SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Tarix : 17-03-2016, 05:35
Bu bayram  papaq ata bilmirəm, papağı Zəngilanda qoyub gəlmışəm...
Əziz həmvətənlər, bacı və qardaşlar və Ata yurdu viran olmuş köhnə zəngilanlılar! Bəlkə də bu gün çoxunuz təəccüb hissi keçirdiniz ki, balam, bu Şirvan hətta xristianları belə bütün dini bayramları münasibəti ilə təbrik etməyi özünə borc bilir, ancaq bizim məxsusiliyiilə seçilən, Zəngilanda Novruzdan da təntənəli qeyd edilən İlaxır Çərşənbəsində nə isə susdu Bütün köhnə zəngilanlılar bilir ki, bizim «İLAXIR ÇƏRŞƏNBƏ» dediyimiz bu bayram uşaqlıq illərindən ən həsrətlə gözlədiyimiz bayram olub. Çünki bu bayramda mütləq nə isə təzə bir paltar, hətta corab da olsa belə, geyinməli idik. Bayramdan bir ay öncə «Yumurta döyüşünə» xüsusi hazırlıq görülürdü, kimi yumurtanı sementə basdırardı, kimi hind toyuğunun yumurtasının çillərini kimyəvi üsulla ağardardı, kimi taxta yumurta düzəldərdi, bir sözlə «Yumurta döyüşünün» öz qanunları, daha doğrusu qanunsuzluqları, və mütəxəssisləri var idi. Bayrama təxminən iki həftə qalmış hansısa qohumlardan birində olan «DUXOVKAYA» növbə tutulurdu ki, bayram şəkərburası və paxlavası bişirilsin. Bayrama bir neçə həftə qalmış qohumlardan birinin evində yığışıb qoz — cəviz sındırardıq. Kiminsə evində bir qozsındıran olardı, böyüklərdən kimsə onu işlədərdi, qalanlar isə — kimi çəkiclə, kimi kəlbətinlə, çoxu isə daşla qırardı qozu. Biz Bacıxanım mamamgilə (bibim) yığışardıq, Əcəb nənə, Sənəm xala, Hayqanuş xala, Sayat qoca, Hədiqa xala, Gülara xala, Cabbar dayının ailəsi — uşaqları, anası Gövhər nənə, yoldaşı Səfurə xala, bacısı Elmira, hamı yığışardı, biz uşaqlar qozu, fındığı qırardıq, qadınlar, qızlar isə söhbət-qeybət edə-edə təmizləyərdilər ləpəni. Bəzən qoz ləpələmə prosesi bir neçə gün davam edərdi. Sonra isə gözləyərdim ki, nə vaxt bizim duxovka növbəmiz çatacaq, növbə gələndə anam deyərdi ki, nənən qurban, get filankəsgildən Məhliqə xalanın duxovkasını al gətir. Duxovka gələn günü evdə bizim üçün toy-bayram olurdu, çünki, bişirilənlərin qırım-qırtısından, vaxtı ötürülüb bir az yanananında biz də yeyərdik. Əlbəttə ki, duxovka bir gündən artıq evdə qalmazdı, qalanda, demək sabah kimin üçünsə yenə bizdə bayram şirniyyatı bişiriləcəkdi. Duxovka evdən gedəndən sonra həsrət ilə ilaxır çərşənbənin gəlişini gözləyirdik, çünki son günə qədər bişirilənlərə əl vurmaq olmazdı…

Və, nəhayət həmin gün gəlirdi. Məktəbdə xüsusi təlimat keçirilirdi ki, kimsə boynuna torba salıb qapı-qapı gəzməsin, kosa gedənlərin və Yalda çillə çıxardanların aqibəti isə direktor tərəfindən məktəbdən qovulma və yaxud xuliqanlıqda təqsirlənmə ilə hədələnirdi. Hətta məktəblərdə növbətçi drujinaçılar da təyin olunurdu ki, bu kimi halların qarşısı alınsın. Bütün bu formal qadağalara baxmayaraq, torba ilə qapıları da gəzirdik, «MUL-MUL-MUL» oxuya-oxuya çal-oyna ilə qapıları gəzən kosaları da qəpik-quruşla yola salırdıq, hətta o qədər öyrəşmişdik ki, təxminən bilirdik hansı kosa nə vaxt gələcək. «Avtoritetli» kosalara 20 qəpikdən 1 manatadək pul verərdik, qalanlarını isə 10-15 qəpiklə yola salardıq. Az pul verəndə utanardıq ki, sabah kosalar rayonda bizi xəsislikdə təqsirləndirərlər. Nəhayət, səhər açılırdı, biz məktəbə gedirdik, və məktəbdə artıq bilinirdi ki, kim Yalda çillə çıxardıb, çünki səhərə kimi maşın şinlərini yandırıb tonqalın ətrafında oturanların hər şey «üzlərində yazılırdı». Bizim evdən yaldakı tonqal aydın görünürdü, hətta ordan şinləri yana-yana aşağı diyirlədəndə, mənə elə gəlirdi ki, şinlər gəlib şəhərin küçələrinə qədər çata bilər. Yuxarı siniflərdə oxuyanda bizim üçün maraqlı olurdu ki, məktəbdə növbətçi qalaq. Buna səbəb o idi ki, əvvəla dostlarla birgə yaxşı yeyib-içməkdə olurduq, ikincisi sevimli müəllimlərimizlə birgə olurduq, üçüncüsü, məktəbdə səhərə qədər stolüstü tennis oynamaq imkanı yaranırdı. Nə isə…

Əziz dostlar, bunları yazmaqda məqsədim indiki gənc zəngilanlılara o torpağı nə üçün sevdiyimizi izah etmək mümkünsüzlüyünü göstərməkdir. Çünki bizim hisslərimizi duymaq üçün gərək biz yaşadığımızı yaşasınlar. Ananı, övladı nə üçün sevdiyini izah etmək mümkün olmadığı kimi, torpaq, vətən sevgisini də izah etmək mümkün deyil…Samarada döğulub böyüyən, soruşanda haralısan, avtomatik olaraq zəngilanlıyam deyən övlad, atasının hansı hisslərlə Çərşənbə bayramını qeyd etməsini çətin duya bilər. Çünki, o, şəkərburanı da, paxlavanı da ildə bir dəfə yox, ürəyi istədiyi vaxt yeyə bilir, çünki o, duxovka üçün növbə nə olduğunu heç vaxt qəbul edə bilməz, çünki o, həmişə qoz ləpəsinin təmizini görüb, və heç qoz ağacının necə göründüyünü də çətin təsəvvür edir…

Bu gün Bakıda yaşayan 75 yaşlı xəstə anamdan soruşdum ki, papaq atanlar oldu, dedi ki, hə oldu, əvvəl gələnlərin papaqlarını doldurdum, gec gələnlərə qapını açmadım… Zəngilanda Çərşənbə gecəsi qapiları bağlamazdıq… Zəngilanda heç papaq atmaq da adət deyildi… Doğrusu bunları yazmağa başlayanda nə ilə başlayıb, nə ilə qurtaracağımı bilmirdim, sadəcə qürbətdə 1993-cü ildən sonra Zəngilan ənənələrinin tərkib hissəsi olan İlaxır Çərşənbənin mənim üçün hansı səbəblərdən qəmli bayram olduğunu izah etmək istəyirdim… Əsl səbəb isə yazının sonunda özü tapıldı. Çünki mən bu bayram gecəsi papaq ata bilmirəm, papağı Zəngilanda qoyub gəlmışəm… Allah bizlərə tezliklə düşmən tapdağı altında qalmış papağımızı başımıza qoymaq şərəfi qismət eləsin! Söz verirəm ki, inşallah, o zaman gəlsə, qonşularımızın birinin qapısına mütləq papaq atacam…

İlaxır Çərşənbəniz mübarək, əziz həmvətənlərim!!!

Şirvan Kərimov
Samara Vilayəti Azərbaycanlılar liqasının sədri, hüquqşünas




Baxış: 1513 | Bölmə: Sosial, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru