Suriyada Rusiya polis patrul zirehli maşınını partlatmaq istədilər


Suriyada Rusiya  polis patrul zirehli maşınını partlatmaq istədilər

Suriyanın şimalında Rusiya hərbi polis- patrul xidmətinə məxsus zirehli avtomobilin yolunda partlayıcı qurğu partlayıb. Ölən və yaralanan yoxdur. Çərşənbə axşamı – İyunun 9-da bu xəbər Suriya tərəfində olan Rusiya barışıq mərkəzindən verilib.

İyunun 9-da səhər Kobani kəndi yaxınlığında naməlum şəxslər rus hərbi polis patrulunun hərəkətinə mane olmağa cəhd ediblər. Zirehli avtomobil marşrutun son nöqtəsindən dönərkən onun altında partlayıcı qurğu işə düşüb və partlayıb.

“Zəif gücə malik əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində heç kim zərər görməyib. Bütün hərbçilər sağ-salamat öz bazalarına qayıdıblar”, – deyə RİA Novosti Rusiya hərbçilərinə istinadən bildirib.

İyunun 7-də Rusiya hərbi qüvvələri Livanla sərhəddə yerləşən Arna dağ qəsəbəsinə 1,2 ton humanitar yardım aparıb. Qəsəbəyə taxıl, düyü və şəkər məmulatları çatdırılıb. Ümumilikdə Rusiya hərbi qüvvələri Suriyada 2,4 mindən çox humanitar fəaliyyət həyata keçirib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir