Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!

" ...Dəli bir ağlamaq keçir könlümdən..."

Qarakənd faciəsindən ... keçir
Ərdoğan ABŞ-dan  "Patriot" almaq ehtimalı ola bilər deyib

Təbii ki, şərtlər əlverişli olarsa Türkiyə Amerikadan "Patriiot" zenit-raket sistemi almaq ehtimalını rədd etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa bildirib ki, ABŞ-dan sərfəli təklif gəldiyi təqdirdə, ölkəsi "Patriot" zenit raket sistemini almaq variantı üzərində düşünə bilər.

"Biz C-400 və F-35 ətrafında yaranan anlaşmazlığı aradan qaldıra bilərik"-deyə Tükiyə lideri qeyd edib.

Bir müddət əvvəl xəbər verilişdi ki, Tramp və Ərdoğan öz nazirlərinə Türkiyənin havadan müdafiə sistemi С-400-ün Rusiyadan alınması ətrafındakı vəziyyətin nizamlanması üçün çalışmalara başlanmasını tapşırıblar.

Yenises.ru
В Самаре пройдут Дни азербайджанской культуры

В Самаре 15-16 ноября пройдет серия мероприятий в рамках Дней азербайджанской культуры под названием «Волга – Каспий: незримый мост мира» с участием руководителей азербайджанских национально-культурных объединений регионов Приволжского Федерального округа, сообщает Единый информационный портал азербайджанцев России AZRU.

Организатором мероприятий является Лига азербайджанцев Самарской области (ЛАСО).

Дни азербайджанской культуры начнутся с церемонии возложения цветов к Вечному Огню и горельефу «Скорбящей Матери-Родине». Затем пройдет круглый стол «Волга – Каспий: незримый мост мира», состоится экскурсия по городу и гала-концерт с участием азербайджанских творческих коллективов Самарской области.

Во второй день мероприятий состоится литературный меджлис, посвященный 650-летию азербайджанского поэта и мыслителя Имадеддина Насими. Завершатся мероприятия Дней азербайджанской культуры встречей актива Самарской областной общественной организации «Лига азербайджанцев Самарской области» (ЛАСО) с гостями из регионов Приволжского Федерального округа.
В Самаре пройдут Дни азербайджанской культуры
Надо отдать должное, что ЛАСО, созданная в 85-ю годовщину создания Азербайджанской Демократической Республики, т.е. 28 мая 2003 года, все эти годы успешно и на достойном уровне представляет азербайджанскую общину Самарской области. Пропаганда богатого историко-культурного наследия азербайджанского народа, защита прав соотечественников, развитие межнационального мира и согласия в регионе, последовательная работа с молодежью, популяризация здорового образа жизни на примере собственных блистательных спортивных достижений и многое другое как нельзя лучше характеризуют единственную признанную на всех уровнях власти и общества организацию азербайджанцев Самарской области. Любое мероприятие ЛАСО, будь то круглые столы на актуальные темы, научно-практические конференции, фестивали, концерты, выставки, по своему уровню и масштабу заслуживают огромного внимания и слов благодарности, деятельность ЛАСО всегда находится в центре внимания местных и региональных СМИ. У ЛАСО есть свой ансамбль, а футбольная команда организации по доброй традиции неоднократно становилась чемпионом. ЛАСО стала родным домом для местных азербайджанцев. Помимо всего прочего, ЛАСО по праву гордится тем, что стала площадкой для создания семей – молодые люди, познакомившись в ЛАСО, скрепили свою любовь семейными узами.

Председатель правления ЛАСО Ширван Керимов активно участвует в общественно-политической жизни города и области, представляя азербайджанскую общину в общественных структурах. Каждое крупное мероприятие ЛАСО проводится с участием губернатора области, руководства, официальных лиц, представителей общественности. Это – не хвалебные оды в адрес ЛАСО и его руководителя, а отражение того, что есть в действительности – как говорится на языке журналистов, основано на реальных событиях.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Sonuncusu Zəngilan..dı və ya  Durmaq gərəkirsə, burda dur!
(Zəngilanın işğalından 26 il də ötdü)

29.10.2019. Bir doğum, bir düyün tarixi kimi parıltılı rəqəmlərdir, eləmi. Bəs, işğal tarixinin ildönümü kimi necə?!

“Bu il yenə gələmmədim, bizim dağlara, bağlara...” Beləmi oxunur bu mahnı? Bu gün-dağ çəkilən dağlarını itirənlərin qəlbində, ruhunda.bu mahnı oxunur, yəqn ki..

Acı soğan soymuş, yemiş kimidirlər bu gün... Bəlkə hər gün yuxudan hövlanak oyanıb, yenidən bir də o qorxulu reallığın əvvəli yaşanan günə qayıtmaq üçün gözlərini yumurlar.
Putinlə  Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı
Rusiya prezidenti Vladimir Putinin Soçidəki rezidentsiyasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü başa çatıb. Görüş altı saatadan artıq çəkib.

Görüşün əvvəlində Putin Suriyadakı vəziyyətin gərginliyi fonunda Ərdoğanla məsləhətləşmənin vacibliyini vurğulayıb.

Rusiya lideri ona ümid etdiyini bildirib ki, "son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində böyük rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan da inamla qeyd edib ki, Soçi görüşü kəskinləşmiş vəziyyətin xeyrinə olacaq.

"Bugünkü görüş bizə hazırkı vəziyyəti geniş müzakirə etməyə imkan verir və şübhəsiz sülhün təmin olunmasını təmin edəcək".

Bundan bir müddət əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu danışıqlarda "Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etməyi, baş verənləri tam aydınlığı ilə başa düşməyi, Tükiyənin planları haqqında məlumat almağı və Suriyada siyasi proseslərin ümumi həlli planındakı irəliləyişləri razılaşdırmaq istəyir. O danışıqların heç də asan olmayacağını da söyləyib.

Rusiya prezdentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov bazar ertəsi bildirmişdi ki, ilin əvvəlindən iki lider arasında baş tutan səkkizinci əyanı görüşdür. Onun sözlərinə görə görüşdə Suriyanın şimalında Türk ordusunun keçirdiyi hərbi əməliyyat konteksində vəziyyət müzakirə olunacaq.

Yenises.ru
Putin Ərdoğanla görüşdə Suriya məsələsini "kəskin" adlandırıb
Suriya məsələsi kəskindir, lakin Rusiya-Türkiyə münasibətlərinin səviyyəsi bunun çözülməsində ortaq məxrəcə gəlinəcəyinə yardım edəcək.

Rusiya lideri Vladimir Putin, bu gün 22 oktyabrda Rusiya Prezidentinin Soçidəki iqamətgahında türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşü zamanı Suriyadakı vəziyyətin kəskin olduğuna diqqət çəkib. Hər kəs bunu görür və başa düşür, buna görə də bu məsələ ətrafında Moskva ilə Ankara arasında məsləhətləşmələr tələb olunandır. Bu barədə RİA Novosti məlumat yayıb.

Putin ona da ümidvar oldğunu bildirib ki, "Son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan, öz növbəsində, danışıqlarda tərəflər gələcəkdə də sülhün təmin edilməsi məqsədi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edəcəyini bildirib.

YENİSES.RU
iran səfrinin qıaı Moskvada ölü tapıldı
İran səfirinin qızı infarktdanmı öldü, yoxsa özünümü öldürdü? Rusiya KİV-i ziddiyətli xəbər yayıb. İran diplomatik korpusundan verilən məlumatda səfirin qızının infarktdan öldüyünü bildirir. Media qurumlarına məlumat ötürən mənbələr isə psixoliji problemi olan səfir qızının canına qəsd etdiyini deyirlər.

Bu gün səhər -oktaybrın 22-də Rusiya KİV-i İranın Moskvadakı səfirinin qızının intihar etməsi xəbərini yaydı. İran diplomatik korpusundan verilən məlumatda isə onun infarktdan öldüyü xəbər verildi.
Bəşər Əsəd Ərdoğanı oğru adlandıdı
Bəşər Əsəd kürdlərlə əlaqəsindn danışdı. Türklərə qarşı vuruşan bütün qüvvələrlə tərəfdaşıq.

Suriyanın legitim prezidenti Bəşər Əsəd Türkiyə iıə Suriya arasındakı srhəddə hökümət hərbi qüvvəlıri yerləşdirilməsini siysi addım olmadığını açıqlayıb. Dəməşqin Ankaranın hərbi əməliyyatlara başladığı ilk gündən kürdlərlə əlaqədə olduğunu qeyd edib. Bu haqda RİA Novosti məlumat verib.
Solovyev teleefiri "zəbt" edib Ginnesin rekordlar kitabına düşdü
Rossiya-1 kanalının qalmaqalli teleaparıcısı Vladimir Solovyev u Ginneson rekordlar kitabına saliblar. Bu haqda təşkilatn rəsmi saytında məlumat verilir.

Qeyd edilir ki, teleaparıcı bir həftə ərzində efirdə ən uzun müddətdə olmaqla rekorda imza atıb. Dərc olunan məlumatda o da göstərilir ki, bu ilin mart ayının 18-i ilə 24-ü arasında Solovyevin iştirakı ilə olan kadrlar 23 saat 53 dədiqə 57 saniyə təşkil edib. Rusiyalı teleaparıcı 4 saatdan artıq vaxt fərqi ilə yapon Monto Minonun rekordunu ötüb keçib.

Yenises.ru
AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan
Ayrılıqdan doğan birlik və ya...

Bəzi məqamlar

“Məndən olan” , “Mənlə olan” paradoksu...
Iki təşkilat bir konfederasiya ...

“Qarabağ problemi”ni qaldırmaq, ona cavab istəmək istimai təşkilatın işi deyil” “tədrisi”

İctimai təşkilat siyasiləşdirmək yolverilməzdir tezisi və dahası...
Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu "Suriya demokratik qüvvləri" qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini "bıçaqla arxadan vurulan zərbə" kimi dəyərləndirib.
Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.
Tarix : 15-09-2016, 19:35
Məhmət Zəfər: Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var
Türkiyədə Məcidiyəkoydə “Oda teatrosu”nda Firuz Mustafanın ssenarisi əsasında Elçin Imanovun səhnələşdirdiyi “Müqəvva” tamaşasının məşqində tanış olduq. Birlikdə məşqi izlədik. “Aktyordumu”- deyə düşündüyüm insanın içindən tam bir vətənpərvər, görmədiyi, atasından bildiyi babalarının yurduna intizar, həsrətlə alışan, günümüzdə rastlaşmağa adət etdiyimiz “hər şey mənə olsun”-deyənlərdən fərqli alturist çıxdı. Bilməcə kimi yazdığım bu sətirlərlə fikrim heç də oxucuyla manipulyasiya etmək deyil. Bəzən heç bir uğura imza atmadan belə özünün yaşam tərzi, davranışı, etikası, ünsiyyəti ilə cazibəsində saxlayan insanlar var. Siz də təsdiq edərsiniz ki, gözləri gülə-gülə “Vətən üçün şəhid olmaq istədim, Allah bilir”-arzusunu dilə gətirib, “Nə yazıq ki, olammadım”-deyə təəssüf edənləri də hər gün yolumuzun üstünə çıxmır.

Əslində günümüzdə yaxşı ssenarilərdən əzbərlənmiş “sözlə Vətən qurtaranlar” –sosial şəbəkədə ulduzu parlayaraq gözə kül üfürənlər də az deyil. Amma...

İstanbul Azəri Kültür evinin üzvü, ilk tanışlıqda oyunçu-aktyor bildiyim, əslində iş adamı olan Məhmət Zəfər (Mehmet Zafer) Aslımla aramızda keçən qısa söhbətdən sonra-onun kim olduğuna siz qərar verin.


Məhmət Zəfər: Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var
- Məhmət Zəfər Aslım. Sizi mənə rejissorumuz Elçin və aktrisamız Kəmalə xanım belə təqdim etdi. Zəfər bəy, təxmin etdiyim kimi də aktyor deyilmişsiniz, amma elə bir tipiniz var. İş adamı və məşqə baxmaq- bu bir hobbidirmi, yoxsa...

-Əslində bu tamaşa, bu insanlarla bağlılığım İstanbul Azəri Kültür evinin sayəsində oldu. Kültür evinin rəhbəri Hikmət bəy (Hikmet Elp) Azərbaycana bir gəzi-səfər təşkil etmişdi. Kiçik bir qrupla ora getmişdim. O zaman orada Elçin bəylə tanış olduq. Və bu gün də buradayam.

-Əlsində Məhmət Zəfər Aslım kimdir-deyə sorusşaq?

-(Gülür). 1978-ci ildə Qarsda doğulmuş, Azərbaycandan erməni zülmündən Türkiyəyə sığınmış, amma illərlə içində Azərbaycan məhəbbətini, azərbaycançılığı daşıyıb onu övladlarına ötürmüş bir babanın, atanın oğluyam. 1995-ci ildən İstanbula köçmüş və burada yaşayırıq. Onu da deyim ki, atamın atası əslən Gəncəlidir və oradan qaçaq düşüblər o zaman. Mən bunu atamın söylədiklərindən bilirəm.

Baxin, soruşdunuz, bu teatra, incəsənətə maraq haradan qaynaqlanır. Mən atam sayəsində Azərbaycan mədəniyyətinə, folkloruna çox maraqlıyam. O maraq məni uşaqkən Azərbaycan-Qafqaz folklor qruplarına götürdü. Orada Azərbaycan rəqsləri öyrəndim. Azərbaycan qarmonu çalıram. Təbii ki, bütün bunlar sadəcə bir həvəskar səviyyəsindədir.

-Bu Azərbaycan əsilli olmağınızdan-qandan irəli gələn bir şeydir,əslində. Bir də məncə həsrət-uzaqlıq içimizdəki məhəbbəti daha çox artırır.

-Təbii ki, o da var. Bir də mənim uşaqlığım atamdan dinlədiyim o həsrət hekayələri ilə keçib. Azərbaycanla aramızda sərhədlər olanda atam hündürmərtəbəli binanın üstünə çıxıb televizorun antennasını Rusiyaya doğru çevirib Azərbaycan kanalını tutmağa çalışardı. Evimizdə Zenyəb Xanlarovanın, Arif Babayevin, Məmmədbağır Bağırzadəninin və bir çox sənətçilərin valları vardı. Biz o mədəniyyətin içində böyüdük. Danışıq mədəniyyəti belə fərqlidir o yerlərinin insanının.

-Zəfər bəy, son zamanlar bu çox müzakirə olunan mövzulardandır. Hətta, türklər Azərbaycan türkçəsini anlamaqda çətinlik çəkdiklərini deyirlər. Oysa biz bundan heç şikayət etmədik. Baxmayaraq ki, burada bir cür, orada ayrı cür anlaşılan sözlər çoxdur.

-Biz Qarsda Azərbaycandan olan insanlar içində yaşadığımız üçün siz danışanda bəzi kəlmələrdə yabançılıq çəkmirik. Əski türkcəsi ilə danışır azərbaycanlılar. Məsələn “ön”-“qabaq”-deməkdir onu anlaya bilmirlər. Əski türkcəyə vaqif olanlar bilir, anlayır ancaq.

-Yəqin ki, Azəri Kültür evi ilə əlaqəniz də azərbaycanlı olmağınızla bağlıdır?

Azəri Kültür evindən əvvəl bir İstanbul Qarslılar kültür evi vardı. Mən orada bir müddət Azərbaycan folklor rəqsləri dərsi verdim. Azəri Kültür evi ilə əlaqəm isə İstanbulda “Xocalı qətliamına” etiraz aksiyasından oldu. Mən də o aksiyadan xəbər tutdum və orada iştirak etdim. Beləcə Hikmət bəylə tanış olduq. O zamandan ora gedib gəlirəm. Atam Murtaza Aslım da həmin dərnəyin idarə heyətindədir. Azərbaycan üçün bir şeylər etməyə, mədəniyyətimizi, folklorumuzu, musiqimizi yaşatmağa çalışırıq. Bizim içimizdə hər zaman bir Azərbaycan özləmi-həsrəti olub, bu gün də var.

-Və o həsrətə son vermək üçün bu il ilk dəfə Azərbaycana səfər etdiyinizi dediniz. Bir az gec olmadımı, bu səfər?

-Azərbaycana səfərim Türkiyədən xaricə ilk çıxdığım səfər idi. Mənim işlərim çox sıxıntılıdır. Mən iş verən olduğum üçün işimin başında olmalıyam. İnana bilirsinizmi, mən həyatım boyu istirahət etdiyim çox az oldu. 2-3 gün ailəmlə Türkiyədə bəzi yerlərə getməkdən başqa, heç yerə getmədim. 38 yaşımda ilk dəfə təyyarəyə mindim. İşdən gücdən vaxt tapammadım.

-Xaricə ilk səfər etsəm- o yer Azərbaycan olardı-deyə düşünmüsünüz...

-Xeyr. Heç o barədə düşünmədim. Amma çox şükür ki, elə ilk səfəri babalarımızın yürduna etmək nəsib oldu mənə.

-Uşaqlıqdan xəyalınızda canlandırdığınız Azərbaycanla real Azərbaycan bir-birinə nə qədər yaxın idi?

-Xəyalımdakı Azərbaycanla gördüyüm Azərbaycan bir-birindən uzaqdı. Məsələn Bakı mənə o hissləri keçirə bilmədi. Mənim təsəvvür etdiyim Bakı tamam başqaydı. Lakin Bakıdan Şəkiyə gedəndə yolboyu gördüyüm mənzərə, Şəki mənə doğma olan hissləri yaşatdı. Məsələn yol üstündə Şamaxı deyilən yerdi-səhv etmirəmsə, orada Qarabağ qaçqınlarının bişirdiyi təndir çörəyindən aldıq yedik. O çörəyin qoxusu, oradakı insanları görüncə, atamın Təzəgül bibisi vardı, biz də bibi deyərdik, onu xatırlatdı. Təzəgül bibim qundaqda olarkən gəlib Türkiyəyə. Biz onun həyətinə gedər, bibi deyə çağırdığında “Can, bibin qurban olsun sənə”-deyərdi. O insanların da danışığında eyni bunu gördüm. O səmimiyyət-saflıq qalıb həmin insanlarda.

Bir şeyi də buradan qeyd edim. 20 ildən çox yurdundan didərgin düşən insanların çadırda yaşamasına üzüldüm. Məncə qaçqınların bu gün o şərtlərdə yaşaması Azərbaycan üçün çox ayıbdır. Mənim də ölkəmin-Türkiyənin ayıbı var. Amma Azərbaycana bunu yaraşdırmadım. Türkiyə təbii sərvətlərə malik olan ölkə deyil. Azərbyacan bu anlamda Türkiyədən 1:0 öndədir. Neft ölkəsinin insanının qaçqın çadırlarında yaşamasına üzüldüm. Daşa, divara pul xərcləyiblər. Bu hal Azərbaycanda olmamalıydı, mənim zənnimcə. Mənim üçün Azərbaycan-Türkiyə-deyə ayrim yoxdur, insana önəm verilməsi gərəkir-o var, o birinci olmalıdır.

Şəkidə isə tamam gözəl şeylər yaşadıq. Oranın insanın göz rəngi dünyada heç yerdə yoxdur. Bu Azərbaycan insanına məxsus olandır sanıram. Nənəmin gözü elə rəngdə idi- yaşıl. O yaşıllıq var ha, o məni uşaqlığıma götürdü. Şəkidə doğallığı-təbiiliyi saxlamışlar. Ona sevindim.

-Bir də fürsət düşsə gedərdinizmi?

- Məsələn, Gəncəni görə bilmədim. Çünki səyahətin də müddəti qısa idi. Və gedənlər hər biri eyni həsrətlə getmişdilər ora. Şəkidə Xan sarayının yaxınlığında yaşıl ərazi var. Orada uşaqlar orkestr ilə məşq edirdilər. Biz onlara yaxınlaşdıq. Mən ilk dəfə orkestr ilə qarmon çaldım. Həm də Qarabağ havası. Həyat şərtləri müsait olsaydı, Azərbaycan səyahətinin davamlı olmasını çox istərdim.

- Təəssüratlarınız çox gözəldir. Hətta üzüntü ilə anlatdıqlarınızda ürəkdən gələn yanğı hiss olunur. Hər şey sanki dediyiniz doğallıq-yəni təbiilik, özü olmaqdan uzaq düşüb. Dünyanın hər yerində silah səsləri... Teatr, sənət anlatmaq istədiyinə nail olmayan durumdadır...

- Doğru deyirsiniz. Niyə silah olsun. Niyə insanlar bir bir-birinə sterssli olsun, acqılı olsun. Lakin bəzi şeylərin bir-birinə sirayet etməsi lazımdır. İmperialist düzən insanları bir köşəyə itələyib-Yaşam və yarın qayğısı var. Bunlar olmazsa, başımızı qaldırıb ətrafa baxacağıq. Çoxlarımız bu gündəlik qayğıların əlindən musiqiyə, teatra vaxt ayıra bilmirik. Sosial paylaşım insanlıq üçündür. Amma o da qayğı altında əziləndə... bir sözlə, o yerlik olmur insan.

- Adınız reytinq siyahısına düşən ış adamları sirasında olsaydi, ilk nə edərdiniz?

-Bəzi insanar var həyatı böyunca almağı sevər. Mən hədiyyə alanda utanıram. Kimisə sevindirəndə, ona hədiyyə verəndə xoşbəxt oluram. Həyat fəlsəfəm bu şəkildə. O ki, qaldı, zəngin bir iş adamı olsaydım...Ilk əlimi uzadacağım yer ora ola bilərdi-O çadırda yaşayan Qarabağ qaçqınlarının yanı.

-Söhbətinizdən belə anladım ki, incəsənətə yaxın olsanız da, ona hobbi kimi baxırsınız. Biznesə isə vurğuladığınız həyat şərtləri gətirmiş kimi. Məhmət Zəfər kim olmaq istəyib?

-Subay...(Gülür) Bizim azərbaycan dilində anlaşılan subaydan deyil.

-Anladım. Adınızın verdiyi anlam kimi. Mehmet-əsgər, hərbçi, zabit anlamında...

-Bəli. Mənim xarakterimə o uyğundur. Əsgərliyə mənə çağırış gəlmədən getmişəm. Güney Doğu (Cənub Şərq) bölgəsində Vətənə xidmət etmişəm. Mən bu Vətəni çox sevirəm. Allah bilir ki, şəhid olmaq istəyirdim.

-Bu istək hardan gəlir?

- (Əlini ürəyinin üstünə qoyur). Bax buradan gəlir. O mərtəbə pulla, para ilə əldə ediləcək bir yer deyil. Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var. Mən 1998-ci ildə ərizə verdim ki, məni Güney Doğuya- (Cənub Şərq bölgəsinə) göndərin. O zaman tələb olmadığı üçün məni göndərmədilər. Spartada komandirlik oxumağa göndərdilər. Sonra yenə o problemli bölgəyə getmək üçün əsgər seçirdilər, mən yenə irəli çıxdım. Seçdilər bizi. Amma Ankara üçün. Genelkurmaylığa (Baş qərargahlığa) bağlı gərginlik olan bir yerə göndərdilər. Dedilər sizin kimi ürək sahibi olanlara Ankarada ehtiyac var. Nə edim, nəsib olmadı şəhid olmadım.

-Bizim yaşayan əsgərə ehtiyacimiz var.

-Əlbəttə ki.. Bu Vətəni bizdən başqa qoruyacaq kimsə yoxdur.

Tünzalə Vəliqızı
Moskva-İstanbul-Moskva





Baxış: 985 | Bölmə: Sosial, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru