Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi

Putin və Ərdoğan ABŞ-ın İranın nüvə razılığından çəkilməsini səhv addım hesab edirlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə razılaşması müqaviləsindən çıxmasını telefonda müzakirə ediblər. Onlar Donald Trumpın bu qərarının səhv olduğunu bildiriblər. Türkiyənin prezident Administrasiyasından olan mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb. Kremlin mətbuat xidməti liderlər arasında telefon danışığı olduğu barədə hələ məlumat verməyib.
Meydandan baş nazirliyə- Paşinyan  seçildi
Ermənistan Milli Məclisi (parlament) müxalifət lideri Nikol Paşinyanı baş nazir vəzifəsinə seçdi. Bu haqda Mayın 8-də News.am xəbər verib.

Putin  ənənəni pozmadı- namizədi Medvedev oldu
Bu gün rəsmi şəkildə prezident kürsüsünə oturan Putin Dövlət Dumasına hökümətin başına Dmitri Medvedevin gətirilməsini təklif edib. Bu haqda məlumat Kremlin saytında dərc olunub.
Dmitri Medvedevin höküməti istefaya getdi
Medvedevi qalır, yoxsa gedir? Prezident Putin əvvəlki ənənəsini pozmazsa, yaxın iki saata baş nazir postuna yeni namizədin adını verəcək.

Prezident Vladimir Putinin yeni müddətdə işə başlaması ilə əlaqədar Dmitri Medvedevin başçılıq etdiyi Rusiya höküməti istafaya getdi. Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq hökümət başçısı yenilənəndə nazirlər kabineti istefa etməsi ilə bağlı müraciət yazır.
Putin 4-cü dəfə prezident kimi and içdi
Yüksəliş, azad cəmiyyət, vətəndaşların hüquqlarının qorunması. Rusiyada 4-cü dəfə rəsmən perzident vəzifəsinə başlayan Vladimir Putin bunları vəd etdi.
Səfirlikdən Yuliya Latınınanın çıxışı ilə bağlı kəskin reaksiya
Polad Bülbüloğlu “Exo Moskvı” radio stansiyasının baş redaktoru Aleksey Venediktovdan cavab istədi

“Yuliya Latıninanın “Exo Moskvı” efirindən Azərbaycan xalqını təhqir etməsi nə jurnalist, nə də vətəndaş mövqeyinə yaraşan deyil”.


“Exo Moskvı” radiostansiyasının “Kod dostupa” müəllif proqramının 28 aprel 2018-cı il tarixli buraxılışında şərhçi Yuliya Latınina son zamanlar Ermənistanda baş verən daxili siyasi böhranla bağlı Qarabağ probleminə də toxunaraq tarixi təhriflərə yol vermişdi. Bir sıra hadisələrə birtərəfli –ermənipərəst mövqe bildirən Yuliya Latınina “Exo Moskvı”nın efirindən Azərbaycan xalqının ünvanına böhtan dolu ittihamlar səsləndirməklə qalmamış və hətta daha irəli gedərək xalqımızı “ruhi xəstə” adlandırmaqdan belə şəkinməmişdi.
WhatsApp şirkətinin həmtəsisçisi  postunu tərk edib
Messenger və WhatsApp şirkətinin həmtəsisçisi Jan Kum, Facebook ilə fikir ayrılığı səbəbiylə baş direktorluq vəzifəsindən ayrıldığını açıqlayıb.
Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Tarix : 27-01-2015, 21:45
YENİ RUBRİKA: Onları axtaran yoxdur!!!
Rusiya adlı bir tilsim var. Bütün axtarışların, baxışların yönəldiyi bir ölkə. Bu iddialı cümləni oxuyub ağız büzən saxta vətənpərvər də öz-özünə etiraf edir ki, başqa millətlərin, başqa xalqların bəlkə də biganəliklə qarşıladığı bu ölkə bizim üçün bir tilsim, maqnit, mağara, quyu rolundadır. Əksər həmvətənimizin uğuru da, faciəsi də, zənginliyi və səfaləti də dolayısı ilə bu tilsimə bağlıdır. Beynəlxalq media layihəsi olan “Səni axtarıram” verilişinin adı Azərbaycan üçün çox doğru seçilib. Müxtəlif ölkələr bu layihəni müxtəlif adlarla həyata keçirir. Rusiya verilişə şair Konstantin Simonovun məşhur “Jdi menya” (“Gözlə məni”) şeirinin adını verib. Təsadüfdürmü? Hər halda düşünməyə məcbur edən gözəl təsadüfdür. Rusiyanın itkinləri “Gözlə məni, mütləq gələcəyəm” deyir, bizim ana-bacılarımız isə “Səni axtarıram, gözləyirəm, nə qələt eləmisən elə, arxayın ol, sağ olduğunu bildir, bizim üçün kafidir, ikinci, üçüncü, dördüncü xanımın qoynunda keçir gəncliyini, bizə xəstələnəndə, yorulanda, üzülüb əldən düşəndə gəl, bəsimizdir, qəbulumuzdur” deyirlər.”Gülünü başqaları dərsin, qoxlasın, külünü biz toplarıq”.

Çoxmu qəddar səslənir? Bəlkə rusları göyə qaldırıb özümüzə yanlış qiymət verirəm. Əsla. Özümü ruslardan nə aşağıda, nə yuxarıda görmürəm. İsbatı da uzun illər bu torpaqda yaşamağımdır. Onlar barəsində deyiləsi çox sözüm var. Hətta bəzən apardığım müqayisələrdə çoxlarının bəyənmədiyi bu qonşularımız haqqında nə qədər yanlış fikirdə olduğumuzdan da danışmaq istəyirəm. Amma indi yox. Çünki indi “Səni axtarıram” verilişinin olmadığı dövrlərdə baş vermiş bir-iki əhvalatı söyləmək istəyirəm. İştirakçılarını axtaran yoxdur bu əhvalatların, fəqət bu, onların dərd yükünü azaltmır...

* * *
İki bacı fəryadı

...Moldav həmkarım zəng elədi: Ramiz (adları dəyişdirmək məcburiyyətindəyəm) bizi tərk elədi, köçdü bu dünyadan.
Xəstə olduğunu bilirdik. Nə qədər acı olsa da gözləyirdik bu xəbəri. Oğluna zəng elədim. Yardıma hazır olduğumu, yaşca məndən kiçik olsa da cəsarətlə müraciət etməsini istədim. Əslində çox təkidə də ehtiyac qalmadı. Sabah Qazaxıstandan hava limanına gələcək bacısını qarçılamağımı xahiş etdi. Gələsi qadın onun atasının Azərbaycandakı evliliyindən olan iki bacısından biri idi. Bir qardaşı da vardı. Ertəsi gün Ramizin qızını Domodedovo hava limanında qarşıladım. Onunla ilk dəfə görüşürdük, amma salona girən kimi atasının ən qısa cizgilərinə qədər oxşarlığından o dəqiqə tanıdım. Atası ilə uzun müddət tanış olsaq da onun Moskvaya gəldiyini eşitməmişdim. Yol boyu istər-istəməz söhbətləşdik. Mənim təşəbbüsüm olmadan atasının giley-güzarına başladı. Bilmədiyim əhvalatları danışdı. Atası üç uşaqla anasını Bakıda qoyub Moskvaya oxumağa gələndə ailədə nə bir narazılıq olub, nə də ailə onun çiynində yük. Əksinə dişlərini sıxıb ehtiyac içində yaşayan ailə təhsil dalınca gedən ataya, ərə pul göndərməyə çalışıb.

Bir dəfə Ramizin uzaq qohumu, respublikada tanınan ailələrdən birinin üzvü onu sovet dövrünün məşhur sanatoriyalarından birində sarışın qadınla görəndə gənclik çılğınlığı kimi qələmə verib, yaşca böyüklüyündən istifadə edərək ərklə tənbehləyib, Bakıda gözü yolda qalanlar olduğunu xatırladıb. Səhvi ilə barışmış Ramiz, hamilə qadını necə tərk edim şəklində “vicdan üzüntüsü” ilə cavab verib. Qohumu vəziyyəti bir şəkildə tənzimləməyin (yəni ailə olduğunu başa salıb bu yeni izdivacdan yaxa qurtarmağın) mümkünlüyünə işarə etsə də söhbət yarımçıq qalıb. Sədalar üç uşaq anasının qulağına çatanda da ana qürurunu pozmayıb, ali təhsili ola-ola uşaqları üçün qulluqçuluqdan, xidmətçilikdən çəkinməyib və məsələnin ciddiliyinə əmin olduqdan sonra Ramizə “sadəcə son qərarını ver,-deyib,-belə olmaz”. Ata-ər də qərarını sarışının xeyrinə verib. Yol boyu qadın bunları danışdıqca qəhərlənir, bir müddət susur, özünü toplayıb təkrar davam edirdi:

-O bizi tərk edəndə, - mən indi tərk etmək deyirəm, o vaxt bilmirdik ki, tərk edilmişik,-mənim yeddi yaşım vardı. Anam bizi nə zülmlərlə böyütdü?..Çox məşhur dövlət binasında xadiməlik edirdi. İş yerində ona bir konfet, mandarin veriləndə də özü yemir, evə gətirib bizim aramızda bölürdü.

Sonra o qadının oğlunun doğulduğunu eşitdik. Yenə də qayıdacağına ümidimiz vardı. Lakin illər keçdikcə onun sədasını daha az-az eşitməyə məcbur olduq. Artıq yalnız anam zəng edəndən-edənə danışırdı bizimlə. Anam isə onun haqqında bir dəfə də olsa pis danışmır, bizi sanki yaxınlarda gələcəyinə inandırmağa çalışırdı.

İllər keçdi. Biz ailə qurduq. Onun sağ olduğunu, firavan yaşadığını bilə-bilə onsuz. Ehtiyacın amansız caynaqları yaxamızı bir gün də buraxmadı...Yenidən kövrəlir.

(Ardı var)




Baxış: 1059 | Bölmə: Sosial, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru