“Talış diasporu”nun sədri İsmayıl Şabanov saytımıza danışdı (Eksklüziv)


“Talış diasporu”nun sədri  İsmayıl  Şabanov saytımıza danışdı (Eksklüziv)
Erməni saytlarına istinadən ”Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etməyə gedən Azərbaycan deputatları İrəvanda qondarma ” erməni soyqırımı” abidəsini ziyarət etmə mərasiminə qatılmayıblar”. Bu barədə deputat Mübariz Qurbanlı Milli Məclisin bugünkü iclasında çıxışı edərkən bildirib.

Azərbaycanlı deputatların o mərasimdə iştirakından bəhs edən yazının talish.info saytında yer alması ilə bağlı “Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanovun fikirlərini öyrənmək istədik.

İsmayıl Şabanov Yenises.ru-ya verdiyi eksklüziv açıqlamasında sualı sualla qarşıladı.
“ Mənim , Şuşada, Xankəndində hansısa “Talış marşı”nda iştirak etdiyim haqqında yazılanda niyə buna münasibət soruşmadınız?”-deyə narazılığını gizlətmədi. “Talış marşı”deyilən bir şeyin varlığından və onun mahiyyətindən belə xəbəri olmadığını söylədi.

“Bu təxribatı kim törədir və xalqlarımız arasına bu anlaşılmazlığı salan kimdirsə, düşməni orada axtarsınlar. Mən Azərbaycanın düşməni deyiləm!

İsmayıl Şabanov “Azərbaycan saytları o dezinformasiyanı yazan zaman Moskvada hərbi paradda iştirak etdiyini və bu haqda dəlil- sübutlar toplayıb yaxın vaxtlarda o saytları məhkəməyə verməyə hazırlaşdığını da əlavə etdi.

Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir