Sükan arxasında telefonla danışmağa görə sürücülük vəsiqəsi alına bilər


Sükan arxasında telefonla danışmağa görə sürücülük vəsiqəsi alına bilər
Novosibirsk qanunverici məclisinin deputatları RF Dövlət Dumasına sükan arxasında mobil telefonla danışmağa görə cəriməninin məbləğnin yüksəldilməsini təklif ediblər.

Administativ qanunpozma kodeksinə görə qüvvədə olan qanun əlini sukandan çəkmədən, xüsusi dəst olmadan telefonla danışmaq üçün xəbərdarlıq və ya 300 rubl həcmində cərimə tələb edir. Novosibirsk deputatları cərimənin həcmini 3000 rubla, təkrar qanunpozmaya görə isə bu məbləğin 5000 rubla qaldırılması , ya da sürücülük vəsiqəsini 1 aydan 3 aya qədər almaq təklifiylə çıxış edib.

Yeni ölçünün təşəbbüskarları Avropa təcrübələrinə və yerli ekspertlərin rəyinə istinad edirlər.
“Böyük Britaniyada sükan arxasında istənilən formada danışığa görə (xüsusi dəst oldu ya olmadı) qəza fanarlarıı yandırmaqla maşını kənara çəkmək lazımdır. Yalnız ondan sonra telefonla danışmaq olar”-deyə müstəqil ekspert Anton Maksimov bildirib.

“Vesti FM» isə məlumat veriri ki, Avropa Şurası ölkələrində sükan arxasında telefonla danışmağa görə müxtəlif cür cərimə tətbiq edilir: 100 evrodan 300 evroya kimi. Hollandiyada isə bu 2000 evroya və ya ikihəftəlik həbsə başa gəlir.
“Sükan arxasında telefonla danışmağa görə qanunda nəzərdə tutulan bu 300 rubl təbii ki, işləmir. Qoruyucu kəməri bağlamağa görə cərimənin artırılması rolunu oynadı və inasnlar kəməri bağlamağa başladılar, amma təəssüf ki, sürücülüər telefonla danışmağa davam edirlər”-deyə Dövlət Duması konsititusiya qanunvericiliyi komitəsi katibinin birinci müavini Vyaçeslav Lısakov qeyd edib.

Onlar bu qanun layihəsinin deputatlar tərəfindən dəstəklənəcəyinə ehtumal verirlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir