SİNFİMİZİN GÖZÜ TUTULUB
Dünən bir acı xəbər eşıtdim: Sinif yoldaşımın və dostumun anası Antı xala əbədiyyətə qovuşub. İçimdən bir sızıltı, beynimdən ağlı-qaralı, şirinli-acılı, baharlı-qışlı bir kino lenti keçdi. Sovet dövrünün Qəhrəman anası, on övlad doğub araya-ərsəyə gətirmiş, əksəriyyətinə ali təhsil vermiş, hamısının ailə səadətinə qovuşmasını görmüş, nəvə, nəticə ləzzətini dadmış bir ana, nənə, ulu nənə, kəndimizin əsas dirəklərindən biri həyata göz yumdu.

"Neolit"də başlayan dava "Neolit"də barışıqla bitdi
Çeçen və azərbaycanlılar kütləvi davadan sonra barışıdlar.

Moskvanın çənub-şərqində yerləşən “Neolit” restoranında baş verən kütləvi davadan sonra çeçen və azərbaycan diasporu bir araya gəliblər. Görüş hadisə baş verən həmin restoranda baş tutub.

Söhbət barışıqdan gedib. Hər iki xalqın nümayəndələri bir-birini “qan qardaşları” adlandırıblar.

“Azərbaycanlılar- bizim qardaşlarımızdır. Kimsənin bizim qardaş Azərbaycan xalqını təhqir etməyə haqqı yoxdur”-deyə çeçen diasporunun nümayəndələrindən birinin sözünü “360”-cı kanal misal gətirib.

Ona qarşılıq olaraq azərbaycanlılar çeçenlər üçün “ölməyə hazır olduqlarını” deyiblər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Moskva kafesində baş verən silahlı hücum Azərbaycan və Çeçen xalqlar arasında münasibəti poza bilməz. O, öz ölkəsinin, eləcə də “qardaş çeçen” və Rusiyada yaşayan digər xalqların nümayəndələrini “belə neqativ insidentlərə yol verməməyə” çağırıb.

YENİSES.RU
Poroşenko Merkeli Rusiyaya güclü təzyiq etməyə çağırdı
Münxen təhlükəsizlik konfransında iştirak edən Ukrayna prezidenti Petr Poroşenkonun Almaniya kansleri Angela Merkellə danışıqlar apardığı haqqında onun mətbuat xdməti məlumat verib.

Poroşenko Merkeli Rusiyaya güclü təzyiq etməyə çağırdı
Münxen təhlükəsizlik konfransında iştirak edən Ukrayna prezidenti Petr Poroşenkonun Almaniya kansleri Angela Merkellə danışıqlar apardığı haqqında onun mətbuat xdməti məlumat verib.

Moskvada azərbaycanlıların restoranında kütləvi dava
Moskvanın cənub-şərqində, Peçatniki rayonunda yerləşən “Neolit” retoranında 100-ə yaxın adamın iştirakı ilə silahlı dava olub. Bu haqda REN TV məlumat verib.
Putin «Qanuni oğru”lar üçün cəzanın ağırlaşdırılmasını təklif edir
“Qanuni oğru” adını daşımaq cinayət hesab edilərək, ona ağır cəza istənlən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

RF prezidenti Vladimir Putin Dövlət Dumasına kriminal cəmiyyət yaratmaq, orada iştirak və rəhbərliyə görə cinayət cəzasının ağırlaşdırılmasını tələb edən qanun layihəsini təqdim edib. Bu haqda “Rosbalt”ın müxbiri məlumat verib.

Kristof  Xoysgen  Moskvanın Minski 2015-ci ildən işğal etdiyini deyib
BMT Təhlikəsizlik Şurasının Almaniya üzrə nümayəndəsi Kristof Xoysgen Ukraynada vəziyyəti müzakirə sırasında Rusiyanın 2015-ci ildən Minski işğal etdiyini bəyan edib. Bu haqda RİA Novosti məlumat verib.

Rusiya qazın  Ukraynadan tranzitinə  razıdır, lakin şərti var
Rusiya XİN-yi qazın Ukrayna ilə tranzitinin yalnız onun şərtləri əsasında davam etdirilməsinə razı ola biləcəyini bildirib. Bunu "RİA Novosti"-yə müsahibəsində RF xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan edib.


Amerika höküməti   ABŞ-da emmiqrasiya və vətəndaşlıq xidmətinin Moskva bürosunu bağlayır
Amerika hökümətinin ABŞ-da emmiqrasiya və vətəndaşlıq xidmətinin Moskva bürosunu martın sonunda bağlalayacağı haqqnda təşkilatın Тwitter səhiəsində xəbər verilib.
"Exo Moskvı"nın Pskov redaksiyasına yoxlamaya  gəldilər
Hüquq-mühafizə orqanları "Exo Moskvı" radiostansiyasının Pskov redasiyasını yoxlamaya gəliblər. Bu haqda Pskov şöbəsinin redaktoru Maksim Kostikov məlumat verib.

Bundan əvvəl radiostansiyanın Pskov redaksiyasının jurnalisti Svetlana Prokopevanın evində istintaq axtarış işləri aparıldığı bildirilmişdi. Ona qarşı terrorizmi dəstəkləmək suçundan cinayət işi qaldırılıb (RF CM 205 maddə) deyə Kosktkov söyləyib. Cinayət işinə Prokopevanın FSB-nin Arxangelsk idarəsində baş verən partlayışla bağlı yazısı səbəb ola biləcyi ehtimalından "Pskovskaya quberniya" nəşri yazıb. Nəşrin məlumatına görə bu material Pskov xəbər xəttində dərc olunub (hazırda oradan silinib), amma materialın "Exo Moskvı" radiosunun Pskov şöbəsinin müəllifinə aid olduğu deyilir.

İstintaq Komitəsi Arxangelskdə FSB-nin binasında baş verən terrordan sonra cinayət işi qaldırıb. Qeyd edək ki, 2018-ci ilin oktyabrının sonunda FSB-nin Arxangelsk vilayəti üzrə idarəsində partlayış baş verimişdi. İstintaq Komitəsinin versiyasına görə bombanı binaya 17 yaşlı yerli sakin gətirib və qurğu əlində işə düşdüyü üçün özü də partlayışda ölüb. Bu işlə əlaqədar ölənlə ünisyyətdə olan 14 yaşlı məktəbli saxlanılıb.

Yenises.ru
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Pərdəarxasının önü və ya önün pərdəarxası

Remarka. Köklü- budaqlı küknar. Qaranlıq sənhə. Bir azdan o qaranlıqdan süzülən aydınlıq geriyə-tarixə işıq tutacaq.
Kadrarxası səs: Bu gün bu qoca küknarın altında toplaşan onlarla nağıl qəhrəmanı onlara can verən öz qəhrəmanlarını anmaq üçün səhnəyə çıxacaqlar...
Rusiya rəsmiləri Venesuelaya rus muzdlularının göndərilməsi xəbərini təkzib edir

Verilən bəzi məlumatara görə onlar prezident Maduronu qoruyur.

Moskva Ukrayna, Suriya prezidentlərini xilas etsə də, 17 milyard dollar vəsait qoyduğu Venesuela prezidentinə hələ ki, heç bir yardım etmir. Hər halda yardım haqqında heç bir rəsmi bəyanat yoxdur. Amma "Reuters" agentliyi təsdiq edir ki, qeyri-rəsmi olaraq Ukraynanın cənubunda, Suriyada vuruşan, eləcə də Afrikanın bir sıra ölkələrində hərəkət edən ÇVK "Vaqner"adlanan dəstənin döyüşçüləri ora göndərilib. Məlumatlarda o da bildirilir ki, birinci dəstə prezident seçkilərnə qədər, ikinci dəstə isə bir müddət əvvəl ora gətirilib. Onlara Maduranı aralarında cəsus olma ehtimalına nəzərə alaraq öz mühafizəçilərindən qorumaq tapşırılıb.
Vladimir Putin Venesuelaya hərbi dəstə göndərdi
Vensuelanın prezidenti Nikolas Maduronun mühafizəsi üçün ölkəyə xüsusi hərbi şirkətin (ÇVK) rus muzdluları gətirilib.

Xarici mətbuat xəbər verir ki, ola bilsin ki, ölkədə Rusiyanın maraqları üçün Suriyada və Ukraynada vuruşmuş 400 rus hərbi muzdluları var.

Rusiya muzdluları Venesuelaya etiraz aksiyaları balayandan sonramı gəlib, yoxsa onlar artıq o ölkədə varmiydı-bu haqda Rusiya mətbuatında dəqiq məlumatı verilmir-deyə Lenta.ru qeyd edib.


Yenises.ru
"Köpəklər kimi": Kuzbas məktəbliləri yeməkxanada nə yediklərini göstərdilər-VİDEO
Kuzbass yeniyetmələri məktəb yeməkxanasında verilən keyfiyyətsiz qidalardan şikayət ediblər.

Şagirdlərə verilən həddindən artıq bişdiyindən qaşıqla qarışdırıldıqda boşqabda xəmirə dönən makaron yeməyinin videosu paylaşılıb.

"Əsl itlərə verilən kimi", - videonun müəllifi belə qeyd edib.
Krım  AŞPA-nın Kerç boğazı ilə bağlı  tələbini  rədd etdi
AŞPA-nın Kerç boğazındakı təxribatdan sonra saxlanılan Ukrayna əsgərlərini azad etmək tələbləri məntiqsizdir. Belə bir bəyanatla millətlərarası əlaqələr üzrə regional parlament komitəsinin sədri Yuri Gempel çıxış edib.

Zaxarovadan Çubaysa cavab:"Dom-2"-ya baxdığını bilmirdim"
RF xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə "Rosnano" başçısı arasındakı sözlü "atışma" davam edir. Anatoli Çubays Mariya Zaxarovanın ironiyasına cavab olaraq ""yerinin Dom-2" olduğunu göstərmişdi.

Mariya Zaxarova yenə də ona cavabı ləngitməyib. Çubaysın fikrinə özünün Facebook səhifəsindən bu fikirlərlə qarşılıq verib: "Mən Anatoli Borisoviçin "Dom-2" proqramına baxdığını bilmirdim".

Yenises.ru

Çubays Zaxarovanı Buzova ilə əvəz edin dedi
Zaxarova teleşouya, Buzova siyasətə. Zaxarova ilə mübahisəni qiyabi davam etdirən Çubays belə tövsiyyə edib.

"Rosnano"nun başçısı Anatoli Çubays RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə aralarındakı mübahisni qiyabi olaraq davam etdirərək, onun yerinə teleaparıcı Olqa Buzovanın qoyulmasını məsləhət görüb.
ABŞ İrana sanksiya siyahısını genişləndirdi
ABŞ hökümətinin İrana qarşı sanksiya siyahısını genişləndirməsi barədə Reuters agentliyi məlumat verib.

Əvvəllər məhdudiyyət siyahısına düşmüş Mahan Air aviakompaniyasından başqa, İslam İnqilabı Mühafizə Korpusu ilə bağlı təşkilatlara qarşı da sanksiya qoyulub.

Bundan başqa Ermənistanın Flight Travel kompaniyası, həmçinin İranın Qeshm Fars Air və ona aid olan iki Boeing 747 təyyarəsi də sanksiya siyahısındadır.

Bir müddət əvvəl Axios intenet nəşri məlumat vermişdi ki, İran ABŞ-ı nüvə razılaşmasına görə "cəzalandıra"bilər.

Yenises.ru
Tarix : 16-08-2015, 18:16
ANAM DÜNYA(SI)NI DƏYİŞDİ
Avqustun 11-i ailə təqvimimizə qara rənglə yazıldı. Səhər saat yeddidə son nəfəsini verib haqqın dərgahına üz tutdu anam. Ona qədər dünyaya o məsumluqda qarabuğdayı uşaq, yetkinlik yaşına qədər o gözəllikdə qız, kəndin kasıb, amma yaraşıqlı dəliqanlısına qoşulub ailə qurandan sonra doğduğu uşaqlara ondan gözəl ana, sayı iyirmi doqquza çatan nəvəyə, otuz iki nəticəyə ondan şirin nənə gəlməmişdi.
ANAM DÜNYA(SI)NI DƏYİŞDİ
O məsum qarabuğdayı uşağın bəxtinə müharibə adlı əjdahanın odlu nəfəsiylə qarsaladığı aclıq, mülkədarmı, qolçomaqmı, nəmi deyə damğalanıb dama basılmış ata, üç övladla dul qalmış, tezliklə də övladları, demək olar ki, tamamilə onun üstünə atıb yeni ailə quran bacı düşmüşdü. On iki-on üç yaşlarında at belində iyirmi kilometrlik məsafədə həbsdə saxlanan (hələ başqalarına baxanda bu vəziyyət şükürlü idi, o birilərin izi-tozu da bəlli olmurdu) atasına yemək aparmaq, arxa cəbhə deyilən kənddə yaşıdları ilə bərabər işləmək, bacısının balalarına xaladan çox analıq etmək sanki onun çətinliklər dolu gələcəyinin təməlini qoyurdu. Arıqlığı, zəifliyi üzündən cəbhə yolunun yarısından qaytarılmış Ələmdarın evlənmək təklifini eşidəndə eşq-məhəbbətdən çox, vəziyyətinin bir az düzələcəyinə ümid bəsləmişdi. Necə evləndiklərini xatirlamasını istəyəndə atam haqda “özü də çox gözəl idi, elə qızların hamısı onnan danışırdı,--deyərdi anam,--amma məni qarabaqara izləyirdi, kasıb olduğunu gizlətmirdi, heç mən də onu varlı bilmirdim. İlk dəfə evlərinə girəndə isə çaşıb qaldım: onun bu qədər də kasıb dürumda olduğunu ağlıma gətirməmişdim.” Bəlkə elə ona görədir ki, birgə yaşadıqları əlli doqquz ildə nə barmağına üzük, nə qoluna qolbağ taxdı, nə qulağına sırğa, nə yaxasına bir daş-qaş asdı anam.

Yəni başa düşdünüz ki, yüngülləşəcəyinə bel bağlanan həyat bir az da çətinləşdi. Yeni ocaqda ailə daha böyük, şərtlər daha ağır idi. Özünü o vaxtkı quruluşun vurğunlarından birinə çevirmiş, varlığı ilə şuraya inanan həyat yoldaşı gecə-gündüz kənddə, rayonda kommunizm qurmağa çalışır, evin “xırda-para” qayğılarına vaxt tapmırdı. Əri yeddi il kolxoz sədri olanda da kəndlərin güzəranı babatlaşmış, evin durumu dəyişməmişdi ki, dəyişməmişdi. Bir xatirə yazısında bunu yazıb ucuz təskinlik almaq fikrində deyiləm, sadəcə olaraq atamın o quruluşa fanatikcəsinə aludə olub, aclar olan yerdə tox, harın yaşamağı özünə rəva bilmədiyini demək istədim. Bunun zərbəsi də hamıdan çox anama dəyirdi. “O olmaz, bu olmaz” qadağanları bir yanda, böyümək, yaşamaq istəyən uşaqlar, bir dam altda toplaşan ailə, böyük təsərrüfat o biri yanda anamı əl üstdə saxlanan, sədr, müdir xanımı yerinə sədrin bütün mərhumiyyətlərə dözən dayağına çevirdi. Birlikdə on iki övlad gətirdilər dünyaya, onların səkkizi böyüyüb boya-başa çatdı.

Vaxtaşırı atam müxtəlif sərgilərə, kurslara gedirdi. Biz uşaqlar hələ balaca ikən növbəti kurslardan biri də Gəncədə (o vaxt Kirovabad adlanırdı) idi. Bir gün axşamın toranında həyətdə bayquş oxumağa başladı. Başçısı uzaqda olan ailə üçün bu bədbinlik gətirən səsin necə yozulduğu aydın idi. Anam bir tüstülü kösöv atıb bayquşu uzaqlaşdırmağa çalışdı. Quş sadəcə yerini dəyişib evə az qala bitişik söyüdün başında oturdu və yenidən ötməyə başladı. Atamın hamımızdan gizli saxladığı kiçik kalibrli tüfəngi vardı. Anam tüfəngi üzünə alıb atanda ətrafdakılardan heç kim quşun səsdən qorxub uçmasından başqa bir nəticə gözləmirdi, çünki hava kifayət qədər qaralmışdı və məlumdur ki, bayquş yarasa kimi qaranlıqda ortaya çıxır. Atəş açılmasıyla quşun tappıltı ilə yerə düşməsi bir oldu. Sanki uşaqların qorxusu, uzaqdakı (o vaxt Gəncədə olmaq, Şəkiyə görə uzaqda olmaq sayılırdı) atamın başına bir şey gəlməsin düaları anama bir optik göz vermişdi. ANAM DÜNYA(SI)NI DƏYİŞDİ
Anaların hamısı gözəl, əziz, şirindi. Kim dünyanın ən bahalı restoranlarında yemək yeyəndə də “anamın yeməyinin dadını vermir” deməyib? Amma mən anamın əppəyindən demək istəyirəm. 1973-cü ildən kənddən çıxıb əvvəlcə Bakıya oxumağa, sonra Moskvaya işləməyə gedəndən ta anam yatağa düşənə qədər nə vaxt kəndə gəlmişəmsə anamı təndirin başında görmüşəm. O təndirin əppəyindən gələn və az qala bütün kəndə yayılan o ətri təsvir eləməyə gücü olan varmı?

Tələbəykən qış tətilinə evə gedəndə mənim yerim evimizin qonaq otağında olardı. O vaxt indiki kimi yaz-qış bütün nemətlər bol deyildi, meyvələri qışa saxlama fəndləri hələ kəndə gəlib çıxmamışdı. Anam mənim uşaqlardan xəlvət saxladığı alma, heyva payımla otağa gələr, o bir-iki meyvə ilə dünya bağışlayardı mənə.

Şirindildi. Yataqda olduğu vaxt ağrı-acıdan, hərəkətsizliyindən qeyzlənib bir az cığallaşsa da hamıya deməyə xoş sözü, ağız dolusu duaları vardı. “Allah səni Tur dağına döndərsin!” “Allah, hamının balasını öz pənahında saxla, mənimkilər də onların içində!” “Gözlərinin ağırsın alım, a qaymaq!”

Dünyanı dəyişdirdi anam. Ona qədər bir dünya vardı, onunla olan dünya başqaydı, getdi, dünyanı başımıza dolandırıb getdi. Hər övladın, nəvənin, nəticənin adını əzbər bilməyi, hər birini öz “dilində” oxşamağı xatirəyə döndü. Ömrün qürubuna yaxın dəhşətli oğul acısı yaşadı, gözlərini əbədi yummazdan on gün əvvəl yeganə qardaşını itirdi.

Pasportunda təvəllüdü iyirmi doqquzuncu il yazılmışdı. Əslində min doqquz yüz iyirmi altıncı ildə anadan olduğunu sinif yoldaşlarından öyrənmişdik. Uzun, dolğun ömür yaşadı. Övladları keçmiş SSRİ məkanında, müstəqil Azərbaycanda, yüksək rəsmi dairələrə, nəvələri Türkiyə, Almaniya, Amerika, İngiltərəyə qədər yol aldılar. Bu gün susuzluqdan hər qarış torpağı cadar-cadar olmuş kəndimizin havasını, suyunu udmuş o ailənin övladları fərqli dillər öyrənib müxtəlif peşələrə yiyələndilər.

Hər təhsil ilinin başlanğıcında nəvə-nəticələrlə bərabər tələbə həyəcanı yaşayırdı anam. Sonuncunu keçən il—nəticəsi pedaqoji universitetə girəndə yaşamışdı. Əfsus ki, bu ilin təzə xəbərlərini ala bilmədi. Nəvəsinin yüksək balla xarici dillər universitetinə, ikinci nəticəsinin rəssamlıq akademiyasına qəbul xəbərlərini desələr də bir nöqtəyə zillənmiş gözlərindən anlayıb-anlamadığı bilinmədi.

Dünyanı dəyişən anam öz dünyasını dəyişdi.
Allah rəhmət eləsin!

Cəfər Sadıq,
Moskva, 16 avqust 2015-ci il




Baxış: 6306 | Bölmə: Sosial, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru