Moskvada Afaq Şıxlının 50 illik yubileyi keçirildi
Həkim-şair-tərcümçi, 12 şeirlər və tərcümələr kitabının müəllifi, Azərbaycan yazıçılar birliyi Moskva bölməsinin katibi Afaq Şıxlının 50 illiyi ilə bağlı “Poeziya axşamı” Azərbaycan konqresinin konfrans zalında baş tutdu.

Tədbiri Azərbaycan Yazarlar Birliyi Moskva bölməsinin rəhbəri Abuzər Bağırov açaraq Afaq Şıxlı yaradıcılığının çoxşahəli olmasından danışdı. Onu sevgi-məhəbbət şairi adlandıran A.Bağırov yubiliyarın çoxsaylı şeirlər və təcrcümə kitabının müəllifi olduğu, adının ölkəmizdən kənarda tanındığı, kitablarının müxtəlif dillərə tərcümə edildiyi haqda qısa məlumat verdi.
AVRO-2020 Futbol turniri püşkatmasının nəticələri məlum oldu
Buxarestdə futbol üzrə Avropa Çempinatı-2020-nin püşkatması keçirilib. Turnirin 20 iştirakçısı artıq məlumdur. Daha 2 komanda isə 2020-ci il martın sonunda keçiriləcək qarşılaşma oyunlarından sonra bilinəcək.
Dörd ölkə Rusiyadan Ukraynanın süverenliyinə hörmət etməyi tələb etdi
Ukrayna, Estoniya, Litva və İsveçin xarici siyasət idarəsinin başçıları Rusiyanın Ukraynanın süverenliyinə hörmət etməsi tələbi ilə bəyanat imzalamışlar. Sənəd Ukrayna XİN-nin rəsmi saytında dərc olunub.


Bəyanatda RF-nin 2018-ci ildə Kerç boğazında saxladığı Ukrayna gəmisindəki dənizçiləri verilməsi tələbi əksini tapıb. Nazirlər nəinki Ukraynanın süverenliynə hörmət etməyi xahiş edir, həmçinin Azov dənizindən maneəsiz Ukrayna limanlarına keçid və sərbəst hərəkətin təmin edilməsini tələb edirlər. Onlar bununla guya Rusiya tərəfinin beynəlxalq hüquqlara və əsas prinsiplərə əməl etməsini istəyirlər.

Kipr milyarder  rusların "qızıl pasportlarını" ləğv etdi
Kiprin Politis qəzeti ilk dəfə olaraq vətəndaşlığı ləğv olunan milyarderlərin siyahısını dərc edib. Siyahıda üç vəsait qoyan rusiyalının adı da var. Bundan əlavə onların ailə üzvlərinin də vətəndaşlığı geri alınıb.

Rusiyada emiqrasiya  etmək əhval-ruhiyyəsi  artıb
Rusiyada getmək istəyələrin sayı artır. "Levada" sosial araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə 21 faiz ölkədən getmək istəyindədir. Xaricdə daimi yaşamaq istəyində olanların sayı may ayından bu yana dəyişib. . May ayında keçiriən sorğuda iştirak edənlərin 15 faizi bu istəkdə olduğunu bildirmişdi.

"Levada-mərkəz"in verdiyi məlumata görə 18-24 yaşında olanlar arasında keçirilən sorğuda 53 faiz emiqrasiya etmək iəhval-ruhiyyəsində olduğunu deyiblər. May ayında bu yaşda olanların 37 faiz ölkəni tərk etmək istəyində idi.

25-39 yaş arasında olanların 30 faizi, 40-54 yaş arasında olanların isə 19 faizi daimi yaşayış üçün xaricə getməyi düşünürlər. 55 və ondan yuxarı yaşdlıların cəmi 7 faizi 7 faiz bu fikridədir.
Günay Bəylərqızı  "O səs Türkiyə" də ifası ilə salonu  titrətdi- VİDEO
"O səs Türkiyə " yarışmasının bu gecı-24 noyabr tarixli bölümündə azərbaycanlı iştirakçı Günay Bəylərqızı "Saçlarımı yol gətir" şarkısıyla münsiflər heyətinin hamısını döndürməyi başardı. Populyar musiqi yarışmasının builki mövsümündə münsifləri səsinə ən az zaman aralığında-11 saniyə içərisində düyməyə basmağa vadar edən Günay Bəylərqızına əvvəl Murad Boz və Bəyazid Öztürk ardınca Seda Sayan, Hadisə döndü
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Volqa-Xəzər sülhün görünməyən körpüsü

Körpülər təkcə qarşı sahilləri deyil millətləri, münasibətləri, sevgiləri birləşdirməyə götürən yoldur. Noyabrın 15-16-da Samarada Azərbaycan mədəniyyəti günlərinin “Volqa-Xəzər sülhün görünməz körpüsü” adı altında keçirilməsində əsas vurğu buna yönəlmişdi.

Əvvəldən də xəbər verildiyi kimi 14 regionu birləşdirən Privoljsk Federal dairəsinin milli-mədəni ictimai birlikləri belə bir tədbirin keçirilməsi üçün coğrafi cəhətdən mərkəzdə yerləşən və Rusiyanın ürəyi sayılan Samaranı məkan seçmişdilər.

Samarada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbir şəhərin Şöhrət meydanında Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgərin barelyefi qoyulmuş memorial abidə kompleksinin önünə əklil və çiçək dəstələri qoyma mərasimi ilə başlandı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra regionlarından gələn Azərbaycan təşkilatlarının nümayəndələr dəyirmi masanın keçirildiyi Samara Quberniya Dumasına gəldilər.

Forum ıştirakçılar Samara vilayətinin isqtisadi-sosial həyatındakı yeniliklərdən bəhs edən “Samara Rusiyanın döyünən qəlbidir” adlı videoçarxı izlədilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Tədbirin təşəbbüskarı və təşkilatşılarından olan Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, Samara vilayətı İctimai palatasının üzvü Şirvan Kərimov yığıncaqda iştirak edən Samara vilayəti qubernatorluğunun, Quberniya və şəhər Dumasının, vilayəti höküməti və şəhər administrasiyasının, Samara vilayəti İctimai palatasının, eləcə də regionlaradan gələn Azərbaycan ictimai birliklərinin nümayəndələrini və qonaqları salamlayaraq dəvətini qəbul etdiklərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkür etdi.

Şirvan Kərinov yığıncağın “Volqa-Xəzər – sülhün görünməz körpüsü” adı ilə keçirilməsinin təsadüfi olmadığına da diqqət çəkdi.

“Böyük Vətən mümharibəsi dövründə çətin şərtlər altında Bakı nefti Volqa –Xəzər yolu ilə Rusiyanın müxtəlif regionlarına çatdırılıb. Bizim ümumu qələbəmizin təmin olunmasında bu yolun böyük rolu olub. Volqa-Xəzər -bu yol sülhün, bərabərliyin, qardaşlığın görünməz körpüsüdür”.
Qarakənd faciəsindən ... keçir
Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!
Ərdoğan ABŞ-dan  "Patriot" almaq ehtimalı ola bilər deyib

Təbii ki, şərtlər əlverişli olarsa Türkiyə Amerikadan "Patriiot" zenit-raket sistemi almaq ehtimalını rədd etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa bildirib ki, ABŞ-dan sərfəli təklif gəldiyi təqdirdə, ölkəsi "Patriot" zenit raket sistemini almaq variantı üzərində düşünə bilər.

"Biz C-400 və F-35 ətrafında yaranan anlaşmazlığı aradan qaldıra bilərik"-deyə Tükiyə lideri qeyd edib.

Bir müddət əvvəl xəbər verilişdi ki, Tramp və Ərdoğan öz nazirlərinə Türkiyənin havadan müdafiə sistemi С-400-ün Rusiyadan alınması ətrafındakı vəziyyətin nizamlanması üçün çalışmalara başlanmasını tapşırıblar.

Yenises.ru
В Самаре пройдут Дни азербайджанской культуры

В Самаре 15-16 ноября пройдет серия мероприятий в рамках Дней азербайджанской культуры под названием «Волга – Каспий: незримый мост мира» с участием руководителей азербайджанских национально-культурных объединений регионов Приволжского Федерального округа, сообщает Единый информационный портал азербайджанцев России AZRU.

Организатором мероприятий является Лига азербайджанцев Самарской области (ЛАСО).

Дни азербайджанской культуры начнутся с церемонии возложения цветов к Вечному Огню и горельефу «Скорбящей Матери-Родине». Затем пройдет круглый стол «Волга – Каспий: незримый мост мира», состоится экскурсия по городу и гала-концерт с участием азербайджанских творческих коллективов Самарской области.

Во второй день мероприятий состоится литературный меджлис, посвященный 650-летию азербайджанского поэта и мыслителя Имадеддина Насими. Завершатся мероприятия Дней азербайджанской культуры встречей актива Самарской областной общественной организации «Лига азербайджанцев Самарской области» (ЛАСО) с гостями из регионов Приволжского Федерального округа.
В Самаре пройдут Дни азербайджанской культуры
Надо отдать должное, что ЛАСО, созданная в 85-ю годовщину создания Азербайджанской Демократической Республики, т.е. 28 мая 2003 года, все эти годы успешно и на достойном уровне представляет азербайджанскую общину Самарской области. Пропаганда богатого историко-культурного наследия азербайджанского народа, защита прав соотечественников, развитие межнационального мира и согласия в регионе, последовательная работа с молодежью, популяризация здорового образа жизни на примере собственных блистательных спортивных достижений и многое другое как нельзя лучше характеризуют единственную признанную на всех уровнях власти и общества организацию азербайджанцев Самарской области. Любое мероприятие ЛАСО, будь то круглые столы на актуальные темы, научно-практические конференции, фестивали, концерты, выставки, по своему уровню и масштабу заслуживают огромного внимания и слов благодарности, деятельность ЛАСО всегда находится в центре внимания местных и региональных СМИ. У ЛАСО есть свой ансамбль, а футбольная команда организации по доброй традиции неоднократно становилась чемпионом. ЛАСО стала родным домом для местных азербайджанцев. Помимо всего прочего, ЛАСО по праву гордится тем, что стала площадкой для создания семей – молодые люди, познакомившись в ЛАСО, скрепили свою любовь семейными узами.

Председатель правления ЛАСО Ширван Керимов активно участвует в общественно-политической жизни города и области, представляя азербайджанскую общину в общественных структурах. Каждое крупное мероприятие ЛАСО проводится с участием губернатора области, руководства, официальных лиц, представителей общественности. Это – не хвалебные оды в адрес ЛАСО и его руководителя, а отражение того, что есть в действительности – как говорится на языке журналистов, основано на реальных событиях.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Sonuncusu Zəngilan..dı və ya  Durmaq gərəkirsə, burda dur!
(Zəngilanın işğalından 26 il də ötdü)

29.10.2019. Bir doğum, bir düyün tarixi kimi parıltılı rəqəmlərdir, eləmi. Bəs, işğal tarixinin ildönümü kimi necə?!

“Bu il yenə gələmmədim, bizim dağlara, bağlara...” Beləmi oxunur bu mahnı? Bu gün-dağ çəkilən dağlarını itirənlərin qəlbində, ruhunda.bu mahnı oxunur, yəqn ki..

Acı soğan soymuş, yemiş kimidirlər bu gün... Bəlkə hər gün yuxudan hövlanak oyanıb, yenidən bir də o qorxulu reallığın əvvəli yaşanan günə qayıtmaq üçün gözlərini yumurlar.
Putinlə  Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı
Rusiya prezidenti Vladimir Putinin Soçidəki rezidentsiyasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü başa çatıb. Görüş altı saatadan artıq çəkib.

Görüşün əvvəlində Putin Suriyadakı vəziyyətin gərginliyi fonunda Ərdoğanla məsləhətləşmənin vacibliyini vurğulayıb.

Rusiya lideri ona ümid etdiyini bildirib ki, "son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində böyük rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan da inamla qeyd edib ki, Soçi görüşü kəskinləşmiş vəziyyətin xeyrinə olacaq.

"Bugünkü görüş bizə hazırkı vəziyyəti geniş müzakirə etməyə imkan verir və şübhəsiz sülhün təmin olunmasını təmin edəcək".

Bundan bir müddət əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu danışıqlarda "Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etməyi, baş verənləri tam aydınlığı ilə başa düşməyi, Tükiyənin planları haqqında məlumat almağı və Suriyada siyasi proseslərin ümumi həlli planındakı irəliləyişləri razılaşdırmaq istəyir. O danışıqların heç də asan olmayacağını da söyləyib.

Rusiya prezdentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov bazar ertəsi bildirmişdi ki, ilin əvvəlindən iki lider arasında baş tutan səkkizinci əyanı görüşdür. Onun sözlərinə görə görüşdə Suriyanın şimalında Türk ordusunun keçirdiyi hərbi əməliyyat konteksində vəziyyət müzakirə olunacaq.

Yenises.ru
WADA  Rusiyanı Olimpiadaya buraxmamaqda qərarlıdır
Ümumdünya Antidopinq agentliyi təsisçilər şurası (WADA) Rusiya antidopinq agnetliyinin (RUSADA) hüquqlarını bərpa etməyib. Qərar həftənin dördüncü günü Seulda keçirilən yışıncada qəbul edilib.
KİV Rusiyanın Olimpiada-2018 -dən uzaqlaşdırıla biləcəyindən yazıb
Ümimdünya antidpoinq agentliyi (WADA) Rusiyanın antidopinq agentliyinin (RUSADA) haqqını bərpa etməyib. Bunun Rusiya yığmasının 2018-ci il Olimpiada oyunlarından uzaqlaşdırılmasına gətirib çıxara biləcəyini Hayo Zeppelt alman televiziyasının efirində səsləndirib.
Telman İsmayılovu qiyabi olaraq həbs etdilər
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qiyabi olaraq həbs edildiyi barədə onun vəkili məlumat verib. Onu cinayət təşkil etməkdə və qanunsuz silah satmaqda günahlandırırlar.
Böyük Britaniyadan transseksuallara "hörmət"- "hamilə adamlar" termini ilə
Hamilə deyiləndə qadın nəzərdə tutulur... Kİşinin hamiləsi də demokratik Qərbdə azadlıq məhfumuna sığışarmış... Bu qədəri də olurmuş. Böyük Britaniya transseksuaları dəstəkləyir. "Hamilə adam" termini istəyir BMT-dən. Xəstəni müalicə edərlər, olmazsa təcrid. Bunlar hətta onlara haqq da istəyirlər. Azadlıq başqasının azadlığını pozmayan yerə qədərdir. Bəs bu qədər mənəviyyatı təhqir olunanların haqqını kimdən və kim istəyəcək. Ay səni DEMOKRATİYA... Nə günlərə qaldıq.(((

Böyük Britaniya XİN BMT-dən təşkilatın sənədlərində "hamilə qadınlar" yerinə, transseksuallara hörmətlə neytral cinsləri də nəzərə alaraq "hamilə adamlar" termini yazılamasını xahiş edib.
Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yəhya Kemal Beylatlı Konqres Mərkəzində təşkil edilən Gənclik Sərgisi-2023 qatıldı. Oradan çıxarkən evin balkonunda olan bir qadının ona səslənərək evinə dəvət etdiyini fərq etdi.
Ərdoğan balkondan ona səslənən bir ailəyə "Çay varmı" -deyə onlara qonaq oldu
Moskvaya ilk qar yağdı
Şənbə günü- oktyabrın 21-də gündüz Moskvanın bir neçə rayonuna qar yağıb. "Moskva"agentliyinin verdiyi məlumata görə Şərq dairəsində az miqarda qar yağdığı müşahidə olunub.

Həmçinin paytaxtın Dmitrovsk, Mojaysk və Moskvaətrafı rayonlarına qar düşüb. Bununla yanaşı paytaxt regionunda havanın temperaturu müsbət 6 dərəcəyə yaxındır.

Yenises.ru
[/font
]
Payızda yerə düşən yazın ilk açan Nərgizi
(Sevimli müəllimimin xatirəsinə)

İndi orada olsam və dərs dediyini məktəbə vidalaşmaq üçün gətirilimiş nəşin önündə çıxış etmək istəsəm…
Göz yaşlarına boğula-boğula, barmaqlarımın sürünə-sürünə istəksiz yazdığı bu sətirlər... Qəlbimdən keçənlər, təəssüflər, keşkələr, özünüqınaqlar… Sizə deyə bilməyəndən sonra, tənha otaqda hiçqırsam nə olacaq, bütün ağrılara rəğmən Sizə sevgimi, rəğbətimi pıçıldasam və ya hayqırsam nə?!.
Минюст России официально зарегистрировал турецкую диаспору
Организация турецкой диаспоры открылась сразу в четырех регионах России, сообщает российское бюро Rep
Las Veqasda qanlı atışma -ölü sayı 50-yə çatdı
Las Veqasda baş verən atışmada ölənlərin sayı 50-yə çatdı. Hüquq mühafizə orqanlarından verilən məlumata görə atışmanı 64 yaşlı Stiven Peddok törədib. Onun yoldaşı Lu Denlinin barəsində axtarıə elan edilmişdi və o, artıq tapılıb.

Həmşçnin polislər hadisə ilə bağlı axtarılan Hyunday Tuscon и Chrysler Pacifica Touring markalı iki avtomobili aşkar ediblər.
Kadırov bir postda Qrefin atasının adını 3 dəfə səhv  yazdı
Çeçenistan başçısı Ramzan Kadırov Moskvada Sberbankın sədri German Qreflə görüşüb. Danışıqların yekununda İnstagram-dan böyük bir post paylaşıb və həmin yazıda Qrefin atasının adını 3 dəfə qarışdırıb. Telegram kanalı buna diqqət yetirib.
Moskvada həftəsonu  qar gözlənilir
Bu bazar ola bilsin ki, Moskvada qar yağsın. Rusiya meteoroloji hava məlumatı mərkəzinin baş mütəxəssisi Marina Makarova bu haqda məlumat verib.
Rusiyada "Türmədə hazırlanıb"  markasını qeydiyyatdan keçirmək istəyirlər

Rospatentə "Türmədə hazırlanıb" əmtəə nişanını qeydiyyatdan keçirmək üçün müraciət ediblər. "Moskva" agetliyində sənədin surəti var.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Doğma kəndimizdən ayrıldığım qırx ili adlayıb. Yox, bu illərdə yüz dəfələrlə görüşünə getmişəm, anamın təndirdə bişirdiyi əppəyin ətrini açıq doqqazımızın lap o başından yaxalayıb, təndirin yanına çatana qədər bu ətrin məstliyi ilə gəlmişəm. Tut vaxtında getmişəm, barama hörən qurd vaxtında getmişəm, yayın cırcıramasında, qışın ayazında-şaxtasında getmişəm. Kəndin şah damarı olan kanalın gur vaxtında, o kanalın qurumuş xəndəyi cadar-cadar olanda getmişəm. Novruzda yumurta döyüşməyə, payızda toylarda qol qaldırıb süzməyə getmişəm. Atalı-analı kəndimin yetimləşən günlərinə getmişəm.
Qalmaqallı "Matilda" filminə bilet satışı Yekaterinburqda  rekord vurur

Yekaterinburqun "Salyut" kinoteatrında "Matilda" filminə bilətlərin əvvəldən satışı birinci günə 10 faiz olub. "Biz ilk dəfə olaraq filimin nümayişindən bu qədər əvvəl bulet satmağa başlamışıq və bir gündə bütün biletlərin 10 faizi satılıb. Başqa filmərə birinci gün bilet satışı hər zaman 1 faiz olub. "Matilda"nın satışı rekord vurur" -deyə kinoteatrın administrasiyasından bildiriblər.
Rusiya Donbassa  humanitar yardımı dayandırmağı planlaşdırır



Rusiyanın RBK saytı Moskvanın Donbassa humanitar yardımını dayandırmağı planlaşdırdığını yazıb. Sayt sentyabrın 1-də keçirilən iclasın protokoluna əsasən belə qənaətə gəlib. Orada hökümətin "bəzi ərazilərə" humanitar yardımın dayandırılması nəzərdə tutulub. Protokolda bu addımın Krım Və Sevastopolun xeyrinə digərlərinə yardımı kəsmək gərəkdiyi göstərilir. RBK-a "bəzi ərazilər" deyildiyində Donbass nəzərdə tutulduğu ehtimalını önə sürüb.
Azərbaycan  nemətləri ilə   26-cı "WorldFood Moscow"  Ərzaq  məhsulları sərgisində Moskvanı “fəth edir”
Sentyabrın 11-də də Mərkəzi Sərgi Kompleksi “Eksposentr” –də 26-cı Worldfood Moscow” Beynəlxalq Ərzaq məhsulları sərgisi öz işinə başlayıb. Dünyann 65 ölkəsindən 1500 şirkətin qatıldığı sərgidə Azərbaycan 30-dan çox ixracatçı şirkət ilə təmsil olunur. Həm də bu il 26-cı “Worldfood Moscow” Ərzaq məhsulları sərgisində ölkəmiz Rusiyanın tərəfdaşı kimi iştirak edir.
Çingiz Hüseynov: “Doğruları  danışmaq cihada bərabərdir”- FOTO

“Müsəlmanların cihad formalarından biri də qələmdir”... İslam dininə Allah tərəfindən verilən “qələmin yazdığı söz” tərəfindən yaxınlaşıb yeni baxış sərgiləyən Rusiya-Azərbaycan yazıçısı, islamşünas Çingiz Hüseynov 30-cu Moskva Beynəlxalq Kitab Sərgi Yarmarkasında (MBKSY) oxucuları ilə görüşdə bu fikirləri səsləndirdi.
RF səhiyyə nazirinin məsləhətçisi vəfat edib
Rusiya Səhiyyə nazirinin məsləhətçisi İqor Lanskoy 42 yaşında həlak olub. Səhiyyə nazirliyinin saytında cənab Lanskoyun faciəli şəkildə öldüyü xəbər verilir. Amma təfərrüatı açıqlanmır.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru