“Spartak”ın fanatları İstanbulda erməni bayrağı qaldıracaq?


“Spartak”ın fanatları  İstanbulda erməni bayrağı qaldıracaq?

Bu haqda Rusiyadakı erməni diasporunun orqanı olan “Erkamas” qəzeti yazıb.

UEFA Çempionlar Liqasının seçmə mərhələsindən olan Moskvanın “Spartak” komandası ilə İstanbulun “Fənərbaxça” klubu arasında ilk oyunda rusiyalı fanatlar Atatürkün portretini yandırmışdılar. “Fənərbaxça” fanatları buna “Spartak” klubunun rəsmi saytını dağıtmaqla cavab vermişdilər.

Yenises.ru-nun Türkiyənin “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə bu gun İstanbulda keçiriləcək cavab oyununda “Spartak” klubunun tətəfdarları erməni bayrağı ilə tribunaya çıxacaqlar.

Rusiyadakı erməni diasporunun “Erkramas” qəzeti “Spartak” azarkeşlərinin “Türk hakerlərin komandanın internet saytını dağıtmasının intiqamını necə alacaqlar” mövzusuna toxunaraq, İstanbulda tribunada Erməni bayrağı açaraq “Türkiyə, erməni torpaqlarını geri ver” şuarı ilə cıxacaqlarını xəbər verib.

Nə “Spartak” komandasının, nə də azarkeşlərinin Moskvada yandırılan Atatürk portreti üçün üzür diləmək niyyətində olmadığını bildirən erməni qəzeti xəbərində intiqamlarını erməni bayrağı ilə alacaqlarını irəli sürüb. Xəbərdə “Spartak” azarkeşlərinin münasibəti haqda isə heç nə deyilmir.

Erməni idmandan da siyasət düzəldib iki ölkə arasında yeni bir qalmaqal aradığı kəskindir. Bütün bunlar ermənilərin özgə kartıyla belə öz çıxarları üçün oynadığını göstərir. Belə çirkin oyunu sadəcə ermənilərin bacardığı yeni xəbər deyil.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir