Peskov Petrov və Boşirov barədə sual-cavabın gözlənilməz olduğunu deyib
Kremlin sözçüçü Dmitri Peskovun sözlərinə görə Böyük Britaniyanın Skripal işində şübhəli bildiyi ruslar haqqıdna Vladivostok forumunda verilən sual və Putinin cavabı gözlənilməz i."Biz bu haqda heç nə bilmirdik"-deyə Rossiya-1 kanalına verdiyi müsahibsində deyib.

Rosqvardiyanın başçısı Navalnını duellə hədələdi

"Zabit ortamında" belə təhqirlərə duellə cavab verilir. Mən də səni duelə çağırır və səndən döyülmüş ət qiyməsi edəcəyimə söz verirəm. İylənmiş, çürük birisiniz. Zolotov Navalnını belə hədələdi.

Rosqvardiyanın başçısı Viktor Zolotov Korrupsiyaya qarşı mübarizə fondunu (FBK) rəhbəri Aleksey Navalnıya videomüraciət ünvanlayaraq onu hədələyib. Bununla o, müxalifətçinin Rosqvardiya döyüşçülərinə alınan qida məhsulları ilə bağlı apardığı araşdırmaya və onun şəxsinə qarşı işlədilmiş "təhqiredici" və "böhtan xarakterli" ittihamlara cavab verib.
Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını  Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
Putin Sobyanini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.
Dinlə bağlı  zarafat edəni həbs gözləyir

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Moskva əyalətində qubernatorluğa namizədlə görüş zamanı atışma olub

"Yaşıllar alyansı" partiyasından Moskva vilayəti qubernatorluğuna namizəd olan Liliya Belova Sergiyev-Posad rayonunun Mexovo kəndində seçiciləri ilə gğrüç zamanı silahlı insident müşahidə olunub. Bu haqda TASS agentliyinə namizıdin qərargahından məlumat verilib.
İsveç siyasətçiləri "Şimal axını-2"-yə  qarşı
İsveçin parlament partiyalarının əksəriyyəti Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisinin dayandırılmasını istəyir. Bu barədə Sveriges Radio radisotansiyası xəbər verib. İsveçli siyasətçilər bunua səbəb olaraq təhlükəsizlik və Avropa Şurasının yenilənən enerji mənbələrinin istehlak payının artırması məsələlərini önə sürürlər.
Məmməd İsmayıldan yeni poema - Sən məni dünyaya gətirdin, ana...
[i]Haçansa "Bircə ana-vətəndi, yerdə qalanı qürbət" misralarını yazmışdım. Qocalıqdandır, qürbətdəndir, bilmirəm, anam tez-tez yadıma düşür və düşdüyü anda da başlayıram balaca uşaq kimi hönkür-hönkür ağlamağa. O talesiz qadın bu dünyaya niyə gəlmişdi, gəlişinin məqsədi nəydi, nə gördü, nə yaşadı? Ömrün 22 yaşında dul qalan, saçının birini ağ, birini qara hörüb min zülm, zillətlə tək oğlunu böyüdən, sonunda da yeddi arzusundan birinə çatmadan dünyadan köçən bir ana düşünün. Bulaqlar başında, çaylar üstündə günəşli günlərdə, ayqaranlıq gecələrdə tək oğlu üçün göylərə əl açıb dualar edən, yerdə iki qabarlı əlindən, göydə Allahından başqa kimsəsi olmayan bu ananın, bu çilələrin əvəzində gördüyü nə oldu?
Britaniya prokurorluğu Skripalları zəhərləyənlərin adlarını  açıqladı
Rusiya Dövlət kəşfiyyat idarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanı zəhərləyərək həyatlarına qəsd edtmək istəyənlərin adı açıqlanıb. Bunlar Alkesandr Petrov və Ruslan Boşirovdur.SkyNews-ə bu məlumatı Britaniya prokurorluğuna istinadən yayıb.

Dağıstanda yüksək vəzifəli məmur saxlanıldı -VİDEO
O avtomobil yolunun bərpası üçün büdcədən ayrılan pulları mənimsəməkdə günahlandırılır.

Federal əhəmiyyətli avtomobil yolları idarəsi "Kaspi" Dağıstan filialının rəhbəri Məhəmmədrəsul Ömərov Maxaçqalada saxlanılıb. TASS-ıngüc sturukturlarından aldığı məlumata görə onun kabinetində axtarış aparılır.
Tanınmış ekstrasens Zirəddin Rzayev "Stop" layihəsində Azərbaycan şou-biznesinə qiymət verdi
Azərbaycan şou-biznesini ona baxanların psixologiyası və xarakteri tənzimləyir... Tanınmış ekstrasens Zirəddin Rzayev "Stop" layihəsində dediyindən bu qənaətə gəlmək olar.

Uzun aradan sonra Azərbaycana səfər edən tanınmış ekstarsens Zirəddin Rzayev Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub. Şəxsi həyatı və fəaliyyəti ilə bağlı açıqlamalar verən ekstarsensə verilişin formatıma uygun olaraq Azərbaycan şou-biznesi, onun simalarına yönəlik suallar verilib.
Putin sentyabrın 7-də İrana işgüzar səfərə gedir
Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Astana görüşlərində Suriya münaqişəsinin həllinin qarantı olan ölkə başçılarının üçüncü üçtərəfli görüşündə iştirak etmək üçün İran İslam Respublikasına işgüzar səfər edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən xəbər verilib.

Səfər çərçivəsində İran lideri Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırılıb.

"Rusiya prezidenti ilə İran və Türkiyə liderləri arasındakı ikitərəfli görüşlər də planlaşdırılır" -deyə bəyanatda qeyd edilir.

Bundan əvvəl xəbər verilmişdi ki, sentyabrın 7-də Tehranda keçiriləcək zirvə toplantısında Rusiya, Türkiyə və İran prezidentləri Suriya münasişəsinin həllinin bütün aspektlərini, həmçinin kimyəvi silahlardan istifadə təxribatı məsəsləsini müzakirə etmək niyyətindədirlər.

Yenises.ru
Zaxarçenkonun dəfninə 120 mindən çox adam gəlib
Qətlə yetirilmiş Qondarma Dontesk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenkonun dəfninə 120 mindən çox adamın qatıldığı barədə administrasiyanın nümayəndələri jurnalistlərə məlumat verib.
İosif Kobzonun dəfnində ölkənin birinci şəxsləri iştirak edib
Vladimir Putin və Dmitri Medvedev Kobzonun dəfn mərasimində iştirak etsələr də, çıxış etməyiblər. Prezident və baş nazir onun tabutuna gül qoyub, aiəsi və yaxınlarına başsağlığı verməklə kifayətləniblər.

Poroşenko Makkeynlə vida mərasimində onu Ukraynanın qəhrəmanı adlandırıb
Ukrayna prezidenti Petr Poroşenko Amerika senatı Jon Makkeyni Ukraynanın qəhrəmanı adlandırıb. Bu barədə prezidentin mətbuat xidmətinə isitinadən "Ukraynskaya pravda" xəbər verib.
Zaxarçenkonun  qətlində detallar
Onun qətlində açıq partlayıcı qurğudan istifadə edilib. Qondarma Donetsk Xalq Respublikası başçısının məsləhətçisi Aleksandr Kozakov bu barədə açıqlama verib. RİA Novostinin məlumatına belə deyilir.

Kozakovun sözlərinə görə Zaxarçenkonun qətlində istifadə edilən açıq partlayıcı qurğunun əsas iş prinsipi partlayış dalğası və yanğın doğurmaqdır. "Partlayış onlar kafenin içərisinə daxil olan anda meydana gəlib. Birinci mühafizəçi girib və o, dərhal ölüb. İkinci Aleksandr Vladimiroviç, daha sonra DNP-nin başqa bir mühfizəçısı, ardından Gəlir və vergilər naziri Aleksandr Timofeev içəri keçib"-deyə Kozakov bildirib.

Xatırladaq ki, avqustun 31-də axşam saatlarında Donetskin mərkəzindəki "Separ" restoranında partlayış baş verib, nəticədə Xalq demokratik respublikasının rəhbəri Aleksandr Zaxarçenko həlak olub. DNR-in Gəlir və vergilər naziri Aleksandr Timofeev isə ciddi şəkildə yaralanıb.

Yenises.ru



Putinin uşaqlıqda könlündən prezident olmaq keçməyib
Rusiya dövlət başçısı Vladimir Putin uşaqlıqda prezident olmağı arzu etmədiyini söyləyib. Bu haqda RİA Novosti xəbər verib.
Tarix : 16-04-2018, 13:41
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.

KİF iştirakçılarına ünvanlanan müraciətində Forumun təşkilat komitəsinin sədri, Rusiya Hökuməti sədrinin müavini Arkadiy Dvorkoviç bildirib ki, bu il forumun əsas mövzusu “Rusiya 2018-2024: potensialı gerçəkləşdirərək” adlanır və onun çərçivəsində aparılan diskussiyalar insan kapitalı və sosial sahənin, biznesin inkişafı, Rusiya məkanının təşkili, ətraf mühitin mühafizəsi və ekologiyanın iqtisadi artıma təsiri məsələrinə həsr olunub. Forumda vacib yer Sibir federal dairəsinin inkişafına dair müfəssəl investisiya layihələrinin təqdimatı və icmalına ayrılıb.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
KİF gündəliyində həmçinin gənclərin işguzar dairələrdə təmsili, hakimiyyət və biznes münasibətləri, kreativ layihələrin perspektivi məsələlərinə dair müzakirələr aparılıb, müxtəlif sahələrdə mühüm iqtisadi sazişlərin imzalanması mərasimləri keçirilib.

Həm forumun plenar iclasında, həm də müxtəlif panel müzakirələrində fəal iştirak edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevin bildirdiyinə görə, Azərbaycan bu kimi nüfuzlu meydançalarda iştirak etməkdə maraqlıdır.

KİF-2018 çərçivəsində Ruslan Əliyev Rusiyanın rəsmi şəsləri və işguzar dairələrin təmsilçiləri ilə - Krasnoyarsk diyarı qubernatorunun vəzifələrini icra edən Aleksandr Uss, Krasnoyarsk şəhərinin meri Sergey Yeryomin, Rusiyanın BMT-yə Dəstək Assosiasiyası sədrinin birinci müavini Aleksey Borisov, Krasnoyarsk diyarı Qanunvericilik Məclisinin deputatı Vladimir Demidov, BMT-nin Rusiyadakı İnformasiya mərkəzinin direktoru Vladimir Kuznetsov, konsaltinq şirkətinin prezidenti Yevgeniy Minçenko və s. ilə bir sıra görüşlər keçirmişdir. Danışıqlar gedişatında vurğulanmışdır ki, Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələri fəal inkişaf edir və ölkələrimiz arasında hərtərəfli tərəqqi yaşayan ikitərəfli münasibətlərin ümumi dinamikası ilə ahənglik təşkil edir.

“Azərbaycanın rəsmi şəxsləri və biznes dairələrinin nümayəndələri Rusiyada keçirilən bütün iri və önəmli iqtisadi forumlarda iştirak edirlər, bunlardan biri də ənənəvi irimiqyaslı və nüfuzlu sayılan Krasnoyarsk iqtisadi forumudur. Azərbaycan Rusiya Federasiyasının subyektləri – regionları ilə birbaşa əlaqələr istiqamətində böyük və çox dəyərli təcrübəyə malikdir ki, bu sıx təmaslar onları tənzimləyən müvafiq hüquqi-normativ aktlara söykənir”, - deyə R.Əliyev qeyd edib.

Öz növbəsində Krasnoyarsk diyarı qubernatorunun vəzifələrini icra edən Aleksandr Uss bildirib ki, Krasnoyarsk iqtisadi forumu hər zaman ölkənin inkişaf strategiyası haqda mahiyyətcə zəngin müzakirələrin mərkəzində olub, energetika, metallurgiya, neft hasilatı, meşə təsərrüfatı, kosmik sənaye və elmi-texniki əməkdaşlıq sahələrində yeni ideyaların irəli sürülməsində effektiv alət rolunda çıxış edib.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
“Aşağı Prianqarye”, diyarn şimalındakı neft-qaz yataqlarının tədqiqatı, 2019-cu ildə keçiriləcək qış Universiadasının paytaxtı Krasnoyarsk şəhərinin ifrastruktur yenilənməsi, Ural arxasında ən müasir və beynəlxalq səviyyəli hava limanının tikintisi kimi irimiqyaslı investisiya layihələrinin başlanmasına dair qərarlar məhz KİF meydançalarında alınıb. Bu kontekstdə Azərbaycanın təcrübəsi nəinki nəzəri cəhətdən, hətta praktiki tətbiq baxımından çox maraqlıdır və burada respublikanın son illər ərzində mühüm iqtisadi layihələrin həm ölkə daxilində, həm də regional və transregional səviyyələrdə uğurla həyata keçirilməsi xüsusi olaraq nəzərə alınmalıdır”, - deyə diyarın başçısı əlavə edib.

Forumda müzakirə edilən ekoloji cəhətdən təmiz iqtisadi istehsalatın təşkilinə aid məsələlərin aktuallığını nəzərə alaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu təbiət ehtiyatlarının istifadəsi və ekologiya sahəsindəki beynəlxalq problemlər kafedrasının müdiri qismində Ruslan Əliyev dünyanın yanacaq-energetika kompleksinin ekoloji problemlərindən danışıb, həmçinin bu sahədə mövcud olan müasir tendesiyalar barədə bilgiləri ilə bölüşüb. Auditoriyanın böyük marağına səbəb olmuş məruzəsi zamanı Ruslan Əliyev xüsusi olaraq vurğulayıb ki, dünyada ekologiya sahəsində movcud olan yeniliklər və müasir təcrübələr Azərbaycanda uğurla tətbiq edilir ki, ölkədə ekoloji cəhətdən təhlükəsiz iqtisadi istehsalın təşkili dövlət siyasətinin prioritetlərindəndir. O əlavə edib ki, bu müstəvidə nəinki iqtisadi mənfəətin əldə edilməsinə, eyni zamanda əhalinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə, tullantıların lazımi qaydada zərərsizləşdirilməsinə tarazlaşdırılmış yanaşma tətbiq olunur.

Xatırladaq ki, aprel ayının 12-dən 14-dək KİF meydançalarını dünyanın 30 ölkəsindən və Rusiyanın 60 regionundan 5,5 min insan ziyarət edib. İşgüzar gündən çərçivəsində 80-dən artıq müxtəlif tədbirlər – müzakirələr, sessiyalar, konfranslar, dəyirmi masalar və s. keçirilib, bunlardan əlavə mədəni və idman proqramları düzənlənib. KİF keçirildiyi günlər ərzində hakimiyyət orqanları, biznes qurumları, ictimai təşkilatlar arasında 70-dək saziş, memorandum və müqavilələr imzalanıb.

Roman AĞAYEV / Krasnoyarsk






Baxış: 738 | Bölmə: Sosial, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru