Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu "Suriya demokratik qüvvləri" qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini "bıçaqla arxadan vurulan zərbə" kimi dəyərləndirib.
Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.
Macarıstan ukraynalılara verdiyi  pasportunu  geri alır
Macarıstan höküməti saxta sənədlə özünü etnik macar kimi təqdim edən ukraynalı Zakarpatya sakinlərinə verdiyi pasportları geri qaytarmaq məcburiyyətindədir. Bu haqda Obzor TV -nin efirində Zakarpatya vilayət dövlət administrasiyasının rəhbəri Gennadi Moskal deyib.

"İndi onlar birini verir, 20-30 digərini ləğv edir"-deyə o, əlavə edib ki, Macarıstan vətəndaşlığına dair qanunu pozan icra başçısı rəhbərlərinə qarşı məhkəmə araşdırması gedir.

Moskalın sözlərinə görə polislərə göstəriş verilib ki, macar dilində danışa və başa düşməyən insanların sənədləri geri alındı.

O onu da qeyd edib ki, "Macarıstan prezidentinin gündəliyi" mövcuddur və onun hər buraxılışında hansı insanların vətəndaşlığının ləğv olunması iki-üç səhifədə verilir.

Rəsmi Budapeşlə Kiyev arasında növbəti münaqişə 2018-ci ildə internetdə Macarıstan konsulluğunda ukraynalılara macar pasportu verilməsi ilə bağlı video yayımlanandan sonra gərginləşmişdi.

Yenises.ru
Müqayisə olunmayacaq ünvanın adı: Müəllim!
Müəllim- bizə şəkil verən Yaradanın işinə qarışmadan o şəkli anlamla yükləyən İNSANdan bir pillə yüksək Tanrıdan ayrıcalığını haqq edən MÖCÜZƏ kimi gördüyümdü. Valideynlərimdən sonra ilk dəfə danışdığım kəlmələrin şəkli olduğunu, düşündüyümün bir də sözlərə çevrilib yazıya töküldüynü anladandı. Fərqli bir dünyadan fərq yaratmaq üçün gələndi.
Fransa tarixində iki dəfə baş nazir olmuş  sabiq  prezident Jak Şirak vəfat edib
Bu haqa Frans Press agentliyi ailəsindən aldığı xəbərə istinadən məlumat verib. onun 86 yaşı vardı. Jak Şirak 1995-ci ildən 2017-ci ilə kimi ölkəyə başçılıq edib.

Fransa Milli yığıncağı sabiq liderin xatirəsini bir dəqiqəlik sükutla anıb. Jak Şirak ölkənin cənubunda dpğulub. Təhil aldıqdan və hərbi xidmət keçdikdən sonra siyasətə atılıb. Gənc yaşlarında kommunistlərə rəgbəti olub, sonradan sağçıların liderinə çevrilib.

Şarl de Qoll və Jorj Pompidin seçki kampaniyalarında böyük rol oynayıb. İkincinin zamanında kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

Sonrakı prezident Jikar de Estenn zamanında baş nazir təyin edilib. Sonra onu oradan uzaqlaşıdırblar və da "Resublikaya yardım və birləşdirmə" müxalifət partiyasına rəhbər seçilib.

Rusiyada balkonda siqaret çəkmək yasaqlandı
Rusiyada balkonda siqaret çəkmək və kabab bişirmək qadağan olunur.

Rusiya höküməti yanğına qarşı qaydalarda dəyişiklik edərək evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə etməyin yasaqlanmasını qərara alıb. Bu haqda Rusiya Fövqəladə hallar nazirlyinin mətbuat xidmətinin xəbərində deyilir.

"RF höküməti yanğın təhlükəsizliyini təmin etməkdən ötrü bir neçə tələbləri nəzərə alıb. İndi evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə edilməsi qanunla qadağan olunur"-deyə məlumatda bildirilir. Beləliklə. rusiyalılar balkonda siqaret çəkə, kabab bişirə, hətta şam yandıra bilməyəcəklər.

Bununla yanaşı siqaret çəkmək üçün ayrılan xüsusi yerlərə bu şamil edilmir. Yeni qayda oktyabrın 1-dən qüvvəyə minəcək.

Yenises.ru
SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
Tarix : 19-10-2012, 17:13
İlqar Hacıyev:  “Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını  nə yanımızda, nə də qarşımızda görürəm”
Oliqarxların bir təşkilatda birləşərək yeni bir qurumda təmsil olunması ətrafınfa müxtəlif fikirlər səslənməkdədir. Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları arasında kordinator rolu oynayacağını bəyan edən “Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqınına Ümumrusiya Azərbaycanlıları Konqresi yetkililəri necə yanaşırlar? Yeni yaranan təşklatı özlərinə alternativ görürlərmi?

Bu sullala ÜAK Moskva regional bölməsinin sədri İlqar Hacıyevə müraciət etdik.
Yenises.ru-saytına açıqlama verən diaspora yetkilisi əslində yeni yaranan təşkilatda təmsil olunan insanların bəzilərinin Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse- prezidenti , Ali Şurasının üzvü olduqlarına diqqət çəkərək, "Biz konqresin tərkibində “Ağsaqqallar Şurası” yaratmağı düşünürdük-dedi. Ona görə də bizdən ayrılaraq yeni bir qurumun yaradılması şəxsən mənim üçün gözlənilməz bir addım oldu-deyən İlqar Hacıyev Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Konqresə paralel və ya ona qarşı olacağına ehtimal vermədiyini də vurğuladı.

“Araz Ağalarov, Telman İsmayılıov, İsgəndər Xəlilov, Vahid Ələkbərov kimi adıçəkilən oliqarxlarımız Ümumrusiya Azərbaycanlıalrı Konqersinin fundamentini qoyan insanlardır, onların bizim təşkilatda əməyi və zəhməti böyükdür. Doğrusu, onların ayrılıb yeni bir təşkilatda birləşməsi mənə ağır gəlir”-deyə İlqar Hacıyev yeni yaranan təşkilatı birmənalı qarşılamadığına da eyham etdi.

“ÜAK-ın Ali Şurasında təmsil olunan bu insanlar fəaliyyətimizdəki hansısa bir şeydən narazı idilərsə, məncə bunu şuranın iclasında açıq söyləyə bilərdilər və ya yenidən bir iclas çağırmaq olardı”- deyən İlqar Hacıyev insanların ambisiyaları varsa və bunu həyata keçimək istəyirlərsə, buna qətiyyən pis baxmadığını da dilə gətirdi.
Bu insanların yeni təşkilat yaratması ÜAK-dən maaliyyə dəstəyini geri çəkmək istəyində olduqları anlamına gəlmirmi?-sualının cavabında İlqar Hacıyev bunu qətiyyən qəbul etmədiyini bidlridi. “Yaradılan təşkilatın ÜAK-a alterativ olmadığından, belə bir şey də gözləmirik”-dedi diaspora yetkilisi.

On illik bir tarixi olan ÜAK-nin Rusiya və Azərbaycan arasında körpü rolunu oynadığını, nəhəng bir təşkilat olaraq bir çox uğurlara imza atdığını xüsusi qeyd edən İlqar Hacıyev oliqarxların başqa bir təşkilat ətrafında birləşməkdənsə, hər kəsi bu təşkilat ətrafımızda birləşməyə cəlb etməklə, qüvvlərini təşkilatımız daxilində həmin ideyaların həyata keçirilməsinə sərf etmələri daha məqsədəmüvafiq olardı- deyə söylədi.

“Yeni yaranan təşkilatı alternativ görmürsüzsə bu onun "ölü təşkilat" olacağındanmı xəbər verir”-fikrinə isə, ““ölü təşkilat” deyil, fərqli maraq dairəsi olan insanların onlar üçün rahat bir ortamda birləşdiyi Azərbaycan icması kimi xarakterizə edərdim”-dedi.

“Rusiyada bir çox güclü təşkilatlar varkən, yeni bir təşkilata ehtiyac olmadan olanlarımızla da qarşıya qoyulan məqsədə çatmaq üçün yardımçı olmaq daha yaxşı olardı. Bu gün inamsızlıq, etibarsizliq diaspora tariximizə ləkədir. Əks qütbdə dayanmaq , qruplaşmaq, ayrılmaq bizi güclndirməz, əksinə gücdən salar”. Bunları da İlqar Hacıyev söylədi və diasporun yaradılmasında xüsusi yeri olanlar tərəfindən yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Azərbaycan maraqlarına, azərbaycançılığa xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Tünzalə Vəliqızı
/Yenises.ru/




Baxış: 3704 | Bölmə: Sosial
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru