Stiv Cobsun evinə oğru girdi


Stiv Cobsun evinə oğru  girdi
Amma oğru girdiyi evin kimə məxsus olduğunu bilməyib.

Apple-ın yaradıcısı Stiv Cobsun Kaliforniyanın Palo-Altodakı evi qarət edilib. Bu barədə məlumat verən The San Jose Mercury News qarətin 17 iyulda törədildiyini yazıb. Lakin polis informasiyanı indi açıqlayıb.
Xəbərədə bildirilir ki, qarətçilər komputerləri və 60 min dollar məbləğində şəxsi əşyaları aparıblar. Polis oğurlanan əşyaların Cobsa, ya onun ailə üzvlərinə aid olduğunu dəqiqləşdirməyib.

Cinayətdə şübhəli bilinən 35 yaşlı Alameda Kariem Makfarlin adlı şəxs saxlanılıb. Buna görə onu 7 il 8 ay həbs gözləyir.
Polisin dediyinə görə Makfarlin oğurluğa giridiyi evin əvvələr Stiv Cobsa aid olduğunu bilməyib.

Apple şirkətinin yaradıcısı Stiv Cobs 56 yaşında mədəaltə vəzinin xərçəngindən vəfat edib. Palo-Altoda Cobs həyatının son günlərini keçirib.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir