Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Tarix : 26-03-2013, 17:15
“Azərros” RATİ ilə birgə təntənəli  “Novruz” şənliyi keçirtdi
Xalqımızın milli bayramı Novruz mart ayının 21-22-nə təsadüf etsə də, onun qeyd edilməsi tədbirləri Moskvada Azərbaycan diasporlarımız tərəfindən davam edir. Bu sıradan olan novbəti “Novruz”u qeyd etmə mərasimi Moskvanın ən möhtəşəm şadlıq saraylarından biri olan “Safisa”da keçirildi.

“Azərros”un RATİ ilə birgə təşkil etdiyi tədbirə Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarımız, ictimai birliklərimizin nümayəndələri ilə yanaşı, digər millətlərin də diaspor təşkilatlarının nümayəndələri, yüksək səviyyəli qonaqlar dəvət edilmişdi.

Onlar arasında dini dairələrin nümayəndələri, tanınmış jurnalistlər,ictimai xadimlər-bir sözlə sosial-ictimai-siyasi həyatın bütün təbəqələrindən olan insanlar var idi.

Gecəni tədbirə ev sahibliyi edən “Azərros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov açaraq dəvət edilən qonaqları salamladı və onları müqəddəs bayramımız olan “Novruz” münasibətilə təbrik etdi. Abbas Abbasov “Novruz” bayramının keşməkeşli tarixindən söz açaraq , bir zamanlar onun “dini” bayram kimi qələmə verilməsindən, başıbəlalı bu bayramın təqiblərə məruz qalmasından danışdı. “Əslində bir vaxtlar bu bayramı qeyd etməyi qadağan etsələr də, insanlar yenilik, saflıq, yaşıllıq bayramı olan “Novruz”u mart ayında evlərinin ən əziz qonağı kimi başa çəkməkdən çəkinmədilər. Ən sərt dönəmlərdən keçib gələn “Novruz” Azərbaycan xalqının qanına hopmuş bir bayramdır”-deyən Abbas Abbasov bu bayramın həm də barışa, milli həmrəyliyə çağırış bayarmı olduğunu qeyd etdi. Abbas Abbasov Rusiya paytaxtında bütün millətlərin nümayəndələri ilə bir arada bu bayramı keçirmək şəraitinə malik olduğumuza görə bizə bu imkanı verən Rusiya hökümətinə minnətdarlıq etməyi də unutmadı.

“Novruz” şənliyində iştirak edən Rusiya prezident administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov da salona toplaşanları bu müqəddəs gün münasibətilə təbrik edərək bayram diləklərini çatdırdı. O çıxısında: “Bir xalqın ürəyini, özünü anlamaq üçün onun mədəniyyət və adət- ənənələriylə tanış olmalısan”- deyərək , belə bir yenilənmə, təzələnmə, barış, əmin-anamlıq xüsusiyyətlərini özündə əsk etdirən bayrama sahib çıxan xalqın Rusiya və digər ölkələrlə uzunəsrlik dostluq, dini, mədəni əlaqələrindən də izsiz ötmədiyini qeyd etdi.

Rusiya Xalq Diplomatiyası Fondu isə Azərbaycanlıların Rusiya federal milli-mədəni muxtariyyətinin fəxri prezidenti Söyün Sadıqovu Azərbaycan və Rusiya xalqları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da mohkəmlənməsində sərf etdiyi əməyə görə “Xalq Diplomatı” dilpomu ilə təltif etdi.

Gecədə tanınmış iş adamı Telman İsmayılov da göründü. O salondakılara yaxınaşaraq bayram münasibətilə hamını təbrik etdi və qol götürüb oynadı.

“Azərros” RATİ ilə birgə təntənəli  “Novruz” şənliyi keçirtdi

Təntənəli bayram şənlyini Rusiya və Azərbaycanın tanınmış estarada müğənnilərinin ifası və rəqs ansamblının rəqslərinin müşaiyəti ilə davam edirdi.
“Azərros” RATİ ilə birgə təntənəli  “Novruz” şənliyi keçirtdi

Beynəlxalq Musiqi müsabiqəsinin laureati, “Qran Pri” mükafatçısı gənc xanəndə Mirpaşa Şükürov, müğam-caz ifaçısı Orxan Türkoğlu, virtouz- skripkaçı Anar Yusifov, Azərbaycanın Əməkdar artisti Manana Caparideze, Rus estradasının tanınmış ulduzları Natalya Podolskaya, Aleksey Çumakov, “Qorod 312” qrupu gecənin bayram əhval-ruhiyyəsini daha da artırırdılar.

Onu da qey edək ki, təntənəli bayram tədbirinin aparıcısı məşhur teleaparıcı Leyla Əliyeva idi.

Tünzalə Vəliqızı, Moskva




Baxış: 1357 | Bölmə: Sosial, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru