"Səhranın bəyaz günəşi"nin Petruxası rəhmətə getdi
Sovet filmi "Səhranın bəyaz günəşi" filmində gənc qızıl ordu əsgəri Petruxanı canlandıran Nikolay Qodovikov bu gün ömrünün 68-ci ilində vəfat edib. Bu haqda "5 kanal" məlumat verib.
"Novaya qazeta" Luqanskinin başçısı Plotnitskinin  Rusiyaya qaçdığını xəbər veribQondarma Luqansk xalq respublikasının başçısı İqor Plotnitskinin avtomobil korteji Rusiyaya gedib - "Novaya qazeta" yazıb. LXR başçısı ilə birlikdə onun administrasiyasının rəhbəri İrina Teysman, LXR dövlət telekompaniyasının başçısı Anastasiya Şurkaeva və bir neçə nəfər respublikanı tərk edib. Qondarma Donetsk xalq respublikasına yaxın olan mənbə "Vedomosti"yə Plotnitskinin yaxın ətrafı ilə birlikdə Rusiyaya gəlməsi faktını təsdiq edib. Onun sözlərinə görə hazırda administrasiyada onu əvəz edilməsi məsələsi həll olunur.
Sobyanın Moskvanın miqrantlara ehtiyacı olduğunu etiraf edib
Moskva meri Sergey Sobyanın etiraf edib ki, paytaxtın əməkçi miqrantlara ehtiyacı var. Merin fikrincə, bütün gəlmələri paytaxtdan qovmaq şəhərdə iş yerlərində qaçılmaz problemlərin yaranmasına səbəb olar.
Şenol Güneş “Qarabağ” klubunu ziyarət etdi
“Beşiktaş”ın baş məşqiçisi Şenol Güneş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovla görüşüb. Oyundan əvvəl “Beşiktaş”ın köynəyini ona bağışlayaraq komandaya uğur arzulayıb. Bu şəkli Şenol Güneş instagram səhifəsindən paylaşıb.
Türk komandası "Beşiktaş"  Çempionlar Liqasında
“Portu”ilə heç-heçə “Beşiktaş” G qrupu birinciliklə başa vurdu

Çempionlar Liqasının G qrupunda yarışan Türkiyənin Beşiktaş komandası İstanbulun “Vodafon Park” meydançasında Portuqaliyanın “Portu” komandasını qəbul edib. Öz qrupunun lideri olan Qara Qartallar ötən 4 oyunda 8 qol vurub. Və yeni mərhələyə çlxacaq favoritdir.
Faciələrin yası və yaşı
Qara tariximizin acı səhifəsi, eyni zamanda şərəf salnaməsi olan bu anımlar-illərin ayların, günlərin, hətta saatların rəqəmlərində dil açan, ürəkdağlayan hekayələrində birləşən faciələrimiz!

Bir-birindən ağrılı, illər böyüdən, gəncləşdirən və qarşısında üzüqara olduğumuz, eyni rəngli təyinlə xatırladığımız QARA tarixlər!
Yasını və yaşını tutduğumuz QARAlar.

20 Noyabr 1991-ci ildə müstəqilliyimizə qarşı tuşlanan silahların ucunda güllələrə düzülənlər bu faciə zəncirin növbəsi həlqəsinin
26-cı ili... Ömürdən kəsilən 26 bahar, yay, payız, qış...

Baxıram dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən...

Və bir də bu gün qəlbimdən bu nida qopur...

Qoy kül olum yana-yana...
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!


Qarakənd səması yenə qaranlıqdır. O faciənin qaranlıq üzü kimi.

Həmin gün "Mi-8" hərbi helikopterində həlak olanları Sadəcə xatırlayaq!!!

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü


Allah rəhmət eləsin!


YENİSES.RU
WADA  Rusiyanı Olimpiadaya buraxmamaqda qərarlıdır
Ümumdünya Antidopinq agentliyi təsisçilər şurası (WADA) Rusiya antidopinq agnetliyinin (RUSADA) hüquqlarını bərpa etməyib. Qərar həftənin dördüncü günü Seulda keçirilən yışıncada qəbul edilib.
KİV Rusiyanın Olimpiada-2018 -dən uzaqlaşdırıla biləcəyindən yazıb
Ümimdünya antidpoinq agentliyi (WADA) Rusiyanın antidopinq agentliyinin (RUSADA) haqqını bərpa etməyib. Bunun Rusiya yığmasının 2018-ci il Olimpiada oyunlarından uzaqlaşdırılmasına gətirib çıxara biləcəyini Hayo Zeppelt alman televiziyasının efirində səsləndirib.
Doxsan üç min sözdən ibarət "Azərbaycan dilinin   izahlı  lüğəti" çap olunub
Bugünlərdə İstanbulda “Azərbaycan dilinin izahlı lüğəti” işıq üzü görüb.

Beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir.

Xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn “Azərbaycan dilinin izahlı lüğəti” doxsan üç min sözdən ibarətdir.
Moskvanın mərkəzində gecikdiyi üçün taksi sürücüsünü güllələdilər
Moskvanın mərkəzində taksi sürücüsü sifariş yerinə gecikdiyi üçün müştəri tərəfindən güllələnib.

Hüquq mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə hadisə nəticəsində bir nəfər yaralanıb. "Moskva" şəhər xəbərləri agentliyinin verdiyi xəbərdə hadisə Bakinskiy küçəsi 26-cı evin yaxınlığında baş verdiyi deyilir. "Yandeks Taksi" xidmətinin müştərisi sürücüyə narazılığını bildirib. Taksi sürücüsü müştəri ilə təklikdə danışmaq istəməyib və tanışlarını çağırıb. Acıqlanan müştəri travmatik tapançasını çıxararaq ona dörd dəfə atəş edib və nəticədə sürücünün tanışı yaralanıb.
Iran Iraq sərhəddində zəlzələ- ölənlərin sayı 328-ə çatdı - FOTOLAR
Noyabrın 12-də İranın qərbində 7,2 bal gücündə baş verən zəlzələdə qurbanların sayı 328-ə çatıb. Bu haqda Press Tv məlumat verib. Telekanalın verdiyi xəbərdə 2,5 mindən artıq insanın zərər çəkdiyi bildirilir.
Teleaparıcı  Boris Notkinin  Moskvaətrafında cəsədi tapıldı
Teleaparıcı Boris Notkinin Moskvaətrafı Odinsovo rayonunda cəsədi aşkar edilib. Bu haqda TASS agentliyinə hüquq mühafizə orqanlarından məlumat verilib.
Putin Trampla baş tutmayan görüşün günahkarlarını cəzalandıracaq

Vladimir Putin ABŞ prezidenti Donald Trampla ayrılıqda görüşün olmamasını protokoldakı kəsişmələrlə izah edib. Putin protokol hazırlananda bu kəsişmələrin nəzərə alınmasına eyham edərək bunu dilə gətirib. Rusiya lideri əlavə edib ki, Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammiti çərçivəsində danışıqların baş tutmamasının günahkarları cəzalandırılacaqlar.

Buna baxmayaraq, Amerika prezidenti ilə qısa söhbət zamanı Suriya ilə bağlı birgə bəyanatı razılaşdırdıq. Sohbət deeskalasiya zonası, humanitar yardım və münaqişənin siyasi həllinə sadiqliyin vacibliyindən gedir.

Yenises.ru
Putin ABŞ-ın Rusiya KİV-nə qarşı hücumuna əkshücumla cavab veriləcəyini  vəd edib
Rusiya lideri bu haqda Vyetnamda keçirilən Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Telman İsmayılovu qiyabi olaraq həbs etdilər
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qiyabi olaraq həbs edildiyi barədə onun vəkili məlumat verib. Onu cinayət təşkil etməkdə və qanunsuz silah satmaqda günahlandırırlar.
Saratovda tanınmış biznesmen  Ceyhun Cəfərov güllələndi
Rusiya mediası Saratovda tanınmış iş adamı Ceyhun Cəfərovun öldürülməsi haqqında məlumat berib. Bu haqda ilkin informasiya "SaratovOnform" portalında dərc olunub.

Çeçenistanda Rosqvardiyanın əməkdaşı 4 məsləkdaşını güllələdi
Faciə bazar ertəsi gündz saatlaırnda Çeçenistanın Şelkovskaya stansiyasında baş verib. Orada Rosqrvardiyanın əməkdaşı öz yoldaşlarına atəş açıb.
Naməlum şəxs "Exo Moskvı"nın  baş redaktorun müavinini redaksiyada bıçaqla yaraladı
Naməlum adam "Exo Moskvı" radiostansiyasının redaksiyasında girdi və bıçaqla baş redaktorun müavini Tatyana Felqenqaueri yaralayıb. Bu haqda məlumatı İnterfaxs agentliyi yayıb. Hadisənin doöruluğunu "Exo Moskvı"-nın baş redaktoru Aleksey Venediktov təsdiqləyib.

Təfərrüatı dəqiqləşdirilir.

Yenises.ru
Tarix : 1-10-2014, 16:46
ASGA Rusiya nümayəndəliyindən Azərbaycanın Milli Qurtuluş gününə töhvə
Xəbər verildiyi kimi bir çox Azərbaycan KİV-nin dəstəyiylə keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” müsabiqəsinə Moskvada yekun vurulacaq.

ASGA Rusiya nümayəndəliyinin təşəbbüsü və təşkilatşılığı ilə həyata keçirilən bu layihə haqqında təşkilatın sədri Toğrul Allahverdili Yenses.ru saytına danışdı.


- Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi yarandığı müddətə və o zaman axınında fəaliyyətinə baxsaq "çox sürətlə" hərəkət etdiyiniz müşahidə olunur. Bunu qaynar gənclik həvəsinə bağlayacam da...Amma Rusiyada şərtləri nəzərə alsaq, "necə bacarırısınız?"

- Bilirsiniz, ASGA tək Rusiya ilə əlaqələrə hesablanmayıb. Bu bütövlükdə Slavyan gəncləri ilə milli-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə hesablanıb. Rusiya şərtlərinə gəlincə bir daha qeyd edim ki, biz QHT olaraq fəaliyyət göstəririk. Yəni biz heç bir siyasi, iqtisadi məsələlərə qarışmırıq. Biz sadəcə tarixən bağlı olduğumuz Rusiya gəncləri ilə dostluq əlaqələrini qoruyub saxlamağa və daha da inkişaf etdirməyə istiqamətlənmişik.

Nümayəndəlik olaraq fəaliyyətə göstərsək də, ASGA olaraq artıq Moskvada və Rusiyanın digər bölgələrində təşkilatlanmağa başlamışıq. Rusiyadakı Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq, dostluq edir, birgə layihələr hazırlayırıq.

- “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” (ASGA) İctimai Birliyi Rusiyada “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda yeni layihəyə strat vermisiniz. Layihənin şərtlərinə keçməzdən əvvəl, niyə məhz ilk olaraq Rusiyada gerçəkləşdirilməsi planlaşdırıldı?

- Birincisi Azərbaycanın müstəqillik əldə etməsi, bütövlükdə Ulu Öndərin fəaliyyəti birbaşa Rusiya ilə bağlıdır. Ulu öndərin həyatında Rusiyanın özünəməxsus yeri olub. Bir başqa səbəb də ondan ibarətdir ki, Azərbaycan diasporlarının sayına və fəaliyyət dairəsniə görə ən qabaqcıl olduğu ölkə Rusiyadır və Azərbaycan gəncliyi Rysiyaya yetərincə inteqrasiya edib. Bir başqa səbəb isə biz ASGA olaraq keçirdiyimiz sorğu bizi bura istiqamətləndirdi. "Azərbaycanın Slavyan Ölkələrində fəaliyyət göstərən ən fəal səfiri" sorğusunun nəticələrinə görə Polad Bülbüloğlu qalib oldu və "İlin səfiri" seçildi. Buna görə biz 2 tədbiri bir araya gətirmək qərarına gəldik və bu məkan olaraq Rusiyanın seçilməsini labüdləşdirdi.

- Layihənin şərtləri nədən ibarətdir və keçən yarım ay müddətində müraciət edənlərin sayını təxmini açıqlamaq olarmı? Kimlər və haradan qatılıblar?

- Layihənin şərtlərinə görə müsabiqə Rusiyada yaşayan, təhsil alan azərbaycanlı gənclər arasında keçirilir. Bu layihədə iştirak etmək istəyən o gənclər “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda araşdırma yazılar göndərirlər. İştirakşılar arasından "Ən yaxşı araşdırma yazı"- seçiləcək. Müsabiqədə 15-30 yaş arası mektebli, tələbə, aspirant, jurnalist və teşkilat nümayəndələri iştirak edə bilərlər. Yazıların son qəbulu oktyabrın 10-a kimidir. Məqsəd Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında gəncləri bilgiləndirmək və bu sahədə gəncləri araşdırmaya sövq etməkdən ibarətdir.

Müraciətlərin sayına gəldikdə isə artıq bu proses yekunlaşmaq üzrədir. Müsabiqəyə gözlədiyimizdən də artıq qatılanlar oldu. Demək olar ki, bu lahiyədə Rusiyanın bütün şəhərlərindən gənclər iştirak edir. Sevindirici haldır ki, müsabiqədə iştirak etmək üçün Azərbaycan və digər MDB ölkəkərindən müraciət edənlər də var. İştirakçılarla bağlı son məlumat müsabiqənin yekun bağlanışında açıqlanacaq.

- Mümkünsə, qalibləri kim seçəcək və hansı üsulla təyin edilməsi detallarına da aydınlıq gətirərdiniz?

- Layihə ASGA ilə yanaşı Rusiyada fəaliyyət göstərən iki böyük qurum və 7 informasiya dəstəkçisinin köməkliyi ilə həyata keçirilir. Bu mənada seçimdə bu təşkilatın məsul işçilərinin böyük rolu olacaqdır. Azərbaycandan və Rusiyadan bir neçə tanınmış jurnalist və QHT rəhbərləri də seçimdə iştirak edəcək. Qaliblər onların birgə qərarı ilə seçiləçək.

- Sizin təşkilat "ilin səfiri"ni seçib. Səsvermənin nəticələrinə görə Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlunun "ilin səfiri" seçildiyini söylədiniz. Səsvermə hansı məkanı və əhalinin hansı qatını əhatə edib?

- Bildirmək isdərdim ki, səsvermə əsasən QHT nümayəndələri və KİV işçiləri arasında keçirilib. Yaş həddi limiti yoxdur. Bura Aktual.Az, Editor.az, Xeber1.Az, Gundem.Az, Azxeber.com, Baymedia.az, Kiv.Az, VestiAz.com və digər informasiya portalları daxildir.

-15 okytabr-Milli Qurtuluş günümüzdə Moskvada "bir layihənin sonu" qeyd ediləcək. O sondan hansı yeni başlanğıcı gözləyirsiniz?


- Buna mən son deməzdim. Bu bir başlanğıcdır. Bəlkə də deyərdim ki, Azərbaycan QHT sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından sonra xaricə çıxan və Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində durmadan fəaliyyət göstərən öncül təşkilatlardandır. Təşkilatımız haqqında daha dolğun məlumatı AzSlav.org saytından əldə edə bilərsiniz.

-Uğurlar, sizə...


Tünzalə Vəliqızı, Moskva
Yenises.ru




Baxış: 2577 | Bölmə: Sosial, Müsahibə, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru