Süleyman Dəmirəl “bərabərlər arasında böyük”, türk siyasətinin “patriarxı” idi


Süleyman Dəmirəl “bərabərlər arasında böyük”, türk siyasətinin “patriarxı” idi
Tanınmış jurnalsit Azər Cahangirovun Süleyman Dəmirəllə bağlı eksklüziv söhbəti

Süleyman Dəmirəl ömrünün 91-ci ilində vəfat etdi. Həyatının 50 ilini Türkiyə siyasətinə sərf etmiş keçmiş baş nazir, keşmiş prezident Süleyman Dəmirəlin ölümü “türk siyasəti babasını qeyb etdi” kimi keçdi. Sağlığında, hakimiyyəti boyunca yürütdüyü siyasi xəttə sağçısı, solçusu, mərkəzçisinin fərqli münasibətində belə ona qarşı bir rəğbət olduğu dəfn mərasimində də təsdiqini tapdı. Bu gündən baxıb, onun siyasi portretini çəkmək istəsək…

Sovetlər dönəmində TASS-ın Türkiyədə müxbiri, eyni zamanda Türkiyədəki Xarici Jurnalistlər Assosiasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib, Süleyman Dəmirəl və bir sıra liderləri yaxından görüb danışmaq nəsib olmuş tanınmış jurnalist Azər Cahangirovla bu haqda söhbətləşdik. Azər müəllim mənimlə söhbətində Süleyman Dəmirəllə bağlı bu günə qədər mətbuata məlum olmayan çox maraqlı məlumatlardan danışdı.

Süleyman Dəmirəl “bərabərlər arasında böyük”, türk siyasətinin “patriarxı” idi

-Azər müəllim, ona türk siyasətinin “Babası” deyirlər. Onu baba edən siyasətdə olduğu yarım əsrdə “Süleyman Dəmirəl nə edib ki”- fikrini səsələndirənlər də var.

-Tünzalə xanım, onun haqqında “türk siyasətinin babası ” ifadəsini işlətmək üçün təkcə yaşamıyla, öz ömrüylə türk siyasətinə, demokratiyasına verdiyi əməyi yetərlidir. Eyni sualı ona Türkiyənin hansısa universitetində çıxışı zamanı bir solçu tələbə soruşur.
“Sayın Dəmirəl, özünüzə çox güvənərək, mən onu etdim, bunu etdim deyirsiniz, axı nə etmisiniz? O da “Sən buraya haradan gəldin”-deyə soruşur.
Tələbə də cavabında “Kadıköydən”-deyir.
-“Bax, keçdiyin o körpünü mən inşa etdirdim”.

O, ŞƏRQ DEMOKRATIYASININ TƏCƏSSÜMÜDÜR

O, şərq demokratiyasının təcəssümüdür. Uzun illər Doğru Yol müxalifət partiyasının lideri, o partiyadan baş nazir, sonra prezident seçilən lider olaraq ona qarşı müxalif olan, tənqid edən kimsəylə mübahisə etməyən, məhkəməyə getməyən liderdir. “Hər kəs fikrini deyə bilər, qoy desin”- deyə buna imkan yaradıb.

Tünzalə xanım, ona türk siyasətinin babası deyirlər. Doğrudan da böyük bir adam idi. 50 il Türk siyasətində oturan adamdır. Ağır top desək, ən böyük top elə özüdür. Hamıdan çox türk siyasətində oldu. Universiteti bitirəndən sonra Amerikada təcrübə keçmişdi. NATO-dan və Eyzenhauer (ABŞ prezidenti) adına təqaüd alan tələbə olub. Sonra Doğru Yol partiyasının başına gəldi və oradan da baş nazir və prezident seçildi.

-Azər müəllim, onun da tərcümeyi halında müxalifətdən hakimiyyətə gələn liderlər kimi oxşar çızgilər var.

-Amma fərqli baxışlar formalaşdıran, rəy yaradan cizgilər də var ki, başqalarında buna az rast gəlinir. Süleyman Dəmirəli türk siyasətində “ağırlıqlı”, “siyasi çəkili” edən də budur.

1992-ci ilin apreli idi.Yeni seçilmiş (noyabr 1991-ci ildə) baş nazir kimi ilk səfərlərini Rusiya, Qırğızıstan, Özbəkistan, Azərbaycan və sair keçmiş sovetlər birliyi ölkələrindən başlamağı planlaşdırmışdı. O zaman mən Moskvada TASS-da işləyirdim. Onun səfəri ərəfəsində Özbəkinforumdan bir sifariş gəldi ki, ziyarətlə əlaqədar Dəmirəlin “siyasi porterini” hazırlayaq. Mənə tapşırdılar, onun haqqında araşdırdım, axtardım və yazdım. Bu material bir sıra agentliklərə göndərildi və təbii Azərbaycanda da dərc olundu.

Mənim həmkarım jurnalst Aleksey Yerovçenko (türkoloq) dedi ki, bu yazını genişləndirib “Exo Planeta” jurnalında da verək. Daha ətraflı material hazırlayıb verdik, səfərə iki gün qalmış bu “Exo planeta”da çıxdı. Həmin səfər ərəfəsində TASS-dan Türkiyənin Moskvadakı səfirliyinə Dəmirəllə müsahibə ilə bağlı müraciət etdik və onlar da bunu qəbul etmişdi. Səfirlikdən bizə sualları yazılı göndərin demişdilər.

“MÜTTƏFIQMI, KIMƏ QARŞI MÜTTƏFIQ OLMAQ?! BIZ ƏSLINDƏ BƏRABƏR OLMAQ, YAN-YANA GETMƏK ISTƏYIRIK”.

1992-ci ilin aprel və ya may ayı idi, səhv eləmirəmsə. Bizə dedilər baş nazir gələcək və sizinlə görüşəcək. Adresi verdilər və dedilər ora gəlin. Təsəvvür edin, həmin vaxtda Moskvada “Milliyyət qəzeti”nin xüsusi müxbiri Cenk Başlamış “Exo planeta” da dərc olunan yazı haqqında qısa çıxarış vermişdi. Səfrilkidən bizə zəng etdilər ki, o material tam olaraq bizə lazımdır. “Bizi işə salmısınız. Sabaha o material türk dilində hazır əlimizdə olmalıdır. Nazirlikdən onu görüblər, tez tərcüməsi lazımdır”. Jurnalı apardım, onlar gecəykən bunun tərcüməsini elədilər.Təyin olunan vaxt gədlik görüşə. Türk iş adamları o biri otaqda gözləyirdilər. Bizim üçün bir otaq ayırdılar. O görüşdə jurnalı ona verdim: “Sayın Başbakan, buyurun, biz syasi portretinizi cizdik”-dedim.

“Teşekkur ederim, haberim var, çok iyi de cizmisiniz”-deyə cavab verdi.

Həmin görüşdə suallardan biri də “Türkiyənin Rusiya ilə müttəfiq olmaq kimi bir planı varmı?” kimi qoyulmuşdu. Çox səlis bir cavab verdi: -“Müttəfiqmi, kimə qarşı müttəfiq olmaq?! Biz əslində bərabər olmaq, yan-yana getmək istəyirik”.

Yerovçenko ilə bir yerdə getmişdik o görüşə. Mən söhbət əsnasında suallar xaricində və Azərbaycanla bağlı sual verəcəm- deyə həmkarıma xəbərdarlıq etmişdim.

1989-cü ildə türklərə Sofiyada işgəncə verildikdən sonra 500 min bolqar türkü üçün Ədirnədən Ankaraya qədər çadır düşərgələri quruldu. Taksim meydanında izdihamlı mitinq keçirildi. Sayın Demirəl müxalifət lideri olaraq orada “Ordu Sofiyaya!”şüarını irəli sürdü. 1992-ci ilin fevralında Xocalıda soyqırım törədiləndə müxalifət partiyaları “Ordu haradadır, azərbaycalıları müdafiə etmir”-soruşanda başbakan Demirəl heç nə soyləmədi. Nədir bu, ikili siyasətdirmi?”. O zaman o mənə,- haqlısınız, amma siyasət çox qarışıq məsələdir, hökümətin başında olanda məsuliyyət bir başqadır. Hökümət başında olduğuma görə təmkinli yanaşdım, amma bu şüar başqa şeylərdə təzahürünü tapar, inşallah-dedi.

-Azər müəllim, deyirsiniz ilk olaraq sovetlər birliyi respublikalarına səfər etdi. Onun nəticəsi olaraq türkdilli dövlətlər yeni bir qardaşa qucaq açmağa nə dərəcədə hazır və ya nə qədər maraqlı idi, sizcə. Yəqin ki, Süleyman Dəmirəl bunu hesablamışdı. O dövrlər məlum Özbəkistan hadisələri, məhsəti türklərinin qovulması kimi olaylar da yaşandı.

-Tünzalə xanım, onunla bağlı bu günə kimi heç kim tərəfindən deyilməmiş, mətbuata verilməmiş bir faktı deyəcəm. 1992-ci ilin yanvar ayında Davos beynəlxalq iqtisadi forumunda Dəmirəlin yenicə dağılmış sovetlərdən ayrılmış, yeni qurulmuş respublikaların başçıları – Mütəllimov, Kərimov, Nazarbayevlə və digərləri ilə xüsusi görüşü olub. Buna orada xalça da bağışlamışdılar.

BƏRABƏRLƏR ARASINDA BÖYÜK. O, BUNU TÖVSİYYƏ EDİB. ONA GÖRƏ SÜLEYMAN DƏMİRƏLİ TÜRK SİYASƏTİNİN PATRİARXI ADLANDIRIRAM

Davosdan qayıdandan sonra bu görüşlə bağlı geniş söhbətlər oldu. O görüşün nəticələri DY partiyasnın fraksiyasının iclasında müzakirə olundu. Milli məclisin parlament qrupundakı çıxışında Dəmirəl təəssüratlarını paylaşıb. Baxın bu heç yerdə yazılmayıb. Orada “Bu cümhuriyyətlər yenicə bir böyük qardaşdan canlarını qurtarıblar. Aman, elə edək, işimizi elə quraq ki, bunlar özlərini yeni bir böyük qardaşın qucağına düşmüş kimi hiss etməsinlər”-deyib. Nə qədər müdirlk, dərin, düşünülmüş, bir fikiridir. Pravoslav kilsəsində belə bir termin var. “Starşiy sredi ravnıx”. Bərabərlər arasında böyük. O bunu tövsiyyə edib. Mən ona görə Süleyman Dəmirəli türk siyasətinin “patriarxı” adlandırıram.

O özü söhbətlərində, partiyasının parlament qrupundakı fraksiyasının iclaslarında dəfərlələ deyirdi ki, bu kiçik çümhuriyyətlər (keçmiş türkdilli sovet respublikaları nəzərdə tuturdu) bəzi şeylərdə bizdən çox qabaqdadırlar. Təhsil sahəsində sovet sistemi altında olanlar çox irəlidə idi, 90-96 faiz idi bizdə bu rəqəm. Türkiyədə isə 50 faizə yaxınlaşırdı. İran 5 dəfə bizdən böyükdür. Orada bizdə olan qədər məktəb, universitet yoxdur. İqtisadiyyatımız Moskvaya bağlı olsa da, amma biz daha inkişaf etmişik. O zaman Süleyman Dəmirəl deyirdi ki, onları qorxutmaq lazım deyil. Nə oldu, sərhədlər açıldı, talanlar başladı. Türk şirkətləri bu ölkələrə axışdı. Birinci də bunlardan Özbəkistan üzünü çevirdi. Sonra Qazaxıstan təmkinli hərəkət etdi və sair.

-Bizdə onun adı çəkiləndə Heydər Əliyevin onun haqqında “Dostum, qardaşım Süleyman Dəmirəl” ifadəsiylə xatırlanır çox zaman. Türkdilli dövlətlər arasında bizə böyük üstünlük verirdi. Bu faktor “iki dövlət bir millət” qədər yaxın olmağımızla, ya iki lider arasındakı dostluqlamı bağlıydı?

Süleyman Dəmirəl “bərabərlər arasında böyük”, türk siyasətinin “patriarxı” idi

-Birincisi, coğrafi nöqteyi-nəzərdən onlara en yaxın bizik. Dilə gəlincə digər türkdilli dövlətlərin də dil eynilikləri, yaxınlıqları var, təbii. Amma Türkiyənin əski Osmanlı türkcəsi elə bizim dilimizdir. Əsrin əvvəlində də danışırıdq. “Məşədi İbad”da da var, o dildə danışırlar. Əziz Nesin mənimlə söhbətlərini Osmanlı türkcəsində aparardı. Mənə görəmi Osmanlı türkcəsinə keçirsiniz deyəndə, -Azər bəy, bu modern türkcəni- “kravat”, “sandaliya” “lokanta” kəlmələrini anlamıram. Osmanlı türkcəsində danışmaq rahatdır və xüsusi zövq verir mənə. Yəni bizim eyni dili paylaşmağımızın da təsiri var.

Heydər Əliyevlə şəxsi dostluq münasibətləri vardı, o faktor da böyük rol oynayırdı. Çünki o biri liderlərlə bir o qədər də yaxınlığı olmayıb. Unutmayaq ki, həmdə həmyaşıd idilər. Və bu kəlimə əbədi olaraq artıq tarixə yazıldı!

-Türk mətbuatı yazır: Dəmirəli hər kəs sevərdi. Sevdiyi lideriylə bağlı zaman-zaman lətifələr də qoşub, siyasi karyerası böyunca ləqəblər də verilib. Uşaq vaxtı çobanlıq etdiyinə görə “Çoban Sülü”, 1950-ci ildə Dövlət su İşlərində çalışmalarından dolayı “Barajlar kralı”, 1960-cı illərin əvvələrində ABŞ-ın Morrison Knudsen adlı şirkəində mühəndislik etdiyi zaman “Morrison Süleyman””, 12 sentyabr üsyanından sonra, siyasi yasaqlı olduğu dönəmdə “”Bir Bilen”” kimi ləqəblərlə anılıb.

-Söhətimizə başlayanda da dedim. Bu adamın dahiliyi onun demokratik olmasındadır. İkinci bir tərəfdən həm xarizmatik bir liderdi. Həm də toplumu ələ ala biləcək qədər xalq dilində, yumorla danışardı. Bir o qədər də siyasi terminlərlə fikrini ifadə edirdi, sərt mövqeyi vardı. Haqqında nə qədər lətifələr var.

-Türk istisadiyyatının inkişafı, sıçrayışı Türqut Özalla xatırlanır, amma…

-Turqut Özalla ayrı-ayrı partiyalarda olsalar da, düşüncə olaraq eyni adamlardır bunlar. Bilirsiniz ki, vaxtı ilə Özal onun baş nazir apparatında xidmət etmişdi. Süleyman Dəmirəl GAP- Güney Anadolu layihəsinin banisidir. Təəssüflər olsun ki, 80 -ci illərdəki dalğa o layihəni həyata keçirməyə imkan vermədi.

Süleyman Dəmirəl “bərabərlər arasında böyük”, türk siyasətinin “patriarxı” idi

Türqur Özalın da ideyası vardı. Çankaya köşkündə bizim Xarici Jurnalistlər Assosiyası rəhbərliyi ilə Türqut Özalın görüşü olmuşdu. Assosiasiyasının vitse-prezidenti kimi ona birinci sual vermək haqqı da mənə verilmişdi. Mənim sualıma “İraqda, Mosulda neft varsa, dağın bu tərəfində də hər halda ki var”-niyə kəşfiyyat işləri aparılmır, məgər öz neftinizi istehsal etmək istəmirsiniz-deyə soruma cavabı belə oldu. “Bizdə var petrol, amma mən bir şeyi dərk etmişəm: petrol olan yerdə qan axar. «Barış suyu», yəni sülh suyu layihəsini ortaya atmışdı və həyata keçirmək istəyirdi. Dəclə və Fərat çaylarından suları yığıb toplayıb enerji istehsal etmək, eyni zamanda suyu təmizləyib tankerlərlə ehtiyacı olan xarici ölkələrə ixrac etməyi düşünürdü. Əslində Özal Dəmirəlin stilində olan , ruhən bir-birilərinə yaxın adamlar idilər.

-Azər müəllim, Dəmirəl haqqında bu qədər lətifə var, amma birinci xanımı bir dəfə də olsa anılmır o lətifələrdə. Hətta siyasətçi olduğu zamanlarda da onun adı bu günkü birinci xanımlar kimi keçmir. Demokrat Dəmirəlin ailədə bir tiran olması kimi düşüncəyə yol vermirdimi bu?

-Xeyr, əsla. Nəzmiyyə xanım özü hər zaman arxa planda, Süleyman bəyin kölgəsində olmağı tərcih edərdi. Onun haqqında bir dənə də olsun dedi-qodu olmayıb. Bir dəfə ondan bir qəzet üçün müsahibə alanda fikrini yanlış anlamış və təhrif olunmuş şəkildə , altını-üstünü bəzəyib vermişdilər. O xanım bundan sonra heç zaman mətbuata açıqlama verməyəcəm demişdi. Qəzetçilər ağzımdan yanlışlıqla qaçırtdığım sözdən yanlış da istifadə edərlər. Süleyman Dəmirəlin böyüklüyü də onda idi ki, o belə bir qadınla idi. Nəzmiyyə xanımı bu təmkinliliyinə görə hamı sevirdi.

Süleyman Dəmirəl Türk siyasətinin patriarxı, ağır topu idi. Mən onun yanında heç kimi görmürəm. Turqut Özal öləndə Türkiyənin Rusiyadakı səfirliyin gedib xatirə kitabına: “Atatürk qədər Türkiyəyə xidmət edən Türqut Özala Allah rəhmət eləsin!” sətirlərini yazdım. Dəmirəl rəhmətə gedəndə xəstəxanada olduğumdan gedə bilmədim. Getsəydim onun haqqında elə “Türk siyasətinin patriarxı, ağır topu…Süleyman Dəmirələ Allah rəhmət eləsin!”-yazardım.

Söhbətləşdi, Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir