Suriyanın Hul şəhərindəki qırğında ölənlərin sayı 116-ya çatdı


Suriyanın Hul  şəhərindəki qırğında  ölənlərin sayı 116-ya çatdı

BMT-nin Suriyadakı nümayəndəliyinin başçısı general Robert Mudun verdiyi məlumata görə Hul şəhərindəki qırğında 116 nəfər həlak olub, 300 -ə yaxın adam isə yaralanıb. Frans Press agentliyi bunu generalın diplomatlarla keçirdiyi yığıncaqda dediyini bildirib.

Mudun sözlərinə görə insanlar güllə və qəlpə yaralarından ölüblər. BMT-nin informasiya mərkəzinin məlumatında beynəlxalq müşahidəçilər vətəndaşların artileriya və tank silahlarının atəşindən öldürüldüyünü təsdiqləyiblər.

Bununla bağlı Rusiya Xarici İşlər Nazirinin müavini Gennadiy Qatilov mikrobloqunda xəbər verir ki, “ölənlərin çoxunun aldığı yaranın xarakteri artileriya silahının izinə bənzəmir” –deyə RİA Novosti məlumat verib.

Rusiya Hulda baş verənlərlə əlaqədar BMT-nin təhlükəsizlik Şurasınln qətnaməsinə qarşı şıxıb, lakin dinc əhalinin kütləvi şəkildə öldürülməsini aydınlaşdırmaq üçün təcili təhlükəsizlik şurasının iclaısını keçirməyə çağırıb.

Bəzi hüquq müdafiəçiləri baş verənlərdə Suriya prezidenti Bəşər Əsədin cavabdehlik daşıdığını irəli sürürlər. Lakin Suriya höküməti bu qırğında iştirakını qəti şəkildə inkar edir. Qətlin arxasında kim dayanır, BMT-nin məlumatında bu açıqlanmır.

Xatırladaq ki, 25 və 26 mayda Hulda 92 adam ölüb, onlardan 32-si uşaqdır. Mud ehtimal edir ki, bu qırğın ölkədə genişmiqyaslı vətəndaş müharibəsinin başlamasına səbəb ola bilər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir