Sobçakın prezidentliyə namizədliyinə Kremlin münasibəti


Sobçakın prezidentliyə namizədliyinə Kremlin  münasibəti
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov teleaparıcı Kseniya Sobçakın dövlət başçısı seçkilərində iştirak etməsinə Kremlin heç bir münasibəti olmadığını qeyd edib.

“Xeyr, bu belə deyil””,-deyə Peskov jurnalistlərin Sobçakın ünvanına səslənən guya onun kampaniyasının Kremldən təşkil olunması mühakimələrinə cavabında bildirib.

O, həmçinin dövlət başçısı hələ seçkilərdə özünün iştirakını elan etmədiyi halda, Vladimir Putinin mümkün rəqiblərindən vaxtınddan əvvəl danşmamağa çağırıb.

“”Hazırda o, bütün diqqətini prezident işlərinə cəmləşdirməyə üstünlük verir””,-deyə mətbuat katibi əlavə edib.

Bu ərəfədə Sobçak prezident seçkilrində iştirak etmək fikrində olduğunu bəyan edib və özünü “”hamının əleyhinə”” namizədi mövqeyində görür.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir