Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
XİN miqrantların Rusiyada daimi yaşayış izni  üçün  bal sistemi təklif edir

Rusiyada daimi yaşayış izni üçün almaq qaydalarına daha bir güzəşt: Rusiya XİN-yi bal siteminin tətbiqinə keçən qanun layihəsi təqdim edir. Bu layhəyə görə daimi yaşayış izni almaq üçün qiymətləndirmə balına əsasən gənc, savadlı və Rusiyada sosial-iqtisadi fəaliyyətlə məşğul olanlara üstünlük veriləcək. Bir sözlə, Rusiya gənc intellektual beyinləri özünə cəlb etmək istəyir.

Xarici İşlər Nazirliyi "RF-də daimi yaşayış izni almaq haqqında " qanuna yeni dəyişikliklər təklif edən layihə təqdim edib . Bu layihədə RF-də daimi yaşayış izni almaq üçün məlum prosedur qaydalarına yeni -güzəştli bal sistemi əlavə olunacaq. Ölkənin sosial-iqtisadi və demoqrafik tələblərini əsas tutan yeni qanuna görə daimi yaşayış izni almaq istəyən xarici vətəndaşlar bal sistemi ilə bu kriteriyalardan keçəcəklər.
Aliexpress Rusiyaya pulsuz mal göndərməyi məhdudlaşdırdı
Çinin internet- pərakəndə satışla məşğul olan Aliexpress şirkəti Rusiyaya pulsuz mal gönrəmək qaydasında dəyişiklik edib. 2 dollardan baha satış üçün göndərmək pullu olacaq-deyə kompaniyanın saytında bildirilir.

Азербайджанец Азер Талыбов назначен замминистра Минэкономразвития России
Азербайджанец Азер Талыбов назначен замминистра Минэкономразвития России

Заместителем министра экономического развития России назначен Азер Талыбов. Как пишет «Известия», cоответствующее распоряжение подписал премьер-министр России Дмитрий Медведев, говорится на сайте правительства.




Moskvada kütləvi dava
Moskvanın Ortadnoye metrosu yaxınlığındakı Strasnı bulvarında baş verən kütləvi davada 6 nəfər xəsarət alıb. Bu haqda RİA Novosti-yə paytaxtın hüquq mühafizə orqanından olan mənbə məlumat verib.
Abbas Abbasov  “yenidən qızışan diaspor qalmaqalı”nda  onun adının hallanmasına etiraz etdi  - EKSKLÜZİV
Saytımıza eksklüziv olaraq açıqlama verən Abbas Abbasov son zamanlar Rusiyadakı Azərbaycan diasporu ətrafında gedən söhbətlərdən xəbərsiz olduğunu və hətta artıq bu məsələlərin onu maraqlandırmadığını dedi.

Ötən ilin sonunda Moskvada keçirilən Ümumrusiya Azərbaycanlıları Konqressinin(VAK) tam kadr dəyikliyi ilə başa çatan qurultayından xeyli vaxt keçsə də, onun ətrafında gedən söz- söhbət hələ də davam etməkdədir.

Rusiyadakı Azərbaycan diasporaları arasındakı “ böhranın” öləzəyən külünu isə bu dəfə “Ocaq” cəmiyyətinin yeni peyda olmuş saytında gedən “VAK-ın “qurultayı” nə göstərdi?” (http://ocaqmsk.ru/chto-pokazal-sezd-vak.html) yazısı alovlandırıb.
Suriya ilə bağlı Astana görüşündə ərəb jurnalistləri dalaşıblar
Dava danışıqların keçirildiyi Riksos otelində baş verib.

Suriya böhranının nizamlanması üçün Astanada keçirilən görüşdə ərəb jurnalsitləri arasında dava düşüb. Davaya səbəb çəkiliş yeri üstündə olub.

Suriyanın BMT-dəki damisi sədri, Dəməşqin rəsmi nümayəndə heyətinin başçısı Bəşər-əl- Cəfəri mətbuat qarşısına çıxarkən onu müxbirlər əhatə edib. Bu zaman operatorlardan biri bir neçə dəfə həmkarından başını kənara çəkib çəkilişə mane olmamağı tələb edib.
Deyingən: ANARIN SUALI
Deyingən: ANARIN SUALI[/center]Bu dəfə çox düşündüm. Həm də yüz səksən dərəcəli əks qütblərə gedib-qayıdaraq. Gah haqq qazandırdım, gah təqsirləndirdim həmkarımı. Söhbət yanvarın 17-də illik mətbuat konfransında Rusiyanın xarici işlər naziri Lavrova Azərbaycanın “Lider” televiziyasının müxbiri Anar Həsənovun verdiyi sualdan və həmin sual ətrafında yaranan əhval-ruhiyyədən gedir. Hadisənin məğzinə keçməzdən əvvəl 1990-cı ilin martında keçirilən SSRİ xalq deputatları qurultayından bir epizodu xatırlatmaq istəyirəm.

ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

BƏXTİYAR VAHABZADƏ
KASIBLAR KASIBLAŞIR, ZƏNGİNİN VARI BAŞINDAN AŞIR[/center]
Dünyanın ən zəngin 8 adamının ümumi sərvəti 426 milyard dollardır.

Dünya əhalisinin kasıblardan ibarət yarısının, yəni 3,6 milyard adamın “sərvəti” də 426 milyard dollardır.

Bill Geyts 75; Amansio Orteqa 67; Uorren Baffet 60,8; Karlos Slim 50; Ceff Bezos 45,2; Mark Tsukerberq 44,6; Lari Ellison 43,6; Maykl Blumberq 40 milyard dollara sahibdirlər.

2009-cu ildən 2016-cı ilə qədər 793 zənginin sərvəti ildə 11 faiz artaraq 2,4 trilyon dollardan 5 trilyon dollara çatıb.

Moskvada etiraz aksiyasında 40-dan çox adam saxlanıldı
Moskvanın mərkəzində "Novoya oppozitsya" ("Yeni müxalifət") təşkilatı hökümətlə razılaşdıtılmamış etiraz aksiyasına çıxdı. Antiböhran və müxalifətçi məhbus İldar Dadinə dəstək mitinqinin qarşısını polislər alamağa cəhd ediblər. 40-dan çox aktivist saxlanılıb.
Medvedev pulun olmaması haqqında zarafat etdi
Rusiyanın baş naziri Dmitri Medvedev pulun olmadığı haqqında zarafat edib. Bu haqda o, 2016-cı ildə KİV sahəsində hökümət mükafatının təqdimetmə mərasimində deyib.

Həyat-çətin şeydir, bilirsiniz ki, pul yoxdur. Mən bunu bilirəm.
ОБРАЩЕНИЕ -Президенту ТТО АМиК Маслякову А. В.
Уважаемый Александр Васильевич!
Обратиться к Вам заставило письмо-приглашение, подписанное Вами и адресованное представителям команды КВН квазигосударства—никем в мире не признанной Нагорно-Карабахской Республики для участия в играх с 10-го по 24-го января сего года в Сочи. Если Вы взяли на себя смелость признать НКР первым, это далеко не шутка в стиле КВН!
Borclular yerindəcə borcunu ödəyib xaricə gedə biləcəklər
Rusiyada borcu olanlar borcunu ödədikdən sonra sərhəddən buraxılacaqlar. Buna izn verən qanuna yeni dəyişiklik birinci oxunuşdan sonra nazirlər kabinetinə təqdim edilib.

Aidiyyatı dəyişiklik Federasiya Şurasının reqlament üzrə komitəsinin başçısı Vadim Tülpanov təfərindən müzakirəyə çıxarılıb.

Senatorun mətbuat xidmətinə istinadən TASS-ın verdiyi məlumata görə o, nazirlər kabinetinin "" Federal qanuna dəyişikliklər edilməsi haqqında" "İstehsalatda tətbiqi"" qanununa aidiyyatı dəyişiklik edilməsi üçün layihəni təqdim edib.
ƏGƏR BUNU TÖRƏDƏN PKK İSƏ, LƏNƏT OLSUN O PKK-YA!
ƏGƏR BUNU TÖRƏDƏN PKK İSƏ, LƏNƏT OLSUN O PKK-YA!Ötən axşam Feysbuk səhifəmi açar-açmaz gözümə İzmirlə bağlı hüznlü kəlmələr sataşdı. Yenəmi,--dedim,--bitmədimi artıq bu bəlalar? Hadisənin təfərrüatını öyrənmək istəyirdim ki, dostluğumdakı Günelin aşağıdakı hekayətini gördüm. Günel doğma bacım hesab etdiyim, hüquqşünas Tavat İsmayılovanın qızıdır. Bir neçə il əvvəl Türkiyə vətəndaşı Tanerlə ailə qurub, bir gözəl qızları var. Azərbaycan, türk, rus dillərini bildiyindən və hüquq təhsilli olduğundan vaxtaşırı məhkəmələrdə iştirak edir. Onun yazdıqlarını həyəcansız oxumaq mümkün deyil:
YENİ İLİNİZ MÜBARƏK!
Əziz həmvətənlərimiz!
Hörmətli oxucularımız!
Bir ilin də sonuna gəldik.
Bəzən sevincli-nəşəli, bəzən qəmli-qüssəli, bəzən toylu-büsatlı, bəzən hüznlü-yaslı bir ilin.
Bəzi evlərə körpə sədası ilə, bəzi evlərə vida nidası ilə girən bir ilin.
Körpələrin gəlişinə nə qədər sevinsək də, əməli, işi, ziyası, nəsihəti ilə nurlanmağa, olğunlaşmağa öyrəşdiyimiz ağsaqqal-ağbirçəklərin, həyata vaxtsız göz yumanların acısına çox üzüldük.
Həyat davam edir.
Hər yeni ilin gəlişi ümid qaynağıdır.
Bitən ildə tamamlaya bilmədiyimiz işləri, yetişmədiyimiz ünvanları, həyata keçirmədiyimiz arzuları təzə ildə bitirməyə, ziyarət etməyə, yaxalamağa çalışarıq, inşallah!
Təzə iliniz mübarək! Qoy bütün arzularınız həyata keçsin, sağlıq, sevinc həmdəminiz olsun.
Qarabağ məşəqqəti bitsin, torpaqlarımız düşmən tapdağından qurtulsun artıq.
Tarixi vətənimizdə, yaşadığımız ölkələrdə əmin-amanlıq, firavanlıq bərqərar olsun. Evləriniz ruzili, torpaqlarınız bərəkətli olsun!
YENİ SƏS

Rusiyada  dünya internet bağlantısı kəsilə bilər
Bu barədə Rusiya prezidentinin internet üzrə məsləhətçisi German Kilmenko bildirib.

"Bizim Qərb ortaqlarımız Krımda Google və Microsoft servizlərini bağladılar. Krımda yaşayan domen sahibləri bütün qazandıqlaırnı itirdilər"-deyə Klimenko söyləyib.
MEYMUN KİMLƏRƏ QIYDI?Son vərəqlərini çevirdiyimiz 2016-cı il Qırmızı Meymun ili deyə qeyd olunub ulduz təqvimlərində. Əslində kainatın məhvəri dolandıqca bir yandan boşalıb bir yandan dolan dünya öz axarı ilə gedir. Amma bu il sanki əvvəlkilərdən daha ağrılı-acılı oldu. Əlbəttə, qanlı-qadalı müharibə illərini, 20 yanvarlı 1990-cı(Bakı qırğını), 20 noyabrlı 1991-ci(helikopter faciəsi), 26 fevrallı 1992-ci(Xocalı qətliamı), bir-birinin ardınca itirilən rayonlarımızın, verilən şəhidlərimizin, qırılan ümidlərimizin olduğu illər yaddan çıxmaz. 2016-cı ilin yaraları da bir başqadır. Əsrin dörddə birini haqlayan işğala son qoymaq üçün bir neçə günlük parlayan aprel savaşı xalqın əzmini, torpaqları geri qaytarmaq qətiyyətini ortaya qoydu. Əfsuslar olsun ki, nər oğulları, mərd igidləri qurban verdiyimiz o rəşadətli günləri də qələbə ilə nəticələndirməyə imkan vermədilər. Yenə baş altına Minsk yastığı döşədilər, vədlər verdilər. 1988-ci ildən bəri itirdiyimiz şanlı oğullar siyahısı bir az da artdı.
Poçt xidmətindən moskvalının sərhəddən buraxılmayan  bağlamasına  "öl, rəzil" yazısı qoyub geri  veriblər
Moskvalının Bakıya göndəriyi bağlaması (posılka) "Öl rəzil" sözü ilə üstünə qayıdıb.

Moskvalının Azərbaycana göndərdiyi bağlaması gömrükdən buraxılmadığı üçün poçt xidmətindən ona geri qaytarılanda üstündə "Öl rəzil" sözləri yazılıb. Bu haqda o, Facebook səhifəsində xəbər verib.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru