Soydaşımız Pərvin Qurbanova məktəblərarası idman yarışmasında birinci oldu


Soydaşımız  Pərvin Qurbanova  məktəblərarası  idman yarışmasında birinci oldu

Moskvanın Brateyeva rayonunda yerləşən 1034 saylı gimnaziyada klassik aerobika üzrə məktəblərarası yarış keçirilib. Kollektiv klassik fitnes aerobika rəqsi üzrə keçirilən yarışmada paytaxtın cənub dairəsindən 10-a yaxın məktəbin komandaları iştirak edib.

Soydaşımız, 9-cü sinif şagirdi Pərvin Qurbanovanın təmsil olunduğu 900 saylı məktəbin “Yujnaya” komandası bu turnirə 16 nəfərlik kollekiv aerobika rəqsləri ilə qatılıb.

Soydaşımız  Pərvin Qurbanova  məktəblərarası  idman yarışmasında birinci oldu
3 yer ugründa gedən mübarizədə qaliblər Moskva şəhər səviyyəsində keçirilən turnirə vəsiqə qazanmaq üçün yarışıblar.

“Yujnaya” komandası bütün komandalardan daha yaxşı aerobika rəqsi nümayiş etdirərək turnirin birinci olub. Komanda 28 apreldə “Vorobyovı qorı”-da keçiriləcək Moskva şəhər türnirində iştirak edəcək.

Leyla Bayramova , Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir