Söyün Sadıqov Londonda keçiriləcək beynəlxalq tədbirə dəvət olunub


Söyün Sadıqov  Londonda keçiriləcək  beynəlxalq tədbirə dəvət olunub
Sambonun Olimpiya aləsinə daxil olması və yaranmasının 75 illiyi ilə əlaqədar Londonda keçiriləcək yubileydə iştirak etmək üçün Azerrosun fəxri prezidenti Söyün Sadıqova dəvət məktubu göndərilib.

Məktubda deyilir ki, hələ 13 mart 2013-cü ildə Rusiya prezidenti V. Putinlə Beynəlxalq Sambo Federasiyasının rəhbərləri arasındakı görüşdə Sambonun dünyada inkişafı mövzusu müzakirə olunmuşdu. O görüşdə Rusiya prezidenti hər zaman Sambonu təqdir etdiyini söyləmişdi. Bununla yanaşı o qeyd etmişdir ki, Sambo Olimpiya idman oyunu olmağı çoxdan haqq edir.

Bu hadisə öz növbəsində 10 iyun 2013-cü ildə Londonun Kensinqton sarayında Valdimir Putin və şahzadə Maykl Kentskin başçılığı ilə keçiriləcək təntənəli qəbul təşkil etməyə imkan verir.

Moskvanın və bütün Rusiyanın patriarxı Kiril əlahəzrətləri də təntənəli yığıncağın keçirilməsini alqışlayıb və qədim rus idman növü olan Sambonun ölkımiz üçün tutduğu şərəfli yolda xeyir-duasını verib.

Təbdirdə Əlahəzrət şahzadə Maykl Kentski, Rusiyanın Böyük Britaniya Və Şimali İrlandiya Birləşmiş Karllılğındakı səfiri Aleksandr Yakovenko, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandt Jukov, Britaniya Olimtiya Komitəsinin prezidenti şahzadə Anna həzrətləri, Beynəlxalq Sambo Federasiyasının prezidenti, Dövlət Dumasının sədri Vasiliy Şestkov, Lord Saymon Redinq, həmçinin Rusiya və xarici biznes-elitasının nümayəndələri, tanınmış mədəniyyət, idman və incəsənət xadimləri iştirak edəcəklər.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir