RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 14-04-2017, 19:09
Bir hadisənin tarixçəsi
Aşağıdakı hadisə təxəyyül məhsulu deyil. Təəssüf ki, keçən əsrin yetmişinci illərində baş vermiş, o vaxt respublikada böyük səs çıxarmış bu hadisənin dəyişdirilmiş adları arxasında real insanlar durur(du) və indiyə qədər bu əhvalatı dilə gətirməməyimin səbəbi hadisənin əsas icraçısının xatirəsini, onunla bağlı başqa əhvalatları gündəmə gətirməyə haqqımın olub-olmamasındakı əndişələrimdi. Bu gün hadisədən qırx ildən çox vaxt keçdiyinə görə içimdə ağır yük kimi qalan əhvalatı oxucuların müzakirəsinə verməyi qərara aldım.

FİLOSOF ASLAN

Əslində filosof deyildi. Sadəcə universitetdə sovet dövrü ali məktəblərinin təhsil proqramlarına uyqun olaraq indiki gənclərin adını belə eşitmədikləri “Dialektik materializm”, “Tarixi materializm” kimi əsli-əsası materialist dünyagörüşünü hafizələrə qazımaq məqsədi daşıyan fənləri tədris edirdi. Həmkarlarının çoxundan gənc, əksəriyyətindən savadlı və iddialı idi. Keçən əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində sanballı professor-müəllim kollektivi vardı və onların respublikanın bütün ali məktəbləri arasında “bir baş yuxarı” olduqları danılmaz idi. Bu kollektivin içində də gəncliyi, ötkəmliyi, fenomen sayılacaq qədər mükəmməl hafizəsi, tələbələrlə səmimiyyəti, xüsusi tapşırıqla, vasitəçiliklə tələbə olanlara amansızlığı ona qarşı xüsusi münasibət formalaşdırmışdı. Bu münasibəti hamılıqla rəğbət adlandırmaq olmazdı, çünki bəzən onun sərbəstliyi “yuxarıları” qıcıqlandırır, işini gözəl icra etdiyinə görə də “müdirlərin” ona cəza verməsi imkanını məhdudlaşdırırdı. Fəhlə-kəndli tələbələr isə onun vurgunu idi. Mahiyyətcə yorucu, məntiqcə çətin olan dialektik materializm tələbələr üçün həm də marksizm-leninizm klassiklərinin mahiyyəti bir yana, heç adı dilə yatmayan əsərləri ilə yükləndiyi üçün ümumiyyətlə sevilməyən fənn idi. Aslan müəllim isə heç bir kağız, “konspekt” işlətmədən dövrün klassiklərindən, qədim yunan filosoflarından elə sitatlarla mühazirəsini zənginləşdirirdi ki, humanitar fakültələrdə dərs deyən ədəbiyyat müəllimləri də ona həsəd aparırdılar.

Filiosofsayağı qəribəliklərindən biri səhər tezdən Xəzərdə çimib sonra universitetə gəlməsi idi. Bir dəqiqə belə gecikməz, auditoriyaya girib tribuna arxasına keçərək əvvəlki dərsdə qaldığı cümlənin davamı ilə mühazirəyə başlayardı. Özündən sonra auditoriyaya girənləri çölə çıxarırdı. Ona görə onun dərsinə hamı vaxtında gəlməyə çalışır, gecikən isə içəri girməyə cəsarət etmirdi. Bir dəfə baş verən epizod bu sarıdan şübhəsi olanların bütün tərəddüdlərinə aydınlıq gətirdi. Atası ali məktəblərdən birində professor olan tələbə yoldaşımız adəti üzrə gecikdi. Amma o gecikmələr başqa dərslərdə olurdu və müəllimlər bizim şıltaq qızımızın xətrinə dəymirdilər. Aslan müəllim qapını örtüb yerinə keçmək istəyən qızın üzünə baxmadan “qapını o tərəfdən ört” dedi. Aytən (belə deyək), üzr istəmək yerinə şıltaqcasına və rusca “da ladno” deyib hərəkətini davam etdirmək istədi. Müəllimin sərt səsi ildırım kimi çaxdı: dərsə mane olma, çıx çölə! Səsin ahəngi qızın şıltaqlığını da özü ilə bərabər dəhlizə atdı.

Tələbələrlə çimərliyə gedər, voleybol oynayardı. Rusiyada, başqa ölkələrdə bu adi hal sayılır, amma ən azından o vaxt Bakıda müəllimlərlə tələbələrin belə yaxınlığı qeyri-adi idi.

Sərbəst, azadfikirli idi. Haqlı olduğu mübahisələrdə qarşısındakının çinindən, vəzifəsindən çəkinməzdi. Hətta belə bir epizod danışırdılar ki, növbəti iclaslardan birində rektor onu istəmədiyi, haqlı saymadığı addımı atmağa məcbur etmək istəyib. Etirazına rektor hədə-qorxu ilə cavab verib. Cavan müəllim hiddətlənərək stulu qaldırıb rektorun üstünə cumub. Bu epizod qadın dedi-qodusuna bənzəsə də, sonralar baş verən hadisələr həm Aslan müəllimin səbirsizliyindən, həm də rektorun onu universitetdən uzaqlaşdırmaq istəyini ağla gətirirdi.

Sonradan baş verən hadisələr isə təkcə müəllimlik karyerinə deyil, Aslan müəllimin həyatına son qoydu. Bu hadisələri eşidənlər, oxuyanlar “müəllim” adı ilə cinayətkar statusunu bir arada görmək istəməyəcək, törətdiyi cinayətə görə haqlı olaraq müəllim adını ona layiq görməyəcəklər. Amma dünyada baş verən minlərlə cinayətin icraçıları cinayət anınadək müxtəlif məsləklər daşıyıb, ömür boyu cinayətkar olmayıblar. Cinayətkarı törətdiyi cinayətə görə cəzalandırmaq nə qədər labüddürsə, cinayətəqədərki fəaliyyəti görüb dəyərləndirmək də o qədər zəruridir. Çünki həyat sırf ağ və qara rənglərdən ibarət deyil. Əslində elə bu iki rəngin arasındakı çalarlar həyatdır.

Moskvadakı bir təsadüfi görüş Aslan müəllimin həyat dramının incəliklərini dəqiqliklə bilməyimə imkan yaratdı.

...Bakıda eyni vaxtda Universitetdə oxumuşuq. O hüquq, mən jurnalistika fakültəsində. O məndən bir kurs yuxarı oxuduğuna, hüquq fakültəsində oxuyanların əksəriyyəti himayədarlıq vasitəsilə tələbə olduqlarına, bizim əsas binalarımız fərqləndiyinə və onlarca belə “xırda-para” səbəblərə görə bir-birimizi tanımamışıq. Tələbəlik illərində heç öz fakültənin yuxarı kurslarında oxuyanları düz-əməlli tanımırsan, o ki qaldı başqa fakültələr. Universiteti bitirdikdən sonra Kamil uzun müddət Türkmənistanda işləyib, məsləyində yüksək zirvələrə qalxıb. Hüquq elmləri doktoru olub. Bir müddət Azərbaycanda yaşayıb. Sonra Moskvaya gəlib. Doğrusu onun həyatının öz keşməkeşləri var, amma 2012-ci il iyul ayının 22-də görüşərkən aramızda olan söhbət vaxtilə ikimizin də sevimli müəllimimiz olan Aslan Sərdarovla bağlı oldu və onun danışdıqları məni həm sarsıtdı, həm də bir çox müəmmalara son qoydu. Yuxarıda göstərdiyim kimi, Aslan müəllim bir qızı öldürməkdə ittiham edilib ən ağır cəzaya məhkum edilmişdi. Mən Aslan müəllimin məhkəməsində iştirak etmişdim və o vaxt hamımızda, hadisənin məğzini bilmədiyimizdən, belə şübhə vardı ki, deyəsən əsil cinayətkar başqasıdır, onu isə prinsipiallığına görə haqsız cəzalandırırlar. Aradan 35 ildən çox vaxt keçəndən sonra öyrəndim ki, Kamil müəllim o vaxt tələbə kimi Yasamalda universitetin yaxınlığında milis idarəsinin istintaq bölməsində praktikaya gedirmiş. Şübhəli qismində tutularaq milis şöbəsinə gətirilmiş Aslan müəllimlə də hər gün görüşür, ona yemək gətirirmiş. İfadəsini almaq üçün ona göstərilən təzyiqlərə baxmayaraq Aslan müəllim uzun müddət cinayəti etiraf etməyib, lakin sonunda vicdan əzabımı, döyülmələrə tab gətirməməsimi bir gün onu məhz Kamilə etiraf etməyə məcbur edib.

Kamil Hacıyev: “Məni döyənlərdən birini tanıyıram,--dedi mənə. Başına plastik torba keçirib döyürlərmiş və arabir də həmin torba-paketlər yırtılırmış. Bir gün mənə dedi ki, otur sənə bir şey deyəcəm. Bu cinayəti mən törətmişəm, amma o müstəntiqlərə demək istəmirəm. Mən o dəqiqə tezliklə baş verə biləcək hadisələri təsəvvürümə gətirdim və ağladım. İndiyə qədər cinayəti onun törətdiyinə şübhə edirdim, indi həqiqəti eşitsəm də onun güllələnməsini istəmirdim. O vaxt Azərbaycan Cinayət məcəlləsi ağır cinayətlərə görə ölüm hökmü nəzərdə tuturdu. Ona ürək-dirək verməyə çalışdım, dedim Allah böyük, rəhmi çoxdur, amma etirafla məsələ həll olunmuşdu. Mənə elə gəlirdi ki, bir həftə də etiraf etməsəydi, buraxılacaqdı, buraxıla bilərdi. Cinayəti onun törətdiyini sübut edən bir dəlil yox idi ortada. Öldürülən qıza universitetdə əlavə dərs verirmiş, bu zaman da aralarında intim münasibət yaranıb. Uzun müddət belə münasibətlər davam edib. Yaşı otuzu çoxdan keçməsinə baxmayaraq ilk dəfə nişanlanan Aslan müəllimin toyunun yaxınlaşdığı vaxt tələbə qızın ona problem olacağından, məsələ açılarsa el içində rüsvay olacağından təşvişə düşərək qızdan radikal şəkildə yaxa qurtarmağı qərara alır. İdmanla müntəzəm məşğul olurdu. İdman qantelini bir zənbilin içinə qoyub qızı Qanlığöl deyilən yerə dəvət edir. Gölün sahilində qantellə onu öldürərək çəsədi və qanteli gölə atır. Cinayətkarın cinayət yerinə aparılması əməliyyatında mən də iştirak etdim. O qanteli atdığı yeri göstərdi və dalğıc suya baş vurub qanteli çıxartdı və şəkillər çəkildi.

Etiraf edəndən sonra məndən bir qutu siqaret istədi. Gətirdim. “Mənim ömrüm başa çatıb,--dedi,--deyəsən”. Yanına vidalaşmağa gələn qohumlarını görəndə ürəyim parçalandı. Fağır, sarsıntıdan beli bükülmüş insanlardı. Hamısının qürur yeri olan bu cavan oğlan həyatda hər şeyi öz zəhmətilə qazanmışdı. Əfsuslar olsun ki, bu son vəziyyəti də".

Aradan bir müddət keçdikdən sonra Sibirə göndərildiyini, az sonra da hökmün icra edildiyini dedilər. Atası da bu ağır xəbərə dözməyib dünyasını dəyişdi.

Cəfər Sadıq,
Moskva




Baxış: 499 | Bölmə: Sosial, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru