“Spartak”- “Fənərbaxça” qarşılaşmasından sonra fanatlar arasında mübarizə”


"Spartak”- “Fənərbaxça”  qarşılaşmasından sonra  fanatlar arasında mübarizə
Türklər liderlərinə görə üzür tələb edirlər.

Otən gün “Spartak”- “Fənərbaxça” oyununda rusiyalı fanatların Türkiyənin ümummilli lideri Atatürkün portretini yandırması qarşı tərəfin kəskin etirazına səbəb olub. Buna cavab olaraq türklər “Spartak” klubunun rəsmi saytınl dağıdıblar. “Fənərbaxça” fanatları üzür tələb etməklə yanaşı, İstanbulda “isti” qəbul da vəd edirlər. Eyni zamanda türk futbol klubunun rəhbəri “Spartak”ın fanatlarının təhlükəsizliyinə zəmanət verirlər.

Futbol fanatları arasında yaşanan bu olaydan sonra “Spartak” tərəfi narahat olmağa başlayıb. Türkiyə tərəfi isə “Spartak” klubunun baş direktorunun müavini Roman Asxabadzeyə təhlükəsizliklərinin qorunacağına tam zəmanət verir.
Lakin türk fanatlar Moskva görüşündə “Spartak”ın fanatkarınınAtatürkün portretini yandırmalarından qəzəblənərək klubun saytını dağıdıblar.

“Təcili türk xalqından üzür istəyin. FİFA bunu diqqətdən kənarda saxlayır, amma biz cinayəti cəzasız qoymuruq”-deyə “Spartak” klubunun rəsmi saytına qoyulan xəbərdə deyilir.

Bunun türk fanatlarınin ismarıcı olduğu gün kimi aydındır.

“Spatak” klubunun baş direktoru Valeriy Kaprin Türkiyə klubu ilə oyunda baş verənlərin komandanın Avropadakı imicini zədələməyə xidmət etdiyini bildirərək fanatları tənqid etdiyi haqda sözlər Facebook səhifəsində verilib. Kaprin komandansının artıq şərti kənarlaşdırması olduğunu və bu komandanı daha ağır duruma gətirib çıxarda biləcəyini bildirib. ““Spartak”ı təkcə pul cəriməsi gözləmir, həm də tamaşaçısız oyunla da cərimələnə bilərik”-deyib baş məşqçi.

Hələliksə, fanatların internet savaşı davam edir. Türklər gələn həftənin çərşənbə günü İstanbulda keçiriləcək qarşılaşmada “isti” qəbul vəd edirlər.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir