TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi


TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.

Saytımıza bu haqda məlumat verən mənbə Elman Babayevin ölmüş xanımının nəşini morqdan çıxartmağa və basdırmağa imkanı olmadığını bildirir.

Biz də Yenises.ru olaraq imkanı olanları Elman Babayevin xanımının dəfn olunmasına yardım etməyə çağırırıq.

Allah rəhmət eləsin!

Yardım etmək istəyənlər üçün hesab nömrəsi:
Sberbank
№ 4276 6300 1360 7992
Elman Babayev

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir