Fuad Abbasovu kim müdafiə edir?
Yaxından tanıdığım, zaman –zaman vaxtaşırı, bir müddətdən sonra ara-sıra ünsiyyətdə olduğum Fuad Abbasov və fəaliyyətini sadəcə izləyirdim. Hər kəsin doğru- yanlışlarını süzgəncdən keçirib, kimin haqlı, kimin haqsız olmasını üzə çıxarmaq zaman və araşdırma məsələsidir. Əli qələm, dili söz tuta bilən və bilməyən bir çoxlarından fərqli “kimin və ya nəyin fonunda görünüm xəstəliyindən” uzaq sağlam baxışlarla hadisələr diqqətimdəydi. Lakin... Nə dərs vermək, nə yol göstərmək, nə çağırış etmək kimi missiyanın məsuliyyəti altına imza atmaq ambisiyam da yoxdur. Bunun indi adına cəsarətsizlik və ya qorxaqlıq deyəcəksiniz-siz bilirsiniz. Heç ehtiyatlılıq da deyil. Sadəcə kiminlə yola çıxmaq olar? Kimə etibar etmək olar? Hansı alt məna gizlənib bunun arxasında? Oyundurmu, ya gerçəklik?
Bu qarmaşıqlıqda özümə verdiyim bu suallara cavab tapa bilmədiyim səbəblərdən dolayı “hökm” çıxarmayacam! Bunları yazmaqla baş verənlərə münasibətimin birmənalı olmadığını bildirmək istədim. Mənim və ya başqalarının münasibətini, münasibətsizliyini qoyaq bir kənara.
Saakaşvili Zelenskinin Ukrayaya qayıtmaq çağırışına birinci cavab verdi

Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır...Nə zaman? O haqda məlumat verməyib.

Gürcüstanın keçmiş prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukraynaya qayıtmağa hazırdır. Yeni hökümətə özünün videomüraciətini Youtube-da dərc edib.
ABŞ "Şimal axını-2" qarşı sanksiya planlaşdırır
Amerika höküməti "Şimal axını-2" layihəsinə qarşı sanksiya tətbiq etmək fikrindədir. İnterfaks bu haqda məlumat verib.

Bloomberg agentliyi xəbər verir ABŞ-ı energetika naziri Rik Perri Kiyevdə çıxışı zamanı bəyan edib ki, yaxın zamanlarda ABŞ "Şimal axını-2" layihəsini məhdudlaşdırmaqdan ötrü qanun layihəsi hazırlayır.

Onun sözlərinə görə qanun layihəsi "Şimal axını-2" layihəsi ilə iş aparan kompaniyalara agır məhdudiyyətlər qoymağı nəzərdə tutur.

Perri onu da bəyan edib ki, Vaşınqton bu qaz kəməri layihəsinə qarşı sanksiya tətbiqini də düşünür. O, onu da vurğulayıb ki, ABŞ Rusiyanın Ukrayna qaz nəqliyyatı sistemindən yan keçərək Avropa ittifaqı ölkələrinə nəql edtməyi nəzərdə tutan "Şimal axını-2" və "Türk axını" qaz kəmərinin tikintisinə qarşıdır.

Vladimir Zelenski ABŞ nümayəndə heyəti ilə görüşdə Rusiyaya qarşı antirusiya sanksiyasını sərtləşdirməyə çağırmışdı.

Yenises.ru
Belorusiyanı "Eurovision -2019" yarışmasında  səsvermədən kənarlaşdırdılar
Musiqi yarışmasını təçkilatçılarının belə bir qərar verməsinə səbəb milli münsiflərin səsvermə haqqında informasiya ötürməsi olub.

"Eurovision -2019" müsiqi yarışmasının təşkilatçıları Belorusiyanı beynəlxalq yarışmanın səsverməsindən uzaqlaşdırıb. Bu qərara səbəb isə yarışmanın şərtlərinə görə münsiflərin artistlərə verdiyi səslərin tamaşaçı səslərinin yekununa qədər gizli saxlanmasının pozulması olub. Bu haqda kp.ru məlumat yayıb.
LAÇIN-Bu günün nağılının  var olanının  yoxluğu

Düz 971 il əvvəl 18 Mayda Ömər Xəyyam doğuldu...
Düz 215 il əvvəl bu gün Napaleon Fransanın imperatoru oldu.
Düz 424 il əvvəl bu tarixdə Rusiya ilə İsveç arasında Tyavzin sülh müqaviləsi bağlandı, Rusiya itirilmiş torpaqlarını geri aldı...
Və bu günün 27 il gerisində Ermənistan ordusu Laçın karidorunu ələ keçirtdi..(Sonuncu bizim üçün yazılan, bizim tariximizin payına düşən bu günün xronologiyasıdır).
ABŞ "Şimal axını-2"-yə qarşı qanun layihəsi hazırlayır
Amerikalı senatlar Ted Kruz və Jin Şahin "Şimal axını-2 qaz kəmərinə qarşı qanun layihəsi hazırlayıblar. Bu haqda Foreign Policy məlumat verib.

Məşrin xəbərində deyilir ki, senatorlar qaz kəmərinin tikintisində iştirak edən kompaniyalara qarşı sanksiya tətbiq edilməsini təklif edirlər.

Sənəddə həmçinin "Şimal axənə-2"-nin tikintisinə dəniz gəmilərini icarə verən şəxslərin maliyyə hesablarının donduruması na da baxılacağı qeyd edilir.

Bununla yanaşı, qanun layihəsində həmin gəmilərə malliyə yardımı göstrən kəslərə qarşı da qadağalar qoyulması təklif olunur.

Nəşrin məlumatlnda sanksiyanın "Türk axını"na qarşı da tətbiq ediləcəyi bildirilir.

Bir müddət əvvəl ABŞ -ın "Şimal axını-2"-nı dayandırmağı qərara alması haqda məlumat verilmişdi.

Yenises.ru
Jurnalist Sergey Dorenko motosikl qəzasında öldü
"Qovorit Moskva" radiostansiyasının baş redaktoru Sergey Dorenko bu gün Moskvada motosikl qəzasında həyatını itirib. Bu haqda TASS agentliyi məlumat verib.

Mash saytının yazdığına görə Sergey Dorenko Triumph motosiklində gedərkən qəza törədib. "VKontakte" məlumat verir ki, belə bir motosikl "Zemlaynoy val" küçəsində qəzaya uğrayıb. TASS agentliyinə danışan mənbənin bildirdiyinə görə juralistin ürəyi ilə bağlı problem olub və o, motosikldən yıxılıb.

"Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov yazıb ki, Dorenko yolun ona aid olmayan qarşı hissəsinə keçib və bardürlə toqquşub.

YENİSES.RU
Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Sabah olacaq.. Bu gecənin səhəri üzümüzə Şuşanın yoxluğu ilə açılacaq.
Şeremetev aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb-13 ölüGazeta.ru-nun verdiyi məlumata görə Moskva Murmansk reysi ilə Şeremetev aeroportundan uçan Sukhoi Superjet 100 təyyarəsi havaya qalxandan 28 dəqiqə sonra təcili eniş edib. Təyyarə enəndən dərhal sonra yanmağa başlayıb.

Qəza baş verəndən sonra sərnişinlər şişirdilmiş pilləkənlə 55 saniyə içərisində evakuasiya ediliblər. İnternetdə yanan laynerin videoçarxı paylaşılıb. Kadrdan görünür ki, sərnişinlərdən biri təyyarənin qanadında baş verən alov dilimlərini lentə alır. Bundan başqa adamların qışqırığı eşidilir.

Şeremetev aeroportunda baş verən bu hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Sərnişinlərin doğmaları üçün qaynar telefon xətti açıqdır: +7 495 232-65-40

Yenises.ru
Kolomoyski Ukraynaya qayıdır-bu gün
Vladimir Zelenskinin namizədliyinin irəli sürülməsi ilə bağlılığı olduğu söylənilən biznesmen İqor Kolomoyski bu gün Urkaynaya qatıdır.

FB-də BİR MƏZUN NAĞILI....
Biri var idi, biri yox idi, qarşıda nə az, nə çox düz 5 il sürəcək bir tələbə yolu vardı və 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin 624-cü qrupunun 25 nəfərlik birinci kurs tələbəsi sirli-soraqlı bu yola düzəldik. Az getdik, üz getdik, gecə-gündüz düz getdik, oxuduq-oxuduqmu, zamanın tələbi idik, tələb olduqmu, sevdik-sevildikmi, bir də onda ayıldıq ki, beş illik tələbəlik yolunun sonudu və ayrılmalıyıq, məzun adlı əjdaha qılınc çəkib, qarşımızı kəsib, bizi “param-parça” edib, məmləkətə paylayacaq. Bizsə tələbə dünyasının ağuşunda elə möhkəm uyumuşduq ki, o dünyaya elə qapanmışdıq ki, ayrılıq heç yada da düşmürdü, ayrılmaq, əlvida sözünün hədəfinə çevrilmək istəmirdik. Nə etməli... Az fikirləşdik, çox fikirləşdik, birliyimizin, ömür boyu təmasınızın açarını tapdıq. Hər il mayın 2-də görüşmək qərara alındı. Bu tarixin seçilməsi də təsadüfi deyildi, o vaxtlar 1 may bayram günü kimi qeyd edilirdi, deməli ehtiyatda bir gün var idi və dünyanın harasında olursan ol, 2-si may görüşünə çatmaq mümkün idi.
Ukrayna XİN-i   Ruisyanın ukraynanlılara "pasport güzəşti" ilə bağlı qərarına etiraz etdi

Ukrayna Rusiyaya nota göndərdi. Ukraynalıların "pasportlaşdırılması" qərarını dərhal ləğv et!

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya hökümətinin ukraynalıların rus pasportu almasını asanlaşdıramaq qərarına etiraz edib. Sənəddə deyilir ki, "Bu Rusiya Federasiyasının Ukraynanın dövlət süverenliyi və beynəlxalq normalarını kobudcasına pozmasıni göstərən növbəti faktlardan biridir".
Telman Ismayılovun əmlakı satışa çıxarılacaq

"Çerkozov" bazarının keçmiş sahibi Telman İsmayılovun iflas etməsi təsdiq edilib və yaxın günlərdə əmlakının satışa çıxarılacağı haqqında "Kommersant" qəzeti yazıb.
İran Amerika sanksiyasına qarşı neft  hasilatını artıracaq
İran parlamenti təhlüksizlik və xarici siyasət məsələləri üzrə komissiyasının başçısı Heşmatolla Falahapitşeh bəyan edib ki, ABŞ-ın sanksiyaları ilə hesablaşmayacaq və neft hasilatını artıracaqlar.

Falahapitşeh əmindir ki, İran gün ərzində bir milyon barrel neft çıxarmaq gücündədir.

İranlı diplomat onu da əlavə edib ki, neftin ixracı Vaçinqtonun qərarından deyil, müxtəlif ökələrlə ikitərəfli münasibətlərdən asılıdır.

Yenises.ru

Almaniyada xəstə 27 ildən sonra komadan ayılıb

Almaniyada 1991-ci ildə oğlu və kürəkəni ilə avtomobil qəzasında xəsarət alan Birləşmiş Ərəb Əmirlikləri sakini Munira Abdulla 27 ildən sonra komadan ayılıb. Qəza zamanı qadın oğlana tərəf əyilərək kəllə-beyin zədəsi alıbmış.
Ukraynanın yeni birinci ledisi- Zelenskinin siyasi karyerasının "arxitektoru" Yelena
Əvvəllər həya yoldaşının prezidnetliyə nazmizədliyini dəstəkləməsə də indi onun yanında olacağını deyir. "Sluqa naroda" serialının müəllimi Vasili Qoloborodko obrazının müəllifi də odur. Serialda xəyal edilən prezidentlik ideyasını ortaya o atdığına görə...

Hələlik bu barədə sonra. İndilik Ukrayna KİV-nə istinadən onun tərcümeyi- halı il tanış olaq.
Zelenski protokolların 95 faizi işləndikdən sonra 73 faizdən çox səs qazanıb

Ukraynada şou yenidən başlayır... Səhnədəki uğurunu həyata daşıya biləcəkmi, yeni prezident? Bir çoxları nikbin, bir çoxları narahat, bir çoxları bədbindir. Ən əsası Poroşenko hakimiyyəti sakitcə və demokratikcəsinə təslim edən-məğlubiyyətilə razılaşan postsovet lideri olaraq tarixə düşəcək. Oliqarx siyasətlə məşğul olmağa davam edəcəyini də deyib.
Zelenski Poroşenko ilə teledebatdan imtina etdi
Ukraynanın prezidentliyə namizədi Vladimir Zelenskinin səlahiyyətli nümayəndəsi Sergey Kalçenko Ukraynanın MSK-nın yığıncağının teledebatın "İctimai TV-də" başlanması vaxtını saat 21: 00-a keçirməsi qərarından dərhal sonra Zelenskinin onlara qoşulmayacağını bildirib.

Təqdimatsız...
Sözün əsl mənasında saglığında ölümsüzlük qazanan sənətkarlardan idi, O! Br dəfə üzünü görmək nəsib olan insan bütə toxunmuş kimi hiss edir özünü. Bizim olduğu qədər də Rusiyanın olan, Rusiyanın olan qədər də bizim olan-Sənətkar! O bu balansı pozmadı. Hər iki ölkəyə Vətən dedi. La Skala salonunu səsi ilə silkələyən və gənc yaşında ən yüksək titullara sahib olan-O!
Stiv Cobsun evinə oğru  girdi
Amma oğru girdiyi evin kimə məxsus olduğunu bilməyib.

Apple-n yaradıcısı Stiv Cobsun Kaliforniyanın Palo-Altodakı evi qarət edilib. Bu barədə məlumat verən The San Jose Mercury News qarətin 17 iyulda törədildiyini yazıb. Lakin polis informasiyanı indi açıqlayıb.
Xəbərədə bildirilir ki, qarətçilər komputerləri və 60 min dollar məbləğində şəxsi əşyaları aparıblar. Polis oğurlanan əşyaların Cobsa, ya onun ailə üzvlərinə aid olduğunu dəqiqləşdirməyib.
Hamburq müsləmanlarına  dini bayram izni
Almaniyada ilk dəfə olaraq müsəlman işçiləri və tələbələr üçün dini bayram günlərində istirahət veriləcək. Hamburq Bələdiyyə başçısı Olaf Scholz bu qərarı verib və bunun bütün Almaniyada tətbiq olmasını diləyib.
Mıtişidə zirzəmidə  çətənə  plantasiyası  aşkar edilib
Narkotik maddələrə nəzarət Federal xidməti əməkdaşları tərəfindən Moskva vilayətində çətənə yetişdirilən gizli laboratoriya aşkar edilib.

82 yaşlı Corc Soros  üçüncü dəfə evlənir
Məşhur milyonçu, xeyirxah Corc Soros 11 avqustda özünün 82-ci ad günündə üçüncü dəfə evlənmək istədiyini elan edib.
Bir Şəhid  babasının ayaqqabısı
Dünyanın min dürlü halından yazır, problemləri gündəmə gətirir adıyla, bəlkə də daha çox adımızın gündəmə daşınması qayğısına qalırıq. Dünən facebook-da tələbə yoldaşım bir status yazmışdı. Özünə baş redaktor deyən sayt rəhbərlərinə sərlövhədə səhv etməyi irad tuturdu. Moskvada qəzet açıb, sonra onu internet məkanına daşımaqda məqsədim nə qazanc olub, nə də özümə baş redaktor dedirtmək istəyi. O statusu ona görə misal gətridim ki, bəzən mən də belə səhvlərə yol verirəm. Amma saytı sadəcə bir həvəskar təcrübəsi kimi işlətdiyimi nəzərə alın desəm də, belə səhvlərə yol vermək iddiamızla tərs mütənasib olduğu üçün onun dediyini haqlı qəbul edirəm. Təbii ki, öz adıma.
Zirəddin Rzayevdən açıqlama

Tanınmış ekstrasens Zirəddin Rzayevin Rusiyanın "Perviy" telekanalında efirə gedən "Davay pojeninsya" proqramına evlənməyə gələn Mart Romanovun dostu sifətində verilişdə iştirakı Azərbaycanın bəzi KİV-də tənqidə tüş olub.

Bununla bağlı Yenises.ru saytına açıqlama verən Zirəddin Rzayev məsələyə aydınlıq gətirdi. Ekstrasens Mart Romanovun "psevdonim" və ya bizim dillə desək ləqəb götürdüyünü bilmədiyini söylədi. Zirəddin Rzayev onu da əlavə etdi ki, o Mart Romanovu Rusiyanın tanınmış estrada müğənnisi kimi tanıyır, bir incəsənət adamı kimi sənətinə hörmətlə yanaşır.
Telman İsmayilovun  “Mardan Palace” oteli mükafatlandırıldı
“Mardan Palace” oteli ‘Yüksək xidmətlərinə görə” fəxri-fərmanı aldı

Azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki məşhur “Mardan Palace” oteli xidməti ilə də yüksək mərtəbədə.

Antalayidakı dünyalarca məşhur “Mardan Palace” oteli özü kimi məşhur “TripAdvisor” saytının “Ən Yüksək Nailiyyət” sənədini almağa layiq görülüb. Mümkün 5 baldan 4,5-ni toplayan “Mardan Palace”ın qonaqlarına göstərdiyi yüksək xidmətdən dolayı fərləndirildiyi önə çəkilib.
“Mc Donalds” dayının başı siçan-soğulcanla dərdə girib.
Keçən həftə Çilidəki restoranların birində hamburgerdən siçan quyruğu çıxmasıyla gündəmə gələn məşhur “fast-fud” -tezbazar yeməklər restoranı indi də Rusiyada qalmaqala səbəb oldu. Bu dəfə burgerdən soğulcan çıxdı.
“Kommersant FM”-in xəbərinə görə Moskvadakı “Global City” ticarət mərkəzindəki “Mc Donalds”-dan hambuger alan müştərinin yeyməyindən soğulcan çıxıb.
Medvedevin oğlu ali məktəbə imhatan verdi
Baş nazir Medvedevin oğlu İlya qəbul imtahanından 359 bal toplayaraq Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub. İnstitut rəhbərliyi bu balın ali təhsil ocağına qəbul olunmaq üçün kifayət etdiyini bildirir.

Pul ver, “uzümə tüpür!”

Bu da almanlardan çıxdı. İki alman “mənə söy, əvəzində pul ödə” təşəbbüsünə imza atdı. Onlar əsəbləşib birilərini söymək isəyənlər üçün “qaynar xətt” yaradaraq bu xidməti təklif etdilər.

Ralf Şulte və Aleksandr Branderburgerin xüsusi “qaynar xətt” açaraq, müştərilərinə kimi və necə söymək istıyirlərsə buna imkan yaratdıqları haqqında Thueringische Landeszeitung qəzeti məlumat verib.
«VKontakte»   “Kəllə ovçuları”  hərəkatının hərəkətinə diqqət etməyə çagırıdı
“VKontakte” sosial şəbəkəsini uşaq pornoqrafiyası yaymaqda süçlayan “Kəllə ovçuları” hərəkatını onlar da öz nəvbəsində “faşist hərəkatı” adlandırıb, Daxili işlər nazirliyinin əsl onlarla məşğul olmağa çağırıb.
Sosial şəbəkə Daxili işlər nazirliyini “Kəllə ovçuları” uşaq pornosuna qarşı mübarizə hərəkatının KİV-də yaydığı böhtanı ayrıd etməyə xahiş edib.

Müsalmanın bayramı rusların rahatsızlığı başlayır

Rusiyada dini bayramlar zamanı müsəlmanların kütləvi şəkildə toplaşıb namaz qılması yerli sakinlərin rahatlığını pozur və narazılığına səbəb olur. Ramazan ərəfəsində belə bir narahatlıq Primorskdə yaşanıb. Müsəlmanların toplaşaraq küçənin ortasında namaz qılmalarına etiraz olaraq sakinlər şikayət ediblər.



HƏMYERLİLƏRİMİZ “UÇURLAR”
“UTair” aviasiya şirkəti 1999-cu ildən bəri öz təyyarələrinə məşhur şəxslərin adını vermək kimi gözəl ənənə yaradıblar. Bu, Tümen vilayətinin təbii sərvətlərinin istifadəyə verilməsində və mülki aviasiyanın inkişafında xüsusi əməyi olan görkəmli şəxslərin adlarına və əməllərinə hörmət rəmzidir. İndiyədək onlarca tanınmış şəxsiyyətin adı təyyarələrə verilib. İftixarla qeyd etmək lazımdır ki, mülki aviasiya gəmisi kimi səmalarda dolaşan təyyarələrdən ikisi həmyerlilərimizin adını daşıyır.
Özünü “Əxlaq keşikçiləri”  adlandıran hərəkat  DİN-dən “VKontakte”  şəbəkəsini bağlamağı tələb  edir

Özünü əxlaq keçikçıləri kimi təqdim edən, uşaqlara təcavuz edənlərə qarşı mübarizə aparan qeyri-rəsmi hərəkat Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevə uşaq pornoqrafiaysı yayan “VKontakte” sosial şəbəkısinin bağlanması və rəhbərliyinin məsuliyyətə cəlb edilməsini tələb edən məktubla müraciət ediblər. Hərəkatin nümayəndəsinin sözlərinə görə populyar internet-resurslar azyaşlı uşaqların iştirakı ilə pornoqrafik videoların bazasına malikdirlər. Əxlaqsızların izinə düşən hərəkat aktivlərinin hesabına görə saytda 11 milyon yeniyetmə qeydiyyatdan keçib ki, bunlardan da 7.5 milyonu Rusiyadandır.


«Botaş» şirkəti tarixi abidəni uçurur

Pir Hüseyn Şirvani xanəgahı ağır texnikaların hücumuna məruz qalıb


Şirvanda 1200 ildən artıq yaşı olan qədim tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib. Belə ki, Pir Hüseyn Şirvani türbəsi «Botaş» şirkətinin ağır texnikaları tərəfindən bərbad vəziyyətə salınıb.
Rusiyalı deputat  bloqqeri duelə  çağırdı
İtalyada istirahətdə olan Volqoqradın deputatı Aleksey Navalnını duelə çağırdı.

“Yedinaya Rossiya”nın Volqoqrad vilayət Dumasının deputatı Aleksey Popkov məşhur bloqçu Aleksey Navalnıya “donuz ” adlandıraraq onu duelə çağırdı.

“Bu vətəndaşın təhqirləri məni yorub, ona görə də onu yerinə oturtmalıyam. Mən Navalnıyı təkbətək duelə çağırıram. Təhqir etməyə o başladığı üçün silah seçimi və yer müəyyən etmək mənə qalır. Mən Volqoqraddaki boks rinqini seçirəm”- deyə Popkov xüsusi videomüraciətində deyib.
12 yaşlı oğlan “Quran”ı 12 saata əzbər dedi
Hindistanda “Ouran”ı 12 saata əzbərdən oxuyan 12 yaşlı oğıan rekorda imza atıb. Kitabın mətnini Hafiz Mühammed Zahibulla 8 ay içərisində öyrənib. Məktəb rəhbərliyi şagiridini bu uğruna görə mükafatlandıracağını bildirib.

Hindistanın Maharaştra ştatının Ahmednaqar şəhərindən olan 12 yaşlı Hafiz Muhammed Zahibulla dünya rekordu vuraraq 12 saata “Quran”ı əzbər danışıb.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru