Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Tarix : 12-02-2017, 19:42
Aprel savaşının ilk könüllüsü         və ya “Sənin atan Şəhid olub!”
(Şəhid Fərman Əsədlinin xatirəsinə-II yazı)

“Kimdir Şəhid? ” Onun haqqında yazdığım reportajın sonuna məhz bu sualı qoymuş, isbat olunana bir daha isbat istəmişdim. Əslində əməli, ömrü bahasına isbatlanmışın yenidən təsdiqlənməsi istəyinin arxasında çox səbəblər var...dı.

O, şəhidliyi ilə müqəddəs zirvəyə daha bir nüans - mülki insanlar arasından çıxan “hünər və cəsarətin” simvolu olan şəhid təyinini əlavə etdirəndir!

Keçdiyi yol ömrünün sadəcə bir günü olsa da... O bir gün-ilk və son gün... O ilklə bir ilkə və o sonla bir sonsuzluğa imza atdı.


Söhbət aprel döyüşləri zamanı Gəncədən könüllü olaraq yeznəsi ilə birlikdə cəbhə bölgəsinə gedib orada şəhid olan Fərman Əsədlidən gedir.

Döyüş ruhu əzmini əyninə geydiyin hərbi paltar ikiqat artırar, təbii. Ən əsası vətənpərvərlik ruhunun hərbi paltar kimi cismində, canında daşınmasıdır.

Fərman o döyüşə getməsiylə bunu sübut etdi. Onun hər zaman əynində daşımaq istədiyi hərbi paltarı özü geyinə bilməsə də, qızı 2 yaşlı (artlq 3 yaşı olacaq-T.V) Xatirəyə bunu miras qoydu.

Fərman Əsədli keçmiş komissar Elçin Əsədovun oğlu kimi atasının yolundan gedərək hərbi geyimdə- komissar olmağı arzulayıb. Oglan uşaqları “ulduzlu paqon” həvəslisi olurlar. Amma ondakı bu həvəsdən də irəli gedən bir şey idi. Hələ də torpaqlarımızda “atəşkəsli” səssiz müharibənin vaxtaşırı qapıları döyən şəhid tabutlarını qucaqlayan anaların naləsi, fəryadı ilə pozulan səssizliyi hökm etdiyindən bu fikrində qətiydi.
Aprel savaşının ilk könüllüsü         və ya “Sənin atan Şəhid olub!”
Amma... Həyatın axışının istəklərimizi ertələmək zorunda buraxdığı vaxtlar çox olub. Onu dəyişmək isə bəzən əlimizdə olmayıb. Bir də...

Bir də... nə? Atəşkəsin zamanı uzandıqca “işğaldakı torpaqların geri qaytarılması inamından da get-gedə gen düşdüyümüz”- acı etirafının dilləndirilən məqamındaydık. İki onillikdən artıq keçən bir zamanda iki santimert belə irəli yol qət də bilməmək ağrısı və xəcaləti vardı içimizdə. Üstəgəl atəşkəslə yaşıd olan gənclik diplomatik danışıqların “nəticəsizliyiylə” eyni sırada addımlayırdı...

Bir də... bu savaşın yaşı bu yoldan keçirdi- hələ torpaqlar tapdaq altında, hələ qələbə üçün açılan bayraqların şəhid qapılarından asıldığı yerdən.

Bir də... Qaynar, çılğın, bugünkü təbirlə desək adrenalinə, ekstrimə meylli olduğundan əsl savaş istəyirdi. Bir az da istəyinin yolunu bu ləngitmişdi.

“Aprel döyüşü” adı ilə tarixə düşən 4 günlük döyüş həm də bir oyanış, milli ruhun silkələnməsi, özümüzə qayıdışla döndü.

Bayaq xatırlatdığım həyatın axışı istəkləri ertələməyə məcbur etdiyi kimi, bəzən gedişatın fürsət olaraq qarşımıza çıxardıqları da var..mış. Ən azından Fərman üçün belə oldu. O bu döyüşü istəyinə doğru bir addım kimi dəyərləndirib yola çıxdı.

Fərman Əsədli o gün “heç nəyi ölçüb-biçmədən” sadəcə “Vətənin bizə ehtiyacı var”- deyib getdi.

Bir ömür hərbçi paltarı geymək istədiyi yola mülki sıravi kimi getmişdi, həm də dönüşündə bayrağa bürünüb qayıtmaq ethimalını gözə alaraq.

Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ordusunun bütün cəbhəboyu hücuma keçdiyi o gün yeznəsi Sadiq Əliyevlə “Niva” markalı maşınına minərək “cəbhə bölgəsinə gedək, bəlkə bizim də bir yardımımız toxunar” deyə qərar verirlər. Gedəndə əsgərlərə siqaret və ərzaq yardımı da götürürlər.

Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətindəki evlər ermənilərin agır artilleriya atəşi altında qaldığından oradan yaralıları və dinc sakinləri çıxarmağa ehtiyac olduğunu görürlər.

Fərman və Sadiq ərazidə olan mulki vətəndaşların düşmənin hədəfində olan ərazidən çıxarılmasına komək etməklə yanaşı, oranı tərk etməyərək erməni mərmisi düşən yerlərdə yaralananların olub-olmadığını öyrənmək üçün gözləyib, onları maşınları ilə xəsətəxanaya və nisbətən təhlükəsiz yerlərə daşımağa yardımçı olurlar.

Sonuncu dəfə bir də ərazini yoxlamaq üçün dönəndə kapitan Mübariz Rəhimovla rastlaşırlar. Onu da ön cəbhəyə yetişdirək, sonra dönərik deyirlər. Şıxarxda yerləşən qum-çınqıl karxanasının təxminən 500 kilometrliyini keçdikdən sonra düşmənin “D-30” top mərmisi avtomaşının yaxınlığına düşür. Maşının qabaq hissəsində oturan yeznə və qayın ağır yaralanır, kapitan Rəhimov isə xətasız ötüşür. Sadiq özü qanlar içində olsa da qaynı Fərmanı Tərtər xəstəxanasına çatdırır. Və orada özü da huşunu ititir. Həkimlərin səyinə baxmayaraq ciyərlərini qəlpə dağıtmış və çox qan itirmiş Fərman Əsədli əməliyyat stolunda keçinir. Sadiq isə... başının arxa hissəsindən aldığı yaradan bir neçə gün komada qalır. Ayılnada isə...

Aprel savaşının ilk könüllüsü         və ya “Sənin atan Şəhid olub!”

“ “Ogey ana” filmindəki İsmayılı xatırladırdı uşaqlığı. Çox dəcəl idi. Samux rayonun Sərkar kəndində -qaynatamgillə qalırdıq o zamanlar. Qonşuların toyuğundan-cücəsindən tutmuş, meyvə ağacları bunun dəcəlliyindən təngə gəlmişdi. Düzü utanırdım hamıdan. Qonşular isə onu bu şirin dəcəlliyi ilə sevirdilər”- deyə anası Xatirə xanım o şəhid olandan sonra yazdığı “Fərmanlı gündəliyində” qeyd edir. O gündəlik dediyimiz də dağınıq və başında sıra nömrəsi qeyd edilmiş vərəqlərdən ibarətdir.

Birində uşaqkən atdan yıxılıb qolunu əzsə də, çox nəfis işlənmiş qamçısının olmadığını fərq etdiyi hadisədən söz açılır. “Qamçım qaldı”-həkimə aparılarkən yolda dediyi sözü-atasının “sənin qolun ağrımırmı”- cümləsi kəsir. O da “Atlı da heç qamçısız olarmı?-deyir.

Onun 25 illik ömründən daha hansı epizodları xatırladıqca yazacaq vərəq-vərəq şəhid anası...

Bunu Fərmanın yadigarı 2 yaşlı Xatirə üçünmü yazır, ya da onu yazaraq hər gün yenidən yaşatmaq üçünmü. Bu da şəhid olduğu üçün qürur duysa da, yoxluğunda varlığını yaşatmaq üçün etdiyindəndir, çox güman ki...

“Kimsəsizlər və uşaq evlərinə tez-tez gedər, yardım aparardı. Yuxa ürəkli idi. Heç varlı-kasıb fərfi qoymazdı. Bir gün ona- hər şeyini paylayırsan dediyimdə- cavabı bu oldu:-Əlacım olsa bütün dünyadakı acları doydurar, kimsəsizləri sevindirərdim.

Məktəbdə də dəcəlliyindən əl çəkməsə də, dərsini oxuyan, sinfin sevimlisi olanlardandı. Ali məktəbdə, əsgərlikdə özünə çoxlu dost qazanmışdı.

Fərman istər ata, istərsə də ana tərəfdən çox sayılan-seçilən, ziyalı bir nəsildəndir. Adını daşıdığı babası da xeyirxah əməlləri ilə tanınıb. Onu buna deyəndə, “mən babamın adına layiq övlad olacağam”-deyirdi.

150-yə yaxın şəhidi dəfn edən komissar

Atası oğlunun ölüm xəbərini alanda –bunu hərbçiyə uyğun təmkinlə qarşılayıb. Komissar Elçin həyat yoldaşı Xatirə xanıma: “Mən hərbi komissar işlədiyim müddətdə 150 şəhidi əlimlə torpağa vermişəm. Və bu qürurqarışıq acını səninlə paylaşmışam. O balalar da mənim, bizim balamız idi. Fərman da onlardan biridir. Vətən sağ olsun! Oğlumuzla qürur duy!”-deyib.

Əsgərlikdə olanda sərrast güllə atıcısı olması ilə şeçilib. Aralarında “onda onluq vurur”-deyirlərmiş-nəticələrinə baxıb. İdmanın bir neçə növü üzrə təltif və tərifnamələri var. Belə sərrast atıcının döyüş meydanında düşmən mövqeyini silah atəşi ilə susdurması varkən, əli yalın düşmən mərmisinə tuş gəlməsi həyatın ona acı istehzası olsun gərək.

Fərman “Vətəni sadəcə kasıblar qoruyur”–sosial ədalətsizlikdən doğan hirsləri, sinif fərqliliyindəki bütün hesabları alt-üst edərək –Vətəni təmənnasız sevməyin bütün bu ayrımçılıqlardan uzaq səmimi və bəşəri hiss olduğunu bir daha sübut etdi. Bütün qınaqların kürəyini yerə vurdu.

“Vətən naminə- onu qorumaq gərəkdiyində bütün maddi təminatlılığı, sosial rahatlığı geridə buraxıb ona doğru qoşmaq borcumuzdur”-u bu gəncliyə miras qoyub getdi.

Şəhid kimdir? Bu ad qızı Xatirənin “Atam kim olub?”- sualı qarşısında - bir atanın övladına miras qoyduğu ən dəyərli cavabdır: “Sənin atan Şəhid olub!”

Xatirə və onun kimi balaların libasının atalarının hərbi geyiminə dəyişməməsi, onu geyinmək məcburiyyətində qalmaması üçün həyatını fəda edən-Vətənə fəda olanlardır-Şəhidlər!

Tünzalə Vəliqızı
Moskva, 12.02.2017





Baxış: 1556 | Bölmə: Sosial, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru