Suriya Türkiyə qırıcısının vurulumasının qəsd olmadığını deyir


Suriya Türkiyə qırıcısının vurulumasının qəsd olmadığını deyir
Rəsmi Ankara Türkiyə qırıcısının Suriya hərbiçiləri tərəfindən vurulmasına cavab verəcəyini bəyan edib. Britaniyanın “Gardian” qəzeti Türkiyə prezidenti Abdulla Gülün jurnalistlərə açıqlamasında rəsmi Ankaranın Suriyanın bu hərəkətinə qarşı cavab ölçüsü götürəcəyini bəyan etidyini yazıb. Amma cavab deyincə ölkə başçısının nəyi qəsd etdiyinin aydın olmadığı da bildirilir.

Bu arada Türkiyə Əmək və Sosial Təminat naziri Faruk Çelik rəsmi Ankaranın Suriyaya qarşı cavab ölçüsünü “ diplomatik müstəvidə və ya başqa üsulla” gütürəcəyini bəyan edib.

Suriya rəsmiləri də öz növbəsində yaranmış gərginliyi azaltmaq üçün vurulan təyyarənin əvvəldən Türkiyəyə aid olduğunu bilmədiklərini söyləyirlər. Təyyarə düşəndən sonra onun Türkiyənin olduğunun fərqinə varılmış. Bunu Suriya xarici içlər naziri Cihad Makdissi deyib.

Canlı yayımda sualları cavablandıran Cihad Makdissi RF-4E tipli kəşfiyyat təyyarısinin vurulmasının bir qəza olduğunu, onun qəsdlə vurulmadığını dilə gətirib. “Bu an üçün ən əsas vurulan təyyarənin pilotlarının tapılmasıdır. Umidvaram ki, ən qısa vaxtda pilotları taparıq. Bir şeyə də xüsusi diqqət yetirməli, Suriyanın Türkiyə ilə bir düşmənçılıyı yoxdur”-deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir