Suriyanın Aleppo şəhərində Marokkonun fəxri konsulu güllələnib


Suriyanın Aleppo şəhərində Marokkonun fəxri konsulu güllələnib
Marokkonun fəxri konsulu Muhammed Al ad Din Kiyali Suriyanın Aleppo şəhərində öldürülüb. Faciəli xəbəri “Maqrib Arab Press” informasiya agentliyinin jurnalistləri verib.

Cinayətkarlar diplomatı dostları ilə oteldən cıxdığı zaman güllələyiblər. Fəxri konsuldan başqa onun yanında olan bir nəfər daha ölüb. Kiyalinin Suriya vətəndaşlığı olub. O, 2001-ci ildən Aleppoda Marokkonun fəxri konsulu işləyirmiş.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir