Suriya ilə bağlı Astana görüşündə ərəb jurnalistləri dalaşıblar


Suriya ilə bağlı Astana görüşündə ərəb jurnalistləri dalaşıblar
Dava danışıqların keçirildiyi Riksos otelində baş verib.

Suriya böhranının nizamlanması üçün Astanada keçirilən görüşdə ərəb jurnalsitləri arasında dava düşüb. Davaya səbəb çəkiliş yeri üstündə olub.

Suriyanın BMT-dəki damisi sədri, Dəməşqin rəsmi nümayəndə heyətinin başçısı Bəşər-əl- Cəfəri mətbuat qarşısına çıxarkən onu müxbirlər əhatə edib. Bu zaman operatorlardan biri bir neçə dəfə həmkarından başını kənara çəkib çəkilişə mane olmamağı tələb edib.

Söz atışmasıdnan sonra jurnalistlər əlbəyaxa davaya qalxaraq, ərəbcə bir-birilərinə qışqırmağa başlayıblar, lakin onları tez sakitləşdiriblər.

Suriya nümayədnə heyətinin başçısı bu insidentə reaksiya verməyib.

Qeyd edək ki, Suriya ilə bağlı danışıqlarda yeddi nümayəndə heyəti-Suriya iqtidarı və müxalifəti, 29 dekabrdan Suriyada atəşkəs razılaşmasına zəmanət verən RF, Türkiyə, İran, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturı və müşahidəçi simasında ABŞ-ın Qazağıstandakı səfiri Corc Krol iştirak edir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir