Slivester Stallonenin oğlu evində ölü vəziyyətində tapılıb


Slivester  Stallonenin oğlu evində ölü vəziyyətində  tapılıb
Məşhur aktyor Slivester Stallonenin 36 yaşındakı oğlu Sage Mundlud ABŞ-ın Los Anceles şəhərindəki evində ölü vəziyyətində tapılıb.

Həkimlərin verdiyi məlumata görə evdə Sage Stalloneye məxsus reseptli dərmanlar olsa da, bu dərmanların onun ölümünə səbəb olması haqqında açıqlama verilməyib.

Rejissorluq və aktyorluqla məşğul olan Sageinin meyidi dünən xidmətçisi tərəfindən aşkar edilib, lakin onun intihar edəcəyi barədə yazıya rast gəlinməyib.

Sagenin meyidi yaxın günlərdə yarılıb ölümünün səbəbi araşdırılacaq. Bunun bir neçə həftədən sonra məlum olacağı da qeyd edilib.

Slivester Stallonenin meneceri Mişel Bega yazdığı yazılı aşıqlamada məşhur aktyorun oğlünün ölməsi üzündən çox pərişan halda olduğunu bildirib.

Sage Stallonenin Saşa Czackla birinci evliliyindən olan iki oğlundan biriydi. 1985-ci ildə Saşadan boşanan Stallonenin Ceniffer Flavin ilə hazırkı evliliyindən 3 uşağı var.

Sage Stallone atasıyla iki filmdə oynayıb. 1990-cı ildə ilk dəfə “Roki V” filmində rol alan Sage, 1996-cı ildə də “Gündüz işığı” filmində oynamışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir