Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Tarix : 21-06-2019, 16:00
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
Türkiyəli iş adamı, eyni zamanda “MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana “Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. “Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.

-Məhmət bəy, “pulla oynayan” iş adamlarının –varlı şəxslərin bir tərəfdə də ruhun qidası sayılan musiqi, şeirlə uğraşması –mənə bir az tərs gəlir. Etiraf edim ki, zaman-zaman pulu var, özünü bir də mədəniyyət-incəsənət alanında tanıtsın, adını yazdırsın deyə başqalarının imzasını satın ala bilərlər -düşüncəsində də olmuşam. Adına xobbi, ya tutqu dediyiniz bəzən səmimi gəlməyib mənə. Yəni belə təcrübələr yaşanib illa ki. Sizin timsalınızda necədir?

-Həm sordun və həm cavabını verdin. Pulu olan başqasına şeir yazdırıb, musiqi bəstələtdirib imzanı satın alır, özününküymüş kimi qələmə verir deyirsiniz. Və bir də sizdəmi eləsiniz –deyib hökm verirsiniz.

-Mən elə düşünə bilərəm deyirəm.

-Baxın, xobbi olaraq qəbul etdiyin zaman, bunu özün yazar, bəstələyərsənsə xobbi olur. Naməlum birisinin yazdığına, bəstələdiyinə öz ismini verərsənsə, o zaman o səni qane etməz. O bir türlü ögey övlad kimi olar. Ən çoxu 3 dənəsini aldın deyək, 4 –cüsü olmaz. Yəni demək istəyirəm ki, bir şeir və ya bir musiqidə yazanın ruhu görünür. Bir başqası yazsa mənim ruhumu ora qata bilməz, sənin üstündə əmanət kimi qalır. Yazdıqlarım meydanda və dolayısı bunu xobbi olaraq edirəm. Mən bunu ruhumu, özümü ifadə etmək üçün yazıram, oxuyuram. İstəsəm bunu dünyaya yaya bilirəm. Lakin dostum-eşim dinləyir və onların dinləmələri xoşüma gəlir.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"

-Şeirdən, musiqidən umduğunuz elə bunla sərhədlənir? İş adamı olaraq musıqı bazarına-şou biznesə də girə bilmək imkanı varkən, Məhmət Başaq musiqidən nə istəyir?

- Musiqidən maddi anlamda heç bir şey istəmirəm. Elə fikrim də olmadı. Mən yaxşı dinləyiciyəm. Özüm yazdıqlarımla özümü anladıram və bundan da zövq alıram. Müsiqini sevirəm. Çox gözəl də şarkı söyləyirəm. Bu cameədə Müslüm Gursəslə səsin eynidir-deyən ustadlar var. “O sağ olsaydı və sən də şarkı oxusan, bu işi davam etdirmiş olsaydın onun taxtına oturmuş olurdun”-deyənlər də oldu, bu səslə nələr edərdim- deyənlər də. Hətta dublajdan –kino səsləndirmədən təkliflər gəldi, qəbul etmədim.

-Niyə?

-Ondan zövq ala bilmərəm. Mən şeir söyləyəndə başqa biri oluram.

-Başqalarının şeirini söylədinizmi?

-Öz şerilərimdən başqa olmadı. Amma Fatih Sultan Məhmətin Peygəmbər Əfəndiyə yazdığı bir şeiri və Nəcib Fazilin “Sakarya” şeri var onu səsləndirəcəm.

-Niyə tarixi və dini mövzulu bu iki şeir?

-Onlar mənim dəyərlərim, mənəviyyatımdır. Mən türkəm, Osmanlı torunuyam. Onların o ruhla yazdığı mənəviyyatı hiss edə bilirəm. Özüm siyasi mövzuda 15 Temmuzda Rəcəb Tayyibi anladan “Uzun adam” şeirini yazdım. Özü şəxsən məni təbrik etdi. Bir də şəhid Ömər Halis Dəmirin dilindən anasına xitabən “Xınalı quzu” adlı şeirim var. Özü şəhid olub bütün Türkiyəyə sərvət olan insandır -Ömər Halis Dəmir! Allah rəhmət eləsin.

- Mənə görə musiqi hər bir insanın ruhunun sarı siminin titrəyişidir. Dünyayla ilk tanışlığımız layla səsi ilə olur. Bir insan musiqi bəstələyir və ya könlünü şeirə verirsə, o, incə, kövrək qəlbə sahibdir-deməkdir. Siz şeir söyləyərkən o hüznü hiss etdim. Nədir sizi inlədən, ağladan?

- Doğru deyirsən. Birinin bir şey yaza bilməsi üçün qəlbinin yumşaq və duyğusal olması gərəkdir. Ya da həyata 1:0 yenik -məğlub olaraq başlayan daha tutqulu və duyğulu yaza bilər. Baxın, müşahidə edib yazmaq bir ayrı, amma onu birbaşa içindən keçirib yaşamaq bir ayrıdır. O hisslə başlayanda daha təsirli olur. Mən həyatım boyunca ana həsrəti çəkmiş bir insanam. Dostlarım-yoldaşlarımın anası “yavrum, övladım”- deyəndə hüzünlənərdim. Qadınları həmişə bir sığınacaq kimi gördüm. Bu da mənim mənəvi olaraq duyğularımı kağıza tökməmə səbəb oldu. Yazdıqlarımı başqalarına verib oxudurdum. Madam, durumumu bura yansıdıramsa, niyə özüm oxumayım dedim.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
-Ana həsrəti ilə bağlı ilk sətir, ilk misra... bu kədəri, həsrəti kağıza tökəndə neçə yaşında idiniz?

-Anama həsr etdiyim şeiri yazanda 18-19 yaşlarındaydım. Ondan daha öncə də duyğularımı yazmışdım. Amma anama həsr etdiyim “ANNE” şeirində onun ölüm halında olduğu zamanı, mənə baxışını, sevgisini, yaddaşımda iz buraxan gülüşünü anladıram.

-Bildiyim qədər daha çox sevgidən yazırsınız Həm də kişi- qadın sevgisindən. Studiyada “Adam kimi sevəcəksən”-şeirinin provasını dinləmək şansım oldu. O şeirdə sevgi, eşq və eyni zamanda üsyan gördüm.

-Üsyan deməyin. Kinayə var. Etiraz var. 21-ci əsrdə yaşayırıq. Günümüzdə qadın ya da kişi fərq etməz, adam kimi sevən, sevdiyi üçün “ölümünə sevda” deyə biləcək neçə insan göstərə bilərsiniz mənə? Paranın düzəni olub bütün ortam. Paran varsa dünyanın ən pis insanı olsan belə ən gözəl qız sənin ola bilər. Amma bu gerçək eşq olmayacaq. Parasız, qərib biri bəlkə o birindın daha xarakterlidir, o da sevir, amma o qıza sahib ola bilmir. Baxın, bu düzənin pozulduğuna etirazım var.

-“Eşqdir mehrabı uca göylərin”- deyən Nizami, “Yarəb bəlayi -eşq ilə qıl aşina məni ” -deyən Füzulidən bu yana sizin-(Türkiyə türklərinin) daha çox istinad etdiyiniz Mövlana var. O deyir ki...

-Burada dur! “Sizin” deyə bizi sizə- bizə ayırdığınız o ifadəni qəbul etmirəm. Özəlliklə söyləyirəm. Mənim Azərbaycan deyincə ağlıma öz kəndim, öz millətim, öz qardaşım gəlir. Öz qardaşımın ədəbiyyatı, baxışı, ruh halı pozulmayıb. Hələ mənəvi olaraq durur. Biz bir az daha avropalaşdırıldıq. Ondan dolayı bizim mənəviyyatımızda bir az əskikliklər var. Baxıram, Azərbaycan da o şəkildə qərbləşməyə doğru gedir. Bu yaxşı şey deyil.

-Movzuya qayıdaq. Gözəl eşq hekayələrindən gələn sevgiyə Mövlana belə yanaşır, “nə ağlınla, nə qəlbimlə sevəcəksən, sevəndə ruhunla sevəcəksən”. İndiki sevgilər paraya dönüşmüş-deyirsiniz. Bunun səbəbi nədir? Daha elə dərin şeirlər yazılmırmı deyə?


-Elə duyğular qalmamış deyə. Əski eşqlər qalmadı. Allah öncə ruhumuzu, sonra bədənimizi yaradıb bizi dünyaya göndərdi. Bədəndə Qəlb var və Ağıl var. Ən şərəfli məxluq olaraq göndərilmişik. Allah “Ey ağıl sahibləri”-deyərək bizimlə muaattab olur. Siz ruhunuzla, ağlınızla düzgün şəkildə mənim sizə göndərdiyim standartlara uyğun yaşarsınızsa, nəsliniz də gözəl olur. Yox yaşamazsınızsa, o zaman azğınlaşarsınız. Bayaq üsyan dediniz. Məndə üsyan olmaz! Etiraz olar. Və etirazım bunadır. Düzənə etiraz olur. Üsyan başqaldırı deməkdir. Mən duyğulara, ruhlara müraciət edirəm. Oradan bir şeylər alsınlar. Verə bilirəmsə nə mutlu mənə. O ki qaldı Eşq, o Allaha olandır! Bizimki sevgidir, əslində. Ona bir dəyər qatmaq üçün eşq deyirik. Məsələn atalarımıza, onların ailə yaşantılarına baxaq. Bir də bu gün texnikanın meydan suladığı ailə ortamına. Bir rahatlıq var bu gün. O dönəmdə bu rahatlıq yoxdu. O dönəmdə saygı, sevgi vardı, ər-arvadın bir-birilərinə baxışmalarıyla anlaşmaları vardı. Qadın kişinin aynasıydı, kişi özünü orada görürdü. İndi o yanaşma qalmayıb.

-Mənəvi dəyərlərin bazara çıxarıldığı bir vaxtda musiqi sakitləşdirər, rahatlıq verər, tərbiyə edər. Qərbə üz tutmuşuqmu deyə yolumuzdan çıxmışıq? Yəni sizin dediyinizdən bunu anladım.

-Bu günkü nəslin bəstələdiyi, dinlədiyi əsərlərin bir dənəsi belə məni cəzb etmir. Heç bir artısı yox, üsyandan başqa. Dolayısı bugünkü musiqinin topluma bir faydası olacağına inanmıram. Misal üçün “Yakalarsan öpücük”-deyə oxuyur Tarkan. Bunun nəyi gözəldir?

-Amma bunu daha çox dinləyirlər?

-Sadəcə musiqisi gözəldir. Virtual ortam var, insanlar orada yaşayır. Bilirsiniz də elə oyunlar var orada, ondan dolayı ölürlər, öldürürlər belə. Süni həyat yaşayır insanlar. Adam var evində bir tikə çörəyi yoxdu, gedib Tarkanı dinləyir. Bunun belə olmasının tək səbəbi-övladına Allahını, Peygəmbərini, Quranını, ata-babalarını anlatmamasıdır. Sonra da oğlum kimə çəkdi, qızım niyə belə oldu deyə şikayət edir. Sən ona nə öyrətdin ki, o da sənə bənzəmədi?! İndiki gənclik anaşa çəkir, spirtli işki içir. Kimin əli kimin cıbındədir, o belə bəlli deyil. Bu gün bir qız bir oğlanla çıxır, sabah bir başqasıyla. Buna normal deyirlər. Normallaşdırıldı bunlar. Atalarımız belə idimi?!

-Mühit amılı də var, amma... Həyata zidd qaydaların bizə həyat tərzi kimi təqdim edilməsi də bura daxildir. Bu gəncliyə nə mesaj vermək istərsiniz?

-Yeni albomuma “Adam kimi sevəcəksən” seirini daxil etmişəm. Bunun altında mənalar var, qavranmalı şeylər var. Onu şifrəli söyləyirəm. Gənclər orada yanlışlarını görəcəklər. Adam qavramı-düzgün, sözünün əri, sözündən dönməyən anlamdadır-qadın ya kişi fərq etməz! Mənim şeirlərim hər zaman mesaj içəriklidir.

Gənclərə mesajım: Atasını bilsin, xanımına, eşinə qiymət versin. Bəzi şeylər gizəmli olunca dəyərlidir. Həyatda hər kəsin dəyəri öz yaşantısı kimidir. Mən də övladlarıma düzgün təhsil, tərbiyəni ona görə verirəm. Ətrafda olanların, mühitin təsirindən dolayı pozulma görürəm. Çünki hamının əlində bir cib telefonu var. Dünya insanların ovucunun içində. Ondan yaxşı şey də ala bilir, pis şey də.

MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"

-Siz Avropada, Amerikada yaşayan, orada iş quran birisiniz. Qərb dəyərlərinə qarşı bu asilik hardandır? İndi üsyan ifadəsi kimi, asi kəlməsi ilə də razılaşmayacaqsınız qəti olaraq...))) Rep, hip-hop kimi musiqilər dinləyəndən bunları eşitmək bir az asilik kimi görünür də...

-Mən 1992-2007-ci illərdə Amerikada yaşadım. 50 Centin heyranıyam. Şöhrət olduğunda belə mənəviyyatını itirməyən bir gəncdir Kertis Cekson. Maddi anlamda da çox zəngindir. Yaşam standartı, dünyaya baxışı fərqlidir. Türkiyəyə gəldi-Acunun qonağı oldu, müsahibəsində hədsiz təvazökarlıqla danışırdı. Sarılıb öpmək istədim. Bizimkilər bir az şöhrət oldularmı, təşəxxüs satarlar.

-O təşəxxüs satanların yolu “MD produksion”dan keçdim?

Mənə görə “ay, küçədə bunu gördüm deyib” heyrət edilən ünlülər sadə insanlardır. Var təbii, Yıldız Tilbə, Çingiz Kurtoğlu, Necat Alp, Kadir Taştan, Hakan Altun, Münir Doğanay... indilik ağlıma gələn ünlü isimlər. Onlarla çalışdıq biz. Bu gün də çalışırıq.

-O anasız uşağı həyat Amerikaya necə götürdü?

-Mən Trabzonun Of mahalındanam. Amma İstanbula böyüdüm. Zəngin bir ailədənəm. Kasıblıq görmədim. Bizdə baban sağkən mal bölünməz. Mənim baban da indi 83 yaşında. O zaman işinin başında özü dururdu. Biz bu iş üstündə inadlaşdıq və mən Amerikaya getdim. Ora getdiyimdə bir şeyim yoxdu. Demək ki, ruzim orada imiş. İndi Amerikanın bir neçə ştatında iş yerlərim var. Bu arada inadlaşdım dedim, babamla. Amma küsmədim və onu çox sevirəm.

-Sizin içinizdə hələ də böyüməyən uşaq var. Anasızlıq dadmış, hələ də içində 11 yaşlı uşağı daşıyan bu adam, savaşların, həyatın acılarının içindən çıxa bilməyən uşaqlara sehrli çubuğu ilə toxunmağı, həyatlarını dəyişməyi düşünübmü? Daha başqa cür desəm bir cocuğu yemlədinizmi? Bir musuqiçinin yetişməsində mənim də payım olsun dedinizmi?

- Mənəvi yöndən 11 yaşındayam, toxunsalar ağlaram. Bir cocuga və ya bayana həqarət olsa qəzəblənərəm. Bu dünya imtahan dünyasıdır. Mənim ruhum uşaq yaşında. Yaxşı ki, hələ də daxilimdə ana həsrəti qalıb. Bu duyğular mənə sevinc verir. Əlimdən gəldiyi qədər bir şeylər edirəm. Bundan başqa Azərbaycan və Türk Cümhuriyyətləri ilə bağlı layihələrim var. Mədəniyyətimizi, şeirimizi, musiqimizi tanıtmaq və tanımaq adına xeyriyyə konsertləri düzənləmək kimi böyük bir layihə gerçəkləşdirməyi düşünürəm.

O ki, qaldı nələrisə etdimmi və ya planımda varmı- deyim. Fağırı yedirtmək savabdır. İnsan bunu gizli edər. Etdiyini söylərsə bu, təkəbbürə girər. Çünki Allah “bunu gizli edənin mükafatı var” deyər. Pişik yemək yeyəndə gözünü qapadır. Ruzinin Allahdan gəldiyini bildiyi üçün. Mən Rəbbim bilsin deyə edirəm. Mənəvi olaraq birinin əlindən tutarsanmı deyirsənsə, tuturam. Biz də bir yerə gəldiksə, bunu paylaşırıq.

MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
-Bəs maddi anlamda?

-Allahtala zəkat vermək imkanınız varsa, onu verin deyir. O aşkar verilir. Başqaları da bundan örnək alsın, davam etdirsin deyə. Təbii ki, maddi anlamda da yardım etmişliyim var, amma bunu söyləməyəcəm.

-Bəziləri zəngin olmaz, özünü zəngin göstərər, bəziləri də tam tərsi, o qədər zəngilkdə özünü sanki indi səndən borc istəyəcək kimi aparar. Sanki bir az da qorxarlar.

Zənginlik nədir-Güc və Para! Zəngin olan insanlar ürkəkdirlər. Ən kiçik bir şeydən narahat olarlar. Əlindəki gücü və paranı qeyb etməmək üçün ona möhkəm sarılarlar. Bizdə bir deyim var. Zənginlik civə kimidir, onu ovucunda tuta bilməzsən. Əslində önəmli olan da ovucunda tuta bilməkdir. Xeyirli işlər görərkən qorxmazsan. Elə olanda yıxıldığın zaman belə insanlar sənə görə üzülər və sənə eyni münasibətdə qalmaqda davam edərlər. Bayaq pişikdən misal çəkdim. Bizə ruzini-zənginliyi verən Allahdır. Bunu unutmayın deyir Allah. Cənnət anaların ayaqları altında olduğu kimi, cənnətin açarları da zənginlərin əlində olacaq. Amma baxır hansı zənginlərin. Necə ki, uşağı doğub sonra zibilliyə atan ananın ayağı altında cənnət axtarmağa dəyməz, eləcə də hər zəngin cənnətin açarlarına sahib ola biləcək deyə bir şey yoxdur! Zənginlik insanlara verilən qiymətdir.

-Zənginliklə qalın, Məhmət bəy, həm maddi, həm mənəvi...)))

Söhbətləşdi: Tünzalə VƏLİQIZI
Moskva-İstanbul- Moskva





Baxış: 541 | Bölmə: Sosial, Müsahibə, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru