SSRİ-dən gələn səslər -3- “Qorbaşov yoldaş mənim xəttimi tanıyır”””


SSRİ-dən gələn səslər  -3-   "Qorbaşov yoldaş mənim xəttimi tanıyır"

“Azərbaycan vətəndaşları, onların şərəfinə və ləyaqətinə, həyatına və sağlamlığına, şəxsi azadlığına və əmlakına qəsdlərdən məhkəmə yolu müdafiə olunmaq hüququna malikdirlər”- belə məktublar təəssüf ki çox az-az olurdu…

“Məsələnin həllində Sovet qadınının şəxsi nümunəsi, ləyaqəti, isməti, şəxsiyyəti, heysiyyatı və hüquq toxunulmazlığı bir qanun kimi nəzərə alınsın.” «

“Az. Resp. Prezidenti A. Niyazov yoldaşa

15 aprel 1991-ci ildə xalam oğlunun evinə gələn milis leytinantı Aydın deyib ki, kənddə kişi yoxdur, hamının arvadı …. (pozgundur).”

Milis leytenantı Aydın, Əsmayə, Nənəş xalam oğlu Vaqifi döyüb-söyüb nalayiq sözləri elə tərzdə deyiblər ki, yazıq xalam oğlu 60 yaşlı ərsiz Nənəşin qolundan tutub kin çıx get, qolu qaralıb. Beyləqan rayon polis eksperti rəy verib ki, guya Nənəş …can döyülüb.

Aydın barədə tədbir görün, yoxsa qonşuların hammisinin arvadını yoldan çıxaracaqdır Aydınlar dəstəsi. Onun işdəklərinə dözmürəm, öldürə də bilmirəm, çünki 5 uşağım var”.
***
“Mən ailə qurmaq üçün işdən çıxmışam, ailə qurmaq ümumi partiya və ümumi xalq işidir”.

Starşı leytnant, inispektor osobu adeldən məktub ”

“ Samı plaxoy rayon Armeni Masis rayon, plaxoy selo Ovdaşod, fiso soyuzom, VOD ZAKON Masisa ron selo Ovdaşot. Rekan, Qorbaçov, tovarişi, selo Ovdaşod zakon dengi, dengi-zakon. Qarbacov yoldaş, Rekan, kim ki öz hakkını tələb edirsə milisə aparıb düyüllər, cəza verirlər”.

“Mən vetran partya, vetran drda (truda) uşasniq vayna, narodnı qandrol”.

“Qorbaşov yoldaş mənim xəttimi tanıyır. Sizdən xahiş edirəm ki mənim qolum olan vərəqi yazdığım ərizənin arasına qoyasınız”.

“Beləliklə Ermənistandan azərbaycanlıları bir sinif kimi qovmuşlar”.

“Atam 4 il Leninlə bərabər inqilabçı olub”.

“Mənim ailəm 25 ildir kommunustdir, bir Jiqulu pulu partiyaya keçirib”

“Axill nöqtəsindən qulaq seyvanına qədər 24 iynə işlətmişəm”.

“Mənim həyatımın təhlükədə olmasını nəzərə alıb başqa dövlətin tərkibinə keçməyə koməy etmənizi xahiş edirəm”.

“Təndir damında 2 maşın yerli yanacaq var (təzək)”.

“… Biz Sizin ünvanınıza xahişlə müraciət etmişik ki, Oktyabr İnqilabının 70 illik yubileyi ilə əlaqədar olaraq mənə fəxri ad və həyat yoldaşıma dərəcə verilsin…

Bizim yazdığımız ərizələrə baxılması üçün V. Vəliyevə tapşırılmışdır. V.Vəliyev Naxçıvan MSSR ASK-nın heyvandarlıq üzrə şöbə müdiridir”.

“Babək rayon partiya komitəsinin 1986-cı il payız mövsümündə büronun qərarı ilə vərəm xəstəliyinə tutulmuş Əliyev Namiq Həsən oğlunu işdən azad etmişlər”.

“Gəlin Leninin ruhunu küsdürməyək. Onun adını Stalinlə birlikdə çəkək”.

“Qumru kənd sovetinin yerli deputatı”.

“Kolxoz sədri gərək hər şeyi əməynən və sdaçnan yoxlasın”.

Qorod Maskıvanın Palıtbrosuna Başda Kramınko (Qromıko) olmaqla məlumat veririk.

Bununla yazaraq sizə məlum edirik ki, bu erməni və müsəlmanın arasındakı ziddiyyət(də) birinci günahkardı Dəmirçiyan o, həmməşə məruzə edəndə erməni dilində deyirdi, yoldaşlar səbr edin, səbirnən işi görün”

2. Eçmiyazında olan keşişə o qədər rol verdi ki, öz samalyotuynan gedif Regen ilə danışırdı, deyirdi ki, erməni xalqı adında ayrı bir dövlət olaq. Beləliklə Qarabağ da erməninin olupdur, onu da birləşdirək Erevana.

Bu işi Dəmirçiyan çoxdan blanını tökürdü.

3-cü, yoldaş Qalpaçov da boşluq etdi. Qeyid etmək lazımdır ki, Maskvanı bazara döndərdi.

Öz arvadı ilə sənətorya kimi hər yanı gəzirdi, ancaq çox danışır boş-boş sözlər. Arvadının sözü ilə iş görür. Amerqada onun arvadına oranın ermənilər badarqa verdi. Bu erməni-müsəlmanın arasında ziddiyyət də ondan tərədi.
Qalpaçovun və arvadının bu hərəkəti Sovetlər İttifaqını ləngidəcək. Qeyd etmək lazımdır ki qəhrəman rus xalqı farçis Germaniyasını yıxdı, indi bu ermənilərnən baş gələ bilmirlər. Umutvarıx ki, Mosquvanın qəhrəman Palıt brosu tezdikdə bu əclapların qarşısını almalıdırlar. Bu məlumatı yazanlar : 25 partiyaçı və 10 nəfər pensiyaçılar 40 nəfər raboçix fəhlə xalqı. Umutvarıx kı bu işə qəti qərar alacax Maskvanın qəhrəman Palıtbrosu”.

“200-300 kadro yetişdirib dövlətə təhvil vermişəm” (müəllim).

“Burada demək olar ki, rüşvətxorluq başlı-başınadır…Məni çevirin Palitbirovnamızatdarın başına, rəhm eylə qoca kişiyəm, spravkanı da günderirem, çox yerə müraciət etmişəm, imidim sizədir, Sizdən şadlıq xəbəri güzdəyirəm, ülənətən sinçün xerdua edirəm. saqul 1987 26 dekabr””.

“Yoldaş Q (orbaçov). Təzə il münasibətilə səni təbürük edirəm. Sonura sovet hökumətimizin yenidən qurmanı, Sovet partiyamızın 70 illiyini şadlıqla keşirməyiniz təbürük edirəm”.

Yoldaş Q. Bu şən həyat, şadlıq, yaxşı kanundan bizə çatmayır. Avtobuz işləmir. Gənc, yaşlı, piyaner, kamsamol rayona məktəvə gedəndə çox çətinnik çəkir”.

(ardı var)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir