədə tədbirin aparıcısı Qazağıstan prezidentinin çıxışını kəsməli olub. Nazarbayevdən üzr istəyərək gözləməsini xahiş ediblər.
Moskvada müxalifətin mitinqində Navalnı Boris Nemtsovun ölümündə Ramzan Kadırovu günahlandırdı
Navalnı Ramzan Kadırova meydanmı oxudu? Nə oxudusa Marinodakı meydandan oxudu...
Müxalifətin bu günə palnlaşdırılmış mitinqində Navalnı Ramzan Kadırovun Boris Nemtsovun öldürülməsində əli varsa ona qarşı mübarizə aparacağı planından danışdı.

Kadırov Kiyevi hədələdi. "Ora getmək istəsəm kimsə adın nədir  deyə soruşa  bilməz"
"Mən Kiyevə getmək istəsəm, kimsə məni saxlaya bilməz" Bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynanın RF-na və şəxsən ona qarşı sanksiya xəbərini şərh edərkən söyləyib.
Jirinovski Rusiya himnindən "qardaş xalqlar" ifadəsinin çıxarılmasını təklif etdi
Jirinovski Rusiya himninin uzun olduğunu və orada "qardaşlıq" ifadəsinin bu günlə səsləşmədiyini düşünür. Elə ona görə də himnin mətninin dəyişdirilməsini istəyir.

Jirinovski Rusiyanın dövlət himnindən qardaş xalqlar ittifaqı sətirinin çıxarılmasını təklif edib. "Rusiya xəbərlər xidməti" Jirinovskinin bu təklifi Dövlət Dumasının iclasında dilə gətirdiyini xəbər verib.
 Vergi müfəttişliyinin  "çağırılmamış qonaqları"  Navalnının ofisini yoxlamğa gəliblər
Navalnı Peskovun isturahət xərcini kim çəkdiyini bilirik, onu yoxlayın deyir. Vergilər də onun ofisini yoxlayırlar...

Vergi müfəttişliyinin əməkdaşları Aleksey Navalnının Korrupsiyaya qarşı mübarizə fondunun (KMF) ofisini ziyarət ediblər. Müfəttişlər sənədlərdə göstərildiyi kimi fondun faktiki olaraq eyni ünvandamı yerləşdiyini yoxlamağa gəliblər.

Ümid Yardım: Türkiyə ən çətin şərtlər altında belə inkişafını  davam etdirəcək iradəyə sahibdir.
[i][b]Türkiyədə 7 iyul 2015-ci il parlament seçikilərinin nəticəsi ölkədə son illər müşahidə olunan sabitləşmiş kimi dəyələndirilən duruma gərginlik qatdı. Koaliasiya höküməti qurmaq mövzusunda yaşayan bu kritik dönəmin çözülməsinə “bir addım qalmış” Surucda baş verən və digər terror olayları bir çox şeyləri təməlindən sarsıtdı.
İŞİD-ə qarşı mübarizə məsələsində uzun zaman susqunluq nümayiş etdirdən Türkiyənin baş verən terrordan sonra xarici siyasətindəki əsaslı dönüşü dünyanın gündəmində fərqli yönlərdən şərh edilir. Bir çox siyasi araşdırmaçılar bunu hakim partiyanın seçkilərdəki məğlubiyyətinin acısını bir başqa yerdən çıxatması kimi dəyərləndirirlər.
Qroznıda "Təcavüzə qarşı mübarizə" komitəsinin ofisini dağıtdılar
Müdafiəçiləri müdafi edənsə hələ ki, yoxdur.

Qroznıda "Təcavüzə qarşı mübarizə" hüquq müdafiə təşkilatının ofisini dağıdıblar. "İnsanlar ofisə soxuluşdular. Bütün şeyləri dağıtmağa başladılar"-deyə tvitterdən təşkilat məlumat yayıb.
Kerri Lavrova portfel bağışladı
ABŞ dpvlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrova portfel hədiyyə edib. Amerikanın Rusiyadakı diplmatik kortpusunun mətbuat attaşesi Uill Stivens Twitter hesabına həmin hədiyyənin şəklini yerləşdirib.

Lavrov da Kerriyə Qələbə, krasnodar pomidoru və kartof simvollu köynək bağışlayıb.
AP Rusiyaya qarşı sanksiyanın kəskinləşməsi qətnaməsini qəbul etdi
Avropa Parlamentində Rusiyaya qarşı sanksiyanın gücləndirilməsi haqqında qətnamə qəbul edilib.

Avropa Parlamentinin xarici işlər üzrə komitəsi Moskva Minsk razılaşmasını yerinə yetirmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyanın kəskinləşdirməyi tələb edən qətnamə layihəsini qəbul edib və assambleyanın iyun iclasında səsə qoyulmasına razılıq verib.
Kreml Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə razılaşması xəbərini təkzib etdi
Rusiya Donbassa sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasına "heç vaxt qarşı çıxmayıb", lakin onu mübarizə aparan tərəflər arasında müzakirə etmək lazımdır, Dmitri Peskov bəyan edib. Vladimir Putin bu ideyanı "normand dördlüyü" ilə müzakirə edib, lakin hələlik qəbul etməyib.
Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım: Ermənistan öz-özü ilə üzləşməkdən qorxur...
Ermənilərin qondarma soyqırımı tanıtma “marafonu” sabah Yerevanda gerşəklişdiriləcək tədbirlə kulminasiyasına çatacaq. Bu ərəfədə Roma Papasının “soyqırımı tanıması” mesajı bir çox dünya ölkələrinin parlamentlərində bu məsələnin gündəmə salınmasına bir növ təkan oldu. Son diqqətçəkən məqamlardan biri isə Rusiya prezidenti Putinin Yerevanda keçirilən “100-cü ildönümü tədbirinə” qatılma qərarıdır. Rusiyanın bu addımı onun Ermənistana düşmən olan ölkələrlə münasibətlərinə hər hansı bir yöndən təsir edəcəkmi? Qondarma soyqırımında ittiham olunan Türkiyə siyasiləri nə fikirdədir? Sabah aprelin 24-də Türkiyədəki aydınların da bu ildönüm tədbirinə dəstək olaraq küçələrə çıxacağı və hökümətin buna izin verməsi haqqında rus keşişi Dmitrinin verdiyi xəbər nə qədər həqiqətə uğundur? “Ermənilərin soyqırımı” məsələsinin Avropa parlamenti səviyyəsində və eləcə də dünyanın bir çox ölkələrinin parlametlərində müzakirəyə çıxarılmasını onun diasporunun “ bacarığı” kimi qiymətləndirmək olarmı? Və nəhayət, bütün bunların fonunda Ermənistanla sərhədləri bağlı olsa belə, hava uçuşları, “çanta alveri”deyilən ticarət, işçi ilişkilərinə açıq olan Türkiyənin bu nəfəsliyi bağlama ehtimalı varmı? Qondarma erməni soyqırımından qaynaqlanan bu suallara aydınlıq gətirmək üçün Yenises.ru saytının baş redaktoru Tünzalə Vəliqızı Türkiyə Cümhuriyyətinin Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ümid Yardıma müraciət edib. Türkiyənin Rusiyadakı diplomatik korpusunun başçısı jurnalistlə söhbətində gündəmin əsas mövzusunu aşağıdakı şəkildə dəyərləndirib:
Roskomnadzor rusiyalıların şəxsi  yazışmalarını "yoxlayacaq"
Roskomnadzora "Odnoklassniki", "VKontakte" kimi sosial şəbəkə və elektron poçt, çat (Agent.Mail.ru, İCQ) istifadəçilərinin yazışmalarını yoxlamaq hüququ verilib.

Aidiyyatı sənədi RF baş naziri Dmitri Medvedyev imzalayıb. Qeyd edilir ki, bu sənəd "antiterror" proqramı çərçivəsində Rusiya vətəndaşlarının hüququnu qorumaq məqsədilə qəbul edilib.
QƏLƏBƏnin yubileyinə bir ay qalır: Rusiyanın dəvətini kimıər qəbul edib
QƏLƏBƏ gününə düz bir ay qalır. 9 Mayda Moskvada Qızıl meydanda keçiriləcək 70 illik yubiley nümayişi bu bayramın tarixində keçirilən ən böyük və genişmiqyaslı olması gözlənilir və bununla yanaşı bir çox məqamları gizli saxlanılır.

Alman faşizmi üzərində qələbənin 70 illik yubileyinə Rusiya bir çox ölkələrdən qonaqlar dəvət edib. 68 xarici ölkə liderlərinə, həmçinin UNESKO, BMT, AŞ-nın rəhbərlərinə dəvətnamələr göndərilib. Hələlik 25 ölkə lideri bu dəvəti qəbul edib.


-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru