Stavropol bazarında atışma: 10 nəfər yaralı (Təfərrüat)


Stavropol bazarında atışma: 10 nəfər yaralı (Təfərrüat)
Stavropolun “Yujnıy” bazarında atışma olub. Yerli KİV-in verdiyi məlumata görə atışma nəticəsində 10 nəfər yaralanıb.

“Yujnıy” bazarının işçisinin dediyinə görə bir neçə naməlum şəxs bazara daxil olaraq satıcıları təhqir etməyə başlayıb. “Onlar travmatik tapança çıxarıb atəş açmağa başladılar. Bazarda göyərti işi ilə məşğul olan Azərbaycan, Ermənistan və Taciksitan vətəndaşlarını atəşə tutdular ”-deyə “Yujniy” bazarının administratoru söyləyib.

“Kim hara gəldi qaçır, bəziləri piştaxtanın altına girib gizlənirdilər. Çoxları yaralanıb. Bir neçə nəfər xəstəxanaya çatdırılıb, digərlərinə yerində kömək göstərilib”-bunları da administrator deyib.

Xatırladaq ki, Stavropol bazarında analoji hadisə 27 iyulda baş vermişdi. O zaman cinayətkarlar polis formasında inzibai binaya daxil olmuş və bazarı partladacağı ilə hədələmişdi. Polis əməkdaşları cinayətkarları zərəzsizləşdirməyi bacarmışdılar.

Məlumata görə 5 nəfər ciddi əsarət alıb. Onlardan biri 34 yaşlı Süleymanov Hasan sinəsindən yaralanıb.
Daha dörd nəfər isə eyni -Razqoyan familiyalı ermənilərdir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir