Tanınmış alim Qarabağdan olan iş adamlarına səsləndi: “…Hardasınız?”””



Tanınmış alim Qarabağdan olan iş adamlarına səsləndi: "...Hardasınız?"
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev maraqlı ideya ilə çıxış edib. AFN-ə açıqlamasında Z.Əliyev üzünü əsasən əslən Qarabağ bölgəsindən olan iş adamlarına tutaraq “Qarabağ TV” yaradılması ideyası haqda danışıb.

Onun sözlərinə görə, belə bir TV-yə ciddi ehtiyac var: “Azərbaycanda yüzlərlə qarabağlı iş adamı var. Bir çox sahələrdə iri biznesləri, xarici ölkələrdə şirkətləri var. Onlara bir sual vermək istəyirəm: “Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocalı, Zəngilan, Qubadlı yadınıza düşür heç?” Bu günə qədər milyonlar qazandınız, halal xoşunuz olsun. Bu pullara oliqarx həyatı qurdunuz, halal xoşunuz osun, bahalı maşınlar sürürsünüz halal xoşunuz olsun. Gündə ən azı beş yüz manat xərcləyirsiniz, halal xoşunuz olsun. Bundan da qat-qat artığına nail olun. Bəs Qarabağ üçün nə etdiniz? Anadan olduğunuz yer üçün, erməni işğalında ayaq altında qalan dədə-baba məzarlığınız üçün nə etdiniz? Heç olmasa bir dəfə ömrünüzdə torpaq işğaldadır dedinizmi? Bir dəfə düşündünüzmü Vətən üçün nə edə bilərik? İndi “Qarabağ TV” ideyasına dəstək olmaq zamanıdır. Bizim yurdumuzun haqq səsini dünyaya çatdırmaq zamanıdır. Bizim itirdiklərimizi yeni yetişən nəslə başa salmaq lazımdır. Siz hardasınız bəs? Bu qədərmi yadlaşdırdı pul sizə ana Vətəni? Düşünün, bu dünyada cəmi 60-70 il yaşacaqsınız. Amma Qarabağ daima qalacaq…”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir