Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Tarix : 8-01-2016, 02:04
GÖRKƏMLİ HƏKİM, PROFESSOR SABİR HƏBİBOVUN 65 YAŞINA
Şəfalı əllərin sehri, Kəlbəcər nisgili...
Nəsib NƏBİOĞLU


Moskva şəhər 79 saylı xəstəxananın Endoskopik Cərrahiyyə şöbəsinin müdiri, professor, Rusiya Federasiyasının Əməkdar həkimi Sabir Həbibovun adı istər Rusiyada, istərsə də Azərbaycanda çoxlarına yaxşı tanışdır.

Bu gün Moskvada sayılıb-seçilən həkimlərdən söhbət düşəndə ən əvvəl Sabir Həbibovun adı iftixar hissi ilə çəkilir. Ömrünün 40 ilə yaxın ən qaynar çağlarını insanların sağlamlığı keşiyində dayanmağa həsr edən S. Həbibovun yanvar ayının birində 65 yaşı tamam olur. Təbabət elmində S. Həbibov öz dəst-xətti, fikri və sözü olan bir alim kimi, istedadlı cərrah kimi qalacağına şübhə yoxdur. Böyüməkdə olan və bundan sonra dünyaya göz açacaq nəsil S. Həbibovu təbabət tarixindən tanıyacaq. Tarix isə silinməzdir, əbədiyaşardır. Sadəliyin, nəcibliyin, insansevərliyin, təəssübkeşliyin, ziyalılığın timsalı olan S. Həbibov böyük qəlbə malik bir insan, ən əsası isə özünü təsdiq edən şəxsiyyətdir. Təmsil etdiyi millətin, nəsli-kökü, ailə mühiti, tərbiyəsini aldığı valideynləri, orta məktəbdə müəllimlərindən öyrəndikləri ali təhsil illərindəki fəallığı və nəhayət, həyatda özünün zəhməti, bacarığı ilə qazana bildikləri onu daim irəli aparıb. İnsanlara sevdirib, dost qazandırıb, saysız insanların sevimlisi edib.

Sabir Həbibov hazırda tibb elmləri doktoru, professor, Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopik Cərrahlıq Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiridir.

İstedadlı novator həkim kimi tanınmış Sabir Həbibov elmi və ictimai fəaliyyətdə qazandığı nailiyyətlərinə görə RF Tibbi-Texniki Elmlər Akademiyasının qızıl medalına layiq görülüb, çoxillik qüsursuz əməyinə görə "Rusiya Federasiyasının səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 2005-ci ildə həmyerlimiz təbabət sahəsində mühüm nailiyyətlərinə görə Moskva hökumətinin mükafatını alıb. "Moskvanın tanınmış adamları-2007" kitabına Rusiya paytaxtının ən görkəmli şəxsiyyətlərinin adlarıyla yanaşı Sabir Həbibovun da adı düşüb. 2009-cu il mart ayının 31-də Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev həmvətənimiz, təbabət sahəsində yüksək ixtisaslı mütəxəssis Sabir Həbibova Rusiya Federasiyasının Əməkdar həkimi fəxri adı verilməsi haqqında fərman imzalayıb. S.Həbibov bu ada səhiyyə sahəsində xidmətlərinə və çoxillik qüsursuz fəaliyyətinə görə layiq görülüb.
GÖRKƏMLİ HƏKİM, PROFESSOR SABİR HƏBİBOVUN 65 YAŞINA
Həmin ərəfədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Sabir Həbibov demişdi: "Mən fəxr edirəm ki, Azərbaycan və Rusiya təbabət məktəblərinin nümayəndəsiyəm, həyatımın 40 ildən artıq dövrünü insanlara şəfa vermək kimi nəcib missiyaya həsr etmişəm. Öz əməyimin nəticələrini və çoxillik işimin Rusiya dövlətinin rəhbərliyi tərəfindən bu qədər yüksək qiymətləndirilməsini görmək mənə çox xoşdur. Mən bundan sonra da azərbaycanlı adını uca tutacaq, Rusiya Federasiyasının Əməkdar həkimi fəxri adını doğruldacağam".

1973-cü ildə institutu bitirdikdən sonra o, bir müddət Bakıda Elmi Tədqiqat Klinik Eksperimental Təbabət İnstitutunda işlədi. 1977-ci ildə isə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil oldu. 1980-ci ildə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyası müdafiə etdi. 1983-cü ildən 79 nömrəli Moskva şəhər klinik xəstəxanasında praktik cərrahiyyə ilə məşğuldur. 1993-cü ildən o, qarın boşluğu və kiçik çanaq orqanlarında endovideocərrahiyyə əməliyyatlarını xəstəxana praktikasında tətbiq etmişdir. S.Həbibovun rəhbərliyi ilə həmin xəstəxanada ixtisaslaşdırılmış endoskopik cərrahiyyə şöbəsi yaradılmışdır. 2000-ci ildə o, Rusiyada ilk dəfə varikoz xəstəliyi zamanı venanın endoskopik transillüminasiya üsulu ilə kəsilib götürülməsi əməliyyatını praktikada tətbiq etmişdir. İndi Moskvada və Sankt-Peterburqda, Rusiyanın digər regionlarında bu cür əməliyyatlar aparılır. Həmvətənimiz bir ixtiranın, praktik cərrahiyyədə tətbiq edilən iki səmərələşdirmə təklifinin müəllifidir. Tanınmış həkim ABŞ-da, Böyük Britaniyada, Fransada, İtaliya, İspaniya, Almaniyada, İsveçdə, Avstriyada və başqa ölkələrdə ustad dərsləri keçmişdir. O, Rusiyanın gənc mütəxəssislərinə, eləcə də həkimlik fəaliyyətinə yeni başlayan azərbaycanlı həmkarlarına böyük kömək göstərir.

Azərbaycanlı alim Almaniyada, İspaniyada, Hollandiyada, İsveçdə, Türkiyədə və sair ölkələrdə endoskopiya cəmiyyətlərinin üzvüdür. MDB dövlətlərinin bir çox şəhərlərində keçirilən elmi konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxışlar etmişdir. Həmin məruzələrin mətni nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Görkəmli alim neçə-neçə ölkədə nəşr edilmiş 50-dən çox elmi əsərin müəllifidir.

Sabir Həbibov 1950-ci ildə respublikamızın dilbər guşələrindən biri olan, təbii gözəlliklərinin saflığı ilə qəlbləri oxşayan Kəlbəcərdə sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Ağlı söz kəsəndən bilib ki, üzvü olduğu bu ailənin ətrafına cəm olduğu süfrəsinin bin-bərəkəti halallıqdır. Kəlbəcərin müdrikliyini özündə birləşdirən babası Həbib kişi din-iman əhli olub, halal zəhməti ilə çörək qazanıb, məmləkətdə həmişə sayılıb-seçilib, adı hörmətlə çəkilib. Bütün milli-mənəvi köklərə bağlılıqla yanaşı, bu ailənin övladlarında elmə, sənətə, böyük və tükənməz bir həvəs olub. Ailədə 8 övlad böyüyüb. Sabir Həbibovun atası Qaçay kişi dövrün köklü, nəcabətli nəsillərindən birinin övladı idi. Qardaşları da ali təhsil alıb. Atasının onun tərbiyəsində, təhsilində bir insan kimi formalaşmasında çox böyük rolu olub. Qaçay kişi bütün söhbətlərini atalar sözləri, zərb məsəllərlə müşayiət edərdi. Mən özüm də onu yaxşı tanıdığımdan dəfələrlə bu el ağsaqqalının dərin məzmunlu, dadlı-duzlu söhbətlərinin şahidi olmuşam, onun dadlı-duzlu söhbətləri təkcə mənə yox, həmsöbət olduğu hər kəsə xoş gəlib, dadlı-duzlu söhbətləri ilə hər kəsin sonsuz məhəbbətini qazanıb. Qaçqınlıqdan sonra Xırdalanda məskunlaşan Qaçay kişi bir müddət əvvəl "Kəlbəcər" deyə-deyə dünyasını dəyişib. O, işıqlı insanın yalnız evlərində izləri, övladlarının dillərində ibrətamiz, duzlu-məzəli sözləri, qəlblərində məhəbbəti və bir də hikmət dolu şirin xatirələri qalıb. Sabirin anası Sona xala isə gözəl-göyçək laçınlı qızıdır. Kəlbəcərə gəlin köçüb. Ona bütün azərbaycanlı xanımlara xas olan abır-həya, ismət, mehribanlıq, alicənablıq xasdır. Sona xala ismət mücəssəməsi olan ağbirçək analardandır.

Lap uşaqlıq yaşlarından ağ xalat geymək, xəstə insanlara şəfa vermək Sabirin ən böyük arzusu olub. Atası Qaçay kişi də oğlunu həkim görmək istəyirdi. Atayla balanın arzuları üst-üstə düşürdü. Odur ki, orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Sabir Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə fakultəsinə daxil olub. Onu arzuları enişli-yoxuşlu bir yola çıxarıb. Əlbəttə, bu yol olduqca çətin idi. Amma o, çətinliyi gecəli-gündüzlü çalışmaqla dəf edə bilib.

Qaçay kişinin qapısı insanların üzünə həmişə açıq olub, Kəlbəcərin qabaqcıl fikirli ziyalılarının, savadlı insanların toplaşdıqları ocağa çevrilmişdi. Məhz belə bir sağlam mühitdə böyüyürdü Sabir və onun varlığına hopmuş mərdanəlik, bütün mənfiliklərdən uzaq şəxsiyyətinə xas olan təbiilik bunlardan qaynaqlanmışdı.

Kəlbəcər kimi bir rayonda bir çətən külfəti dolandırmaq, uşaqları araya-ərsəyə gətirmək, onlara təhsil vermək, ev-eşik yiyəsi eləmək o qədər də asan iş deyildi. O, atası Qaçay kişini həmişə xoş duyğularla xatırlayaraq deyir: "Atamdan təhsilə, elmə həvəs, zəka, səxavət, humanistlik, torpağa, xalqa məhəbbət dərsləri almışam. Anamdan isə mehribanlıq, mərhəmət, sədaqət, fədakarlıq, sevgi hissləri əxz etmişəm. Anam cox cəfakeş, dözümlü, dəyanətli ana olub".

O dövrün məşhur həkimləri - Ənvər Əkbərov, Bəhram Sarıyev, o vaxtkı Elmi Tədqiqat Klinik Eksperimental Təbabət İnstitutunun şöbə müdiri professor İsa Qurbanəliyev Sabirin bir alim, bir cərrah kimi yetişməsində və formalaşmasında mühüm rol oynamışlar. Sabir indi də bu əvəzsiz müəllimlərinin, xeyirxah əməllər sahibi olan bu insanların adlarını böyük hörmətlə, məhəbbətlə, iftixar hissiylə çəkir.

Mən Sabiri uzun illərdi ki, tanıyıram. Onun Sovet dönəmində Moskvada çalışdığı illərdən üzü bu günə hər yerdə onun fəaliyyətini izləmişəm. O, özü də bilir ki, mən onun Rusiyadakı uğurlarına yalnız sevinirəm. Bir dost kimi, bir eloğlu kimi onun qazandığı nailiyyətlərə həmişə ürəkdən sevinmişəm, qürur hissi keçirmişəm.

Sabir sənətinin vurğunudur. Odur ki, tez-tez mənə deyir: "Bu iş olmasa, məni işimdən uzaqlaşdırsalar mən yaşaya bilmərəm. İnanırsan, elə gün olur ki, 10-12 saat əməliyyatlarda oluram, işləyirəm, amma yorulmaq nə olan şeydir, bilmirəm. Əgər mən sevimli peşəmdən ayrılsam, yaşaya bilməyəcəyəm". O, doğrudan da peşəsinin fanatıdır. Ömrünün 65-cı ilində işdən, axtarışdan, insanlara xidmət etməkdən yorulmur.

Əsl cərrah kimi yetişmək çox böyük zəhmət tələb edir. Bunun üçün həkimin özünün fundamental biliyi, müasir tibbi texnika ilə işləmək bacarığı və yüksək düşüncə qabiliyyəti olmalıdır. Məlum həqiqətdir ki, təcrübəli, istedadlı həkim öz bildiklərini həmkarları ilə bölüşəndə insanlara ikiqat kömək etmiş olur. Sabir həkim illərlə topladığı bilik və təcrübəni öz həmkarları, xüsusilə gənc həkimlərlə bölüşməyi çox sevir. O bunu hər gün, klinikada, adi söhbətdə, əməli iş zamanı da təsdiq edir. Ona yalnız Rusiyada yaşayanlar deyil, hətta Azərbaycandan, ayrı-ayrı bölgələrimizdən gələn xəstələr də müraciət edirlər.

Sabirlə tez-tez zəngləşirik, imkan tapıb görüşürük, hər görüşümüzdə yalnız dərd-sərimizdən, Kəlbəcərdən danışırıq, sözümüzün ilki də, sonu da Kəlbəcərdi. Bu qürbət eldə taleyimizə yazılmış bu ağrılı-acılı ömrümüzü Kəlbəcər deyə-deyə, göynəyə-göynəyə üyütməkdəyik. Kövrəlib göz yaşı axıtdığımız günlər az olmayıb. Bu göz yaşları bir-birimizə sevgidən, düşmən tapdağı altında inləyən Kəlbəcərimizə məhəbbətdən, orda qoyub gəldiyimiz, talan olan yurdlarımıza həsrətimizdən irəli gəlir.

Sabirin iş otağına daxil olanda, adama elə gəlir ki, Azərbaycandadır. Otaqda Azərbaycanın, Kəlbəcərin abı-havası duyulur. Mənə elə gəlir ki, bu adam qaçqın-köçkün insanların ağrılarını-acılarını, onların bu haqsız dünyada düçar olduğu dərdlərlə onlarla birgə yaşayıb.

Mən dəfələrlə Sabirin çalışdığı kollektivin üzvləriylə, onun iş yoldaşlarıyla görüşmüşəm, onun müalicə etdiyi xəstələrlə və onlara xidmət göstərən həkimlərlə, digər tibb işçiləri ilə söhbət etmişəm. Onun işçiləri, hamı Sabirin yalnız həkim kimi yox, bir insan kimi insanlara olan münasibətindən, onlar üçün yaratdığı normal şəraitdən razılığını bildiriblər. Onu sevdiklərini dönə-dönə vurğulayıblar. Bunu isə yad torpaqda, qeyri millətlərin arasında qazanmaq o qədər də asan olmayıb. Bunları qazanmaq üçün talant, bilik,tərbiyə, qabiliyyət, səviyyə lazımdır. Dəfələrlə eşitmişəm ki, qeyri millətdən olan xəstələr əsasən də ruslar təkid ediblər ki, istəyirəm ki, məni Sabir Qaçayeviç əməliyyat etsin!

Dünyanın ən müdrik insanlarından olan dahi alim, həkim, filosof "təbabətin atası" sayılan Hippokratın sevimli bitkisi aloye idi. O deyirdi ki, bu bitki çox xəstəliklərin dərmanıdır. Sabir isə Kəlbəcərdə bitən dərman birkilərinin - çaytikanı, əvəlik, qırxbığım, yemlik, turşəng, quzuqulağı, mərövçə, çiriş, cacıq, baldırğan, şomu, bolu, andız, çaşır, dağ göbələyi, əməköməci, qazayağı, şirin qanqal, xatınbarmağı, kəkotu, qantəpər, yarpızın dünyanın heç yerində olmadığını deyir və əlavə edir: "Kəlbəcər insanlara şəfa bəxş edən bitkilər diyarıdır".

Mən əziz dostum Sabir Həbibovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm və bu yazını ona həsr etdiyim şeirlə bitirirəm:

Dağ oğullar zirvələrə söykəndi,
Qərib düşən qəm şələsi çəkəndi,
Ümid şamı öləzidi, tükəndi,
Kim qarğadı, nədən düşdük qarğışa?!

Dərd bulanır nənələrin gözündə,
Doğma yurdlar kəlməsində, sözündə.
Oğulsansa cəsarət tap özündə,
Oğulsansa indən belə gəl yaşa!

Püşkümüzə həsrət düşüb, qəm düşüb,
Sevinmirik, gözümüzə nəm düşüb,
Kəlbəcərsiz ömür gəlib ötüşüb,
Çətin könül bu zamanla barışa.

Bizik vaxtsız belə beli bükülən,
Bizik yurdu talan olan, sökülən,
Yaş deyil ki gözümüzdən tökülən,
Gözümüzdə qarışıbdı qan yaşa!

Tanrı özü haqsızlığa görk elər,
Tərk eyləyər bu şübhələr, bəlkələr,
Yuxumuza allı-güllü yurd gələr,
Yuxumuzda bürünərik qumaşa.

Üzümüzü tutaq gedək haraya,
Dağ yeli yox telimizi daraya,
İnsafı yox Murov düşüb araya,
Heç olmasa gendən edək tamaşa.

Biz qəribik, qürbət eldə həyan yox,
Namərdlərin gözlərini oyan yox,
Bu dünyada dərdimizi duyan yox,
Üstümüzə qəm ələnir birbaşa!

Hara getsək, üstümüzə dərd yağar,
Dağ kəlməsi bizi yaxar, dağlayar,
Nəsib, Sabir Kəlbəcərsiz ağlayar,
Qürbət eldə yenə verib baş-başa!

Moskva
1 yanvar 2016-cı il





Baxış: 2937 | Bölmə: Sosial, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru