Sobyanın Moskvanın miqrantlara ehtiyacı olduğunu etiraf edib


Sobyanın Moskvanın miqrantlara ehtiyacı olduğunu etiraf edib
Moskva meri Sergey Sobyanın etiraf edib ki, paytaxtın işçi miqrantlara ehtiyacı var. Merin fikrincə, bütün gəlmələri paytaxtdan qovmaq şəhərdə iş yerlərində qaçılmaz problemlərin yaranmasına gətirib çıxarar.

“Onlar elə-belə gəlmirlər. Demək ki, Moskvanın onlara ehtiyacı var. Elə tələbər var ki, onu moskvalıların hesabına həll etmək olmur””-deyə Sobyanın bildirib. Onun sözlərinə görə paytaxtda boş iş yerləri 2,5 milyon adamlıqdır. Bu boş yerlərin bir hissəsini Moskva əyalətləri və başqa regionlardan gələn vətəndaşların hesabına qapatmaq mümkündür. Amma elə iş yerləri var ki, onlarda sadəcə miqrant əməyi tələb olunur.

Bununla yanaşı şəhər başçısı onu da qeyd edib ki, meriyanın əsas tapşırığı miqrantları uyğunlaşdırmaq deyil, onların gəlişini qanuniləşdirməkdir.

Merin rəyincə, “”Hər kəs öz doğma vətənində yaşamalıdır. Harada doğulubsa, orada da lazımlıdır. Əgər bura işləməyə gəlmək imkanı varsa, qoy gəlsin, amma leqal şəkildə gəlsin, vergisini ödəsin, özünü uyğun şəkildə aparsın””. Bunları o, “”Qovorit Moskva”” radiosuna müsahibəsində deyib.

Oktyabrda patriarx Kirill də bəyan etmişdi ki, Rus pravoslav kilsəsi (RPK) işçi miqrantların Moskvaya gəlməsinə anlayışla yanaşır. RPK başçısının fikrincə, şəhərdə evlərin və yolların tikintisində işçi qüvvəsi çatışmır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir