Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Moskva ziyalılarından başsağlığı
AMEA-nın müxbir və həqiqi üzvü Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin sabiq baş redaktoru, fəlsəfə elmləri doktoru, professor Əfrand Daşdəmirov 73 yaşında dünyasını dəyişib.

Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuş, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi.Əfrand Daşdəmirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələr tutub, Bakı Ali Partiya Məktəbində kafedra müdiri işləyib. Ə.Daşdəmirov uzun illər həm də Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olub. 1991-ci ildən isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professoru idi.

Putinin ənənəvi  “Birbaşa xətt”lə rusiyalılarla ünsiyyətinin vaxtı açıqlandı
16 aprelə kimi Putinin “nömrəsinə zəng çatacaq”...

Putinə unvanlanacaq sualları “VKontakte”, “Odnoklassniki”, “Facebook” sosial şəbəklərindəki hesablarınızdan, SMS, MMS-lə və həmçinin mobil telefondan zəng edərək göndərə bilərsiniz. Zənglərin qəbuluna sabah günortadan sonra başlanacaq və bu 16 aprel- Putinin birbaşa xətdə olduğu son saniyəyə qədər davam edəcək. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Prezident Putinin hər il ənənəvi olaraq rusiyalılarla “birbaşa xətt” çərçivəsində keçirdiyi görüşün vaxtının 16 apreldə olacağı haqqında məlumatı RİA Novosti-yə ölkə başçısının mətbuat katibi Dmitri Peskov verib.

Navalnıy Qərbə "Putinin klanını" qara siyahıya salmağı təklif etdi
"Putinin klanı" siyahısında Abramoviç, Usmanov, Ümumrusiya Dövlət Teleradio şirkətinin baş direktoru Oleq Dobrodeev, oğlu -VKontakte sosial şəbəksinin baş direktoru Boris Dobrodeev, teleaparıcı Solovyev, prezidentin köməkçisi Vladislav Surkov və prezident administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodinin adları çəkilib.

Financial Times-a müsahibəsində müxalifətçi Aleksey Navalnıy Qərbin yeni elan etdiyi sanksiya siyahısını təzələməyi, Donbass cəbhəçilərini deyil, Rusiyadakı biznesmen və məmurları ora əlavə etməyi təklif edib. O, onları "klan" adlandırıb.
Peskov Putinin xəstəliyi ilə bağlı xəbəri "bahar coşqusu" adlandırdı
"Baharda günəş görünən, hər yandan yaz qoxusu gəlincə coşqu-gərginləşmə artır. Kimi Seçinin istefa etdiyini, kimi hökümətin istefaya getdiyini, kimi isə bir neşə gün televizorda Putini görməyən kimi xəstələndiyini düşünür". Prezidentin mətbuat katibi Peskov bu coşquya Kreml sakit yanaşır və verilən suallara səbrlə cavab verir-deyib.
ƏZİZ XANIMLAR! BAYRAMINIZ MÜBARƏK!
Əziz xanımlar! Bayramınız mübarək! Sizi ildə bir dəfə rəsmi təbrik etməyimizə inciməyin, darılmayın, qırılmayın. Bilin ki Sizin varlığınız bizlərin hər gününü bayram edən səbəbdir. Siz Günəş timsalı hər yerə işıq, nur saçır, məhəbbətinizlə dünyanı ayaq üstə saxlayırsınız. Sağ olun, var olun, məsud, bəxtəvər olun! Dostumuzun bu zarafatını da bir bayram ərməğanı kimi qəbul edin!

yenises.ru
Azərbaycan diasporu Moskvada   Beynəlxalq Qadınlar gününü qeyd etdi
Azərbaycan-Rus mədəniyyəti və həmrəyliyi mərkəzi 8 Mart Beynəlxalq qadınlar günündə Moskadakı ziyalı qadınlarımızı “Yerdəki mələkdir-Qadınlar” motivli bayram proqramı ilə təbrik etdi.
Qadınların “Nicat” Xeyriyyə Cəmiyyətinə Moskvada ikinci həyat verildi
Mart ayının 5-də, Beynəlxalq qadınlar günü ərəfəsində, Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondunun və Azərbaycan-Slavyan Gənclər assosiasiyasının Moskva nümayəndəliyinin təşəbbüsü və dəstəyilə “Rusiyadakı Azərbaycan diasporasında azərbaycanlı qadınların rolu” adlı dəyirmi masa keçirildi.
Bella Musayeva  "Əməkdar müəllim"  fəxri adına layiq görülüb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 8 Mart beynəlxalq qadınlar günü ərəfəsində bayram hədiyyəsi olaraq bir sıra ziyalı qadınları yüksək fəxri adla mükafatlandırıb.

Mükafatlandırılanlar arasında olan Moskva dövlət linqvistika universitetinin (MDLU) Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru, filologiya elmləri doktoru Bella Sirac qızı Musayeva Azərbaycan prezidenti İlham Əliyevin 3 mart 2015-cil tarixli sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.

Xocalı faciəsinin 23 illiyi   Moskvada  anıldı
Moskvada “Xocalıya ədalət” beynəlxalq kampaniyası şərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR) Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkilatşılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü qeyd edildi.

Paytaxtın mərkəzində yerləşən Ukrayna otelinin “Konfrans park” zalında keçirilən tədbir faciə qurbanlaırnın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Putin prezident  administrasiyasının maaşını 10% azaltdı
Putin administrasiyasında çalışanların maaşını 10 fazi azaldıb. TASS -a bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə dövlət başçısı bu qərarını Təhlükəsizlik şurasının daimi üzvləri ilə keçirdiyi operativ yığıncaqda açıqlayıb.
Deputatlar böhranı xalqla birgə yaşamağı düşünür,  maaşlarının azaldılmasını xahiş edirlər
Dövlət Dumasnın aşağı palatası RF prezidenti Vladimir Putinə Rusiyanın 215-ci il büdcəsinə düzəlişlər etmək üçün maaşlarının azaldıması ilə bağlı müraciət etmək fikrindədir. Bu təklif parlamentin aşağı palatasının bütün fraksiyası tərəfindən dəstəklənərsə, o zaman reallaşacaq -deyə jurnalistlərə spiker Sergey Narışkin məlumat verib.
AzerRos növbədənkənar qurultay  keçirdi
Qurultaydan gözlənilən və gözlənilməyən məqamlarla şərhsiz olaraq...

Adı qalmaqallarla gündəmə gələn Azərbaycanlıların Federal milli mədəni muxtariyyəti (FMMM) AzerRos-un bu günə (fevralın 20-nə ) təyin edilmiş qurultayı Moskva Millətlər evində baş tutdu.
AMİİF və ASGA  qadınlar üçün dəyirmi masa keçirir (ANONS)
Azərbaycan mədəniyyətinin intibahı və inkişafı fondu (RVAK) və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi "Azərbaycan qadınlarının Rusiyadakı diasporlarımızın həyatındakı rolu" mövzusunda dəyirmi masa keçirir. Mövzu Azərbaycanı Rusiyada təmsil edən, ictimai həyatda fəal olan qadınlarımızın diasporlarımızdakı yeri, mövqeyinə həsr olunub.
Научная лекция «Международное право и Нагорно-Карабахский конфликт»
В Москве по инициативе руководства молодежных союзов Центра азербайджанско-русской культуры и солидарности 14 февраля состоялась научная лекция на тему "Международное право и Нагорно-Карабахский конфликт".

Как уже известно, каждый год 14 февраля во многих странах мира отмечается День святого Валентина, когда у влюбленных в лишний раз появляется возможность порадовать свою вторую половинку. Но в этом году, молодые активисты (студенты) Центра азербайджанско-русской культуры и солидарности отличились, посвятив этот день столь важной теме, которая является актуальной во все времена для азербайджанцев.

Азербайджан-Родина Моя!
8 февраля в офисе Центра азербайджанско-русской культуры и солидарности прошла молодежная культурно-развлекательная программа « Азербайджан ,родина моя»

Открывая программу, исполнительный директор Центра, Мехман Шукюров поприветствовал всех гостей, сидящих в зале и поблагодарил за время, которое они выдели в своем плотном графике. Такого рода локальные мероприятия, становятся еще одним кирпичиком, в мощном сооружение под названием национальный патриотизм, подчеркнул Мехаман Шукюров.
“Mosfilm”in   ilk azərbaycanlı rəssamı Hüseyn Axundov vəfat edib
Rusiya və Azərbaycan rəssamlıq və kino sənətində xüsusi yeri olan görkəmli həmyerlimiz dünyasını dəyişib.

Hüseyn Məmməd oglu Axundov fevral ayının 6-da (bu gün) ömrünün 94-cü ilində Moskvada vəfat edib.

Böyük vətən müharibəsi veteranı, tanınmış rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Abşeron rayonunun Balaxanı kəndində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazıdrıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Aga Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah kommisiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.
AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə, Rusiya və Azərbaycan elminə ağır itki üz vermişdir. Geologiya-minerologiya elmləri doktoru, professor, Yerin təkinin fəxri kəşfiyyatçısı, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının və Rusiya Təbiiyat Akademiyasının həqiqi üzvü, Beynəlxalq Filiz yataqlarının Genezisi Akademiyasının üzvü Namiq Qurban oğlu Qurbanov ağır xəstəlikdən sonra yanvar ayının 31-də Moskva şəhərində 82 yaşında vəfat etmişdir.
Moskvada Məhəmməd Əmin Rəsulzadə  Ensiklopediyasının təqdimatıyla bağlı verilən xəbərlərə   təkzib əvəzi
Bakı Dövlət universitetinin dosenti Nəsiman Yaqublunun müəllifi olduğu "Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası"nın Moskvada təqdimatından verilən xəbərlərdə kitabın sponsorları ilə bağlı yanlış informasiyalar gedib. Belə ki, bir çox Azərbaycan saytlarında yazılan xəbərlərdə kitabın ərsəyə gəlməsində köməklik göstərən sponsorların adı düzgün qeyd edilməyib. Əsl sponsorların adı əkilməyib və müəllif Nəsiman Yaqublunun demədiyi sözlər onun adından verilib.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru