RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Putin  Rio Olimpiadasının açılışına getməyəcək
WADA Beynəlxalq Olimpia Komitəsinə "uduzdu". Rus idmançılaırnın olimpiadada iştirakını baykot etmək ı alınmadı.

Vladimir Putin avqustun 5-də Rio de Jenerada keçiriləcək Olimpiadanın açılışında iştirak etməyəcək. Bubarədə prezidentin mətbuat xidmətinn rəhbəri Dmitri Peskov məlumat verib.


Medvedev təqaüdün artırılacağı vədinə inanmamağa çağırdı
RF baş naziri Dmitri Medvedev indiki situasiyada təqaüdləri bir dəfə belə artırmaq mümkün deyil deyib. Yekaterinburqda "Yedinaya Rossiya" partiyası üzvləri ilə görüşdə bu fikirləri səsləndirən baş nazir bunun seçkiqabağı aldadıcı vəd olduğuna diqqət çəkib.

"Gəlin doğrusunu etiraf edək ki, bu gün hakimiyyətdə kim olursa olsun, əmək haqqını beş dəfə və ya təqaüdü bir neçə dəfə artıra bilməz, əlbəttə ki, əgər höküməti iflas və büdcəni məhv etmək istəmirsə "-deyə qeyd edib. Bununla əlaqədar baş nazir onu da əlavə edib ki, təbii, nə qədər çətin olsa da hər bir məsələnin bir həlli yolu var. "Buna görə bizim məqsədimiz bu haqda anlaşıla bilən dildə danışmaqdır ".
Erdoğan Messi ile futbol oynayacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Samuel Etoo fondunun 10 illiyi münasibətilə məşhur futbolçuların Antaliyada keçiriləcək yarışmasında meydana çıxacaq. Erdoğanın futbol oynayacağı adlar içərisində Barselona klubunun ulduz futbolçusu Lionel Messi də var.

"Antalyaspor"un kamerunlu futbolçusu Samuel Etoonun adını daşıyan fond afrikalı uşaqlar üçün xeyriyyə məqsədilə keçirdiyi və dünya ulduzlarının qatılacağı yarışmaya prezident Rəcəb Tayyib Erdoğanı da dəvət edib. Antaliya Böyükşəhər bələdiyyə rəhbəri Menderes Tünel sosial media səhifəsindən prezidentin təklifi qəbul etdiyini bildirib.
Medvedev: Moskva Türkiyə üçün bütün sanksiyaları qaldırmağa tələsmir
Baş nazir Dmitri Medvedev bildirib ki, Türkiyədən tərəvəzlərin idxal oliunmasının yenilənməsi haqqında heç bir qərar qəbul edilməyib. Məsələ Ankara ilə müzakirə olunacaq, amma bu o demək deyil ki, "Rusiya qaçaraq təcili hər şeyi açacaq".

Pomidor və xiyar yetişdirilən "Matveyev" kənd təsərrüfatı müəssisəsiinin istilik kombinatına baxış zamanı türk pomidorunun Rusiya tərəvəzini sıxışdıracağından narahatlığını bildiriblər.
Rusiya Türkiyə turizminə yasağı qaldıracaq
Rusiya prezidenti türk həmkarı ilə danşığında turzimə qoyulan qadağa məsələsini də müzakirə ediblər.

Rusiya lideri bəyan edib ki, hökümətə ticari-iqtisadi və digər sferalarada ikitərəfli qarşılıqlımənfəətli əlaqələri bərpa etməkdən ötrü Türkiyənin aidiyyatı idarələri ilə danışıqlara başlamaq tapşırığı verəcək.

Oleq Kuznetsovun   “XX yüzilikdə  transmilli erməni terroru tarixi”  kitabının   təqdimatı oldu
Oleq Kuznetsov müəllifi olduğu “XX yüzilikdə Transmilli erməni terroru tarixi” kitabının təqdimat mərasimində bu monoqrafiyanın erməni-türk, erməni-azərbaycanlı siyasi qarşıdurması konteksində birtərəfli yazılan əsərlərdən fərqli, tarixi kriminal faktlara əsaslanan ilk təhqiqat işi olduğunu söylədi.

“XX yüzilikdə erməni siyasi terrorunun ilk qurbanları türklər və azərbaycanlılar deyil, rus etnik adamları- generalları, sadə əsgərləri olub”.

Monoqrafiyada yer alan bu ifadələrlə müəllif bu əsərdən sonra onu günahlandıracaq erməni diasporuna, erməni xalqını yanlış yönləndirən bəzi topluma mesaj verib.

Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni  başlıca düşmənləri hesab edirlər
"Levada-senter"in müxtəlif ölkələrə münasibətlə bağlı keçirdiyi sorğuyu rusiyalılar belə cavablandırıblar. Sorğunun nəticələrinə görə ən başlıca düşmən kimi 72 faizlə Amerikanı görürlər. İkinci yerdə düşmən ölkə kimi Ukrayna dayanır. Sorguda iştirak edən rusiyalıların 48 faizi Ukraynaya neqativ münasibət bəsləyir. Ücüncü yeri isə 19 faizlə Türkiyə paylaşır. Qeyd edək ki, keçən il rəyi soruşulanların yalnız 1 faizi Türkiyəni düşmən ölkə sayırdılar.
11 il əvvəl öldü bilinən qadın Tuladan tapıldı
24 ildir itkin, 11 ildir də ölü bilinən qadın 3 uşaqla Tuladan tapıldı. Anası 13 yaşında evdən küsüb gedən qızının bu qadın olduğunu təsdiqləyib.

24 il əvvəl evdən qaçmış və adı artıq ölülər siyahısına düşən qadın Tuladan tapılıb. Bu illər ərzində o dini sektada da olub, dilənçilik də edib və üç uşaq da dünyaya gətirib. Bu barədə DİN-nin region üzrə şöbəsindən məlumat verilib.

27 may 2016-çı il tarixdə polislər Tulanın Kreml parkında skamyada yatan bir uşaq tapıblar. Onun yanında böyükləri olmayıb. Bir az keçmiş onlara yanında iki uşağı olan bir qadın yaxınlaşaraq bu uşağın da onun olduğunu deyib.
Rusiya  höküməti ərzağa qoyulan sanksiyanı yumşaltdı
Rusiya höküməti sanksiya siyashısından uşaq qidalarını çxartmağı qərara alıb.

Rusiyaya gətirilməsi qadağan edilən məhsullar siyahısından uşaqlar üçün istehsal edilməsi nəzərdə tutulan quş , mal əti və tətəvəz çıxarılıb.

2014-cü ildən tətbiq edilən qida məhsullarına qoyulmuş sanksiya uşaq qida məhsullarlna aid edilməyəcək. Lakin bu sadəcə onun istehsalı üçün istifadə edilən xammalar üçün nəzərdə tutulur.
Moskva vilayətində 28 May -Müstəqillik Günü münasibətilə nərd yarışması geçirilib
Moskva vilayətinin Korolyov şəhərində Azərbaycan diasporu 28 May Müstəqillik Günü münasibətiyle nərd yarışması geçirilib. Yarışma Korolyovo şəhərinin Azərbaycanlı Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib. Bu turnirdə Korolyov şəhərində Azərbaycan diasporunun 30 nümayəndəsi iştirak ediblər. Yarışmanı gazanan qaliblər mükafatlandırılıblar.

Azərbaycanlı Milli-Mədəni Muxtariyyətinin sədri Korolyov vilayəti üzrə sədri Şamil Veliyev, mərasimle əlaqədar verdiyi açıqlamada, “28 May bizim bayramımızdir. Biz Rusiyada da yaşasaq Ana Vətənimizi unutmuruq. Bu səpkidən olan yarışmalar təşkil etməklə Azərbaycanı, azərbaycançılığı yada salırıq. Mədəniyyətimizi, adət-ənənlərimizi yaşatmaq veə unutmamaq çok əhəmiyyətlidir” dedi.

Azərbaycanlı Milli-Mədəni Muxtariyyəti üzvü Qalib Yusubov da belə bayramlar sayəsində diasporanın birlikdə olmasının gözəl bir hadisə olduğunu vurğulayıb.




Moskva vilayətində 28 May -Müstəqillik Günü münasibətilə nərd yarışması geçirilib
Könüllərin   FƏRMANı  ---         Və ya ömrünü bayrağa dəyişən oğul
(Şəhid Fərman Elçin oğlu Əsədlinin xatirəsinə)

Gəncə şəhəri, Həsənbəy Ağayev küçəsi, ev 12... Bu ünvanda 26 yaşlı şəhid Fərman Əsədli yaşayıb...
Şəhid qapısını tanıdan onun evinin üstünə asılan bayraqdır! İkinci Qarabağ savaşı deyilən 4 günlük müharibənin şəhidi-bəli, məhz şəhidi Fərman Əsədlinin evini sormadan, bilmədən o bayraq nişan verdi mənə... Ta Moskvadan Gəncəyə məni aparan isə... Təsadüfmü deyim, zərurətmi...
O haqda bu zəruri qeydlərdən sonra...

Deyirlər cəsarət hamının bildiyi köhnədir, onu edən üçün təzədir. Bəs hünər necə?
Hüzn --NECƏ DEYƏK DOSTLARINA?
[i][b]Ağır mərəzdən əziyyət çəkdiyini yaxınları bilirdi. “Yaxınları” dediyim mübaliğəsiz Moskvada yaşayan həmyerlilərimizin demək olar hamısı idi. Əfsuslar olsun ki, amansız xəstəliyin pəncəsindən onu almaq mümkün olmadı və 61-ci yaşını doldurmağa bir gün qalmış mayın 3-də aramızdan ayrıldı. Hamımız yanına getməyə, yoluxmağa, təskinlik, təsəlli verməyə can atırdıq. Amma mətinliklə sinə gərdiyi xəstəliklə çarpışmasını bizim görməyimizi istəmirdi. O vəziyyətində bizim üzülməyimizə qıymırdı.
Putin Ukrayna qaçqınları üçün qeydiyyatı asanlaşdırdı
PF prezidenti Vladimir Putin öz ölkəsini məcburi tərk edən xarici vətəndaşlara yaşayış izni verilməsi üçün sadələşdirilmiş qanun imzalayıb. Qanun xarici vətəndaşlara və Ruisya ərazisində qaçqın kimi tanınan- kütləvi qaydada ekstremal şəraitdə Rusiyaya gələn vətəndaşlığı olmayan şəxslərə güzəştli şərtlərlə yaşamaq hüquqi alamağa icazə verir.

Qanun Ukraynanı məcburiyyət qarşısında tərk etmiş şəxslərə də şamil eidlir. Rusiya Federal Miqrasiya xidməti rəhbərinin səlahiyyətlərini həyata keçirən Yekaterina Yeqorovanın sözlərinə görə, yaşamaq icazəsi almaq insanlara yaşayış evi, gəldiyi yerə qeydiyyata düşmək və ipoteka krediti almaq imkanı verəcək.

O da qeyd edilir ki, qanun rəsmi dərc olunduqdan 90 gün sonra qüvvəyə minəcək.


/Yenises.ru/
17 düşməni məhv edib snayper gülləsinə qurban gedən şəhidimiz-FOTO
Son günlər cəbhədəki döyüşlərdə şəhid olan vətən oğullarından biri də müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadə olub. Adil Adilzadə Mingəçevirdə doğulub, cəbhədəki son silahlı qarşıdurmada qəhrəmancasına həlak olub.

Türkiyənin Rusiyadakı  səfirliyinin mətbuat müşaviri: Fuad Abbasovun  işdən çıxarılması "İhlas" agentliyinin daxili qərarıdır
Yenises.ru saytı Türkiyənin Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirliyinə məktub göndərərək "İhlas" xəbər agentliyinin Moskvadakı müxbiri Fuad Abbasovun Rusiya televiziyalarndakı çıxışları ilə bağlı fikrilərini və işdən çıxarılması səbəbinin nəylə əlaqədar olacağı haqqında hər hansı bir məlumatlarının olub, olmadığını öyrənib.
Oleq Kuznetsov Facebook səhifəsindən  azərbaycanlı jurnalistlərə səsləndi
Ulya Əhmədova, çox sağ olun!!!

Rusiyada akkreditasiya olunan azərbaycanlı jurnalistlərə, belə insanlardan yazın dedi.

Bu gün Rusiya informasiya məkanında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimizi müdafiə edənlərin qıtlığını çəkdiyimiz bir vaxtda Oleq Kuznetsov kimi həqiqəti deyənlər azdır. Tanınmış rusiyalı politoloq şəxsi Facebook səhifəsində özünü evdar qadın kimi təqdim edən azərbaycanlı xanımın indiki zamanda az-az adama məxsus olan hərəkətini təqdir edən status paylaşıb.
В МОСКОВСКОЙ ОБЛАСТИ ДАН ЭХСАН В ПАМЯТЬ ШЕХИДОВ, ПОГИБШИХ В КАРАБАХЕ - ФОТО
В городе Королеве Московской области России азербайджанская диаспора дала эхсан в память шехидов, погибших во время последних боевых действий на линии соприкосновения огня в Карабахе. Более 45 человек пришли почтить память доблестных сынов Азербайджана, павших смертью храбрых.

Jurnalist Fuad Abbasov işdən çıxarıldı -O , hamiya qarşı  tək dayansa da...
Fuad Abbasov-hamıya qarşı tək dayanan jurnalist...

Rusiya medaməkanında olayların gedişatından asılı olaraq Rusiya-Türkiyə arasında bohrana səbəb olmuş məlum Su-24 təyyarəsinin vurulmasından bu yana təktərəfli informasiya hücumları qarşısında tək dayanan jurnalist Fuad Abbasovu “İhlas” agentliyi işdən azad edib.

Bu xəbəri jurnalist şəxsi Facebook səhifəsindən paylaşıb.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru