Stokholmda sürücü yük maşınını adamların üstünə sürüb- 3 ölü


Stokholmda  sürücü yük maşınını adamların üstünə sürüb- 3 ölü
Stokholmda ticarət mərkəzi yaxınlığında yük maşını bir yığın insanın üstünə çıxıb. Verilən məlumata görə ən azı üç adam ölüb.

Stokholmda sürücü yük maşınını piyadalar üçün olan Drottninqqatan küçəsindəki ticarət mərkəzinin yaxınlığında bir yığın insanın üstünə sürüb. Polis hadisə haqqında yerli vaxtla saat 14:53 radələrində məlumat alıb. Bundan əvvəl hadisə yerində atışma olduğu haqda məlumat hələ ki, öz təsdiqini tapmayıb, lakin dəqiqləşdirilir.

Reuters agentliyi yerli mətbuatın verdiyi xəbərə istindan hadisə nəticəsində 3 adamın öldüyünü yazıb.

SverigeRadio radiostansiyasının müxbirinin veridyi xəbərə görə isə ölü sayının çox ola biləcəyini ehtimal olunur. “Mən ən azı 3 nəfər ölən gördüm, amma ola bilsin ki, çoxdur””-deyə o bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir