SSRİ-nin dağılmasının “lokomotivi”” olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir”


SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.

Ukraynanın ilk prezidenti Leonid Kravçuk, 1991-ci ildə “Ukraynanın İstiqlal Bəyannaməsinin”” təsdiqlənməsi ilə bağlı keçirilən referendumda ölkə əhalisinin Rusiya ilə müttəfiq olan bir dövlətə səs verdiyini söyləyib. Kravçuk bunu Bihus.info portalına bildirib.

Onun sözlərinə görə, ukraynalılar bu Akta görə ölkənin iqtisadi və sosial baxımdan müstəqilliyinin nəzərdə tutulduğunu düşünürdülər, onu ayrı bir dövlət olaraq görmürdülər. RİA Novosti yazır ki, eyni zamanda hökumət dövlətlər birliyi haqqında danışırdı.

“”Bunu bilmək lazımdır ki, yəni müstəqilliyə ayrı bir dövlət olaraq baxmadılar. Və Belovej qəsrində düşündüyümüz və qərar verdiyimiz şey – dövlət haqqında idi. Bəli, dövlətlər birliyi, amma dövlət haqqında “”deyə Kravçuk qeyd edib.

Daha əvvəl müstəqil Ukraynanın ilk lideri özünü “”SSRİ-nin dağılmasının lokomotivi”” adlandırsa da, yalnız “”Ukrayna xalqının iradəsini yerinə yetirdiyini”” söyləmişdi . Kravçuk 1991-ci ildən 1994-cü ilədək Ukraynanın prezidenti olub.

Ukraynanın müstəqilliyi 1991-ci il avqustun 24-də elan edilmişdi. Yeni bir dövlətin yaradılması barədə qərar, həmin ilin dekabrında keçirilmiş ümumrusiya referendumunda təsdiq edilmiş, müstəqillik bəyannaməsini ukraynalıların 90,3% -i dəstəkləmişdi.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir