Federasiya Şurası prezident seçkilərini 2018-ci il martın 18-nə təyin etdi

Rusiya prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Belə bir qətnamə Konstitusiyaya və dövlət başçısı seçkiləri haqqında qanuna uyğun olaraq Federasiya Şurası tərəfindən yekdilliklə qəbul edilmişdir.


Məhəmməd Əmin Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı nəşr olunub
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görüb.

APA-nın xəbərinə görə, kitabda M.Ə. Rəsulzadənin 50-yə yaxın məktubu, eləcə də onun 1934-cü ildə İstanbulda çap olunmuş “Şəfibəyçilik” əsəri ilk dəfə latın qrafikası ilə Azərbaycan dilində nəşr edilib.
Polis Nyu-Yorkda partlayış törədənin kimliyi haqda məlumat verib
Polis Manhettindəki Port Atoriti avtovağzalı yaxınlığında yeraltı keçiddə meydana gələn partlamada şübhəlinin şəxsiyyəti ilə əlaqədar məlimatda onun 27 yaşlı Akayed Ull olduğu deyilir. Bu barədə TASS agentliyi şəhər polis rəisi Ceyms O'Neilə istinadən xəbər verib.
Putin Misirə işğüzar səfər edib
Rusiya prezidenti Vladimir Putin Qahirəyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində Misirin baş naziri Abdel Fəttah Əl Sisi ilə danışıqlar aparacaq. Bu barədə "İnterfaks" a məlumat verilib.

Netanyahu Avropanı Trumpun Qüdslə bağlı  qərarını dəstəkləməyə çağırdı
İsrailin baş naziri Benyamin Netanyahu Avropa Birliyinə səfəri zamanı ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı olaraq tanınması ilə əlaqədar qərarını təsdiqləyib və Avropalılardan da eynisini gözlədiyini söyləyib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Bəşər Əsəd rus hərbçilərinə təşəkkür edib
Suriya dövlət başçısı Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putin görüşüb və Rusiya hərbçilərinə terrorla mübarizədə etdikləri köməyə görə təşəkkürünü bildirib. Bu haqda RİA Novosti məlumat verib.
Putin Xmeimimdə tikilən Rusiya bazasına baş çəkib
Rusiya dövlət başçısı Vladimir Putin Suriyadakı Rusiya silahlı qüvvələrinin Xmeimim bazasına gəldiyi haqda RİA Novosti xəbər verib.

O da bildirilir ki, RF prezidenti Suriya dövlət başçısı Bəşər Əsəd, Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiya hərbi qrupunun komandiri Sergey Surovikin tərəfindən qarşılanıb.

Putin şəxsi heyət üçün tikilən bazaya hərbi UAZ-la gəlib.

Yenises.ru
80-90-ların hind kino ulduzu Şaşi Kapur vəfat edib
Hindistanın məşhur kino ulduzu Şaşi Kapur ömrünün 80-ci ilində Mumbaidə vəfat edib. Bu haqda The Guardian qəzetinə aktyorun ailə üzvlərindən biri xəbər verib. O uzun zamandır ki, böyrək ağrısından əziyyət çəkirmiş.
Kreml Beynəlxalq Olimpiya Komitəsinin qərarına görə hələ "çoşmamağa" çağırıb
RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsi birinci dərəcəli məsələ kimi məmurların məsuliyyətini nəzərə almaqdansa, rusiyalı idmançıların maraqlarını müdafiə etməliydi.

RF prezidentinin sözçüsü jurnalistlərə onu da bəyan edib ki, hər hansı bir hökm verməzdən əvvəl Kremldə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya Olimpiya Komitəsinin kənarlaşdırılması və idmançıların rus bayrağı ilə Pxençandakı Olimpiyadaya buraxılmaması qərarını ciddi analiz edilməlidirş

Moskva ziyalılarından tanınmış diaspora  rəhbəri və vəkil Şirvan Kərimova başsağlığı
Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, tanınmış vəkil Şirvan Kərimovun oğlu 15 yaşlı Aqşın Kərimov dünən –dekabrın 4-də axşam saatlarında evlərindəki icazəli silahyla ehtiyatsız davranması onun ölümünə səbəb olduğu xəbəri yayıldı. Samarada yaşayan azərbaycanlılardan birinin verdiyi məlumata görə hadisə baş verən zaman ailə üzvlərinin heş biri evdə yoxmuş.
"Şavaşçı"nın bordo berelilərindən  "QARABAĞ"  xoreoqrafiyası

Savaşçı" bordo berelilər əlində tutduğu "Qarabağ" xoreoqrafiyası ilə həm dəstəklədi, həm də cavab verdi.

Türkiyənin "Fox" telekanalında yayımlanan "Savaşçı" dizisinin ötən gecə -dekabrın 3-də efirə gedən növbəti bölümündə yenə Azərbaycan və Qarabağ mövzusuna toxunuldu.
Tanınmış şair Məmməd İsmayıl Beynəlxalq mükafata layiq görülüb
Mərkəzi ofisi Brüssel və Priştinada yerləşən Beynəlxalq Yazıçılar Birliyinin Peter Bogdani mükafat komitəsi ənənəvi olaraq hər il noyabr ayının 27-də Peter Bogdani ədəbiyyat mükafatının və medalının sahiblərini elan edir. Bu mükafata bir qayda olaraq yaradıcılıqları ilə ədəbiyyatda önəmli iz buraxan və fərqlənən şairlər layiq görülür.
"Səhranın bəyaz günəşi"nin Petruxası rəhmətə getdi
Sovet filmi "Səhranın bəyaz günəşi" filmində gənc qızıl ordu əsgəri Petruxanı canlandıran Nikolay Qodovikov bu gün ömrünün 68-ci ilində vəfat edib. Bu haqda "5 kanal" məlumat verib.
"Novaya qazeta" Luqanskın başçısı Plotnitskinin  Rusiyaya qaçdığını xəbər veribQondarma Luqansk xalq respublikasının başçısı İqor Plotnitskinin avtomobil korteji Rusiyaya gedib - "Novaya qazeta" yazıb. LXR başçısı ilə birlikdə onun administrasiyasının rəhbəri İrina Teysman, LXR dövlət telekompaniyasının başçısı Anastasiya Şurkaeva və bir neçə nəfər respublikanı tərk edib. Qondarma Donetsk xalq respublikasına yaxın olan mənbə "Vedomosti"yə Plotnitskinin yaxın ətrafı ilə birlikdə Rusiyaya gəlməsi faktını təsdiq edib. Onun sözlərinə görə hazırda administrasiyada onu əvəz edilməsi məsələsi həll olunur.
Sobyanın Moskvanın miqrantlara ehtiyacı olduğunu etiraf edib
Moskva meri Sergey Sobyanın etiraf edib ki, paytaxtın əməkçi miqrantlara ehtiyacı var. Merin fikrincə, bütün gəlmələri paytaxtdan qovmaq şəhərdə iş yerlərində qaçılmaz problemlərin yaranmasına səbəb olar.
Şenol Güneş “Qarabağ” klubunu ziyarət etdi
“Beşiktaş”ın baş məşqiçisi Şenol Güneş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovla görüşüb. Oyundan əvvəl “Beşiktaş”ın köynəyini ona bağışlayaraq komandaya uğur arzulayıb. Bu şəkli Şenol Güneş instagram səhifəsindən paylaşıb.
Türk komandası "Beşiktaş"  Çempionlar Liqasında
“Portu”ilə heç-heçə “Beşiktaş” G qrupu birinciliklə başa vurdu

Çempionlar Liqasının G qrupunda yarışan Türkiyənin Beşiktaş komandası İstanbulun “Vodafon Park” meydançasında Portuqaliyanın “Portu” komandasını qəbul edib. Öz qrupunun lideri olan Qara Qartallar ötən 4 oyunda 8 qol vurub. Və yeni mərhələyə çlxacaq favoritdir.
Faciələrin yası və yaşı
Qara tariximizin acı səhifəsi, eyni zamanda şərəf salnaməsi olan bu anımlar-illərin ayların, günlərin, hətta saatların rəqəmlərində dil açan, ürəkdağlayan hekayələrində birləşən faciələrimiz!

Bir-birindən ağrılı, illər böyüdən, gəncləşdirən və qarşısında üzüqara olduğumuz, eyni rəngli təyinlə xatırladığımız QARA tarixlər!
Yasını və yaşını tutduğumuz QARAlar.

20 Noyabr 1991-ci ildə müstəqilliyimizə qarşı tuşlanan silahların ucunda güllələrə düzülənlər bu faciə zəncirin növbəsi həlqəsinin
26-cı ili... Ömürdən kəsilən 26 bahar, yay, payız, qış...

Baxıram dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən...

Və bir də bu gün qəlbimdən bu nida qopur...

Qoy kül olum yana-yana...
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!


Qarakənd səması yenə qaranlıqdır. O faciənin qaranlıq üzü kimi.

Həmin gün "Mi-8" hərbi helikopterində həlak olanları Sadəcə xatırlayaq!!!

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü


Allah rəhmət eləsin!


YENİSES.RU
Tarix : 22-10-2017, 22:55
Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yəhya Kemal Beylatlı Konqres Mərkəzində təşkil edilən Gənclik Sərgisi-2023 qatıldı. Oradan çıxarkən evin balkonunda olan bir qadının ona səslənərək evinə dəvət etdiyini fərq etdi.

Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu

Ərdoğan da cavabında -'Çay var mı?' deyərək Gönül və Yücel Taşdemir ailəsinin qonağı oldu.

Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu

Evdə olan bir gəncin Galatasaray forması geydiğini görən Ərdoğan, "Ama sizin bu oğlan Galatasaraylı ha. Bu axşam bizim başımız dərddə" dedi.

Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu

Ərdoğana oğlu Bilal Ərdoğan yoldaşlıq etdi. Çay içdikdən sonra Ərdoğan evdən ayrıldı.

Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu

Yenises.ru




Baxış: 255 | Bölmə: Sosial, slayd3
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru