Şöhrətin fərqində olmayan sadə bakılı oğlan- futbolun əfsanəsi


Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi
Moskvada əfsanəvi futbolçu Anatoli Banişevski haqqında kitabın təqdimatı oldu

Dəri topun kralı Anatoli Banişevskinin həyat dramından bəhs edən Azər Cahangirovun tərtibatçı-müəllif olduğu “Sled Kometı” ( “Kometanın izi”) kitabının təqdimat mərasimi Moskva M.İ.Rudomino adına Xarici Ədəbiyyat kitabxanasında keçirildi.

H.Əliyev fondunun Moskva bölməsinin dəstəyi ilə keçirilən təqdimat mərasimində fondun humanitar məsələlər üzrə nümayəndəsi Tamella Əhmədova idman tarixinə adını qızıl hərflərlə yazdırmış, 60-70-ci illərin əfasnəvi fulbolçusu A. Banişevski haqqında kitab tərtib etdiyi üçün müəllifə minnətdarlığını bildirdi.

Banişevskinin Bakının hər məhəlləsində futbol oynayan uşaqların kumiri olduğunu deyən Tamella xanım- “Təkcə Bakıda deyil, Azərbaycanın elə şəhəri, kəndi tapılmazdı ki, o zamanlar həyətdə futbol oynayan uşaqlar özünü Banişevskiyə bənzətməsin, onun rolunda olmasın. Təkcə bu fakt onun necə böyük bir futbolçu olduğunu təsdiq etməyə yetər”-dedi.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Tədbirin aparıcısı-musiqişünas alim Rauf Fərhadov ulduz futbolçuya həsr olunmuş kitabın təqdimatının nədən ona-musiqiçiyə həvalə olunmasını haqq etdiyini əsaslandıraraq çıxışına start verdi. O, -“Əvvəla mən bakılıyam, caz və futbol bizim üçün identik normadır. İkincisi mənə bir kişi göstərin ki, o futbolu sevməsin”-deyə nitqinə davam etdi. “Musiqiçilər deyir ki, futbol musiqidən daha önəmlidir. Çünki onlar proqramlarını futbol turnirlərinə görə tərtib edirlər və məncə ən böyük azarkeş elə onlardır”.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu: Milyonlarla azarkeşı olan 18 yaşında Bakının “Neftçi” komandasının hücumçusu, 19 yaşında SSRİ yığmasının oyunçusu olaraq Marakana stadionunda oynamaq və qol vurmaq- bu böyük sərvətdir.

Səfir əvvələcə Anatoli Banişevski haqqında xatirələrı toplayıb kitab hazırlamağın çətin olduğunu və gərgin əmək hesabina başa gəldiyini qeyd edərək Azər Cahangirova və digər zəhməti keçənlərə minnətdarlıq etdi.

İdman da daxil olmaqla bəzi sahələr var ki, onun çiçəklənmə və yaşam dövru çox qısa- uzağı 10-15 ildir. O dövr keçəndən sonra geriyə əfsanə və xatirıə qalır. Anatoli Banişevski arxasında əfasnə qoyub gedənlərdən, buna layiq olanlardandır.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Polad Bülbüloğlu ayrıca Banişevski ilə şəxsi tanışlığından da danışdı. “O zaman mərkəzin ən populyar qəzetlərindən birinə -deyəsən “Komsomolskaya pravda” idi-müsahibə verən A. Banişevski müxbirin -hansı Azərbaycan musiqisini sevirsən?- sualına -“Polad Bülbüloğlunun mahnılarını dinləyirəm”-deyə cavab vermişdi. Təbii ki, o vaxtlar bu mənim kimi gənc üçün bu böyük şərəf idi. Bundan sonra onu axtarıb tapdım və dostluğumuzun təməli qoyuldu”.

Səfir onu da xatırlatdı ki, “Neftçi” komandasının tərkibində oynayaraq bürünc medal qazanan kapitan mərkəzin digər komandalarından təklif alsa da, hamısından imtina edib. “Doğma komandasına sadiq olub və doğulduğu şəhəri –Bakını çox sevirdi. Bu bir vətənpərvərlik örnəyidir”.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Tərtib eytdiyi kitabın yaranması ideyasından danışan müəllif Azər Cahangirov filologiya elmləri doktoru Rafael Hüseynovun “Millətin zərrəsi” kitabındakı oçerki oxuduqdan sonra belə bir layihəni gerçəkləşdirmək qərarına gəldiyini bildirdi.

R.Hüseynovun kitabındakı Banişevskiyə həsr olunmuş oçerk o qədər təsirli dillə yazılmışdı ki, onu göz yaşlarsız, həyəcanlanmadan oxumaq mümkün deyildi. Niyə daha geniş oxucu kütləsinə çatmasın-deyə konteksdən o hissəni çıxarıb tərcümə etməyi düşündüm və bu fikri 60-70-ci illərdə idman şərhçisi olan dostum Aqşin Kazımzadə ilə paylaşdım. Və ondan da xatirələrini yazmağı xahiş etdim.

Beləcə kitabda Lev Filatov, Yuri Segeneviç, Fərhad Ağamalıyev və təbii ki, Rafael Hüseynov da daxil olmaqla bu müəlliflər böyük futbolçunun həyat dramının səhifələrini çeviriblər.

Azər Cahangirov tədbirdə Anatoliy Banişevskinin komanda yoldaşlarının iştirak etdiyini söylədi və onları təqdim etdi.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Rafiq Əlizadə, Nikolay Smolnikov, Yuri Kuznetsovun oğlu Banişevski-Tolya haqqında xatirələri dilləndirdilər- onun sadəliyindən, utancaqlığından, şöhrətli olduğunun belə fərqinə varmadığından danışdılar.

Nikolay Smolnikov milyonlarla azarkeşi olan Banişevskinin bugünkü “ulduzlardan” fəqli olaraq çox sadə olduğunu, indikilər yüz cangüdənlə gəzərkən onun adi insanlar kimi həyat tərzi keçirdiyinə diqqət çəkdi. Böyük futbolçunun qoruyucusu onu sevən xalqdır. Banişevskini bütün xalq qoruyurdu, sevirdi.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Çıxış edənlər çox erkən- 51 yaşında dünaysını dəyişən dahi futbolçu Anatoli Banişevskinin şəxsi insani keyfiyyətlərindən söz açdılar. Futbolda taleyi gətirən bu qıvrımsaçlı sarışının həyat yolunun heç də futbol meydançası kimi hamar olmadığını da deyənlər oldu.

Jurnalist Anar Həsənov dahi futbolçu haqqında deyilənlərə onu əlavə etdi ki, SSRİ-nin hüdudlarından kənarda Azərbaycan futbolu, “Neftçı” deyiləndə Banişevski adı ilə xatırlanan yeganələrdəndir. Milliyətcə azərbaycanlı olmasa da, Azərbaycanın qurur mənbəyi olan əsl Azərbaycan oğludur.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi

Tədbirdə Banişevskinin həyat dramından bəhs edən nəşr kiçik tirajla çap olunduğundan coxalarının kitabı oxumaq imkanı olmadığı da təəssüflə qeyd edildi. Onun təkrar nəşr olunması təklifi irəli sürüldü.

Şöhrətin fərqində olmayan  sadə bakılı  oğlan- futbolun əfsanəsi
Səfir Polad Bülbüloğlu təklifə cavab olaraq kitabın daha böyük tirajla təkrar nəşr olunmasına yardım edəcəyini vəd etdi

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir