Söz və rəngin palitrasında-Maya Bədəlbəyli


Söz və rəngin palitrasında-Maya Bədəlbəyli
Moskvada M.İ. Rudomino adına Xarici Ədəbiyyat kitabxanasında Rusiya və Azərbaycan Yazıçılar İttifaqının, Azərbaycan Rəssamlar İtiifaqının, Kaliforniya neotika elmləri institutunun üzvü, şair-rəssam Maya Bədəlbəylinin “ Firçanın və sözün rəssamı” (“Xudojnik kisti i slova”) adlı sərgisinin və “Düşüncələr” (“Razdumya”) kitabının tədimatı keçirildi.

“Poetessa”-“şairə” sözünü qəbul etməyən, yaradıcılığı qadın və kişi prinsiplərinə bölməyin doğru olmadığını” deyən Anna Axmadovanın fikriylə razılaşmamaq olmaz”- “şair, yazıçı, rəssam-bir sözlə Sənətkar xanım Maya Bədəlbəylini yaradıcılıq uğurunun nümayişi münasibətilə təbrik edirəm””.

“Talantlı insan hər sahədə talantlı olur. Maya xanımın da əlini atdığı hər işdə uğurlu olduğu göz qabağındadır”.

Bunları H.Əliyev Fondunun Moskva bölməsi və Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə dəstəyi ilə, eləcə də Xarici ədəbiyyat kitabxanasının sərgi mərkəzinin “Rəssam və söz” proqramı çərçivəsində keçirilən tədbirdə çıxış edən fond yetkilisi Tamella Əhmədova söylədi.


O, Maya Bədəlbəylinin yazdığı şeirlərin-virtual –platonik sözün tablolarda əksinə çevrilərək rənglərin palitrasında canlandırmasının fərqliliyinə, adət etdiklərimizdən ayrıldığına xüsusi diqqət etməyin vacibliyini qeyd etdi.

“Sözü-düşüncəni rəssam firçası ilə deyil ürəyindən birbaşa, barmaqları-dirnaqları ilə kağıza köçürmək-bəhs edilən fərqlilik budur- onun rəsmlərindəki hisslər, duyğular ona görə bu qədər canlıdır”-deyə Maya Bədəlbəyli yaradıcılığına böyük qiymət verdiyini dedi.

“Maya Bədəlbəylinin Rusiya Yazıçılar və Rəssamlar İttifaqlarının “İlin şairi”, “İlin rəssmı” və adlarına, sadalanamsı vaxt aparan neçə-neçə müafatlara layiq görülməsi məhz onun yaradıcı əməyinə, istedadına verilən qiymətdir”.
Söz və rəngin palitrasında-Maya Bədəlbəyli
Moskvadakı Azərbaycan Mədəniyyəti mərkəzinin direktoru Nisa Mustafayeva -Bu divarlar arasında mərkəzimiz 5 ildir fəaliyyət göstərir və bu yubiley günlərində xüsusi vergiyə sahib- rəssam olmayan Maya Bədəlbəylinin rəsmlərinin nümayiş edilməsi sevindiricidir-dedi.

“Onun rəsmlərinə baxdıqca, müdrik bir yaşda, rəssamlıqla yaxından-uzaqdan əlaqəsi olmadan yağlı boyalarla düşüncələrini uğulu şəkildə kaşıza həkk edə bilməklə-“İnsan hər şey edə bilər, hər şeyə qadirdir”-fikrini ortaya qoyur və təsdiq etdirir”.

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirliyinin nümayəndəsi Vüqar İmaməliyev Polad Bülbüloğlunun adından Maya Bəbəlbəyliyə sərgi və kitabının təqdimatı münasibəti ilə təbrikini çatdırdı.

Rusiya Dövlət Dumasının deputat köməkçisi Natalya Krasovskaya Duma üzvü, Rusiya -Azərbaycan parlamentlərarası dostluq qrupun rəhbəri D.İ. Savelyevin Maya xanıma göndərdiyi təbrik məktubunu oxdu.

Məktubda “”Azərbaycan dünyaya bir çox istedadlı insallar bəxş edib. Siz Maya xanım da şübhəsiz olaraq onların sırasındasınız. Sizin yaradıcılıq sahəniz o qədər genişmiqyaslıdır ki, onu bir sferaya sıxışdırmaq çox çətindir. Sıradan biri olmayaraq yazıçı, şair, rəssam, filosof və yüksək daxili keyfiyyətlərə malik biri kimi, ictimai sahədə fəaliyyətiniz səmimi hörmətə və şərəfə layiqdir””-deyilir.

Sonra məktubda D.İ. Savelyev Maya xanımım yeni kitabının çıxmasını Rusiyada və Azərbaycanda oxucuların səbrsizliklə gözlədiyini də qeyd edib. Və bütün qəlbiylə ona yeni yaradıcılq uğurları arzulayıb.

Kitabxananın yetkilisi Tatyana Feoktisova da Maya Bədəlbəyli yaradıcılığına yüksək dəyərləndirərək bu təqdimatı ilin ən yaxşı hadisələrindən biri adlandırdı.

Diaspor nümayəndəsi İlqar Hacıyev filosof, şair, yazıçı və rəssam xanımın sənətə professional yanaşmasından, poetik sözü rənglərin palitrasında özünəməxsus boyayaraq ona yeni həyat qazandirdiğindan söz açdı.

Şair Nəsib Nəbioğlu isə çıxışında Azərbaycan klassik qadın şairlərindən söz salaraq, onların yaradıcılığından bəhrələnib bu günümüzdə ədəbiyyatımıza adını o qadınlar sirasına yazdırmağı haqq edənlərdəndir – Maya Bədəlbəyli-deyə onun yaradıcılığına bu sözlərlə münasibət bildirdi. “ Maya Bədəlbəylinin şeirlərində təsvir və təlqin olunan sevgi, vətənpərvərlik, qadın kövrəkliyi, acılara üsyan səmimi, poetik dillə verilib və oxuyanı, dinləyəni təsirində-cazibəsində saxlayır”.

Maya Bədəlbəylini tərifnamə və diplomlarla təbrik edən Afaq Şıxlı ona yaradıcılıq uğurları dilədi.

Maya Bədəlbəyli Azərbaycan mədəbiyyətinin təbliğ olunmasına böyük təhvə verən Leyla Əliyevanın başçılıq etdiyi H.Əliyev Fondunun RF nümayəndəliyinə minnətdarlıq etdi. Eyni zamanda Azərbaycan Mədəniyyəti mərkəzinə və M.İ.Rudomino adına Xarici Ədəbiyyat kitabxanasının rəhbərliyi başda olmaqla sərginin və kitab təqdimatının keçirilməsini təşkil edənlərə “”çox sağ olun””-dedi.

O, yazışı-şair kimi yaradıcılığına həm də rəsm çəkməyə- (bəli, məhz rəssamlığa iddia etdmədən) necə başladığından söhbət açdı. Və rəssamlıq məktəbi keçmədiyini bidlirdi. “”Mən professional rəssamlıqdan xəbəri olmayan biri kimi birdən rəsmlər çəkməyə başladım. Mən özüm rəssamlıqda yeni bir texnika ilə düşüncələrimi firçasız, barmaqlarım və dırnaqlarımla işləməyirəm. O vaxtdan özümə yeni rəngli dünya açmış oldum””.

Daha çox təbiət, payiz fəsli, günəş, insan siması rəsmləri çəkən Maya Bədəlbəyli –bu əsərlərin şeirlərindəki düşüncələrin təzahürü olduğunu da qeyd etdi.

Xatırladaq ki, Maya Bədəbləylinin yaradıcılıq sərgisinidə 40-dan çox rəsm əsəri nümayiş etdirilir.

Maya Bədəlbəylini geniş oxucu kütləsinə “Slovo”, “Dialoq”, “Qolosa Veselennoy”, “Ya v rezonans popavşaya volna”, “Kto nazval sebya svyatim” kimi kitablarından tanışdır. Onun əsərləri bir neçə dildə böyük tirajlarla nəşr olunub. Təqdim edilən “Razdumya”(“Düşüncələr”) sonuncu şeirlər kitabında şairin “Tanrı ilə söbhətlər” silsiləsindən fəlsəfi hekayələri və lirik şeirləri yer alıb.
Söz və rəngin palitrasında-Maya Bədəlbəyli
Maya Bədəlbəylinin iki yaradıcılığının bir arada təqdim edildiyi tədbirdə öz şeirlərini səsləndirdi. Gecə kitabimzalama mərasimi ilə başa çatdı.

Tünzalə Vəliqızı,
Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir