Sudan İran səfirini ölkəsindən çıxardı


Sudan İran səfirini ölkəsindən çıxardı
[b]Sudan Tehranın siyasətinə etiraz əlaməti olaraq İran səfirini ölkəsindən çıxarmağı qərara alıb. Bundan əvvəl isə Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələrini pozmuşdu. [/b]

Sudan Səudiyyə Ərəbistanının Məhşəddəki diplomatik korpusuna hücumundan sonra İranla siyasi əlaqələrinin kəsdiyini bəyan edib. “Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məhşəddəki konulsulluğuna vəhşicəsinə hücumuna cavab olaraq Sudan İran İslam respublikası ilə təcili olaraq əlaəqələrini kəsir””-deyə “”Reuters”” agentliyi Sudan XİN-nin bəyanatına əsasən məlumat verib.

İranla Səudiyyə Ərəbistanı arasında münasibət Ər-Riyadda terrorizm və ona yardım etməkdə günahlı bilinən, şiə alimi Nimra əl- Nimra da olmaqla 47 nəfərin edam olunmasından sonra pozulub. İranda şiə aliminin edamına etiraz olaraq Sədudiyyə Ərəbistanının səfirlik və konsulluğuna hücumlar olub. Səudiyyə Ərəbistanı diplomatlaırna qarşı vəhşilikdən dolayı İrana nota gönədərərək, 48 saat içərisində diplomatik korpusunu ölkəsindən çıxartmaq haqqında ultimatum verib.

Onun ardınca Səudiyyə Ərəbistanıyla həmrəylik münayiş etdirərək Bəhreyn də İrandan səfirini geri çağırıb. Sudan da bu etiraza qoşularaq, rəsmi İrani Səudiyyə Ərəbistanının daxili siyasətinə qarışmaqda suçlayıb.

Səudiyyə Ərəbistanı və İran dünyanın ən böyük neft istehsal edən ölkələridir. Onlar arasındakı konflikt son günlər dünya bazarında ucuzlaşan neftin qiymətində artıma səbəb olub.

[b]/Yenises.ru/[/b]


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir