SSRİ-dən gələn səslər -2- (“Həmişə mən Qiremiliyə yazmışam, yazıram, yazajam”)”


SSRİ-dən gələn səslər  -2- ("Həmişə mən Qiremiliyə yazmışam, yazıram, yazajam”)

SSRİ-dən gələn səslər
-2-

Məktublarda qəribə adlar kolleksiyasına rast gəlmək olurdu:

“Dünyadar”

“Gülbağda və Bağdagül bacıları”

“Əliyar, Səliyar,Bəxtiyar, Şəhriyar…”

“Bəykişiyev Böyükkişi Balakişi oğlu”

“Atakişiyev Babakişi Oğulbala oğlu”

“Orucov Royal”, “Brilyant, Şokalad”

“Adıgözəlova Pambuxanım”

“Bəşirov Ayıq Dalaş oğlu”

“Üç oglum var: İnşallah, Maşallah, Bərəkallah”

Müraciət və xitab formaları xüsusilə diqqəti cəlb edirdi:

“S(ov) İ.K. PM Komitəsinin baş katibi Qorbaçov yoldaşa.

Müdrik rəhbər leninçi Mərkəzi Komitə

Sizə Azərbaycanın ən uzaq rayonu olan İranla həmsərhəd olan Qubatlıdan bir neçə söz bildirmək istəyirəm. Burda mənim kimi tərəfi olamayanların halına qalıb sözünü eşıdən yoxdur, səkkiz aydır ki, rəhbər təşkilata öz dərdimi deyə bilmirəm.

Sizdən xahişim budur ki elə imkan olaki mən öz dərdimi və rayonda olan qanunsuzluğa dair olan işlərlə sizi tanış etdirəm. Onda mən bundan belə 40 il daha yaşayaram. Indi mən özümü təqdim edirəm: mən kollektivləşmədə aktif işdrak etmişəm, kəndə besavatlığın ləğvində atkif işdrak etmişəm, quruluşun əlehinə gedənlərlə cidi mübarizə aparmışam, Böyük Vətən müharibəsində vətəndaşlıq borcumu layıqlı yerinə yetirməklə qılçamdan və qolumdan ağır yaralanmışam hal-hazırda birinci qurub əliləm və S (ov)İ.K. partiyasının qocaman üzvüyəm, lazımi köməklik gözləyirəm”. —H.S.Eminov

“Odur ki, sizdən xahiş edirəm mənim Böyük Vətən müharibəsində ləyaqətli xidmətlərimi nəzərə alıb, məni yedizdirmək, paltarımı geyindirmək və lazım olan zaman məni təmiz havada gəzdirmək üçün dövlətin qərarına görə mənə bir nəfər xidmətçi verilməsində kömək edəsiniz nə qədər ki, mən ölməmişəm”.—Mustafayev.
***
“SSRi 1-ci katibi Ali Sovetin Sədri N.İ. Qarbaçov yoldaşa”

“BMT baş katibi Xayver Presti Kelyurı Peru yoldaşa” (O zaman BMT-nin baş katibi Peru dövlətinin vətəndaşı Xayver Peres de Kuelyar idi-red.C.S.)

“Qar Baçov yoldaşa”

“Sizdən xahiş edirəm mənə bir neçə hektar yer verilməsinə sərəncam verəsiniz”.(Sovet dövründə hektar yox, heç kvadratmetr qədər də torpaq verilmirdi-red. C.S.)

Bəzən məktub müəllifləri, xüsusən bu işi özünə məşğuliyyətə çevirənlər yazdıqları barədə tədbir görülməsindən çox xoşlamadıqları adamları sadalayır, onlar haqqında ən qısa məlumat belə vermədən barələrində tədbir görülməsini istəyir, bəzən də eyni familiyalı adamların adlarını göstərmədən sadalayırdılar və belə mənzərə yaranırdı:

“X. Abdullayev, S. Əliyev, Ə. Hətəmov, Əziziov, Əziziov, Əziziov, Əziziov”” (Çox ehtimal ki, bu Əzizovların hər biri ayrı adamdır, amma müəllifimizə nə deyək, qəqin ona elə gəlirdi ki, bunları tanımayan yoxdur-red. C.S.)
* * *
Parçivi və yalan istintaq afarır”

“Özu isə iki uşağını sovet məktəbindən ayırıb, çoban qayırıbdır”.

“And içirəm rus qanına, çünki rus qanı təmiz qandır”.

“O elə həmin gün məni öldürmək üçün əlində soyuq silah anamgilə gəlib mənə tüfəngdən atəş açdı”.

“Cəzamı çəkib qurtardıqdan sonra distansiya ilə müraciət etdim”

“Mənim xüsusi evim zəlzələ olunub”

“BVM-nin əvvəlindən axırınacan cəsurcasına vuruşmuşam. 1941-ci ildə doğulan qızım bütün vuruşmalarda mənə qüvvət verib”.

“Bir şaqqasını Vətən yolunda qurban vermiş, sonra da yaralardan ölmüş veteran arvadı……tərəfindən ərizə”.

“Qromıko! Sizin köməyiniz sahəsində 3 ədəd təkər, 5 ədəd krestovina, 1 ədəd qazpaylayıcı val almışam. Minnətdaram.

Bizdə gözəl qanunlara əməl edilmir. Aşağıdakı hissələri aıa bilmirəm. (“Niva” üçün):

1. Təkər 2 ədəd,
2. Qabaq difer (komplekt)
3. Qabaq və dal təkərlərin paçevniki (podşipniki-red. C.S.) 4 ədəd,
4. Şarovoy 4 ədəd,
5. Kolenval 1 ədəd,
6. Koltsa vkladışı 1 komplekt,
7. Mühərrik üçün prokladkalar və salniklər (komplekt),
8. Qabaq difer 1 ədəd (təkrar!),
9. Şit pribor 1 ədəd,
10. Amortizator 2 dal, 2 qabaq 1 komplekt.

Əgər dövlət bu hissələrin mənə satılmasına kömək edə bilmirsə,maşını götürüb pulunu versin.
1-ci qrup BVM əlili”

Karlı Marks”

“Çernenkoya teleqram vurdum, bundan sonra məni suçu işinə götürdülər. Bir il işləyən kimi və Çernenko ölən kimi məni saxta sənədlərlə işdən çıxarıblar”

***
“Hörmətli məktub.

Ekonomiya üçün deyim ki, gündüz hər işimiz yeni ildə də düz olsun deyə bir allaha üzümü tutub sənin tezliklə günəşli torpağımıza qayıtmağını gözləyirik. İşlər yaxşı gedir. Lakin qoymurlar xoşbəxt olmağa. Kim məni incidir, o bir allah bilir nə günə düşür. Hələ Xomeyni də sözümə baxmadı xəstələndi. Ona dedim bəsdir qurtar bu davanı. O da yəqin məni öz yerində görməsə saxlamayacaq bu biabırçılığı. Məhəmməd peyğəmbərin ruhu şad olmaz axı müsəlmanın müsəlman qanı axıtması şəriəti gözdən salır. Bu dinsizlər buraxmırlar gedim ailə qurum”.
***
“Qardaşım anamdan mərəs qalmış bir göz evi, on metr uzunluğunda tövləni, ev əşyalarını (birinci) yun yorğanı 8 ədəd, yun döşəyi 8 ədəd, qaz tükündən balışı 14 ədəd, yun gəvəsi 1 ədəd, pambıq adyalı 4 ədəd, işkaf 1 ədəd, şifaner 1 ədəd, qaz peçi 1 ədəd, tilvizor bir ədəd, radiopiryomnik 1 ədəd, qirəvət 4 ədəd, qoyun 35 baş, at bir baş eşşək bir qardaşım Mürsəlov Mürsəl Əsgər oğlu və onun qaynatası Həsənov Bəşir mənə deyirlər ki, məhkəməyə yeddi min maya qoymuşuq və ev mənimdir hara istəyirsən yaz”
***
“Quliyev Əmir, Az SSR, Quba rayonu
Əmim çox bikev oldu. Katif məni baxrrına basıf evlərinə aparıb bir dəs qəstum əyaqab verdi.
O vaxtan Qiremiliyə kömək etmişəm.

Həmişə mən Qiremiliyə yazmışam, yazıram, yazajam”.

(ardı var)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir