Moskvada azərbaycanlıların restoranında kütləvi dava
Moskvanın cənub-şərqində, Peçatniki rayonunda yerləşən “Neolit” retoranında 100-ə yaxın adamın iştirakı ilə silahlı dava olub. Bu haqda REN TV məlumat verib.
Putin «Qanuni oğru”lar üçün cəzanın ağırlaşdırılmasını təklif edir
“Qanuni oğru” adını daşımaq cinayət hesab edilərək, ona ağır cəza istənlən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

RF prezidenti Vladimir Putin Dövlət Dumasına kriminal cəmiyyət yaratmaq, orada iştirak və rəhbərliyə görə cinayət cəzasının ağırlaşdırılmasını tələb edən qanun layihəsini təqdim edib. Bu haqda “Rosbalt”ın müxbiri məlumat verib.

Kristof  Xoysgen  Moskvanın Minski 2015-ci ildən işğal etdiyini deyib
BMT Təhlikəsizlik Şurasının Almaniya üzrə nümayəndəsi Kristof Xoysgen Ukraynada vəziyyəti müzakirə sırasında Rusiyanın 2015-ci ildən Minski işğal etdiyini bəyan edib. Bu haqda RİA Novosti məlumat verib.

Rusiya qazın  Ukraynadan tranzitinə  razıdır, lakin şərti var
Rusiya XİN-yi qazın Ukrayna ilə tranzitinin yalnız onun şərtləri əsasında davam etdirilməsinə razı ola biləcəyini bildirib. Bunu "RİA Novosti"-yə müsahibəsində RF xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan edib.


Amerika höküməti   ABŞ-da emmiqrasiya və vətəndaşlıq xidmətinin Moskva bürosunu bağlayır
Amerika hökümətinin ABŞ-da emmiqrasiya və vətəndaşlıq xidmətinin Moskva bürosunu martın sonunda bağlalayacağı haqqnda təşkilatın Тwitter səhiəsində xəbər verilib.
"Exo Moskvı"nın Pskov redaksiyasına yoxlamaya  gəldilər
Hüquq-mühafizə orqanları "Exo Moskvı" radiostansiyasının Pskov redasiyasını yoxlamaya gəliblər. Bu haqda Pskov şöbəsinin redaktoru Maksim Kostikov məlumat verib.

Bundan əvvəl radiostansiyanın Pskov redaksiyasının jurnalisti Svetlana Prokopevanın evində istintaq axtarış işləri aparıldığı bildirilmişdi. Ona qarşı terrorizmi dəstəkləmək suçundan cinayət işi qaldırılıb (RF CM 205 maddə) deyə Kosktkov söyləyib. Cinayət işinə Prokopevanın FSB-nin Arxangelsk idarəsində baş verən partlayışla bağlı yazısı səbəb ola biləcyi ehtimalından "Pskovskaya quberniya" nəşri yazıb. Nəşrin məlumatına görə bu material Pskov xəbər xəttində dərc olunub (hazırda oradan silinib), amma materialın "Exo Moskvı" radiosunun Pskov şöbəsinin müəllifinə aid olduğu deyilir.

İstintaq Komitəsi Arxangelskdə FSB-nin binasında baş verən terrordan sonra cinayət işi qaldırıb. Qeyd edək ki, 2018-ci ilin oktyabrının sonunda FSB-nin Arxangelsk vilayəti üzrə idarəsində partlayış baş verimişdi. İstintaq Komitəsinin versiyasına görə bombanı binaya 17 yaşlı yerli sakin gətirib və qurğu əlində işə düşdüyü üçün özü də partlayışda ölüb. Bu işlə əlaqədar ölənlə ünisyyətdə olan 14 yaşlı məktəbli saxlanılıb.

Yenises.ru
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Pərdəarxasının önü və ya önün pərdəarxası

Remarka. Köklü- budaqlı küknar. Qaranlıq sənhə. Bir azdan o qaranlıqdan süzülən aydınlıq geriyə-tarixə işıq tutacaq.
Kadrarxası səs: Bu gün bu qoca küknarın altında toplaşan onlarla nağıl qəhrəmanı onlara can verən öz qəhrəmanlarını anmaq üçün səhnəyə çıxacaqlar...
Rusiya rəsmiləri Venesuelaya rus muzdlularının göndərilməsi xəbərini təkzib edir

Verilən bəzi məlumatara görə onlar prezident Maduronu qoruyur.

Moskva Ukrayna, Suriya prezidentlərini xilas etsə də, 17 milyard dollar vəsait qoyduğu Venesuela prezidentinə hələ ki, heç bir yardım etmir. Hər halda yardım haqqında heç bir rəsmi bəyanat yoxdur. Amma "Reuters" agentliyi təsdiq edir ki, qeyri-rəsmi olaraq Ukraynanın cənubunda, Suriyada vuruşan, eləcə də Afrikanın bir sıra ölkələrində hərəkət edən ÇVK "Vaqner"adlanan dəstənin döyüşçüləri ora göndərilib. Məlumatlarda o da bildirilir ki, birinci dəstə prezident seçkilərnə qədər, ikinci dəstə isə bir müddət əvvəl ora gətirilib. Onlara Maduranı aralarında cəsus olma ehtimalına nəzərə alaraq öz mühafizəçilərindən qorumaq tapşırılıb.
Vladimir Putin Venesuelaya hərbi dəstə göndərdi
Vensuelanın prezidenti Nikolas Maduronun mühafizəsi üçün ölkəyə xüsusi hərbi şirkətin (ÇVK) rus muzdluları gətirilib.

Xarici mətbuat xəbər verir ki, ola bilsin ki, ölkədə Rusiyanın maraqları üçün Suriyada və Ukraynada vuruşmuş 400 rus hərbi muzdluları var.

Rusiya muzdluları Venesuelaya etiraz aksiyaları balayandan sonramı gəlib, yoxsa onlar artıq o ölkədə varmiydı-bu haqda Rusiya mətbuatında dəqiq məlumatı verilmir-deyə Lenta.ru qeyd edib.


Yenises.ru
"Köpəklər kimi": Kuzbas məktəbliləri yeməkxanada nə yediklərini göstərdilər-VİDEO
Kuzbass yeniyetmələri məktəb yeməkxanasında verilən keyfiyyətsiz qidalardan şikayət ediblər.

Şagirdlərə verilən həddindən artıq bişdiyindən qaşıqla qarışdırıldıqda boşqabda xəmirə dönən makaron yeməyinin videosu paylaşılıb.

"Əsl itlərə verilən kimi", - videonun müəllifi belə qeyd edib.
Krım  AŞPA-nın Kerç boğazı ilə bağlı  tələbini  rədd etdi
AŞPA-nın Kerç boğazındakı təxribatdan sonra saxlanılan Ukrayna əsgərlərini azad etmək tələbləri məntiqsizdir. Belə bir bəyanatla millətlərarası əlaqələr üzrə regional parlament komitəsinin sədri Yuri Gempel çıxış edib.

Zaxarovadan Çubaysa cavab:"Dom-2"-ya baxdığını bilmirdim"
RF xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə "Rosnano" başçısı arasındakı sözlü "atışma" davam edir. Anatoli Çubays Mariya Zaxarovanın ironiyasına cavab olaraq ""yerinin Dom-2" olduğunu göstərmişdi.

Mariya Zaxarova yenə də ona cavabı ləngitməyib. Çubaysın fikrinə özünün Facebook səhifəsindən bu fikirlərlə qarşılıq verib: "Mən Anatoli Borisoviçin "Dom-2" proqramına baxdığını bilmirdim".

Yenises.ru

Çubays Zaxarovanı Buzova ilə əvəz edin dedi
Zaxarova teleşouya, Buzova siyasətə. Zaxarova ilə mübahisəni qiyabi davam etdirən Çubays belə tövsiyyə edib.

"Rosnano"nun başçısı Anatoli Çubays RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə aralarındakı mübahisni qiyabi olaraq davam etdirərək, onun yerinə teleaparıcı Olqa Buzovanın qoyulmasını məsləhət görüb.
ABŞ İrana sanksiya siyahısını genişləndirdi
ABŞ hökümətinin İrana qarşı sanksiya siyahısını genişləndirməsi barədə Reuters agentliyi məlumat verib.

Əvvəllər məhdudiyyət siyahısına düşmüş Mahan Air aviakompaniyasından başqa, İslam İnqilabı Mühafizə Korpusu ilə bağlı təşkilatlara qarşı da sanksiya qoyulub.

Bundan başqa Ermənistanın Flight Travel kompaniyası, həmçinin İranın Qeshm Fars Air və ona aid olan iki Boeing 747 təyyarəsi də sanksiya siyahısındadır.

Bir müddət əvvəl Axios intenet nəşri məlumat vermişdi ki, İran ABŞ-ı nüvə razılaşmasına görə "cəzalandıra"bilər.

Yenises.ru

Rusiyada  mətbuatda  "saxta informasiya yaymağa görə" cəza qanunu gəlir

Rusiyada cəmiyyətə və dövlətə ünvanlanan ədəbsiz ifadələr, təhqirlərə görə cəza qanunu yoldadır. Duma birinci oxunuşda sənədi qəbul edib. KİV-də dəqiqlədirilməmiş informasiya yayılmasına görə isə 1 milyon rubıa kimi cərimə cəzası gözlənilir. Prokurorluq əvvəl bu layihəyə qarşı çıxsa da, sonradan onunla razılaşıb.


Dövlət Duması mətbuatda saxta məlumatların yayılması üçün cəza tələb olunan qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin 336 nəfər lehinə, 44 nəfər əleyhinə səs verib.
XİN  Rusiya ÇVK-sının başqa bir ölkədə  də olduğunu  etiraf etdi
Rusiya xarici işlər nazirliyi Sudanda dövlətlə əlaqəsi olmayan rus özəl mühafizə kompaniyasının (ÇVK) olduğunu təsdiq edib. Bu barədə RİA Novosti-yə qurumun nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə rus firması sırf Sudanın güc strukturları üçün kadr hazırlığı ilə məşğul olur. O, onu da əlavə edib ki, bununla bağlı istənilən digər xəbərlər yalandır.

Yanvarn 15-də Rusiyanın Xartumdakı səfirliyinin mətbuat attaşesi Vladimir Tomski bu mövzuda danışmışdı. O, Sudanda kütləvi aksiyaların qarşısını almaqdan ötrü hökümətin rus muzdlularıın yardımından bəhrələndiyi məlumatını şaiə adlandırmışdı.

Öklədə yanacağın və çörəyin qəfil bahalaşması ilə əlaqədar nümayişlər və ondan sonra qarmaqarışıqlıq başlamışdı. Bu müddətdə 20 -dən çox adam ölmüş, və aralarında siyasi fəallar və jurnalistlər də olmaqla 800-dən çox adam həbs edilmişdi.

Hələ 2018-ci ilin noyabrında xəbər verilmişdi ki, milyonçu Yevgeni Priqojinin adı ilə bağlı olan muzdlular bir neçə Afrika ölkəsində təhlükəsizlliyi təmin etmək xidməti ilə məşğuldur. Onlar arasında Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqasqar, Qvineya, Anqola, Mozambik, Zimbabve, Mərkəzi Afrika Respublikası da var.

O da deyilir ki, biznesmen muzduların və siyasi ekspertlərin köməyi ilə silahdan istifadə və seçkiqabağı kampaniya təşkil etməyi öyrədir. Bu xidmətin əvəzində faydalı qazıntılar çıxarmaq imkanı qazanır-deyə sənəddə göstərilir.

Bununla yanaşı, XİN-də qeyd edilir ki, Mərkəzi Afrika Respublikası ərazisində olan rusiyalı mütəxəssislər ölkənin silahlı qüvvələrinin güclənməsinə yardım edir və onları heç bir şəkildə "muzdlu kateqoriyasna" daxil etmək olmaz.

Yenises.ru
V.Solovyev Italiyada villası olması ilə  bağlı : "Çox qazanıram və  istəsəm yenə alaram"

Rusiyanın məhşur teleaparıcısı Vladimir Solovyev müxalifətçi Aleksey Navalnının ona məxsus İtaliyada daha bir villası olması araşdırmasına aydınlıq gətirib. O, The Insider-ə açıqlamasında dövlət qulluqçusu olmadığını və İtaliyada daşınmaz əmlak almaqla qanunu pozmadığını bildirib.


Baş prokurorluq Çeçenistanın qaz borcunun silinməsinə qarşı çııxdı

RF baş prokurorluğu Çeçenistan prokuroruna "Qroznı regionlararası Qazprom" kompaniyasının əhalinin qaz borcunu siliməsi əleyhinə arqumentlərini nəzərə alaraq, onu dəstəkləməyə çağırıb. Bu haqda RİA Novosti məlumat verib.

Baş prokurorluqdan onu da bildiriblər ki, regional prokurorluğun borcun silinməsu ilə bağlı məhkəmə iddiası əsassızdır. Eyni zamanda federal qurum Çeçenistan prokuroru Şarpuddi Abdul-Kadırova prokurorluq orqanlarının təşkilatların əməliyyat və iqtisadi fəaliyyətinə müdaxilə etməsinin yolverilməz olduğunu göstərib.

Bundan əlavə Baş prokurorluqda izah ediblər ki, mövcud qanunvericilikdə debitor borclarının silinməsində iddianın müddətinin başa çatması yeganə şərt deyil.

Bundan əvvəl "Qazprom" dövlət şirkətinin "Regionlararası Qazprom" fillialınn mətbuat xidməti Çeçenistan Respublikası sakinlərinin qaz borcunun 9 milyard rubldan artıq oduğunu müəyyənləşdirmişdi.

"Qazprom"unn filialı yanvarın 21-də çeçen məhkəməsinin borcun silinməsi ilə bağlı çıxartdığı qərarla razılaşmayaraq şikayət edib. Çeçen prokurorluğu yanvarın 18-də məhkəmənin çıxardığı qərarı dərc etmişdi. Qərarda qaz borcunun silinməsinin vacibliyi qeyd edilməklə yanaşı, sıravi sakinlərin etirazına səbəb olaraq ictimai təhlükəyə yol açacağı deyilirdi.

Yenises.ru
Tarix : 4-02-2019, 22:23
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Pərdəarxasının önü və ya önün pərdəarxası

Remarka. Köklü- budaqlı küknar. Qaranlıq sənhə. Bir azdan o qaranlıqdan süzülən aydınlıq geriyə-tarixə işıq tutacaq.
Kadrarxası səs: Bu gün bu qoca küknarın altında toplaşan onlarla nağıl qəhrəmanı onlara can verən öz qəhrəmanlarını anmaq üçün səhnəyə çıxacaqlar...


Çoxmu gözlətdim. Əslində onun doğum günü dünən-fevarıln 3-də idi. Xatiriəsinə həsr olunmuş yubiley-anım tədbiri də elə eyni gündə keçirildi. O tədbirdən doğan hüzünlü, bir o qədər də hüzurlu təəssüratlarımı bir daha beynimdə yerbəyer etmək vaxtımı aldı.

Kim idi? Necə adamdı? Nəyi arzulayırdı? Nələri planlaşdırmışdı? Nəyə yanırdı? Nədən qəzəblənib, nədən həyəcanlanırdı?
Moskvada onu tanıyan doğmalar, tanışlar və elə yadlar üçün də sadəcə sənətinin ustası, millətinin fədaisi idi. Moskvada heç bir məclis onun imzasından yan keçməyib.

Hanı günümüzdə Hacibəyovlar, Axundovlar, Mirzə Cəlillər axtarırsınız-elə mən özüm də axtarıaram- ha, amma yanımızdan səssiz-səmirsiz ötüb keçən o varisləri görmürük-adamı yandıran budur. O da məhz sənət, teatr üçün canını qoyan fədailərdəndi.
Kimsə onun haqqında bunun əksini söyləyə bilməz! Qəfil ölümü ilə bizi sarsıdanda da, vida mərasimində söylənmişdi bu etiraf: Bizi bağışlama!

Bu gecə bu ifadələr onun dostlarının dilindən səslənəcəkdi. Hələlıksə...

Mərdan Feyzullayevin 60 illik anımına gələnlərin hər birinin içində “bizi bağışlama”- hıçrıqığının qaldığına əminəm.

Və mərasim məni çuğlayan bu hisslərlə başladı.

Səhnənin arxasının Önündə və ya səhnənin Önünün arxasında dayanan o adam-böyük rejissor günümüzün tələbinə çevrilən “öndəolmaq” üçün oynayanlardan, oynananlardan uzaq, işində idi.

İşi isə.. Sabit Rəhman adına Şəki Dövlət Dram teatrıından başlanan və Moskva “Jar ptitsa” kukla teatırında davam edən sənət yolundan teatrın kollektivi danışdı. Onu Onsuz rejissorluq etdiyi, quruluş verdiyi tamaşalarla danışdırdılar.

Moskvada “Jar ptitsa” kukla teatrında Azərbaycanın Əməkdar artisti, Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli medalı ilə təltif edilmiş mərhum rejissorumuz Mərdan Feyzullayevin 60 illik yubileyi münasibətilə keçirilən anım mərasimi belə başlandı.

Bir dəqiqəlik süküt: Hər tamaşanın sonunda səhnəyə çağırılıb ayaqda alqışlanan o ADAM üçün!


Rusiya paytaxtında ilk Azərbaycan teatrı “Dərviş”in əsasını qoyan tanınmış rejissorun xatirə gecəsində doğma kolllektivi onun quruluş verdiyi və teatrın repertuarından onillərlə düşməyən, anşlaqla qarşılanan tamaşalardan parçalar göstərdilər.

Mərdan Feyzulllayevin iki onillikdə keçdiyi yaradıcılıq yolu çözümləndi. Səhnə arxasından eşidilən yanğılı səssə, uzun illər çalışdığı teatrda rus folkloru, uşaq nağılllarını şəhnələşdirib onun qəhrəmanlarına can verərək balaca tamaşaçılarla qovuşduran, eləcə də digər “işlənməmiş” mövzulara müraciət edərək yeniliklərə imza atan rejissorun çalışqanlığından, əzmindən danışır, dediklərini onun əməyi hopmuş səhnələrlə möhürlənirdi.

Tamaşalardan parçalarla növbələşən rejissorun həyat löhvələrindən hazırlanmış videoçarxda isə Mərdan Feyzullayevin doğulduğu Şəkinin Kiş kəndindən Moskvaya uzanan yol, onun teatr haqqında söhbətləri göstərilirdi. Hər kəs nəfəsini işinə çəkib dərin bir sükutla bu kadrları seyr edirdi.

Və... Xronoloji rəqəmlər: bu tamaşa bu mövsümün ən çox göstərilən, ən çox oynanılan tamaşası olub—adlar sıralanırdı.
Bu gecənin təşəbbüskarlarından biri və mərhum rejissorun dostu jurnalist Cəfər Sadıq səhnəyə şair İlham Bəbəlbəylini dəvət etdi.
Onun yaradıcılığına yaxından bələd olan İlham Bədəlbəyli böyük rejissorun həyat və sənət yolundan saatlarla danışa biləcəyini söyləsə də, bu gün sadəcə bir epizodu xatırldacağını dedi.

“Mərdan Feyzullayev öz teatrını-Azərbaycan teatrı “Dərviş”i yaratmaq arzusunda idi. Bu arzusunu yerinə yetirdi. Biz onun rəhbəri və rejisoru olduğu tamaşalara gəlib sevidnik. Lakin bu gün o haqda danışmayıb sadəcə bir məqamı xatırladacam”- deyə nitqinə davam etdi.

Mərdan məndən son tamaşalardan biri üçün şeir yazmamı istəmişdi. Doğrusu uzun zaman yaza bilmirdim. Bir gün “dərvişi“ özü olan “Dərviş” teatrı haqqında yazmaq beynimdən keçdi və o şeiri 5-10 dəqiqə içində yazdım.

Yazdığı şeiri oxuyan İlham Bədəlbəyli nitqini:-Xoşbəxtəm, xoşbəxtəm ki, “Dərviş” teatrının himninə dönmuş şeiri mən yazmışam-sözləri ilə bitirdi.

Gecəyə ev sahibliyi edən Cəfər Sadıq yaxın dostu haqqında “qəhər imkan versə danışacam”-ifadəsiilə salondakı izləyiciləri də kövrəltdi. "Jar Ptitsa” kukla teatırında qoyduğu tamaşalardan teatr kolektivi danışdı, bu gecə üçün mən teatrın rəhbərliyinə, kollektivinə, onun sənət dostlarına öz adımdan və Azərbaycan tamaşaçıları adından minnətdaram-dedi.

Cəfər Sadıq 6 il fəaliyyət göstərən “Dərviş” teatrında Mərdan Feyzulllayevin M.F.Axundovun, B. Vahabzadənin, C. Vurğunun, Elçinin və s. kimi Azərbaycan ədiblərinin əsərlərinə müraciət edərək, onları səhnələşdirdiyini bildirdi. Teatrın repertuarında olan bu tamaşalar Rusiyanı başdan-başa gəzərək qastrol səfərlərində olub, bir çox səhnələrdə oynanılıb. Və Mərdan Feyzullayevin Rusiyada Azərbaycan teatrını hansı çətinliklə saxladığını, onun yükünü demək olar ki, təkbaşına yükləndiyini, təbii bəzi yardımlar olunsa da, bunun yetərli olmadığını da istər-istəməz xatırlatmalı oldu. Mərdan “Dərviş”i yaratmaqla Rusiyada onu Azərbaycanın bir teatr guşəsinə çevirmişdi-deyən natiq “biz azərbaycanlıların teatr sevmədiyimiz, ona baxmağa gəlmədiyimizin” də bir ayrıca mövzu olduğuna toxundu. “Biz danışanda çox şeylərə qadirik, işə gələndə isə zəifik” –sözləriylə bu günü bu notlarla nöqtələməyərək, gəlin bir-birimizə sağlığında qiymət verək, bir-birimizin qədrini sağlığında bilək- dedi.

Azərbaycanın Əməkdar artisti tarzən Qorxmaz Axundov və onu balabanda müşaiyət edən Nəriman Məmmədov mərhum rejissorun ruhunu onun sevdiyi muğam və mahnıları ifa etməklə yad etdilər.

Rusiyadakı Azərbaycan diasporu nümayəndələrinin, ictimai xadimlər, gənclər, eləcə də rus teatr xadimləri, “Jar ptitsa” kollektivinin iştirakı ilə keçirilən təbdir çay süfrəsi arxasında-açıq mikofonda çıxışlarla davam etdi.

Gecəyə mərhum rejissor Mərdan Feyzullayevin söylədyi bu sözlərlə yekun vuruldu. Moskvada azərbaycanlılaırn döğma bir ünvanl var: O ünvan Stromınko 3 ünvanıdır.

Tünzalə Vəliqızı, Moskva
04.02.2019


FOTOLAR

Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən
Mərhum rejissorumuz Mərdan  Feyzullayevin 60 illiyi ilə əlaqədar anım mərasimindən




Baxış: 173 | Bölmə: Sosial, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru